F.Ə. Sadıxova


ALINMIŞ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
175
                              ALINMIŞ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ. 
Aparılan  tədqiqatların  məqsədi  canlı  aləmin  müxtəlif  populyasiyalarında 
sirkulyasiya  edən  A  qripi  viruslarının  mümkün  olan  qarşılıqlı  əlaqəsi,  virusların 
dəyişkənliyindəki tendensiyalar haqqında məlumatın alınması idi. 
Yuxarıda  qeyd  olunanlar  ilk  dəfə  Azərbaycan  Respublikası  zonasında  qrip 
infeksiyasının  spesifikasının  insanlar  və  heyvanlar,  o  cümlədən  quşlar  arasında 
kompleks öyrənilməsi metodunu tətbiq etməyə şərait yaratdı. 
Qarşıya qoyulan məsələlərin həllinə belə kompleks yanaşma qripin laborator 
diaqnostikasını həyata  keçirməklə və əhalinin immunitetinin öyrənilməsi, bununla 
paralel  olaraq  qrip  viruslarının  müxtəlif  biosenozlarda,  xüsusən  Azərbaycan 
Respublikasının  subtropik  zonasında  ekologiyasının  tədqiqini  həyata  keçirməklə 
əhali  arasında  qrip  infeksiyası  üzərində  müntəzəm  epidnəzarətin  aparılmasını 
şərtləndirdi. 
Qrip infeksiyası üzərində müntəzəm epidnəzarət nəticəsində müəyyən edildi 
ki,  kəskin  respirator  xəstəliklərin  dəyişilməsi  bir  sıra  hallarında  əhalinin 
immunitetinin  vəziyyətinə  uyğun  idi.  Yəni,  A/H1N1/,  /H3N2/  və  B  qripi 
viruslarının laborator yolla təsdiq olunmuş hallarının tezliyinin (%-lə) qeyd olunan 
ştammlara  qarşı  immunitetlə  müqayisəsi  bir  sıra  hallarda  onlar  arasındakı 
dəyişkənlikdə müəyyən məlum qanunauyğunluq üzə çıxardı. Yəni, bir tərəfdən, biz 
bir  sıra  dövrlərdə  müayinə  olunanlarda  xəstəliyin  səviyyəsinin  aşağı  düşməsi  və 
seroloji immunitetin yüksəlməsi və əksinə qanunauyğunluğunu müşahidə edirdik. 


 
176
Ancaq,  bir  çox  hallarda,  qripin  laborator  yolla  təsdiq  olunmuş  halları 
tezliyinin  immunitetin  səviyyəsi  ilə  müqayisəsi  kollektiv  immunitetlə  xəstəlik 
səviyyəsi göstəriciləri arasında korrelyasiyanı üzə çıxarmamışdır. 
Üzə  çıxmış  hal,  yəni  yuxarıda  qeyd  olunan  qanunauyğunluğu  özündə  əks 
etdirməyən  seroloji  immunitetin  dəyişməsi  ola  bilər  ki,  HALR-da  kommersiya 
antigenləri  ilə  qrip  viruslarının  artıq  epidemik  olmayan  ştammlarında  bizim 
tərəfimizdən  müəyyən  edilməyən  yeni  dreyf-variantların  sirkulyasiyasının 
başlanğıcı və formalaşması ilə izah ediləndir. 
Yəni  immunitetin  verilmiş  vaxt  müddətində  yüksək  səviyyəsi  xarakterikdir 
və əvvəllər, epidemiyanın başlanğıcında sirkulyasiya etmiş ştamma aiddir. Xəstəlik 
isə  qeyd  olunan  vaxt  ərzində  yeni  dreyf-variantlarla  törənir.  Sonuncuların 
sirkulyasiyası  HALR–da  donor  materialında  təyin  olunan  immunitetin  yüksək 
səviyyəsini əks etdirir. 
Beləliklə, alınan məlumatlardan göründüyü kimi, populyasiya immunitetinin 
qismən  azalması  yeni  dreyf-variantın  yayılmasına  səbəb  olur,  verilən  dreyf-
variantlara qarşı antitellərin yüksəlməsi isə epidemik potensiala malik yeni mutant 
dreyf-variantların yayılması və seleksiyasına səbəb olur.  
Jovnirenko  L.P.,  Şadrin  А.S.(1978)  də  kollektiv  immunitetlə  xəstəliyin 
səviyyəsi  arasında  əlaqənin  olmadığını  qeyd  edirlər  və  belə  nəticə  çıxarırlar  ki, 
HALR-da 
təyin 
olunan 
donor 
immunitetinin 
səviyyəsi 
epidemiyaların 
proqnozlaşdırlmasında əhəmiyyət kəsb etmir. 
J.  Q.  Velazko,  R.B.Kauç  və  b.,  (1983)  qeyd  edirlər  ki,  A  qripi  virusunun 
yarımtipinin  yeni  variantları  mövcud  olan  variantı  birdən  sıxışdırmır  və  onların 


 
177
əhali arasında yayılması, bir variantın o birini üstələməsinin müşahidəsi, görünür, 
tədricən baş verir. 
A  qripi  viruslarının  dreyf-variantlarının  əmələ  gəlməsi  və  sirkulyasiyası 
М.А.Yaxno,  А.Кеndal,  L.Y.  Zakstelskaya  və  b.(1981),    Y.P.Хristoforov  və 
həmmüəlliflər (1986), Y.İ.İsayeva və b.(1986) tədqiqatlarında qeyd olunmuşdur. 
Qripin laborator diaqnostikasında bizim tərəfimizdən A/Нью-Джерси/76 və 
А/Шклявер/48  qripi  viruslarının  epidemik  cəhətdən  qeyri-aktual  olan 
ştammlarının  mikrosirkulyasiyası  faktı  üzə  çıxarılmışdır  və  qeyd  olunmuşdur  ki, 
qeyd 
olunan 
ştammlara 
qarşı 
seroloji 
immunitetin 
səviyyəsi 
onların 
sirkulyasiyasının intensivləşməsinə səbəb olmur. 
Qrip  virusları  ştammlarının  mikrosirkulyasiya  faktını  təsdiq  edən 
Z.К.Çuvaxovanın  (1986)  məlumatları  1984-1985-ci  illərdə  Alma–Atada 
A/свинья/Айова/15/30  qripi  virusu  ilə  antigen  cəhətdən  oxşar  olan  A  qripi 
virusunun  sirkulyasiya  etdiyinə  şəhadət  edir.  Güman  edilir  ki,  immunogenliyin 
aşağı  səviyyəsi  qrip  virusu  populyasiyasının  spesifik  humoral  immunitet 
nəzarətindən  qaçmasına  imkan  verən  aqressiyanın  uyğunlaşma  mexanizmidir 
(Frolov  və b., 1985). 
Spesifik  antitellərin  neytrallaşdırma  təsirinə  qarşı  dayanma  qabiliyyəti, 
immunoqlobulinlərin  tədricən  əmələ  gəlməsini  törətmək,  zəif  interferonogen 
aktivliyi  güman  ki,  buna  bənzər  virusların  insan  və  heyvan  orqanizmində 
persistensiyasının  bioloji  əsaslarından  biridir  (F.İ.Polejayev,  А.А.Smorodinsev, 
1986). 


 
178
Qrip  viruslarının  epidemik  cəhətdən  aktual  olmayan  ştammlarının 
mikrosirkulyasiyası  faktı  A  qripi  viruslarının  relikt  formalarının  heyvan 
populyasiyasında  persistensiyasının  mümkünlüyünü  göstərir.  Periodik  olaraq  bu 
viruslar  insan  populyasiyasına  daxil  olur  və  onlara  qarşı  müəyyən  immunitet 
yaranır. 
А/Хабаровск/77/H1N1/,  A/Виктория/3/75/H3N2/  viruslarının  antigen 
analoqu olan epidemik cəhətdən aktual qrip viruslarının və B qripi virusunun Bakı 
ş. KRX-li xəstələrdən müxtəlif seroloji tədqiqatların nəticələrinin təsdiqi idi. 
Qeyd  etmək  lazımdır  ki,  qripin  laborator  diaqnostikasında  bizim 
tərəfimizdən 1980, 1984-cü illərdə antigen cəhətdən müxtəlif olan qrip viruslarının 
birgə sirkulyasiyası (1,4%-3,9%) üzə çıxarılmışdır. 
1984-ildə 7,4 % -də А/Шклявер/48 və ya A/Нью-Джерси/76 ilə A/H3N2/, 
/H1N1/, B ya da paraqrip virusları ilə uzlaşan qarışıq infeksiya üzə çıxarılmışdır. 
Antigen  cəhətdən  müxtəlif  olan  populyasiya  üzvlərinin  daha  dərin  ifadə 
olunmuş birgə sirkulyasiyasını biz Bakı ş. üzrə 1978-ci ildə müşahidə etmişik. 
 A/H3N2/  qripi  viruslarının  sirkulyasiyası  fonunda  1978-ci  ilin  mart,  aprel, 
may aylarında A/CCCP/090/77/H1N1/ qripi viruslarının intensiv sirkulyasiyası ilə 
əlaqədar olaraq A /H1N1/ qripi viruslarına qarşı immunitetin əhəmiyyətli dərəcədə 
yüksəlməsi qeyd olunmuşdur. 
Beləliklə,  müəyyən  olunmuşdur  ki,  qriplə  xəstələnmənin  mart  yüksəlişi 
A/H1N1/, A/H3N2/ və qismən B qripi virusları ilə əlaqədardır. 
Azərbaycan 
Respublikası 
ərazisində 
qrip 
viruslarının 
müxtəlif 
serotiplələrinin  birgə  sirkulyasiyası  faktının  müəyyənləşdirilməsi  ilə  əlaqədar 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə