F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
179
yuxarıda  göstərilən materialları  təsdiq edən  bir  sıra ədəbiyyat  məlumatlarını  qeyd 
etmək lazımdır. 
Ennis  Frasncis  A.  (1978)  qripp  infeksiyasının  epidemiologiyası  haqda 
anlayışlarda  bəzi  dəyişikliklərin  olduğunu  qeyd  edir.  Belə  ki,  o  deyir: 
A/CCCP/77/H1N1/  qripi  virusu  insanların  əsas  kütləsi  ona  qarşı  qeyri-immun 
olduqda  sirkulyasiyaya  qayıtdı.  Bütünlüklə  güman  edilir  ki,  son  epidemioloji 
hadisələr 
populyasiyanın 
antigen 
cəhətdən 
müxtəlif 
üzvlərinin 
birgə 
sirkulyasiyasına şəhadət edir. 
Beyer  W.E.P.,  Masurel  N.(1985)  qeyd  edirlər  ki,  bu  sual  aydın  deyil  ki, 
ilbəil kosirkulyasiyanın artması H3N2 yarımtipinin sıxışdırlması ilə əlaqədardır, ya 
əksinə,  persistensiya  strategiyası  həyata  keçirilir.  Kosirkulyasiyanın  olduğunu 
Donatelli  J.  et.  al.,  (1985)  А/Бангкок/1/79  və  А/Бельгия/2/81-ə  bənzər  A  qripi 
viruslarının eyni zamanda sirkulyasiyasını təsvir etməklə qeyd edirlər. 
Kendal  A.P.,  İoseph  İ.M.  et.al.,  (1979)  A/CCCP/90/77-ə  bənzər  A/H1N1/ 
qripi viruslarının alınmasının əvvəlinin 1978-ci ilin yanvarının üçüncü həftəsindən 
başladığını  A/Texac/1/77/H3N2  virusnun  sirkulyasiyası  ilə  paralel  olaraq 
A/Бразилия/1/78,  А/Аризонпа/4/78  referens  ştammlarının  sirkulyasiyasını  qeyd 
edirlər.  Hannoun  C.(1981)  qeyd  edir  ki,  ikiqat  infeksiyanın  və  ya  virusun  vəhşi 
heyvanlar  və  insanlar  arasında  variasiyasının  gözlənilməz  tezliyi  genetik 
dəyişikliklər  və qlobal dəyişkənlikdə “iştirak etmə” imkanını yüksəldir.  
İnsan  populyasiyası  üçün  adi  olan  A  qripi  viruslarının  sirkulyasiyası  ilə 
yanaşı,  Azərbaycan  Respublikası  zonasında  epidemik  prosesin  xüsusiyyəti  ondan 
ibarət  idi  ki,  quşlarda  və  ya  başqa  heyvanlarda  olan  orijinal  viruslar  insan 


 
180
populyasiyasına daxil olub, növspesifik baryeri (səddi) tək bir dəfə aşırdı: məsələn, 
A/цыпленок/Германия/”N”/49/H10N7/-/Hav2Neq1/  virusu  ilə  identik  olan  
А/Баку/900/79/H10N7/  qripi  virusunun  Xəzər  dənizi  sahilində  Sabunçu 
qəsəbəsində  3  yaşlı  uşaqdan  alınması  və  elmdə  ilk  dəfə  A/Баку/799/82/H1N3/ 
qripi virusunun təbii rekombinant ştammının Xəzər sahilində Hövsan qəsəbəsində 
6 yaşlı uşaqdan alınması. Bunlar yuxarıda qeyd olunanlarla birgə səslənir.  
Ədəbiyyatda Hav2 (Cambell and oth, 1970), eləcə də Hav1 hemaqqlyutininli 
(De  Lay  et.al.,  1967)  quş  qripi  virusunun  insandan  izolyasiyası  haqda  tək-tək 
məlumatlar  var.  Bu  isə  onu  göstərir  ki,  Hav1-Hav2  hemaqqlyutininə  malik  qrip 
virusları da xəstə insanlarda rast gələ bilər. 
A  /H1N3/  qrip  virusunun  rekombinant  ştammlarından  danışdıqda  qeyd 
etmək  lazımdır  ki,  H1-in  detal  analizi  nəticəsində  məlum  oldu  ki,o,  cari  dövrün 
epidemik  ştammının  dreyf-variantından  fərqlidir  və  A/PR/8/34  (H0)  virusunun 
yaxın qohumudur. A/PR/8/34 çoxdan sirkulyasiyadan sıxışdırılmışdır, onda güman 
etmək  olar  ki,  bu  rekombinant  insan  populyasiyasından  kənar  formalaşmışdır: 
məsələn, heyvanlardan və quşlardan insana formalaşmış halda gətirilmişdir. Həmin 
rekombinantın əmələ gəlmə mexanizmi və yeri aydın deyil. 
Ancaq, o fakt vacibdir ki, bizim zonada insanlarda qrip viruslarının epidemik 
ştammlarından  başqa  epidemiyaya  realizə  olunmayan  quşlara  xas  olan  orijinal 
virusların sporadik halları və ya özündə H3 və H1 saxlayan rekombinantlar qeydə 
alınmışdır.      
D.К.Lvov  və  b.  (1982,  1986)  insanların  vəhşi  heyvanlardan  yoluxması 
mümkünlüyü  haqda  fərziyyə  söyləyir  və  A/H1N1/  qripi  virusunun  sirkulyasiya 


 
181
misalında  genofondun  birliyini  qeyd  edir.  Bachmann  P.A.(1984)  qeyd  edir  ki, 
heyvanlar  “köhnə”  insan  ştammlarının  rezervuarı  ola  bilərlər  və  insan  üçün 
patogen olan yeni ştammların meydana çıxması üçün genetik material verə bilərlər. 
М.Х.Саятов  (1981)  A/H1N1/  qripi  viruslarının  sirkulyasiyası  haqda  alınan  
məlumatlar  əsasında  1979-cu  ildə  vəhşi  quşlardan  A/CCCP/90/77  və 
A/Бразилия/1/78-ə  yaxın  olan  virusun  izolyasiyasını  belə  interpretasiya  edir  ki, 
1977-1978 –ci illərdə bu viruslar vəhşi quşların populyasiyasına introduksiya etmiş 
və uzun müddət avtonom sirkulyasiya etmişdir. 
B.P.Sokolov 
(1983) 
H1N1 
və 
H3N2 
heyvan 
virusları 
heyvan 
populyasiyasına keçmiş insan viruslarının həqiqi mənbəyi olduğunu qeyd etməklə 
analoji fikri vurğulayır. 
Ədəbiyyatda  təbii  biosenozlarda  rekombinantların  əmələ  gəlməsini  təsdiq 
edən  məlumatlar  var.  R.Y.Podçernyayeva  və  həmmüəlliflər  (1972,  1980) 
tərəfindən  rekombinantların  eksperimental  yolla  alınması  zamanı  epidemik 
virusların  heyvan  populyasiyasına  daxil  olmasının  və  digər  insan  və  heyvan 
viruslarının  sonrakı  rekombinasiyasının  və  bu  rekombinantlardan bəzilərinin  təbii 
biosenozlarda sirkulyasiyaya adaptasiyasının  mümkünlüyü göstərilmişdir. 
Yuxarıda  göstərilən  faktı,  yəni  insanların  heyvanların  A  qripi  ilə 
yoluxmasının  insan  populyasiyasının  seroloji müayinəsi  ilə  heyvan  virusuna  qarşı 
geniş  spektrli  antitellərin  (H1-H11)  mövcudluğunun  aşkar  edilməsinin  nəticələri 
təsdiq edir. 


 
182
Bu  zaman  qeyd  etmək  lazımdır  ki,  bir  çox  hallarda  müsbət  nəticələr  şəhər 
əhalisi ilə müqayisədə kənd əhalisi kontingentində müşahidə edilir. (3.3.2-ci fəslə 
bax). 
Profeta  Maria  Luisa,  Palladino  G.(1986)  tərəfindən  294  insanın  zərdabının 
tədqiqi  əsasında  fərziyyə  söylənilir  ki,  quş  virusları  HA  qarşı  antitellər  insan 
orqanizmində az yaşayandırlar və onların  miqdarı istifadə edilən metodların (HИ-
ГИ-testlər) həssaslığından aşağıdır. 
Yuxarıda  qeyd  olunan  müşahidələri  nəzərə  alaraq  qeyd  etmək  lazımdır  ki, 
istər kənd yerləri əhalisinin, istərsə də şəhər əhalisinin öyrənilməsində zərdabların 
tədqiqi üçün eyni metodlar tətbiq edilmişdir: HALR metodu və zərdabların RDE-
də  analizi.  Və  əgər  geniş  spektrli  viruslara  qarşı  antihemaqqlyutininlər  kənd  yeri 
əhalisində  əhəmiyyətli  titrlərdə  (OHT    6,1-ə  qədər)  şəhər  əhalisində  isə  eyni 
şəraitdə  titrlər  1:16  nisbətində  idi.  Onda  insanların  heyvanlardan  o  cümlədən, 
quşlardan  yoluxmasının    mümkünlüyü  haqda  çıxardığımız  nəticələr  kifayət  qədər 
arqumentə malikdir. 
Qripin  epidemiologiyasının  Azərbaycan  Respublikası  zonasında  yuxarıda 
qeyd  olunan  xüsusiyyəti,  görünür,  Abşeron  yarımadasının  iqlim-coğrafi  şəraitinin 
özünəməxsusluğu,  Lənkəran  rayonunun  subtropikləri,  qoruğun  bu  zonada  olması 
və orada vəhşi oturaq və köçəri quşların geniş spektri,  su  və  su ətrafı kompleksin 
quşlarının  qışlama,  yuvalama  yerləri  və  onların  yarımada  üzərindən  keçən  uçuş 
yolları,  zəngin  flora  və  faunaya  malik  ilıq  dənizin  olması,  daimi  külək  rejimi  və 
havanın temperaturunun əsasən müsbət olmasına əsaslanır.  


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə