F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

 
149
sirkulyasiyası  qeydə  alınmışdır.  Bu  sirkulyasiya  1982-ci  ilin  dekabrında  da  1:80 
titrində (OHT =4,9) davam edirdi. 
Elə  həmin  dövrdə  Gil  adasından  olan  qağayılar  arasında  sirkulyasiya  edən 
virusların  analoji  spektrini  qeyd  etmək  lazımdır.  Bu  isə  uçuş  yolları  Qızılağac 
qoruğu  üzərindən  keçən,  Gil  adasında  yuvalayan  qağayıların  qarşılıqlı  əlaqəsini 
göstərir. 
Bu  zonada  1983-cü  ilin  iyununda  davam  edən tədqiqatlar  nəticəsində  vəhşi 
quşların  zərdabında  yüksək  titrli  antitellərin  (1:20-ə qədər)  olduğu  üzə  çıxmışdır. 
Beləliklə,  26  zərdabı  insan  və  heyvan  qripi  viruslarının  19  antigeni  üzrə  tədqiq 
edərkən 
aşağıdakı 
antigenlərə 
qarşı 
antitellər 
üzə 
çıxmışdır: 
A/крачка/Ю.Африка/61/H5N3/ antigeninə qarşı – ağ vağlarda 2 halda titr 1:4, 1:8 
olmaqla,  ördəklərdə  titr  1:16,  А/индюк/Массачусетс/65/H6N2  antigeninə  qarşı- 
ağ vağda titr 1:4 olmaqla, ördəklərdə 7 halda titr 1:4 –dən 1:16 –ya qədər olmaqla 
A/лошадь/Майами/63/H3N8/ antigeninə qarşı – 4 ördəkdə 1:4-dən 1:16-ya qədər 
titrlərdə. 
Tədqiq  olunmuş  3  tısbağada  yüksək  titrli  antitellərin  olduğunu  qeyd  etmək 
lazımdır:  1-ci  tısbağada  A/крачка/Ю.Африка/61/H5N3/  antigeninə  qarşı  1:20 
titrində  antitellər  (OHT=4,3),  digər  2  tısbağada  –  А/индюк/Онтарио/68/H8N4 
antigeninə qarşı 1:20 və 1:40 titrlərində (OHT =4,8) antitellər tapılmışdır. 
İnsan qripi virusu antigenlərinə qarşı antitellər üzə çıxmamışdır, bu ola bilər 
ki,  tədqiqatın  dövrü  ilə,  yəni  əhalinin  qriplə  xəstələnməsinin  çox  da  yüksək 
olmayan səviyyəsi ilə izah edilsin. Bu zaman quşların kontakt vasitəsilə yoluxması 
ehtimalı azdır. 


 
150
1983-cü  ilin  oktyabrında  həmin  zonada  tədqiqatların  davam  etdirilməsi 
nəticəsində  insan  qripi  viruslarının  heyvan  qripi  virusları  ilə  yanaşı  sirkulyasiya 
etməsinin seroloji təsdiqi alınmışdır. 
Yuxarıda  göstərilən  quşlardan  alınmış  18  zərdab  heyvan  və  insan  qripi 
viruslarının  15  antigeninə  qarşı  HALR-da  seroloji  tədqiq  edilmişdir.  Bu  zaman 
heyvan qripi viruslarına qarşı antitellər 1:80 titrində və insanın A qripi viruslarına 
qarşı  antitellər  1:40  titrində  bütün  tədqiq  edilən  quş  növlərinin  zərdabında 
tapılmışdır.  А/свинья/Айова/15/30  və  А/Нью-Джерси/76  qripi  viruslarının 
gümüşü qağayılar, ördəklər arasında geniş sirkulyasiyasını (OHT =4,7) qeyd etmək 
lazımdır. 
Yuxarıda  qeyd  olunan  faktik  material  əvvəllər  1977-1980-cı  illərdə  vəhşi 
quşların zərdabında tək quş qripi viruslarına qarşı deyil, eləcə də at, donuz və insan 
qripi viruslarına qarşı antitellərin olması haqda məlumatları təsdiq edir. 
Antihemaqqlyütininlərin  (H1,  H3,  H4,  H6,  H10,  H11)  geniş  spektri 
qaşqaldaqlarda müvafiq olaraq orta-həndəsi titrlərdə 4,7; 5,1; 6,1; 4,8; 3,3; 5,2; 5,9; 
üzə çıxmışdır. 
Həmin  dövrdə  antihemaqqlütininlərin  spektri  (H1,  H3,  H4,  H8,  H10) 
gümüşü qağayılarda, demək olar ki, analojidir.SQT (5,6; 5,4; 5,9; 5,4; 5,9;). 
Ördəklərdə  antihemaqqlütininlər  H1,  H3,  H4  tapılmışdır.  OHT=5,6;  5,3; 
6,3;. 
Qoruğa  yaxın  zona  (Lənkəran  ş.)  insanlarının  zərdabında  heyvan  qripi 
viruslarına  qarşı  yüksək  titrli  antitellərin  olması  və  virusların  geniş  spektri  maraq 
doğurur. 


 
151
Antihemaqqlütininlərin  xüsusən  zəngin  spektri  1983-cü  ilin  mart  və 
oktyabrında üzə çıxmışdır: H1, H3, H4, H5, H6, H7, H8, H9, H10, H11. 
Yuxarıda  qeyd  olunan  fakt  həmin  zonanın,  xüsusən  Lənkəranın  insan 
populyasiyasının  ov  mövsümündə  (kişilər)  və  quşların  təmizlənməsi  anında 
(qadınlar və uşaqlar) quş populyasiyası ilə kontaktın olması ilə izah olunur. 
Bundan başqa, əhalnin ev quşları –ördəklər, qazlar Kiçik və Böyük körfəzin 
sahilində bilavasitə vəhşi ördəklərlə, baklanlarla, qaşqaldaqlarla kontaktda olurlar. 
Yuxarıda  qeyd  olunan  populyasiyadakı  qarşılıqlı  əlaqə  və  virusların  növ 
spesifik səddi aşması insanlarda heyvan qripi viruslarına qarşı antitellərin olmasını 
güman ki, təmin edir. 
Beləliklə,  alınan  faktiki  material  insan  və  heyvan  qripi  virusları  arasında 
qarşılıqlı  əlaqənin  olması,  heyvanların  insanlardan  yoluxması  imkanı  və  quşların 
qrip virusları ilə yoluxması halları haqda məlumatları daha da zənginləşdirdi. 
Qrip  virusunun  antigen  variasiyaları  spesifikasına  ekoloji  nəzarətin  məntiqi 
nəticəsi,  virusun  təbii  rekombinant  ştammının  Bakı  ş.  ətrafında  kəskin  respirator 
xəstəlikli  6  yaşlı  uşağın  qanından  1982-ci  ildə  alınması  oldu.  Bu,  virusların  təbii 
şəraitdə  rekombinasiyasının  mümkünlüyünün  təsdiqi  idi  (eksperimentdə  in  vitro 
şəraitində müəyyən olunmuşdur). 
Təbii  rekombinantın  alınması  A  qripi  viruslarının  yeni  ştammlarının 
yaranması haqda hipotezlərdən birinin təsdiqinə müəyyən təkan verdi; qeyd etmək 
lazımdır  ki,  insandan  A/H1N3/  qripi  virusunun  qeyd  olunan  rekombinantının 
dünyada ilk müəyyən epidemik potensiala malik yeni ştammların əmələ gəlməsinə 
imkan verən iqlim və epidemik şəraitdə baş verdi: 


 
152
Həmin  uşaq  ölkənin  cənubunda  Xəzər  dənizi  sahilində  Abşeron 
yarımadasında  yerləşən  qəsəbədə  yaşayırdı.  Uşağın  çoxuşaqlı  ailəsinin  yardımçı 
təsərrüfatında çoxlu quşlar (toyuqlar), qoyunlar və itlər olduğu qeydə alınmışdır. 
Bundan başqa, qeyd etmək lazımdır ki, təbii rekombinant ştammın insandan 
alınması  ştammın  insan  orqanizmində  nəinki  adaptasiyasına,  eləcə  də 
formalaşmasına imkan verir. 
           Vəhşi quş və heyvanların 27 növünün 581 fərdinin tədqiqi nəticəsində vəhşi      
quşların zərdabında quş qripi virusları ilə yanaşı at, donuz, insan qripi viruslarınnın 
antigenlərinə qarşı antitellərin olması faktı üzə çıxmışdır. 
Vəhşi  quşlarda  antihemaqqlütininlərin  geniş  spektrinin  olması  (H1-H11) 
qeydə  alınmışdır,  bu  isə  həmin  Qızılağac  qoruğundakı  virusoloji  tapıntıları  təsdiq 
edir. 
A  qripi  virusunun  epidemik  cəhətdən  ştammlarının  vəhşi  quşlar  arasında 
intensiv  sirkulyasiyası  onların  insan  populyasiyasında  epidemik  yüksəlməsi 
dövründə  üzə  çıxarılmışdır.  Bu  A/Бразилия/11/78/H1N1/  virusunun  yaxın 
qohumu  olan  H1N1  epidemik  ştammının  analoqu  olan  A/серебристая 
чайка/Баку/843/78/H1N1 qripi virusunun ayrılması ilə təsdiq olunurdu. 
1977-1979-cu  illərdə  vəhşi  quşlarda  antitellərin  spektrinin  və  üzə  çıxma 
tezliyinin  müqayisəsi  ilin  payız-yaz  dövründə  müsbət  nəticələrin  yüksək  tezliyini 
müəyyən etdi. 
A  qripi  viruslarının  təbii  biosenozlarda  müxtəlif  illərdə  sirkulyasiyasının 
intensivliyinin qeyri-bərabəliyi, çox güman ki, infeksiyanın populyasiyadakı həssas 
qatların sayından asılı olaraq impuls şəklində yayılması ilə izah olunandır. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə