F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

 
112
    H0 qripi viruslarının A/PR/8/34-də monoklonal antitellərlə РТГА Cədvəl 7                                                                                                                      
 
 
A/Баку/799/82,  A/кит/T.O./19/76  və  A/PR/8/34  viruslarının  RNT  və 
zülallarının  fiziki-kimyəvi  xassələrinin  müqayisəli  analizinin  nəticələri  bu 
virusların  hemaqqlütininin  ağır  və  yüngül  zəncirinin  oliqopeptid  xəritələrinə  və 
polipeptid tərkibinə görə oxşarlığını göstərdi (şək.5,6). 
A/кит/T.O./19/76  və  A/Баку/799/82  qripi  virusları  RNT  fraqmentlərinin 
poliakrilamid  gelində  miqrasiya  xüsusiyyətlərinə  görə  oxşar  idilər,  ancaq  identik 
deyildilər.  Belə  ki,  A/Баку/799/82  qripi  virusunda  P-zülallarını  kodlaşdıran  RNT 
fraqmentləri,  HA,  NP  və  NA  polipeptidləri  A/кит/T.O./19/76  virusunun  həmin 
fraqmentlərinə nisbətən heldə yüksək elektroforetik hərəkətliliyə malik idilər. Yəni 
bu  fraqmentlər  A/Баку/799/82  qripi  virusunda,  görünür,  daha  aşağı  molekul 
kütləsinə malikdirlər (şək.7,8). 
Ancaq, RNT-RNT hibridizasiya üzrə təcrübələr göstərdiyi kimi, hər iki virus 
bütün RNT fraqmentlərinin ilkin  strukturuna görə yüksək dərəcədə homologiyaya 
malik idi. A/кит/T.O./19/76 virusunun virion RNT-sinin A/Баку/799/82 virusunun 
 
                       A/PR/8/34-ə qarşı antitellər 
H2/5B6 
H33-48-2 
H3-4O5-3 
H18 528-4 
H18 521-1 
A/Баку/800/82 
>12800 
>12800 
12800 
1600 
>12800 
A/PR/8/34 
>12800 
>12800 
12800 
3200 
>12800 
A/kит/Т.О./19/76  100 


100 



 
113
komplementar  RNT-si  ilə  hibridizasiyasından  sonra  alınmış  heteroloji  duplekslər 
A/кит/T.O./19/76  komplementar  RNT-si  ilə  virion RNT-sinin  hibridizasiyasından 
sonra alınmış homoloji duplekslərlə oxşar elektroforetik hərəkətliliyə malik idilər. 
Hər iki virus A/PR/8/34 epidemik ştammından neyraminidazanı kodlaşdıran RNT-
nin 6-cı fraqmentinin miqrasiya xüsusiyyətlərinə görə fərqlənirdilər (şək.9). 
Beləliklə, A/Баку/799/82, A/кит/T.O./19/76 və A/PR/8/34 viruslarının RNT 
və  zülallarının  müqayisəli  analizinin  nəticələri  göstərdi  ki,  təbiətdə  sirkulyasiya 
prosesində  virusun  genomunda  bəzi  dəyişikliklər  baş  vermişdir.  Bu  dəyişiklikləri 
RNT  fraqmentlərinin  miqrasiya  xüsusiyyətlərinin  analizi  zamanı  üzə  çıxarmaq 
mümkün olmuşdur. 
Ancaq,  bu  dəyişikliklər  virus  zülallarının  yuxarıda  qeyd  olunan 
xüsusiyyətlərinə  (polipeptid  tərkibi,  hemaqqlütininin  ağır  və  yüngül  zəncirlərinin 
oliqopeptid xəritələri) demək olar ki, təsir etməmişdir.  
RNT-RNT  hibridizasiya  üzrə  təcrübələrin  nəticələri  göstərir  ki,  xəstə 
uşaqdan izolə edilmiş -A/Баку/799/82 virusu antigen strukturuna görə qohum olan 
A/кит/T.O./19/76 virusu ilə həm də genetik cəhətdən qohumdur. 
 
A/Баку/799/82/H1N3 qrip virusu rekombinant ştammının bioloji 
xüsusiyyətlərinə dair. 
1.  A/Баку/799/82/H1N3  qripi  virusunun  toxuma  kulturasına  (insanın 
amnionunun  fibroblastları),  Rd  (insan  böyrəyi  hüceyrələri)  6619  (makaka-rezus 
meymununun böyrək hüceyrələri) sitopatogen təsiri. 


 
114
A  qripi  viruslarının  biosenotik  əlaqələri  haqda  anlayışları  genişləndirmək 
üçün bu viruslara qarşı həssas olan bioloji sistemlərin spektrini təyin etmək zəruri 
idi.  Qrip  virusu  ştammı  ilə  təyin  edilən  infeksiyanın  patogenetik  təzahürlərinin 
müxtəlif  mənşəli  hüceyrə  populyasiyalarında  və  müxtəlif  bioloji  obyektlərdə 
müqayisəli  xarakteristikası  ilə  öyrənilən  ştammın  adaptasion  xüsusiyyətlərini 
müəyyən etmək mümkündür.   
Bununla  əlaqədar  A/Баку/799/82/H1N3  rekombinant  virusuna  qarşı  hassas 
toxumaların spektrinin aydınlaşdırılması üzrə virusoloji tədqiqatlar aparılmışdır. 
Tədqiqatlar  yuxarıda  göstərilən  toxuma  kulturalarını  ümumi  qəbul  edilmiş 
metodlarla yoluxdurmaqla aparılırdı. 
Sitopatogen  effekt  2+  la  3-4-cü  günlər  hüceyrələrin  tam  degenerasiyası  ilə, 
4+  la  yoluxmanın  5-6-cı  günlərində  qeydə  alınmışdır.  Virus  tərkibli  hüceyrə 
suspenziyasının titri 1:4- 1:8 arasında idi. 
Hüceyrələrin  degenerasiyası  həm  də  virus  tərkibli  hüceyrə  suspenziyasını 
təzə kulturada əkəndə 2-ci passajda müşahidə olunurdu. 
A/H1N3/  rekombinant  qrip  virusunun  insan  (FL,  Rd)  və  meymun  mənşəli 
(6619)  toxumalar  üçün  patogen  imkanlarının  üzə  çıxması  insan  və  heyvan 
viruslarının rekombinasiyasının mümkünlüyü xeyrinə arqumentdir. 
2.A/Баку/799/82/H1N3 qripi virusunun t
örətdiyi patomorfoloji dəyişikliklərə 
dair. 
Virusoloji  tədqiqatlarla  parallel  olaraq  toxuma  kulturalarında  heyvanların 
müxtəlif  siniflərinin  modellərini:  məməlilər  və  Carrassius  auratus  cinsli  balıqları 
qeyd  olunan  ştammla  eksperimental  yolla  yoluxdurmaqla  A/H1N3/  rekombinant 


 
115
qrip  virusunun  patogen  imkanlarını  üzə  çıxarmaq  üzrə  patomorfoloji  tədqiqatlar 
aparılmışdır. 
Aparılmış  patohistoloji  tədqiqatların  nəticəsində  öyrənilən  A/H1N3/  qrip 
virusu ştammının patogen imkanları aydınlaşdırılmışdır. 
Carrassius  auratus  cinsindən  olan  akvarium  balıqları  üçün  patogenetik 
yoluxmadan  6  gün  sonra  üzmə  hərəkətlərinin  kontrol  balıqlarla  müqayisədə 
hipodinamiyası  qeydə  alınmışdır.  Yarılmaya  qədər  heyvanların  ölümü  müşahidə 
edilməmmişdir. Yarılmanın nəticələri: beyin, qəlsəmələr, bağırsaq- hiperimikdir. 
Patoloji  tədqiqatlar  göstərdi  ki, yoluxmuş balıqların  morfoloji dəyişiklikləri 
xüsusən  qəlsəmələrdə  gözə  çarpır:  qəlsəmə  xovları  deformasiyaya  uğramış, 
qısalmış,  bəzi  yerlərdə  əsasından  qopmuşdur.  Xovların  örtük  epitelisi  distrofik, 
nekrotik dəyişilmişdir, bu isə xovların çılpaqlaşmasına səbəb olmuşdur.(Şək.10). 
Kontrolda: akvarium balıqlarının dəyişilməmiş qəlsəmələri.(Şək.11). 
Dəniz donuzları üçün patogenlik: 
7-ci gün  heyvanların  az  hərəkətliliyi,  tüklərinin  qeyri-hamar  olması,  iştahın 
olmaması. 
Yarılmaya qədər heyvanların ölümü qeydə alınmamışdır. 
Yarılmanın  nəticələri:  orqanların  şişməsi  və  qanla  dolması  (qansızma  izləri 
ilə), ağ ciyərlərin şişməsi. 
Yoluxmuş  heyvanların  orqanlarının  patohistoloji  tədqiqi  həm  də  heyvanın 
bütün orqanizminin zədələnməsini göstərdi: staz şəklində üzə çıxan qan dövranının 
pozulması, distoniyalar, qanla dolma. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə