F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
187
biosferdəki  zəncirini  üzə  çıxarır  və  A  qripi  viruslarının  təbii  biosenozlarda 
sirkulyasiyasının  mümkün  dairəsini  və  qarşılıqlı  əlaqəsini  güman  edir.  Bu  zaman 
yuxarıda  adları  çəkilən  ev  heyvanları  və  quşları  növlərinin  həm  heyvan,  həm  də 
insan mənşəli qripp virusları ilə eyni dərəcədə yüksək yoluxması aydın olmuşdur. 
Ədəbiyyatdan  həm  də  A  qripi  virusnun  təbii  yolla  vəhşi  quşlardan 
(ördəklərdən)  heyvanlara  (donuzlara)  ötürülməsi  və  bu  ötürülmənin  insan  üçün 
potensial əhəmiyyəti məlumdur (М.Пансаерт, К.Оттис и др.,1981). 
 
Azərabaycan  Respublikası  rayonlarında  inək,  quzularda  seropozitiv 
zərdabların  çox  böyük  miqdarı,  görünür  iqlim  zonasının  xüsusiyyətləri  ilə 
(ağcaqanadın  çox  artdığı  subtropiklər)  izah  olunandır.  Özü  də  ilin  bütün 
dövrlərində deyil, ancaq payız dövründə. Bu fərziyyənin təsdiqi kimi qripi müxtəlif 
iqlim qurşaqlarında vəhşi məməlilərdə öyrənən Amerika alimlərinin (İ.N.Voinova, 
V.Z. Solouxinə görə, 1977) məlumatlarını qeyd etmək lazımdır. 
Müəyyən  edilmişdir  ki, heç bir halda  mülayim  iqlimdə qripp infeksiyasının 
əlamətlərini tapmaq mümkün olmamışdır. 
Ancaq,  Mərkəzi  Afrikanın  qoruqlarından  birində,  məməlilərin  90%-dən 
çoxunda  qripə  qarşı  antitellər  tapılmışdır.  Güman  edilir  ki,  Afrikada  aktiv 
ağcaqanad  (infeksiyanın  rezervuarı  və  ötürücüsü  kimi)  çoxdur,  ancaq  mülayim 
qurşaqda onlar payızda olmurlar. 
İlin  müxtəlif  fəsillərində  bir  sıra  illər  ərzində  aparılan  ekoloji  tədqiqatlar 
nəticəsində müəyyən edilmişdir ki, ilin payız-qış aylarında vəhşi və ev quşlarının , 
eləcə  də  kənd  təsərrüfatı  heyvanlarının  yoluxma  dərəcəsi  ilin  yaz-yay  dövrü  ilə 
müqayisədə xüsusən yüksək olur. 


 
188
Bizim  üzə  çıxardığımız  fakt  əvvəllər  L.Y.Zakstelskaya  və  başqaları  (1973) 
tərəfindən alınmış nəticələrin təsdiqidir. 
Müəlliflərin  məlumatına  görə  1969-cu  ilin  yazında  Arxangelsk  vilayətində 
Peçera  çayının  mənsəbində  57,  həmin  ilin  payızında  isə  246  yoluxmuş  fərdi  üzə 
çıxarmağa nail oldular. Sonrakı 1970-ci ildə bu rəqəmlər müvafiq olaraq 26 və 133 
idi.  İ.N.Voinov  və  V.E.Solouxinin  (1977)  təklifinə  görə  infeksiyanın  mənbəyi 
payızda yuvalarından qayıtmış quşlardır. 
Yazda  quşlar  da,  gənələr  də,  viruslar  da  yerlərini  əks  tərəfə  dəyişirlər. 
Akademik D.K.Lvovun bədii müqayisəsinə görə infeksiyanın bu yerdəuişməsi ildə 
iki  dəfə  virus  və  gənələri  bir  iqlim  zonasından  digərinə  ötürən  “güclü  nasosla” 
oxşardır. 
1979-cu  ilin  noyabrında  Sabunçu  qəsəbəsində  3  yaşlı  KRX-li  uşaqdan 
А/цыпленок/Германия/”N”/49/H10N7  qripi  virusunun  alınması  ilə  əlaqədar 
qaşqaldaqlar,  ördəklər,  gümüşü  qağayılar,  camış,  toyuq,  donuz,  quzuların 
zərdabında yüksək orta həndəsi titrlər 6,99 qədər idi. 
Faktların  müqayisəsi  infeksiyanın  mümkün  olan  mənbəyindən  xəbər  verir: 
məsələn ev quşları (toyuqlar). 
Şəhər əhalisi ilə müqayisədə qoruğa yaxın zonanın (Lənkəran ş.) insanlarının 
zərdabında  A/H10N7/  qripi  virusuna  qarşı  antitellərin  böyük  titri  maraq  doğurur. 
Yuxarıda qeyd olunan fakt bu zonanın insan populyasiyasının quş populyasiyası ilə 
kontaktı (təması) ilə izah olunandır. 
Alınan  nəticələr  insan  və  quş  viruslarının  təbii  sirkulyasiyası  yolları  haqda 
təsəvvürləri, şübhəsiz, genişləndirdi. 


 
189
Virusların  təbiətdə  üzə  çıxmış  biosenotik  əlaqələri  onların  virus 
infeksiyalarının,  xüsusən  qripp  infeksiyasının  epidemiologiyasında  müəyyən 
rolunu aydınlaşdırdı. 
Buna  misal  olaraq  2006-cı  ildə  A/Chiken/Scotland/59/H5N1/  quş  qripinin 
növspesifik  səddi  “quş”  qripi  xəstəliyinin  insanlar  arasında  klinikası  ilə  şərtlənən 
Azərbaycan ərazisində növbəti dəfə aşmasıdır. 
Populyasiyalar  arasında  qarşılıqlı  əlaqə  (virusların  növspesifik  baryeri 
aşmasının  mümkünlüyü),  görünür,  insanlarda  heyvan  qripi  viruslarına  qarşı 
antitellərin olmasını təmin edir. 
Növarası baryer məsələsinə gəldikdə, eyni bir heyvan növünün insan və quş 
virusları ilə yoluxmasının mümkünlüyünü qeyd etmək lazımdır. Məsələn: 
Okasak; Katsunori et al., (1983) qunduzlar arasında A/Бангкок/1/79/H3N2/ 
və  Kumamoto/37/79/P1T1/  viruslarına  qarşı  antitellərin  olduğunu  qeyd  edirlər; 
Klingeborn  B.  et.  al.,  (1985)  Cənubi  İsveçdə  1984-cü  ilin  oktyabrında  qunduzlar 
arasında H10N7 qripi virusu ilə törənən qripp epidemiyasını qeyd edirlər. 
Bizim  tədqiqatlarda  isə  A/H10N7/-Hav2Neq1/  qripi  virusu  KRX-li  3  yaşlı 
uşaqdan  alınmışdır.  A/Hav1Neq1/  (yəni  identik  Neq  1  neyraminidazalı)  qripi 
virusu  1979-cu  ildə  Massaçusets  ştatında  ölmüş  nerplərin  ağ  ciyərlərindən 
alınmışdır (Bean William et al., 1981). 
Mikami T.et al., (1982) tərəfindən 1978-1981 ci illərdə Hokkaydo adasında 
vəhşi ördəklərdən H10N3 və H3N8 qripi virusu alınmışdır. 
Жданов  В.М.  с  соавт.(1986)  növarası  baryeri  keçərkən  qripp  virusunun 
hemaqqlyutininində struktur dəyişikliklərini qeyd edirlər. 


 
190
Müxtəlif növ quşların nümayəndələrinin zərdabında heyvan və insan mənşəli 
qripp  virusları  antigenlərinə  qarşı  antitellərin  tapılması  faktını  qeyd  etmək 
lazımdır: А/свинья/Айова/15/30- a qarşı qaşqaldaqların, qarğaların, sarı vağların, 
sığırçınların 
zərdabında, 
А/Порт 
Чалмерс/73/, 
А/Нью 
Джерси/76, 
А/Гонконг/68/,  А/Хабаровск/77-  ə  qarşı  qaşqaldaqların,  ördəklərin  qan 
zərdabında.  İdentik  antitellər  quzularda,  toyuqlarda,  camış  və  donuzlarda  üzə 
çıxarılmışdır. 
3  aylıq  tülkünün  qan  zərdabında  A/Texac/77/H3N2/  qripi  viruslarına  qarşı 
1:80 titrində antitellər üzə çıxarılmışdır. 
Ev  quşları  və  kənd  təsərrüfatı  heyvanlarında  (toyuqlar,  inəklər,  donuzlar) 
insan  qripi  virusları  antigenlərinə  qarşı  yüksək  titrli  antihemaqqlyutininlərin 
olması,  güman  ki,  tədqiq  edilən  heyvanların  insanla  sıx  təmasda  olmasının 
nəticəsidir. 
İnsan 
viruslarının 
quş 
populyasiyalarında 
sirkuklyasiyasının 
intensivliyi infeksiyanın insanlar arasında dəyişməsinə tabe olur. 
Ev  heyvanlarının  geniş  virusoloji  tədqiqi  ilə  heyvanların  insanlardan 
epidemiyalar və ya xəstəliyin yüksəlişi dövründə yoluxması faktı təsdiq edildi. 
Epidemik  və  epizootik  proseslərin  qarşılıqlı  əlaqədə  olduğu  faktı  üzə 
çıxarılmışdır. 
1978-ci  ilin  mart-aprelində  A/H1N1/  virusunun  insan  populyasiyasında 
epidemik  yüksəlişi  dövrü  Abşeron  quşçuluq  təsərrüfatlarında  toyuqların  yüksək 
yoluxması  (CГТ=4,7)  ilə,  1978-ci  ilin  martında  onlar  arasında  epizootiya  ilə, 
A/H1N1/  qripi  virusunun  etioloji  rolunun  HALR  və  МFА  metodları  ilə  seroloji 
təsdiqi ilə uzlaşırdı. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə