F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
171
2  tərəfli  pnevmoniyanın  inkişafında  təngnəfəslik,  sianoz,  yaş  öskürək  qeyd 
olunurdu. 
Xəstəliyin  bütün  gedişi  ərzində  temperatur  yüksək  olmuş,  temperatur  salan 
preparatların  qəbulu  zamanı  müvəqqəti  olaraq  düşmüş  və  sonra  yenidən 
yüksəlmişdir. Yüksək temperatur və diareya xəstəliyin bütün gedişi ərzində davam 
etmişdir.  Ağ  ciyərlərin  auskultasiyası  zamanı  iki  tərəfli  müxtəlif  kolibrli  nəm 
xırıltılar müəyyən edilmişdir.    
Patoloqoanatomik təzahür belə idi: 
Hemorragik  şişlərlə  birgə  hemorragik  plevritli  iki  tərəfli  hemorragik 
pnevmoniya,  ürəkdə,  qara  ciyərdə,  böyrəklərdə  distrofik  dəyişikliklər,  eroziv  –
deskvamativ enterit. 
A/H5N1/  qripi  ilə  yoluxmuş  xəstələrdən  alınmış  materialın  klinik-patoloji-
anatomik 
tədqiqatının 
nəticələrini 
yekunlaşdırarkən 
etioloji 
cəhətdən 
A/chick/Scotland/59/H5N1/-/Aav5N1/  qripi  virusu  ilə  bağlı  olan  insan  qripi 
infeksiyasının xarakterik spesifikasını ayırmaq lazımdır. 
Buna aiddir: xəstəliyin 7-ci günü ərzində yüksək temperatur, diareya, sidiyə 
çıxmanın ləngiməsi, ümumi zəiflik, boğazda kataral təzahürlərlə proqressiv surətdə 
axını.  Sonra,  ölümdən  əvvəl  son  4  gün  ərzində  ağ  ciyərlərdə  subtotal  iltihablı 
dəyişikliklər.  Bu  isə  iki  tərəfli  pnevmoniya  ilə  üzə  çıxır  və  kəskin  tənəffüs 
çatışmazlığı zamanı ölümlə nəticələnir(Səkil 21,22). 
Patoloqo-anatomik  təzahür  belədir:  fəsadlaşmış  hemorragik  plevritli 
ikitərəfli hemorragik pnevmoniya. 


 
172
Fəsadlaşmalar  bunlardır:  ağ  ciyərlərin  hemorragik  şişi,  ürək,  qara  ciyər, 
böyrəklərin distrofik dəyişiklikləri, eroziv –deskvamativ enterit. 
Beləliklə, 
klinik–patoloji-anatomik 
tədqiqatlar 
A/chicken/Scotland/59/H5N1/-/Aav2N1/  qripi  virusu  ilə  etioloji  cəhətdən  bağlı 
olan insan qripi infeksiyasının spesifikasını aydınlaşdırdı. 
Bu  həqiqət  insanların  A/H5N1/  quş  qripi  ilə  Azərbaycan  ərazisində 
yoluxması halları heyvan virusunun  tək bir dəfə insan populyasiyasına gətirilməsi 
və növspesifik baryeri aşmasına misaldır. 
Bu, həmin hal üçün münbit olan epidemik situasiya zamanı, yəni, yoluxmuş 
vəhşi quşlarla (qu quşları) sıx kontakt zamanı baş vermişdir. Qeyd etmək lazımdır 
ki,  vəhşi  köçəri  quşların  (qu  quşları,  qağayılar,  ördəklər,  qaşqaldaqlar)  Salyan 
Tərtər  ərazisindən  keçən  miqrasiya  yollarının  olması  virusla  yoluxmuş  quanonun 
ətrafa yayılması üçün şərait yaratmışdır. 
İnfeksion  xəstəliklərin,  xüsusən,  etioloji  cəhətdən  H5N1  virusu  ilə  bağlı 
insan  qripi  virusnun  immunoloji  aspektlərinə  gəldikdə,  güman  etmək  olar  ki, 
xəstəliyin  klinikasının  dərinləşməsi  “Ekzogen  allergik  alveolit”  –  “Fermerin  ağ 
ciyəri” xəstəliyi fonunda baş vermişdir. 
Bu xəstəlik üşütmə, titrətmə, təngnəfəslik və öskürəklə üzə çıxır. 
Bu  effekti quş  mənşəli  müxtəlif materialların  aerozol  halında  inqalyasiyası, 
məsələn, quş zərdabı, lələklər və zıl (“quş sevənlərin xəstəliyi”), bitki mənşəli toz 
və s. verə bilər. 


 
173
Bu  sindrom  insan  və  ya  heyvanın  hava  ilə  keçən  hissəciklərə  qarşı 
sensibilizasiyası ilə əlaqədardır və tənəffüs traktatının distal şöbələrinin (interstisial 
və alveolyar iltihabı) zədələnməsi şəklində təzahür edir. 
Qeyd etmək lazımdır ki, növspesifik (növarası) baryerin keçilməsi halı yeni 
deyil. 
1979-cu ildə Sabunçu qəsəbəsində (Bakı ətrafı, Xəzər sahili) 179 saylı uşaq 
kollektivində  yüksək  temperatur  və  abdomen  ağrıları  ilə  baş  verən  KRX 
alovlanması zamanı uşaqlardan 9-10 günlük toyuq embrionlarını yoluxdurmaqla 3 
hemaqqlütinasiya  edən  agent  alınmışdır.  Bunlar  A/Chicken/Germany/”N”/49 
virusu ilə identik olan A/H10N7/-/Hav2Neq1/ quş qripi virusu kimi identifikasiya 
edilmişdir. 
Bu  o dövr üçün  dünyada 3-cü  hal  idi. (De  Lay,  Cambell,  1970; Sadichova, 
1979). 
Qeyd  etmək  lazımdır  ki,  epidemioloji  məlumatlar  quş  qripi  virusunun 
əlverişli şəraitində insan populyasiyasına gətirilməsinə şəhadət edir, yəni ev quşları 
ilə yaxın kontakt və vəhşi quşların qeyd olunmuş ərazidən köçmə yollarının olması 
qeydə alınmışdır. 
Elmdə ilk dəfə təbii şəraitdə insandan A/H0Nav2/-/H1N3/ rekombinant qrip 
virusunun  alınması  da  maraq  doğurur.  Virus  Hövsan  qəsəbəsində  (Bakı  ətrafı)  6 
yaşılı uşaqdan alınmışdır. 
Sonrakı  virusoloji  –  epidemik  tədqiqatlar  göstərdi  ki,  bu  halda  KRX  ailəvi 
alovlanması  (8-18  oktyabr  1979-cu  il)  baş  vermiş  və  əvvəllər  KRX  qriplə 


 
174
xəstələnmiş  uşağın  anasının  qanından  A/H0Nav2/  qripi  virusnun  analoji  ştammı 
alınmışdır. 
Bu  tapıntı  A  qripi  virusları  ştammlarının  antropozoonoz  yolla  meydana 
çıxması nəzəriyyəsini zənginləşdirdi. 
Təqdim  olunmuş  material,  görünür,  onu  deməyə  əsas  verir  ki,  insan  və 
heyvanda  virus  infeksiyası  prosesi  ekoloji  faktorların  bütövlüklə  determinə 
olunmuş kompleksi prosesidir. 
Hazırda  virusların  ekologiyası  məsələsi  onların  törətdiyi  infeksiyanın 
epidemiologiyasının dərindən öyrənmək üçün müstəsna dərəcədə böyük əhəmiyyət 
kəsb edir. 
Quşların 
/H5N1/-A/chick/Scot/59/59/Hav2N1/ 

qripi 
virusunun 
növspesifik  baryeri  aşması  və  persistent  infeksiyanın  produktiv  infeksiyaya 
keçməsi  haqda  alınmış  məlumatlar  virusların  müxtəlif  sahiblərin  orqanizmində 
reproduksiyası  üçün  dəyişən  şəraitə  uyğunlaşması  və  ətraf  mühitdə  qorunması 
mexanizminin anlaşılması üçün perspektivlər açır. 
Bu səbəbdən virus infeksiyaları ilə mübarizə ayrı-ayrı və hətta, sistem şəkilli 
epidemiya əleyhinə tədbirlər çərçivəsindən kənara çıxır və ümumbioloji xarakterli 
ciddi problemə çevrilir. 
 
 
 
 
                                     FƏSİL 5 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə