F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
191
V.Z.Solouxinin  (1977)  məlumatlarına  görə  toyuqlarda  antitellərə  müəyyən 
dövrlərdə 30% hallarda rast gəlinir. 
Üzə çıxmış bu fakt bir sıra müəlliflər tərəfindən də təsdiq olunur. 
Y.А.Şablovski  və  b.,  (1986)  tərəfindən  1975-1978  və  1982-1984-cü  illərdə 
toyuqların  seroloji  müayinəsilə  bu  illərdə  insanlar  arasında  da  sirkulə  edən 
A/H3N1  qripi  virusunun  müxtəlif  ştammlarına  qarşı  antitellərin  olduğu  üzə 
çıxarılmışdır.  В.К.  Ястребов,  Н.П.  Обросова-Серова  и  др.,  (1976)  qripin 
epidemik  ştammlarının  heyvanlar  aləmi  nümayəndələri  və  əhali  arasında  intensiv 
sirkulyasiyasını qeyd edirlər. Y.V.Moliborq və b.,(1975) A/Порт Чалмерс/1/73-ün 
növ  müxtəlifliyi  olan  danadan  alınmış  A/теленок/Удмуртия/116/73  variantının 
sirkulyasiyasını  A/Порт  Чалмерс/1/73/H3N2-nin  insanlar  arasında  epidemik 
yayılmasından demək olar ki, yarım il əvvəl qeyd etmişlər.  
İnsan  qripi  virusları  antigenlərinə  qarşı  quş,  amfibilər  (qurbağa)  və 
reptililərin  (tısbağalar)  (4.2.1.  fəslə  bax)  zərdabında  antitellərin  tapılması  insan 
üçün patogen ştammların heyvan orqanizmində- infeksiyanın rezervuarında qoruna 
bilməsi fərziyyəsini təsdiq edir. 
Miqrasiya edən quşlar quş  ştammlarını dünyanın müəyyən rayonlarına  nəql 
edə  bilirlər,  görünür,  müxtəlif  növ  quş  və  heyvanlarda  identik  antitellərin  olması 
elə bununla izah edilir. 
Xarici mühit obyektlərinin infeksiyanın saxlanması və disseminasiyası amili 
kimi əhəmiyyətini istisna etmək olmaz. 
1979-cu ildə biz Hav2Neq2- H10N8 antigen formuluna malik A qripi virus 
ştammını  Qızılağac  qoruğunda  Kalinov  limanı  torpağından  almışıq,  buna  qripp 


 
192
virusunun  biosferdə  sirkulyasiyasının  vahid  zəncirində  bir  manqa  kimi  baxmaq 
mümkündür. 
Bu fakt ilk dəfə üzə çıxarılmışdır (ədəbiyyat mənbələrində qripp viruslarının 
torpaqdan  alınması  haqda  məlumat  yoxdur).  Enterovirusların  təmizləyici 
qurğularda  lildən  alınması  məlumdur  В.С.Хиншоу,  Г.М.  Эр.Г.С.  Шили  (1983) 
tərəfindən  qağayıların  zılından  H13-ə  malik  hemaqqlütinasiya  edən  agent 
alınmışdır (штамм А/ gull Maryland/ 707/77/H13N6/). В.М. Жданов, Д.К.Львов, 
Г.Н. Воркунова и др., (1980) hesab edirlər ki, PR8 virusu daha doğrusu onun H0 
geni  A/H0N2/  qripi  virusunun  rekombinant  ştammının  izolə  edildiyi  balinanıın 
orqanizminə  düşənədək  uzun  yol  keçmişdir.  Müəlliflər  hesab  edirlər  ki,  qeyd 
olunan gen donuzlardan suda üzən ev quşlarına (ördəklər)- vəhşi quşlara, onlardan 
isə okeanın fekali ilə yoluxması ilə balinalara ötürülmüşdür. 
A  qripi  viruslarının  sirkulyasiya  zəncirindən  danışdıqda  Hinshaw  V.S. 
(1984)  qeyd  edir  ki,  görünür,  təbiətdə  quş  qripi  virusları  suitilərin  qripinin 
alovlanlanması  ilə  assosiasiya  edir,  bu  da  quş  qripi  viruslarının  heyvanlara 
adaptasiya  etməsi  imkanını  əks  etdirir.  Bu  da  heyvanlarda  qripp  viruslarının  yeni 
ştammlarının təkamülündə aralıq mərhələdir. 
Markwell  D.D.,  Shortridge  K.F.(1982)  də  suyun  və  ev  quşlarının 
(ördəklərin)  fekalisinin  virusların  sirkulyasiya  zənciri  üzrə  ötürülməsində  rolunu 
qeyd edirlər. 
İnsandan təbii rekombinant ştammın alınması tək adaptasiya imkanını deyil, 
həm də ştammın heyvan və ya insan orqanizmində formalaşması imkanını göstərir. 


 
193
H0  komponentə  qarşı  antitellərin  tapılması  onun  təbii  rezervuarlarda  qrip 
viruslarının quş populyasiyalarında dövranı vasitəsilə qorunması imkanından xəbər 
verir. 
KRX-li  xəstə  insandan  təbii  rekombinantın  alınması  faktı  A  qripi 
viruslarının  yeni  ştammlarının  meydana  çıxması  haqda  hipotezlərdən  birinin 
təsdiqində  müəyyən  rol  oynadı  və  ilk  dəfə  olaraq  bir  sıra  müəlliflərin 
(Д.Блашкович  1976,1978,  Beveridge  W.J.,  1976,  Webster  R,Laver  W.,  1978  
В.М.Жданов, Д.К.Львов, 1982) qripp viruslarının təbii rekombinant ştammlarının 
təbii şəraitdə meydana çıxmasının mümükünlüyü haqda fərziyyəsini təsdiq etdi. A 
qripi  viruslarının,  xüsusən  A/H1N3/  rekombinant  virusunun  biosenotik  əlaqələri 
haqda təsəvvürləri genişləndirmək üçün onlara qarşı həssas olan bioloji sistemlərin 
spektrinin təyini vacib məsələ kimi qarşıda dururdu. 
Virusoloji  tədqiqatlarla  əlaqədar olaraq  toxuma  kulturasında  A/H1N3/ qripi 
rekombinant  virusunun  patogen  imkanını  üzə  çıxarmaq  üçün  müxtəlif  siniflərə 
məxsus  heyvan  modellərində:  məməlilərdə  və  Carrassius  auratus  cinsindən  olan 
balıqlarda  onları  qeyd  olunan  ştammla  eksperimental  yolla  yoluxdurmaqla 
patomorfoloji  tədqiqatlar  aparılmışdır.  H1N3  A  qripi  virusunun  rekombinant 
ştammı  insan  (FL,  Rd)  və  meymun  (6619)  mənşəli  toxuma  kulturasının 
hüceyrələrinin degenerasiyasına səbəb olurdu. Bu isə insan və heyvan viruslarının 
rekombinasiyasının mümkünlüyü arqumentinin xeyrinədir. 
Patohistoloji  tədqiqatlar  göstərir  ki,  rekombinant  qripp  virusu  təcrübə 
heyvanlarının  (dəniz  donuzları,  siçanlar,  ev  dovşanları  və  balıqlar)  orqanizminə 
təsir  edərək,  mikrosirkulyasiyanın  pozulması,  tənəffüs  orqanlarının  iltihabı, 


 
194
damarlarda və daxili orqanların parenximasında distrofik dəyişikliklər şəklində üzə 
çıxan patomorfoloji dəyişikliklər törədir. 
Virusların  təbiətdə  dövranının  bir  manqası  kimi  su  faunası  müəyyən 
əhəmiyyət  kəsb  edir  (Д.К.Львов,  1976,  И.Н.Воинов,  В.З.Солоухин,  1977).  Bu 
baxımdan  balıqlar  infeksiyanın  rezervuarı  və  ötürücüsü  kimi  xüsusi  maraq 
doğurur. 
Biz tədqiqatlarla A/H1N3/ qripi virusunu  balıq orqanizmində 3 gün ərzində 
yaşaması  (müşahidənin  müddəti)  və  infeksiyanıın  xəstə  heyvanların  yoluxmuş 
fekalisi ilə ötürülməsinin mümkünlüyünü müəyyən etmişik. 
Biz  quş  qripi  virusunu  (H10N8)  qoruğun  ərazisində,  quşların  quanosu  ilə 
çirklənmiş  torpaqdan  almışıq.  Qripp  infeksiyasının  quşlarda  patogenezini  nəzərə 
alaraq  qripp  viruslarının  torpaqdan  alınmasının  mümkünlüyünü  qeyd  etmək 
lazımdır.  Yuxarıda  qeyd  edilənin  təsdiqi  kimi  göstərmək  lazımdır  ki,  Mayr  A. 
(1981) tərəfindən virus zoonozlarının heyvan mənşəli məhsullardan transmissiyası 
və qeyd olunan virusların heyvandan insana transmissiyasının – heyvan və insanın 
A  qripi  viruslarının  rekombinasiyası  və  hibridizasiyasının  mümkünlüyü  üzə 
çıxarılmışdır.             
Virusoloji tədqiqatların nəticələrini müqayisə etdikcə yoluxmuş heyvanların 
zənciri  üzə  çıxır:  köçəri  quşlar,  o  cümlədən  vəhşi  su  quşları,  oturaq  quşlar, 
reptililər, vəhşi və ev heyvan və quşları. 
Bundan başqa infeksiyanın qorunmasında yoluxmuş torpağın aralıq mövqeyi 
manqa kimi müəyyən edilmişdir. 


 
195
Alınan  nəticələr  qripp  viruslarının  təbiətdə  persistensiyası  haqda 
məlumatların  genişlənməsi  baxımından  maraq  doğurur.  Bu  isə  vəhşi  quşların, 
xüsusən, qaşqaldaqların,  ördəklərin qanınnda 80%  hallarda 1:80  titrində  (müvafiq 
olaraq  orta  həndəsi  titr  6,08-  5,66  A  qripi  viruslarının  keçmiş  ştammlarına  qarşı: 
А/ФМ/1/47,  A/PR/8/34-  antitellərin  tapılması  ilə  təsdiqlənir.  Bu  isə  onların  quş 
populyasiyalarında sirkulyasiya vasitəsilə qorunması imkanını təmin edir. 
Qripp viruslarının epidemik ştammlarının və heyvan qripi viruslarının, eləcə 
də  A  qripi  viruslarının  relikt  formalarının  təbiətdə  eyni  zamanda  sirkulyasiyası 
vəhşi  və  ya  ev  heyvanları,  ola  bilsin  ki,  insan  orqanizmində  də  rekombinasiya 
proseslərinin mümkünlüyünü güman etməyə əsas verir. 
1982-ci  ildə  KRX-li  6  yaşlı  uşağın  qanından  qripp  virusunun  təbii 
rekombinantının  alınması  qripp  viruslarının  antigen  variasiyalarının  spesifikaslı 
baxımından  ekoloji  müşahidələrin  məntiqi  nəticəsi  idi.  İdentik  ştamm  həm  də 
uşağın anasının qanından alınmış və seroloji yolla təsdiq olunmuşdur. İzolə edilmiş 
ştammlar  A/Баку/799/82/H1N3/  və  A/Баку/800/82/H1N3  rekombinant  qripp 
virusları kimi identifikasiya edilmişdir. 
Hazırda A qripi viruslarının təbii rekombinantlarının heyvanlardan alınması 
məlumdur  (Д.К.Львов,В.М.Жданов,  А.А.Сазонов  и  др.,  1978;  Т.В.Пысина, 
Д.К.Львов идр., 1978; М.Т.Жансетова, 1983; Nerome Kuniak, 1983). 
Dünyada  ilk  dəfə  A/H1N3/  qripi  virusunun  təbii  rekombinantının  insandan 
alınması iqlim və epidemioloji şəraiti subtropiklərə yaxın olan Hövsan qəsəbəsində 
baş vermişdir. 


 
196
Beləliklə,  qrip  viruslarının  insan  populyasiyasında,  eləcə  də  vəhşi  və  ev 
quşları  və  heyvanları  arasında  sirkulyasiyası  haqda  alınan  məlumatları 
yekunlaşdıraraq belə nəticə çıxarmaq lazımdır ki, vəhşi ev quşları və heyvanlarının 
zərdabında  insan  və  heyvanın  A  qripi  virusuna  qarşı  üzə  çıxarılmış  antitellərin 
spektri  populyasiyalar  arasında qarşılıqlı  əlaqənin  olduğunu  və  virusların  təbiətdə 
mümkün olan dövranını göstərir. 
Qeyd  olunan  seroloji  əlaqələrə  əlavə  kimi  qeyd  etmək  lazımdır  ki,  heyvan 
viruslarının  vəhşi  quş  və  torpaqdan  /H10N8/  alınması,  eləcə  də  insan  viruslarının 
vəhşi  quşlardan  /H1N1/  və  heyvan  viruslarının  insandan  /H10N7/  və  /H1N3/ 
alınması  və  onlara  qarşı  antitellərin  tapılması  qrip  viruslarının  biosferdə 
sirkulyasiyasının  ümumi  zəncirində  qarşılıqlı  əlaqəli  manqaların  olması  faktını 
təsdiq etdi. 
Virusoloji tədqiqatların nəticələrini müqayisə edərkən yoluxmuş heyvanların 
zənciri: köçəri quşlar, o cümlədən vəhşi su quşları, oturaq quşlar,  reptililər, vəhşi 
və ev heyvan və quşları və infeksiyanın saxlanması və disseminasiyası manqaları- 
faktorları:  yoluxmuş  torpaq  və  yüksək  həssas  quş  balaları  müəyyənləşir.  Virusun 
zəncirdə olan vəhşi köçəri quşlar vasitəsilə gətirilməsi mümkündür: quano, dənizin 
yoluxmuş  su  mühiti,  sahilətrafı  quşların  heyvan  və  insanları.  Təsərrüfatlarda  ev 
heyvan və quşlarının böyük miqdarda toplanması, kənd əhalisinin burada çoxluğu 
rekombinasiyalar üçün əlverişli momentdir. 
Qrip  virusunun  epidemik  ştammın  və  heyvan  mənşəli  virusların  təbiətdə 
eyni  zamanda  sirkulyasiyası  vəhşi  və  ev  heyvanları  orqanizmində,  ola  bilsin  ki, 


 
197
həm də insan orqanizmində rekombinasiya proseslərinin mümkün olduğunu güman 
etməyə əsas verir. 
Qripp  viruslarının  antigen  variantlarının  müxtəlif  populyasiyalarda 
spesifikası  baxımından  ekoloji  müşahidələrin  və  virusoloji  tapıntıların  məntiqi 
nəticəsi KRX-li 6 yaşlı uşağın qanından, elmdə ilk dəfə, A/H1N3/-/H0Nav2/ qripp 
virusunun təbii rekombinant ştammının A/H1N3/-/H0Nav2/ alınması oldu. 
Beləliklə, 
qripp  viruslarının  Azərbaycan  Respublikasının  müxtəlif 
biosenozlarında 
sirkulyasiyasının 
xüsusiyyətlərini 
öyrənərkən 
virus 
populyasiyasının  genofondu  və  təbiətdə  A  qripi  viruslarının  dəyişməsindəki 
tendensiyalar  (təbiətdə  rekombinantların  əmələ  gəlməsi)  müəyyən  edilmiş  və 
öyrənilmişdir. 
Azərbaycan  ərazisində,  o  cümlədən  subtropiklər  zonasında  A  qripi 
viruslarının  insanlar  və  başqa  bioloji  növlər  arasında  sirkulyasiyasının  qarşılıqlı 
əlaqəsinin mövcudluğuna aid faktiki məlumat alınmışdır. 
Virusların  sirkulyasiyasının  qarşılıqlı  əlaqələri  haqda  üzə  çıxarılmış  faktlar 
iqlim-coğrafi  və  ekoloji  faktorlu  zonada  qeyd  olunmuşdur.  Bu  faktorlar  müxtəlif 
kontaktların  yaranması  üçün  əlverişlidir  və  regionun  (Azərbaycan  Respublikası 
subtropik zona və Gil adası) qripp virusları üçün təbii rezervuar kimi əhəmiyyətini 
təyin edir. 
Alınmış  məlumatlardan  belə  nəticə  çıxır  ki,  Azərbaycan  Respublikası 
subtropik  zonası  şəraitində  qrip  viruslarının  insan  və  heyvan  populyasiyasında 
sirkulyasiyası arasında qarşılıqlı əlaqə var. Bu isə həm epidemik ştammların, həm 


 
198
də  epizootik  prosesin  formalaşmasında  rol  oynaya bilər. Yuxarıda qeyd  olunanlar 
aşağıdakı faktlarla təsdiq olunur:  
İnsanlarda  qrip  virusunun  epidemik  ştammlarından    başqa,  tədqiq  olunan 
zonada sporadik hallara səbəb olan epidemiya törətməyən, quşlara xas olan qeyri-
standart viruslar və ya N1 və H1 tərkibli rekombinantlar qeydə alınmışdır. 
Heyvan virusları genofondunun patogen potensiala malik yeni qrip virusları 
ştammlarının yaranmasında mümkün iştirakı haqda konsepsiya təsdiq olunmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  görünür,  virusların  dəyişkənliyi  birmənalı  deyil, 
yəni mütləq rekombinantların və ya yeni mutantların yaranmasına gətirib çıxarmır. 
Dəyişkənlik  genomları,  görünür  (A  qripi  virusları  ştammlarının  növarası 
ötürülməsi ilə baş verən) virusların təbiətdə dövranı ilə qorunan, əvvəllər meydana 
çıxmış 
mutant 
və 
ya 
rekombinantlarla 
əlaqədardır 
(L.Y.Zakstelskaya, 
S.Т.Тiмоfеyevа  və  b.,  1975;  V.М.  Qaqarinova,  А.S.  Şadrin  və  b.,  1976; 
V.М.Jdanov, D.К.Lvov, Q.N.Vorkunova  və  b., 1980; Y.V.Sidorenko  və b., 1985; 
V.S.Хinşou, А.J. Аleksandr və b., 1985).      
 
 
     
 
 
 
 
 


 
199
 
 
 
 
Ə
 l a v ə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
200
 
 
Qızıl
-Ağac qoruğundakı quşlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
201
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
202
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
203
 
 
 
 
 
 
 
 
 


 
204
 
 
 
 
 
 
 
 
 


 
205
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
206
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
207
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
208
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə