F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

 
133
İnsan 
populyasiyasında 
qrip 
infeksiyasına 
müntəzəm 
epidnəzarət 
Azərbaycanın  subtropik  zonasında  aparılan  ekoloji  tədqiqatlar  və  epidemik 
ştammların formalaşmasının mümkün nöqtəsi kimi uzlaşırdı (şək.20). 
Bundan  başqa,  Azərbaycan  ərazisində  qışlayan  quşların  müxtəlif 
populyasiyaları arasında biosenotik əlaqələrin genişliyi həmin zonanın viruslarının 
təbiətdə  dəyişməsi  tendensiyasını  aydınlaşdırmaq  məqsədilə  virusların  biosferdə 
qarşılıqlı  əlaqəsinin  müəyyənləşdirilməsi,  təbiətdə  virus  populyasiyası  genofondu 
haqda  təsəvvürlərin  genişlənməsi  üzrə  faktiki  materialın  alınmasının  vacib 
olduğunu hesab etməyə əsas verirdi. 
Bununla  əlaqədar  olaraq  qrip  viruslarının  təbii  biosenozlarda,  xüsusən 
Qızılağac  qoruğunda  (subtropik  zona),  gümüşü  qağayıların  yuva  koloniyalarında 
(Bakı  Arxipelaqının  Gil  adasında),  Bakı  şəh.  Xəzəryanı  zonada  bir  sıra  quşçuluq 
fermalarında və heyvandarlıq təsərrüfatlarında sirkulyasiyasının öyrənilməsinə dair 
tədqiqatlar aparılmışdır. 
 
4.1.Vəhşi və ev heyvanlarından alınan materialın yığılma yerinin 
xarakteristikası

Qızılağac qoruğu Xəzər sahilində Azərbaycanın cənubi-şərqində yerləşir. 
Qızılağac qoruğunun  iqlimi şimali-qərbdə yerləşən  quru  iqlimə malik  geniş 
Kür-Araz  ovalığının,  qərbdən  –  Talış  dağları  sisteminin  ,  Şərqdən  –  Xəzər 
dənizinin geniş su məkanının təsiri altında yaranır. 
Bu  qədər  müxtəlif  iqlimli  zonaların  birbaşa  qonşuluqları  qoruğun  iqlim 
şəraitinə bəzi xüsusiyyətlər verir. 


 
134
Belə  ki,  qoruğun  çox  da  böyük  olmayan  ərazisində  (88  min  ha)  şimaldan 
cənuba  doğru  yağıntıların  artması  və  havanın  temperaturunun  əhəmiyyətsiz 
dərəcədə azalması müşahidə edilir. 
Ümumiyyətlə,  qoruğun  iqlimi  isti  mülayim-isti,  subtropiklərə  məxsus 
yumşaq qışlı, isti yaylı və bol yağıntılı kimi xarakterizə oluna bilər. 
Havanın orta illik temperaturu 13-14 ºC arasında dəyişir, ən isti ayların (iyul, 
avqust) maksimal temperaturu 43ºC-ə çatır. 
Ən soyuq ayın orta temperaturu -3 ºC-dən +18 ºC-ə qədərdir. 
Bəzən havanın temperaturunun soyuması davamlı olur – iki aya qədər. 
 
 
 
                             Qoruğun heyvanlar aləmi.   
Qoruğun  onurğalı  heyvanları  23  növ  məməlilərdən,  270  növə  yaxın 
quşlardan, 12 növ sürünənlərdən, 47 növ balıqlardan ibarətdir. 
                          Su quşlarının qışlaması.  
Qızılağac  qoruğuna  məşhurluq  gətirən  su  quşlarının  onun  ərazisində 
qışlamasıdır. 
Burada  qışlayan  ördək,  qaz,  qu  quşları  Qərbi  Sibirin  şımalında,  Cənubi 
Uralda və Şimali-Qərbi Qazaxıstanda yuva qururlar. 
Su  quşlarının  növ  tərkibi  müxtəlifdir.  Bura  zonalara,  boz  qazlar,  çay 
ördəkləri və s. uçub gəlir. 
Onlar qışlayan quşların əsas hissəsini təşkil edirlər. 


 
135
Qoruğun  su  hövzələrinin  müxtəlif  ekoloji  şəraiti  orada  qışlayan  quşların 
tərkibinin müxtəlifliyinə səbəb olur. 
Böyük Qızılağac Körfəzi, ekoloji şəraitin müxtəlifliyi ilə xarakterizə olunur. 
Praktik  olaraq  bura  qoruqda  rast  gələn  bütün  su  və  su  ətrafı  quşların  yaşayış 
mühitidir. 
Onun  dərin,  mərkəzi  hissəsində  ördəklər,  balıq  yeyən  quşlar-  pelikanlar, 
qağayılar  suya  baş  vurmaqla  yem  tapırlar.  Daha  dayaz  yerlərdə  qu  quşları 
yığışırlar. 
Sahil ətrafı dayazlığı çay ördəkləri və flaminqolar (qızıl qazlar) tutur. 
Sərçəkimilər  dəstəsindən  olan  quşlardan  sığırçınlara,  boz  qağayı  və  çöl 
şanapipiyinə rast gəlmək olar. İçməli su hövzəsinə çevrilmiş Kiçik körfəz yeknəsək 
şəraiti  ilə  fərqlənir  -  dərin  yerdə  qamışlıq  yoxdur,  dayaz  yerdə  sahilə  yaxın 
qamışlıqdır. 
Kiçik körfəzdə suya baş vurmaqla özünə yem tapan quşlar qışlayır. 
Suda üzən quşların qışlama dövründə sayı sabit olmur. Çox hallarda bir – iki 
gün  ərzində bu rəqəm bir neçə dəfə dəyişir. 
Şimal  rayonlarından  gələn  soyuq dalğa  quşları  cənuba  doğru  yerdəyişməyə 
məcbur edir. 
Qoruq  üçün  çöl  quşlarının  da  qışlaması  xarakterikdir:  turac,  boz  qarğa,  çöl 
şanapipikləri və s. 
Yırtıcı quşların növ tərkibi müxtəlifdir. 
Kür  çayından  Lopatin  körfəzinə  su  verən  magistral  kanalın  dambasında 
durna, kəkilli şanapipiklərə, sərçə dəstələrinə rast gəlmək olur.   


 
136
Qoruğun  yay  ornitokompleksində  ilk  növbədə  avarayaqlı  quşların  yuva 
koloniyaları nəzərə çarpır. 
Qızılağac  qoruğunda  yuva  salan  və  ya  onun  ərazisində  qışlayan  quşların 
qışlama yerləri müxtəlif növ quş populyasiyaları arasında sıx biosenotik əlaqələrin 
olduğunu  göstərir,  bu  isə  Qızılağac  qoruğunun  infeksiya  ocağı  kimi  əhəmiyyətini 
yüksəldir. 
Quşların miqrasiyası dövrünü qeyd etmək lazımdır: quşların qoruğa gəlməsi-
martın ortalarında, qoruqda yuvalama- iyun, qoruqdan uçub getmə-oktyabr-noyabr 
aylarıdır. 
 
 
                                          Gil adası. 
Gümüşü  qağayı-Azərbaycan  hüdudunda  Xəzərin  Cənubi-Qərbində  sahil 
zolağında yuva salan çoxsaylı quşlardan biridir. 
Hazırada  bu  quşların  güclü  yuva  koloniyaları  Gil  adasında  qalmışdır.  Yaz 
köçməsi  fevraldan  başlayır.  Uçuş  yolu  Qızılağac  qoruğundan  keçir.  Gil  adasında 
qağayılar martın ortalarında meydana çıxır və həmin ayın son günlərində cütlüklər 
yuva tikməyə başlayır. 
Balaların yumurtadan çıxma prosesi yalnız iyunun əvvəllərində sona çatır. 
İyunun  ortalarına,  isti  dövrdə  balalar  suya  keçir.  İyulun  ilk  günlərində 
onların demək olar ki, hamısı uçmağa qabildirlər, ayın ortasında isə - adadan uçub 
gedirlər.  


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə