F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

 
167
balasından 
izolə 
edilməsi 
ilə 
təsdiq 
olundu. 
А/серебристая 
чайка/Баку/843/79/H1N1/  qripi  virusu  –А/Бразилия/11/78/H1N1/  qripinə  yaxın 
qohum olan A/H1N1/ epidemik ştammının analoqudur (4.2.2. fəsil). 
 
Beləliklə, A qripi viruslarının eyni antigen variantlarına qarşı bir tərəfdən ev 
heyvanlarının  (inəklərin,  toyuqların,  donuzların,  quzuların)  və  Qızılağac 
qoruğundan  olan  vəhşi  quşların  qan  zərdabında,  digər  tərəfdən  isə  heyvan  və 
insanların zərdabında antitellərin olması müəyyən edilmişdir. 
Bu,  təbii  biosenozlarda  A  qripi  viruslarının  sirkulyasiyasının  mümkün 
dairəsi olduğunu hesab etməyə əsas verir. 
Kənd  təsərrüfatı  heyvanları  arasında  geniş  virusoloji  tədqiqatların  nəticələri  və 
alınan  nəticələrin  insan  populyasiyasında  qriplə  xəstələnmənin  hərəkət 
dinamikasının müqayisəsi epidemik və epizootik proseslər arasında qarşılıqlı əlaqə 
faktını üzə çıxardı.  
 
                                              H5N1  
4.3.3. 2006-2007-ci illərdə Azərbaycan Respublikası ərazisində qripin 
monitorinqinin vəziyyəti və problemləri. 
Virusların  biologiyasının  yaxşı  məlum  olan  xüsusiyyətləri,  virusla  sahibin 
qarşılıqlı  əlaqəsinin  bir  ekoloji  tipdən  digərinə  keçməsinin  mümkünlüyünü  (virus 
genomunun və hüceyrə genomunun dönər inteqrasiyası daxil olmaqla), eləcə də bu 
antigenlərin  təbiətdə  biosenotik  əlaqələrinin  müxtəlif  variasiyaları-bütün  bunlar 
virusların  müstəsna  dərəcədə  yüksək  uyğunlaşma  potensialını  və  onların 
təkamülünün zəngin ehtiyatlara malik olduğunu göstərir. 


 
168
Virusların 
ibtidai 
prokariot 
orqanizmlərdə 
(bakteriyalarda, 
mikroplazmalarda) üzə çıxması ibtidai (yosunların virusları, göbələklərin virusları, 
ibtidailərin virusları) və ali eukariot hüceyrələrdə bitki və heyvan orqanizmlərində 
üzə çıxması ilə eynidir. 
Artıq  təsnif  olunmuş  viruslardan  insan  viruslarının  bir  qismi  onurğasız 
orqanizmlərdə  çoxalma  qabiliyyətinə  malikdir,  bəzi  növləri  isə  bitkilərdə 
çoxalırlar. 
          Ancaq  qeyd  olunanlarla  yanaşı  vurğulamaq  lazımdır  ki,  növ  spesifikliyi  ilə 
yanaşı, onu dövri olaraq aradan qaldırmaq hadisələri mövcuddur. 
Yuxarıda  qeyd  edilən  hadisəni  biz  /H5N1/  quş  qripi  virusu  ilə  dünyanın 
müxtəlif yerlərində, o cümlədən Azərbaycanda müşahidə etmişik(Cədvəl 21). 
Azərbaycanda  A/H5N1/  quş  qripi  virusu  ilə  bir  sıra  qonşu  ölkələrdə 
insanların  xəstələnmə  halının  qeydə  alınmasını  nəzərə  alaraq,  Səhiyyə  Nazirliyi 
tərəfindən  kompleks  profilaktik  və  epidemiya  əleyhinə  tədbirlərin  görülməsinə 
başlanmışdır. 
Azərbaycan  Prezidentinin  16  fevral  2006-cı  il  tarixli  qərarı  ilə  Azərbaycan 
Respublikası  ərazisində  quş  qripi  ilə  xəstələnmənin  qarşısının  alınması  və  bu 
istiqamətdə aparılan bütün işlərin koordinasiyası üzrə Dövlət Komisiyası yaradıldı.  
Dövlət  Komissiyasının  elə  ilk  iclasında  “Azərbaycan  Respublikası 
ərazisində quş qripinin profilaktikası üzrə Fövqəladə Tədbirlər planı” təsdiq edildi. 
Respublikanın bütün şəhər və rayonlarında quş qripi ilə mübarizə üzrə qərargahlar 
yaradıldı. Onların işinə bütün müvafiq orqanlar cəlb edildi.  


 
169
Bu aspektdə işlə əlaqədar biz KRX-li insanlardan 200 burun-udlaq yaxması 
toplanmış  və  həmin  materialla  9-10  günlük  toyuq  embrionlarını  yoluxdurmuşuq. 
İzolə  edilmiş  hemaqqlütinasiya  edən  agent  və  nativ  material  Azərbaycan 
Respublikası  Səhiyyə  Nazirliyi  NAMRU-3-dən  olan  Sem  İnqetin  köməyi  ilə   
SDS-ə (Atlanta) çatdırlmışdır. 
РZR metodu ilə materialın tədqiqi H3 və H1 üzə çıxardı. H5- tapılmamışdır. 
Xəzər  dənizi  sahilində  köçəri  quşlardan  yığılmış  bir  sıra  sınaq 
materiallarında  aparılan  monitorinqin  gedişində  A/H5N1/  qripi  virusunun  olduğu 
müəyyən edilmişdir (Respublika Baytarlıq Xidmətinin məlumatları). 
Virusoloji diaqnostika Londonda (Veybric) PZR metodu ilə aparılmışdır. 
2006-cı  ilin  9  fevralında,  həmin  məlumat  alınan  kimi  Kütləvi  İnformasiya 
Vasitələri  xəbərdar  edildi.  Azərbaycanın  Səhiyyə  və  Kənd  təsərrüfatı  Nazirlikləri 
Respublika  əhalisinə  müraciətlə  çıxış  etdilər.  Azərbaycan  Respublikası  Səhiyyə 
Nazirliyi tərəfindən quş qripinə şübhəli bilinən xəstələrin hospitallaşdırılması üçün 
iki  ixtisaslaşdırılmış  tibb  müəssisəsi  (ET  ağ  ciyər  xəstəlikəri  institutunun 
pulmonologiya şöbəsi və Bakı şəhər 7 saylı infeksion xəstəxana) ayrıldı. 
Salyan rayonunda quşlar arasında epizootiya 2006-cı ilin yanvarında başladı. 
Qrip infeksiyasına şübhəli ilk xəstə Salyan rayonu Sarvan kənd sakini 1989-
cu  il  təvəllüdlü  A.X.  Bakı  ş. 1  saylı  şəhər  klinik  xəstəxanasına  kəskin  abdominal 
ağrılar  və  təngnəfəsliklə  yerləşdirildi.  Ancaq,  intensiv  terapiya  aparılmasına 
baxmayaraq  2006-cı  ilin  23  fevralında  kəskin  ağ  ciyər  çatışmazlığı  əlaməti  ilə 
xəstə  vəfat  etdi.  Sonra  Salyan  rayonu  Sarvan  və  Daş  kəndlərindən  olan  daha  10 
xəstə  Bakı  şəh.  ET  ağ  ciyər  xəstəlikləri  institutuna  yerləşdirildi.  Müalicə 


 
170
aparılmasına baxmayaraq onlardan 3-ü vəfat etdi, 7 pasiyent isə  sağaldıqları üçün 
evə  yazılmışlar.  Qeyd  olunan  7  halda  xəstəlik  pnevmoniya  kimi  (ancaq  yüngül 
formada  keçən)  diaqnozlaşdırlmışdır.  Beləliklə,  Salyan  rayonundan  olan  11 
xəstədən 4-ü letal nəticə verdi. 
Xəstələnmiş insanlar yaxın qohumlar arasında və sıx birlikdə yaşamaqlarına 
baxmayaraq infeksiyanın insandan insana ötürülməsi faktı müəyyən edilməmişdir. 
Epidemioloji  təhqiqat  nəticəsində  məlum  oldu  ki,  yoluxmuş  insanlar  xəstə 
ölmüş  quşlarla  –vəhşi  qu  quşları  ilə  kontaktda  olmuşlar  (quşların  lələklərini 
yoluşdurarkən quano ilə kontaktdan yoluxma). 
          РZR  metodunu  istifadə  etməklə  virusoloji  tədqiqatlar  A/H5N1/qripi 
virusunun qanda (3 halda ) və udlaq yaxmasında (1 halda) üzə çıxardı. 
 
7  haldan 3-ündə  РZR  metodu  ilə  udlaq  yaxmasında  A  /H5N1/  qripi  virusu 
təyin olunmuşdur. 
 
Klinik  müşahidələr  bütün  letal  hallarda  xəstəliyin  7  gün  ərzində  təcili 
proqressiv inkişafının üzə çıxardı. Bu zaman yüksək temperatur, abdominal ağrılar, 
baş  ağrısı,  intoksikasiya  halları,  sidiyə  çıxmanın  ləngiməsi,  ümumi  zəiflik  və 
boğazda  iltihab  prosesi  baş  verir.  Qalan  7  nəfər  KRX  əlamətləri  ilə  xəstəxanaya 
yerləşdirilmişdir.  Onlarda  peribronxit,  ümumi  zəiflik,  temperaturun  yüksəlməsi 
qeydə alınmışdır. Sağaldıqdan sonra evə buraxılmışlar. 
 
Rentgenoqramda  sağ  ağ  ciyərdə  homogen  iltihab  (plevra  boşluğunda 
ekssudat) üzə çıxmışdır. 
Klinik rentgenoloji diaqnoz belə idi: “Sağ tərəfli ekssudativ plevrit”. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə