129
Bu t- kriterinin hesablanması ilə də təsdiq olunur.
/φ¹- φ ²/
t= ——— düsturu üzrə hesablamalar belə nəticə verir:
1 1
— +—
n 1 n 2
hesablanan t= 0,085 və cədvəl t= 1.96, yəni
t
h
0,085<
t
c
1,96.
Bu vəziyyət onu göstərir ki, P
1
və P
2
payı fərqlənmirlər. Anoloji situasiya
biosenozun bütün tədqiq olunan nümayəndələrində antitel tapıntılarının nisbi
payının (%-lə) müqayisəsi zamanı müəyyən edilmişdir. Dİ 0,05% qrafik şəklində
nümayiş etdirilir(Şəkil 20).Yəni, tək tədqiq olunan quş və heyvanlar deyil, həm də
insanların heyvan mənşəli qrip virusu ilə, yəni А/цыпленок/Германия/«N»/49-la
yoluxması müəyyən edilmişdir.
1979-cu ildə bizim tərəfimizdən А/цыпленок/Германия/«N»/49 qripi
virusunun ştammı - A/Баку/900/79 ştammnın Sabunçu qəsəbəsində yaşayan
uşaqdan alınmasını nəzərə alaraq, yuxarıda qeyd olunanları göstərilən virusun
insanlar arasında mikrosirkulyasiyasının təsdiqi kimi qiymətləndirmək olar.
Həm də insanların, quşların və heyvanların müxtəlif nümayəndələrinin qeyd
olunan ştammla yoluxması dərəcəsinin t-kriteriyə görə müqayisəsi toyuq, inək,
donuz
populyasiyalarının
heyvan
qripi
virusuna
qarşı,
xüsusən
А/цыпленок/Германия/«N»/49/Hav2 Neq1/-H10N7/ virusuna qarşı həssaslığına
görə insan populyasiyası ilə böyük dərəcədə yaxınlığını göstərir.
Bu
vəziyyət
insanların
heyvan
virusları
ilə
yoluxmasının
və
rekombinantların əmələ gəlməsi mümkünlüyünü güman etməyə əsas verir. Sonrakı
130
tapıntı bunu təsdiq etdi:1982-ci ildə ilk dəfə A/H0Nav2/-H1N3 rekombinant qrip
virusu insandan Xəzər sahili zonada alındı.
A/H1N3/ qripi virusunun rekombinant ştammının yayılması dərəcəsinin
öyrənilməsində Hövsan qəsəbəsi zonasında (ştammın alındığı yer) seroloji
axtarışdan istifadə edildi. Bundan məqsəd qeyd olunan ştammın insan və heyvanlar
arasında sirkulyasiyasının intensivliyini müəyyənləşdirmək idi.
Heyvanlarla yaşayış yeri ilə əlaqədar kontaktda olan 29-49 yaşlı 65 insan,
heyvan və quşların geniş spektri müayinə edilmişdir: 80 inək, 60 at, 47 donuz, 46
qoyun, 26 toyuq.
Müayinə A/Баку/799/82/H1N3/ və A/PR/8/H0N1/ qrip viruslarının 8AE
ştammlarının РТГА-da mikrometodla təyini ilə aparılmışdır.
Zərdablar qeyri-vəba vibronlarının (RDE) neyraminidazası preparatı ilə
işlənmişdir.
Aparılan tədqiqatlar nəticəsində müayinə edilmiş insanlardan 5-ində
A/H1N3/ qripi virusuna qarşı antitellərin olduğu müəyyənləşdirilmişdir (cədvəl
11). Heyvanların müayinəsi zamanı mənfi nəticələr alınmışdır.
Beləliklə, A/H0Nav2/-/H1N3/ rekombinant qrip virusuna və A/PR/8/H0N1/
qrip virusuna qarşı antitellərin təyini üzrə nəticələr insanların zərdabında onlara
qarşı dürüst titrlərdə çox da böyük olmayan miqdarda antitellərin olduğunu
göstərdi, bu isə xəstəliyin sporadik hallarını istisna etmir. Qeyd olunan ştammın
intensiv sirkulyasiyası müəyyən edilməmişdir.
131
H0-komponentə qarşı antitellərin üzə çıxması hemaqqlütininin verilən
formuluna malik virusların təbii mənbələrdə qorunmasının mümkünlüyündən
xəbər verir.
Quş qripi viruslarına xas olan səth zülallarına (HA HO ilə və ya yalnız
Nav2) malik atipik ştammların izolyasiyası, eləcə də Bakı əhalisində çox da
yüksək olmayan faizlə quşlara xas olan A qripi viruslarına qarşı antitellərin
tapılması quşların A qripi virusunun dövri olaraq insan populyasiyasına
gətirilməsinin baş verdiyini göstərir. Ancaq, onlar xəstəliyin tək-tək hallarını və ya
zoonoz tipli simptomsuz infeksiyasını törədir (epidemik yayılma olmadan).
Beləliklə, müxtəlif populyasiyalardan alınmış A qripi viruslarının atipik
ştammlarının sirkulyasiyasının intensivliyinin tədqiqinin nəticələri A/H10N7/ qripi
virusunun vəhşi, ev quşları və kənd təsərrüfatı heyvanları arasında sirkulyasiyasını
üzə çıxardı. İnsan populyasiyasının A/H10N7/ quş qripi virusu ilə yoluxma
səviyyəsi onların heyvanlarla, xüsusən quşlarla kontaktı səviyyəsindən asılı idi.
Azərbaycanın kənd yerlərində yaşayan və heyvanlarla iş fəaliyyətləri ilə
əlaqədar kontaktda olan əhalinin yüksək yoluxma faizi qeydə alınmışdır.
Şəhər əhalisinin qan zərdabında qeyd olunan ştamma qarşı antitellər üzə
çıxarılmamışdır.
Alınan məlumatlara əsasən belə nəticə çıxır ki, Azərbaycanın subtropik zona
şəraitində qrip viruslarının insan və heyvanlar arasında sirkulyasiyasında müəyyən
qarşılıqlı əlaqə var. Bu isə həm epidemik ştammların formalaşması, həm də
epizootik proses üçün əhəmiyyət kəsb edə bilər. Deyilənlər aşağıdakı faktlarla
təsdiq olunur:
132
A/H1N3/ və A/H0N1/ viruslarına qarşı insanlarda antitellər.
Cədvəl 11
№ Materialın qeydiyyat
nömrəsi
Müayinə
olunanın yaşı
Qripp viruslarına qarşı
antitellərin titrləri
A/Баку/799/82/
H1N3/
A/PR/8/H0N1
1
721
33 y.
0
2560
2
737
32y.
80
0
3
744
49y.
320
160
4
813
32y.
20
-
5
814
43y.
40
-
6
816
47y.
160
-
Qeyd: Antitellərin titri durulaşmanın tərs qiymətləri ilə göstərilmişdir;
-
göstərir ki, tədqiqat aparılmamışdır.
0-
antitellərin olmaması.
Azərbaycan Respublikası zonasında insanlarda qrip virusları ştammlarından
əlavə sporadik hallar qeydə alınmışdır. Bu hallar quşlara məxsus və ya H1N3
tərkibli rekombinantlara xas olan qeyri-standart virusların epidemiyasına realizə
olunmur.
IV Fəsil. Təbii biosenozlarda qrip viruslarının sirkulyasiyası.
Dostları ilə paylaş: |