112
H0 qripi viruslarının A/PR/8/34-də monoklonal antitellərlə РТГА Cədvəl 7
A/Баку/799/82, A/кит/T.O./19/76 və A/PR/8/34 viruslarının RNT və
zülallarının fiziki-kimyəvi xassələrinin müqayisəli analizinin nəticələri bu
virusların hemaqqlütininin ağır və yüngül zəncirinin oliqopeptid xəritələrinə və
polipeptid tərkibinə görə oxşarlığını göstərdi (şək.5,6).
A/кит/T.O./19/76 və A/Баку/799/82 qripi virusları RNT fraqmentlərinin
poliakrilamid gelində miqrasiya xüsusiyyətlərinə görə oxşar idilər, ancaq identik
deyildilər. Belə ki, A/Баку/799/82 qripi virusunda P-zülallarını kodlaşdıran RNT
fraqmentləri, HA, NP və NA polipeptidləri A/кит/T.O./19/76 virusunun həmin
fraqmentlərinə nisbətən heldə yüksək elektroforetik hərəkətliliyə malik idilər. Yəni
bu fraqmentlər A/Баку/799/82 qripi virusunda, görünür, daha aşağı molekul
kütləsinə malikdirlər (şək.7,8).
Ancaq, RNT-RNT hibridizasiya üzrə təcrübələr göstərdiyi kimi, hər iki virus
bütün RNT fraqmentlərinin ilkin strukturuna görə yüksək dərəcədə homologiyaya
malik idi. A/кит/T.O./19/76 virusunun virion RNT-sinin A/Баку/799/82 virusunun
A/PR/8/34-ə qarşı antitellər
H2/5B6
H33-48-2
H3-4O5-3
H18 528-4
H18 521-1
A/Баку/800/82
>12800
>12800
12800
1600
>12800
A/PR/8/34
>12800
>12800
12800
3200
>12800
A/kит/Т.О./19/76 100
<
<
100
<
113
komplementar RNT-si ilə hibridizasiyasından sonra alınmış heteroloji duplekslər
A/кит/T.O./19/76 komplementar RNT-si ilə virion RNT-sinin hibridizasiyasından
sonra alınmış homoloji duplekslərlə oxşar elektroforetik hərəkətliliyə malik idilər.
Hər iki virus A/PR/8/34 epidemik ştammından neyraminidazanı kodlaşdıran RNT-
nin 6-cı fraqmentinin miqrasiya xüsusiyyətlərinə görə fərqlənirdilər (şək.9).
Beləliklə, A/Баку/799/82, A/кит/T.O./19/76 və A/PR/8/34 viruslarının RNT
və zülallarının müqayisəli analizinin nəticələri göstərdi ki, təbiətdə sirkulyasiya
prosesində virusun genomunda bəzi dəyişikliklər baş vermişdir. Bu dəyişiklikləri
RNT fraqmentlərinin miqrasiya xüsusiyyətlərinin analizi zamanı üzə çıxarmaq
mümkün olmuşdur.
Ancaq, bu dəyişikliklər virus zülallarının yuxarıda qeyd olunan
xüsusiyyətlərinə (polipeptid tərkibi, hemaqqlütininin ağır və yüngül zəncirlərinin
oliqopeptid xəritələri) demək olar ki, təsir etməmişdir.
RNT-RNT hibridizasiya üzrə təcrübələrin nəticələri göstərir ki, xəstə
uşaqdan izolə edilmiş -A/Баку/799/82 virusu antigen strukturuna görə qohum olan
A/кит/T.O./19/76 virusu ilə həm də genetik cəhətdən qohumdur.
A/Баку/799/82/H1N3 qrip virusu rekombinant ştammının bioloji
xüsusiyyətlərinə dair.
1. A/Баку/799/82/H1N3 qripi virusunun toxuma kulturasına (insanın
amnionunun fibroblastları), Rd (insan böyrəyi hüceyrələri) 6619 (makaka-rezus
meymununun böyrək hüceyrələri) sitopatogen təsiri.
114
A qripi viruslarının biosenotik əlaqələri haqda anlayışları genişləndirmək
üçün bu viruslara qarşı həssas olan bioloji sistemlərin spektrini təyin etmək zəruri
idi. Qrip virusu ştammı ilə təyin edilən infeksiyanın patogenetik təzahürlərinin
müxtəlif mənşəli hüceyrə populyasiyalarında və müxtəlif bioloji obyektlərdə
müqayisəli xarakteristikası ilə öyrənilən ştammın adaptasion xüsusiyyətlərini
müəyyən etmək mümkündür.
Bununla əlaqədar A/Баку/799/82/H1N3 rekombinant virusuna qarşı hassas
toxumaların spektrinin aydınlaşdırılması üzrə virusoloji tədqiqatlar aparılmışdır.
Tədqiqatlar yuxarıda göstərilən toxuma kulturalarını ümumi qəbul edilmiş
metodlarla yoluxdurmaqla aparılırdı.
Sitopatogen effekt 2+ la 3-4-cü günlər hüceyrələrin tam degenerasiyası ilə,
4+ la yoluxmanın 5-6-cı günlərində qeydə alınmışdır. Virus tərkibli hüceyrə
suspenziyasının titri 1:4- 1:8 arasında idi.
Hüceyrələrin degenerasiyası həm də virus tərkibli hüceyrə suspenziyasını
təzə kulturada əkəndə 2-ci passajda müşahidə olunurdu.
A/H1N3/ rekombinant qrip virusunun insan (FL, Rd) və meymun mənşəli
(6619) toxumalar üçün patogen imkanlarının üzə çıxması insan və heyvan
viruslarının rekombinasiyasının mümkünlüyü xeyrinə arqumentdir.
2.A/Баку/799/82/H1N3 qripi virusunun t
örətdiyi patomorfoloji dəyişikliklərə
dair.
Virusoloji tədqiqatlarla parallel olaraq toxuma kulturalarında heyvanların
müxtəlif siniflərinin modellərini: məməlilər və Carrassius auratus cinsli balıqları
qeyd olunan ştammla eksperimental yolla yoluxdurmaqla A/H1N3/ rekombinant
115
qrip virusunun patogen imkanlarını üzə çıxarmaq üzrə patomorfoloji tədqiqatlar
aparılmışdır.
Aparılmış patohistoloji tədqiqatların nəticəsində öyrənilən A/H1N3/ qrip
virusu ştammının patogen imkanları aydınlaşdırılmışdır.
Carrassius auratus cinsindən olan akvarium balıqları üçün patogenetik
yoluxmadan 6 gün sonra üzmə hərəkətlərinin kontrol balıqlarla müqayisədə
hipodinamiyası qeydə alınmışdır. Yarılmaya qədər heyvanların ölümü müşahidə
edilməmmişdir. Yarılmanın nəticələri: beyin, qəlsəmələr, bağırsaq- hiperimikdir.
Patoloji tədqiqatlar göstərdi ki, yoluxmuş balıqların morfoloji dəyişiklikləri
xüsusən qəlsəmələrdə gözə çarpır: qəlsəmə xovları deformasiyaya uğramış,
qısalmış, bəzi yerlərdə əsasından qopmuşdur. Xovların örtük epitelisi distrofik,
nekrotik dəyişilmişdir, bu isə xovların çılpaqlaşmasına səbəb olmuşdur.(Şək.10).
Kontrolda: akvarium balıqlarının dəyişilməmiş qəlsəmələri.(Şək.11).
Dəniz donuzları üçün patogenlik:
7-ci gün heyvanların az hərəkətliliyi, tüklərinin qeyri-hamar olması, iştahın
olmaması.
Yarılmaya qədər heyvanların ölümü qeydə alınmamışdır.
Yarılmanın nəticələri: orqanların şişməsi və qanla dolması (qansızma izləri
ilə), ağ ciyərlərin şişməsi.
Yoluxmuş heyvanların orqanlarının patohistoloji tədqiqi həm də heyvanın
bütün orqanizminin zədələnməsini göstərdi: staz şəklində üzə çıxan qan dövranının
pozulması, distoniyalar, qanla dolma.
Dostları ilə paylaş: |