F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

 
145
Üzə  çıxarılmış  bu  fakta  əlavə  olaraq  1979-cu  ilin  iyununda  Gil  adasında 
qağayılarda  insan  qripi  viruslarına  qarşı  antitellərin  geniş  spektrini  qeyd  etmək 
lazımdır.  1980-cı  ilin  iyununda  kiçik  vağlarda  A/индюк/Онтарио/6  və 
А/индюк/Массачуссетс/65  qripi  viruslarına  qarşı  1:10-1:20  titrində  antitellər 
tapılmışdır. OHT =3,33 və 5,4 (müvafiq olaraq). 
Beləliklə,  1977-1980-cı  illər  ərzində  su  və  su  yanı  kompleksin  köçəri  və 
qışlayan  quşlardan  sonuncuları  əhatə  etməklə,  yaz  dövründə  -  yuvalamağa  uçub 
gələn  quşlardan  və  yay  dövründə  -  bala  quşlar  və  yetkin  fərdlərdən  materialın 
götürülməsi ilin müxtəlif fəsillərində həyata keçirilmişdir. 
Subtropiklər  zonasında,  Qızılağac  qoruğunda  və  Gil  adasında  aparılan 
tədqiqatların  nəticələri  quşların  heyvan  və  insan  mənşəli  A  qripi  virusları  ilə 
yoluxmasininnın geniş spektrini müəyyən etdi. 
Bütünlükdə,  A/H1N1/  qripi  viruslarının  1978-ci  ilin  yay  dövrü  və  1979-cu 
ilin  qış  dövründə  sirkulyasiyasını;  1979-cu  ilin  yaz-yay  dövründə  A/H3N2/  qripi 
viruslarının  sirkulyasiyasının  intensivliyinin  əhəmiyyətli  dərəcədə  yüksəlməsini 
(1979-cu ilin aprelində və 1979-cu ilin iyununda) qeyd etmək lazımdır. İnsan qripi 
virusları  ilə  yanaşı  A/H10N7/  qripi  virusunun  sirkulyasiyasının  yüksək  səviyyəsi 
xüsusən  1979-cu  ilin  yanvar  və  aprelində  qeyd  olunmuşdur.  A/H3N8/  qripi 
viruslarının  1979-cu  ilin  yanvarından  aprelinə  qədər  geniş  surətdə  yayılmasını 
qeyd etmək lazımdır. 
Qızılağac  qoruğunda  və  Gil  adasında  1981-1983-cü  illər  ərzində  vəhşi 
quşların  populyasiyasında  qrip  infeksiyasının  seroloji,  virusoloji  cəhətdən  tədqiqi 
davam etdirilmişdir. 


 
146
Müayinə  edilən  quşların  spektri  kiçik  baklanlardan,  sarı  vağlardan, 
göyərçinlərdən, ördəklərdən və s. ibarət idi. 
HALR-da А/утка/Украина/1/63/H3N8 və А/буревестник/Австралия/1/72/ 
H6N5 antigenlərinə qarşı antitellərin çox da yüksək olmayan titri (müvafiq olaraq 
OHT-8,1 və 6,8) müəyyən edilmişdir. 
 
İnsan  mənşəli  antigenlərlə  HALR-da  A/Хабаровск/77,  A/Texac/1/77, 
A/Шклявер/48,  A/Нью-Джерси/76/  mənfi  nəticələr  alınmışdır.  1981-ci  ilin  may, 
sentyabr  və  dekabr  aylarında  vəhşi  quşların  qan  zərdabının  heyvan  və  insan 
mənşəli qrip virusları antigeninə qarşı tədqiq olunması davam etdirilmişdir. 
 
1981-ci  ilin  mayında    Qızılağac  qoruğundan  olan  vəhşi  quşların  zərdabının 
tədqiqi zamanı bir sıra quşlarda identik antitellərin olduğu müəyyən edilmişdir. 
 
Məsələn:  A/лошадь/Прага/56/H7N7  qripi  virusuna  qarşı  kiçik  baklanlarda 
və sarı vağlarda müvafiq olaraq OHT =5,7 və 4,8 eləcə də göyərçində (OHT=6,3) 
1:40-  1:80  titrində  antitellər  müəyyən  edilmişdir.  Qaşqaldaqlarda  və  su 
qaranquşlarında  sentyabrda  heyvan  mənşəli  A  qripi  viruslarına  qarşı  identik 
antitellər  müəyyən  edilmişdir.  Bundan  başqa,  insan  viruslarına  qarşı  antitellərin 
olması maraq doğurur: 
A/Виктория/3/75,  А/Шклявер/48  viruslarına  qarşı  su  qaranquşlarında   
OHT=5,3 və 4,3 –dur. Su qaranquşları geniş yaşayış yeri diapazonuna və kontakta 
malikdirlər.  Bu  isə  yəqin  ki,  onların  insan  populyasiyası  ilə  əlaqəsini  təmin  edir 
(şək.21). 


 
147
1981-ci  ilin  iyununda  Gil  adasında  bala  qağayılardan  10  zərdab  sınağı 
götürülmüş  və  heyvan  mənşəli  qrip  viruslarının  9  antigeninə  qarşı  tədqiq 
edilmişdir. 
А/свинья/Айова/15/30  antigeninə  qarşı  antitellər  2  halda  OHT  =3,33  titri 
ilə,  1  halda  А/буревестник/Австралия/1/72/H6N5/  (OHT=3,33)  qripi  virusu 
antigeninə qarşı müəyyən edilmişdir. 
1981-ci  ilin  dekabrında  HALR-da  Qızılağac  qoruğunun  vəhşi  quşlarından 
alınmış  35  qan  zərdabı  heyvan  və  insan  mənşəli  qrip  viruslarının  15  antigeninə 
qarşı  tədqiq  edilmişdir.  Bu  zaman  qaşqaldaqlarda  həm  heyvan,  həm  də  insan 
mənşəli  qrip  virusları  antigenlərinə  qarşı  antitellərin  (titr  1:320-ə  qədər)  daha 
zəngin spektri müəyyən edilmişdir. 
İnsan  qripi  virusları  antigenlərinə  qarşı  daha  yüksək  titrli  antitellər 
A/Бразилия/11/78/H1N1/ 
virusuna 
OHT=4,4, 
A/Бангкок/1/79/H3N2/, 
A/Texac/1/77/ qarşı müəyyən edilmişdir. 
 
H1N1  antigen  formuluna  malik,  insan  cəmiyyətində  sirkulyasiyaya  1977-ci 
ilin  noyabrında  başlamış  qrip  virusuna  qarşı  antitellərin  müəyyən  edilməsi  maraq 
döğurur.  Bu,  onunla  əlaqədardır  ki,  həmin  zonada  analoji  formulaya  malik  virus 
ştammı  Gil  adasından  olan  bala  qağayıdan  ayrılmışdır  –  A/серебристая 
чайка/Баку/843/79  H1N1  qripi  virusu  A/Бразилия/11/78-  ə  yaxın  qohum  olan 
H1N1 epidemik ştammının analoqudur. 
Elə  həmin  dövrdə  də  qağayılarda  A/CCCP/090/77/H1N1  (OHT  -3,33), 
A/ФM/1/47H1N1  (OHT-3,33),  A/Texac/1/77/H3N2  (OHT-5,3)  viruslarına  qarşı 
antitellər müəyyən edilmişdir (şək.22). 


 
148
 
1982-ci ildə Qızılağac qoruğunun vəhşi quşlarının qaşqaldaq, baklanlar və s. 
ibarət spektri tədqiq olundu. 
Tədqiqatlar ilin qış (yanvar, dekabr), yaz (mart) və payız (oktyabr) dövründə 
aparılmışdır. 
Qeyd etmək lazımdır ki, 1982-ci ilin martında vəhşi quşların zərdabında qrip 
viruslarına qarşı antitellər tamamilə yox idi, ancaq payız-qış aylarında (yüksək titrli 
antitellər  1:320-ə  qədər  OHT-5,7)  qaşqaldaqda  A/утка/Англия/56/H11N6 
virusuna qarşı müəyyən edilmişdir. 
Həmin  ştammın  sirkulyasiyası  həmin  dövrdə,  yəni  1982-ci  ilin  yanvarında 
qırmızıbaş ördəklərdə də qeyd olunmuşdur (titr 1:20-dən 1:80-ə qədər; OHT -5,3). 
Qaşqaldaqlarda  həmin  ayda  A/крачка/Ю.Африка/61/H5N3/  virusuna  qarşı  1:160 
titrində antitellər tapılmışdır (OHT -7,3) (Şək 22). 
Həmin  ilin  dekabrında  göstərilən  virusun  qaşqaldaqlar  və  qırmızıbaş 
ördəklər  arasında  sirkulyasiyası  1:20-  1:40  titrində  (OHT=4,0  və  5,3)  qeyd 
olunmuşdur (şək 21, 22). 
At 
qripi 
viruslarının 
qaşqaldaqlar, 
qırmızıbaş 
ördəklər 
arasında 
sirkulyasiyasını  xüsusi  qeyd  etmək  lazımdır.  А/лошадь/Прага/56/H7N7/  qripi 
virusunun sirkulyasiyası 1:40 titrində qeyd olunmuşdur (OHT=5,3 və 4,9). 
Tədqiq  olunmuş  quşların  zərdabında  heyvan  və  insan  qripinə  qarşı  H1-H2 
antihemaqqlütininlərin geniş spektrinin olduğunu qeyd etmək lazımdır. 
İlin  payızında,  oktyabrda  A/лошадь/Прага/56/H7N7/  qripi  virusunun    
(OHT=4,3)  kiçik  balkanlar  arasında,  A/буревестник/Австралия/1/72/H6N5    
(OHT=4,5) 
və 
A/индюк/Висконсин/66/H9N2, 
qaşqaldaqlar 
arasında 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə