F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

 
116
Bu  hallarla  yanaşı  ağ  ciyərlərin  damarlarında  iltihab  əlamətləri  üzə 
çıxmışdır.  Ağ  ciyərlərdə-  alveollar  və  alveollararası  arakəsmələr  zülal  kütləsi  və 
hüceyrə elementlərinə malik ekssudatla islanmış, alveol epitelisi qurumuşdur. Çox 
hallarda ekssudasiya hemorragik xarakter daşıyır. 
Xırda  və  böyük  bronxların  epitelisi  zədələnmişdir,  distrofiya  və  yara 
əlamətləri var. Selikli qişanın altında-ocaq xarakterli iltihablı hüceyrə infiltratı var. 
Bronxlarda hemorragiya halı aydın görünür (Şək.12). 
Kontrolda: dəyişilməmiş böyük bronx və sərbəst alveollar (Şək.13). 
Siçanlar üçün patogenlik. Yoluxmadan 6 gün sonra siçanlar az hərəkətlidir, 
tükləri qarışmışdır. Yarılmaya qədər heyvanların ölümü müşahidə olunmamışdır. 
Yarılmanın nəticələri: yoluxmadan 6 gün sonra daxili orqanlar qanla dolmuş 
və şişkindirlər, ölçüləri böyümüşdür. 
Dəyişilmiş orqanların kəsiklərinin histoloji öyrənilməsi aydın nəzərə çarpan 
morfoloji dəyişiklikləri  üzə  çıxarmışdır:  ağ  ciyərlərdə  patoloji  dəyişikliklər  seroz-
hemorragik pnevmoniya şəklində ifadə olunmuşdur. 
Endo-perebronxial,  hüceyrə,  eləcə  də  perivaskulyar  infiltrasiya  qeyd 
olunmuşdur.(Şək 14). 
Kontrolda: ağ ciyərlər patologiyasızdır (Şək.15). 
Böyrəklərdə-qabıq  qatında  mikrosirkulyasiyanın  pozulması  nəticəsində 
kanal 
epitelisinin 
nefroza 
gətirib 
çıxaran 
distrofik 
dəyişiklikləri 
üzə 
çıxarılmışdır.(Şək 16). 
Kontrolda: Böyrəklərdə dəyişiklik yoxdur.(Şək. 17). 
Ev dovşanları üçün patogenlik: 


 
117
 7-ci  gün  heyvanların  az  hərəkətliliyi,  çəkilərininn  azalması,  iştahının 
olmaması qeyd olunur. 
Yarılmaya qədər heyvanların ölümü müşahidə olunmamışdır. 
Yarılmannın nəticələri: ağ ciyərlər şişmiş və hiperimikdir. 
Patoloji  tədqiqatlar  alveollarda  zülallar  və  hüceyrələrlə  zəngin  olan 
ekssudatlı hemorragik pnevmoniya hallarını üzə çıxarmışdır. 
Alveol  boşluqlarını  dolduran  geniş  hemorragik  infiltrasiyalar  üzə  çıxır. 
Alveollararası arakəsmələr şişkindir, qanla və iltihablı inflitratla dolmuşdur.  
Xırda  və  böyük  bronxlarda  –  hemorragik  və  limfohistiositar  hüceyrə 
infiltrasiyaları (Şək. 18). 
Kontrolda: ağ ciyərlər-patologiyasız (Şək 19). 
Aparılan tədqiqatlar əsasında aşağıdakı nəticələri çıxarmaq mümkündür: 
1.  A/Баку/799/82/H1N3  rekombinant  qrip  virusu  bir  sıra  məməlilər  və 
balıqlar üçün, xüsusən siçanlar, ev dovşanları və Carrassius auratius cinsli balıqlar 
üçün patogen xüsusiyyətlərə malikdir. 
        2.  A/Баку/799/82/H1N3  rekombinant  qrip  virusu  təcrübə  heyvanlarının 
orqanizminə  təsir  edərək  mikrosirkulyasiyanın  pozulması,  tənəffüs  orqanlarında, 
damarlarda  iltihab  və  daxili  orqanların  parenximasında  distrofiyalar  kimi 
patomorfoloji dəyişikliklər törədir. 
 
Yuxarıda 
qeyd 
olunan 
heyvanların 
orqanlarındakı 
patomorfoloji 
dəyişikliklər  A/H1N3/  rekombinant  qrip  virusunun  patogen  xassələrinin  hüceyrə 
səviyyəsində üzə çıxan təsdiqidir. 


 
118
Su  faunasında  virusların  təbiətdə  dövranına  müəyyən  əhəmiyyət  verilməsi 
faktını  nəzərə  alsaq  (D.К.Lvov,  1976;  İ.N.Voinov,  V.Z.Solouxin,  1977)  balıqlar 
infeksiyanın mümkün rezervuarı və ötürücüsü kimi xüsusi maraq doğurur.   
Qeyd  olunanla  əlaqədar  yoluxmuş  heyvanlardan  infeksiya  zəncirinin 
mümkün  davamının  mexanizmini  müəyyənləşdirmək  məqsədilə  virusun 
eksperimental  yolla  yoluxdurulmuş  Carrassius  auratus  cinsindən  olan  balıqlardan 
alınma spesifikası tədqiq edilmişdir. 
Qeyd olunan balıqların yoluxmadan sonra patomorfoloji tədqiqi üçün 3 gün 
ərzində  sudan  kiçik  məsaməli  ələklə  fekali  yığılırdı.  Fekali  qabaqcadan  Henks 
məhlulu  ilə  yuyulur,  sonra  onun  10%-li  suspenziyası  ilə  9  günlük  toyuq 
embrionları yoluxdurulurdu. 
48  saatlıq  inkubasiyadan  sonra  yoluxdurulmuş  embrionların  allantois 
mayesində  HAR-da  virusun  1:8-1:16  titrində  olması  təyin  edilmiş  və  onun  toyuq 
embrionlarında  və  hüceyrə  kulturasında  reproduksiyasının  mümkünlüyü 
aydınlaşdırılmışdır. 
Reizolə  olunmuş  hemaqqlütinasiya  agenti  A/Баку/799/82/H1N3/  qripi 
virusu  ştammına  qarşı,  yəni  başlanğıc  ştamma qarşı antizərdabla  inhibisiya  edirdi 
(zəifləyirdi). 
Beləliklə,  A/H1N3/  qripi  viruslarının  balıq  orqanizmində  3  gün  ərzində 
(müşahidə  müddəti)  yaşaması  və  infeksiyanın  yoluxmuş  heyvanların  fekalisi  ilə 
ötürülməsi mümkünlüyü müəyyən edilmişdir. 
          Beləliklə, insandan qrip viruslarının  izolyasiyası və autentikliyin və antigen 
xassələrinin  tədqiqi  əvvəllər  heyvanlardan  alınmış  A/H10N7/  vəA/H1N3/  qripi 


 
119
viruslarının  insanlarda  KRX  meydana  çıxmasında  etioloji  rolunu  müəyyən  etdi. 
Toxuma  kulturasında  aparılmış  virusoloji  tədqiqatlar  və  müxtəlif  heyvan 
modellərində,  o  cümlədən  balıqlarda  aparılan  patomorfoloji  tədqiqatların 
nəticəsində A/H1N3/ qripi virusunun təbii rekombinant ştammın patogen xassələri 
üzə çıxarılmışdır. 
A/Баку/799/82/ H1N3/, A/кит/Т.О./19/76/H1N3 və A/PR/8/34/H1N1/ qripi 
viruslarını  RNT  və  zülallarının  müqayisəli  analizinin  nəticələri  göstərdi  ki,  təbii 
sirkulyasiya prosesində A/Баку/799/82/ virusnun genomunda bəzi dəyişikliklər baş 
vermişdir.  Bunu  da  RNT  fraqmentlərin  miqrasiya  xassələrinin  analizi  zamanı 
müəyyən etmək mümkün olmuşdur. 
Ancaq  bu  dəyişikliklər  virus  zülallarının  yuxarıda  qeyd  olunan  xassələrinə 
(polipeptid  tərkibi,  hemaqqlütininin  ağır  və  yüngül  zəncirlərinin  oliqopeptid 
xəritələri) demək olar ki, təsir etməmişdir. 
RNT-RNT  hibridizasiya  üzrə  təcrübələrin  nəticələri  onu  göstərir  ki, 
A/кит/Т.О./19/76  virusu  ilə  antigen  strukturuna  görə  qohum  olan  xəstə  uşaqdan 
izolə edilmiş A/Баку/799/82 onunla həm də genetik cəhətdən qohumdur. 
 
 
Seroloji tapıntılar: İnsanlarda heyvan viruslarına qarşı antitellə
r. 
Heyvan viruslarının insanlardan izolə edilməsi ilə əlaqədar olaraq insanlarda 
heyvan  viruslarına  qarşı  antitellərin  təyini,  müxtəlif  populyasiyalardan  alınmış 
atipik ştammların sirkulyasiyasının intensivliyi maraq doğururdu. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə