F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   41   42   43   44   45   46   47   48   49

 
183
Yuxarıda  qeyd  olunan  tapıntıların  və  onların    əsaslandırılmasını  görünür, 
yoluxmuş quş və heyvanların geniş spektri şərtləndirir. Bu spektr ördək, qaşqaldaq, 
qağayı,  ağ  ,  sarı,  kürən,  ərəb  və  kiçik  ağ  vağlar,  kiçik  baklanlar,  qarğa,  sığırçın, 
tısbağa,  qurbağa,  tülkülərdən  ibarətdir,  virusoloji  və  seroloji  metodlar  tətbiq 
olunmaqla ekoloji tədqiqatlarla müəyyən edilmişdir. 
Tədqiqatlar  nəticəsində  A  qripi  viruslarının  sirkulyasiyası  və  vəhşi  quşların 
zərdabında  quş,  insan,  at,  donuz  viruslarına  qarşı  antitellərin  olması  haqda 
məlumatlar alınmışdır. 
 
Epidemioloji tədqiqatların nəticələri qrip viruslarının həm ölkənin şimalında 
yuva  salan  köçəri  quşların,  həm  də  oturaq  quşların  arasında  sirkulyasiyasını 
müəyyən  etdi.  Bu  zaman  heyvan  və  insan  mənşəli  qrip  virusları  antigenləri  üzə 
çıxmışdır. 
Belə ki, Qızılağac qoruğu rayonunda (Azərbaycan Respublikasının subtropik 
zonası)  ilk  dəfə    heyvanların  A  qripi  virusları  (antigen  formulu  /H10N8/)  3  su 
quşlarından  (ördək,  qaşqaldaq,  bataqlıq  ördəyi)  alınmış  və  ilk  dəfə  Gil  adasında 
gümüşü  qağayılar  arasında  insan  populyasiyası  üçün  epidemik  cəhətdən  aktual 
olan 
A/Бразилия/11/78/H1N1-ə 
qohum 
olan 
A/H1N1/ 
A/серебристая 
чайка/Баку/843/79  virusunun  sirkulyasiyası  müəyyənləşdirilmişdir.  Bu  isə 
quşların  –  virus    daşıyıcılarının  spektrini  zənginləşdirdi  və  qrip  viruslarının 
biosferdə antigen variantlarının müxtəlifliyini təsdiq etdi. 
 
1980-cı  ildə  Gil  adasında  H1N1  qripi  virusunun  alınması  və  bu  regionun 
vəhşi  quşlarının  zərdabında  A/CCCP/090/77  epidemik  qrip  virusuna  qarşı 
antitellərin  tapılması  vəhşi  quşların  insan  qripi  viruslarının  epidemiyalararası 


 
184
dövrdə  qorunmasında  rolunu  bir  daha  sübut  edir  və  törədicinin  yeni  “sahibdə” 
virusun  genomunda  mutasiya  və  rekombinasiya  yolu  ilə  antigen  dəyişikliyini 
güman  etməyə  imkan  verir  (V.М.  Jdanov,  S.S.  Yamnikova  və  b.  (1981);  Tyrell 
David A.J.(1984), Davis İ.R.(1986)). 
 
Hazırda  antigen  determinantının  bütöv  dəstinə  malik  insan  viruslarının 
heyvanlara  keçməsi  mümükünlüyü  istisna  edilmir.  (Y.İ.İsayeva,  Z.İ.Rovnova, 
1983; Yamnikova S.S.  və həmmüəlliflər 1984).  
 
1980-cı ildə İftimoviy 
i  R.  tərəfindən  vəhşi  quşlardan  A/CCCP/090/77  -  ə  yaxın  olan  A/H1N1/  qripi 
virusunun alınması təsvir edilmişdir. 
 
Bütün  bu  məlumatlar  vəhşi  quş  balalarına  qrip  viruslarının  təbii 
biosenozlarda sirkulyasiyasının ümumi sistemində bir manqa kimi baxmağa imkan 
verir. 
 
Quşların  yetkin  fərdlərinin  yoluxmasının  yüksək  dərəcəsi  bala  quşların 
yumurtadan  çıxması  dövründə  əhəmiyyətli  dərəcədə  yoluxması  ilə  uzlaşırdı.  Gil 
adasından olan gümüşü qağayı balaları uçuş yolları Qızılağac qoruğunun üstündən 
keçən  qağayılarda üzə çıxan identik antitellərə malik idilər: Qızılağac qoruğunun 
ərazsində ərəb, sarı, kürən vağlar, ördəklər, kiçik baklan balalarının qan zərdabında 
heyvan və insan mənşəli 15-18 qrip virusu antigenlərinə qarşı antitellər var idi. Bu 
antitellər yetkin quş fərdlərinin qan zərdabında tapılan antitellər ilə identik idi. 
 
Quşlar  arasında  virus  populyasiyasının  həmcins  olmaması  və  qarışıq 
infeksiyaya  və  rekombinasiyalara  gətirib  çıxaran  qripp  viruslarının  eyni  zamanda 
sirkuklyasiyası faktını bir sıra müəlliflər qeyd edirlər (O.П. Жирнов, В.М.Зайдес 


 
185
и  др.,  1974;  В.И.Вотяков,  Д.К.  Львов  и  др.,  1981;  В.М.  Жданов,  Г.К. 
Воркунова,  1986).  Qripp  virusu  ştammlarının  birgə  sirkulyasiyası  haqda 
danışanda qarışıq infeksiyanın mümkün olan fəsadları haqda bir sıra mühakimələri 
qeyd  etmək  lazımdır.  Məsələn:  Top  Franklin  H.,  Russel  Ph.  (1977),             
A/Нью-Джерси/8/76  qripi  virusu  infeksiyanın  Fort-Diks  məşq  düşərgəsindən 
kənara 
yayılmasını 
aydınlaşdırarkən 
A/Нью-Джерси/8/76/H1N1/ 
və 
A/Виктория/3/75  H3N2  birgə  sirkulyasiyası  faktını  qeyd  edirlər.  Onu  da  qeyd 
edirlər  ki,  A/Виктория/3/75-ə  nisbətən  A/  Нью-Джерси/8/76  ştammı  daha  kiçik 
kontagiozluğa malikdir.     
 
Patriarca  Peter  A.  et.al.  (1984)  məlumatlarına  görə  müasir  donuz  qripinin 
ikinci  dəfə  yayılması  riski  insan  populyasiyası  üçün  minimaldır.  Müəlliflər  hesab 
edirlər  ki,  bunun  üçün  xüsusi  şərait  və  ya  donuz  virusunun  güclü  dəyişməsi 
gərəkdir. 
 
Scholtissek  C.  et.  al.  (1985)  tərəfindən  müəyyən  edilmişdir  ki,  NP-  sahib 
hüceyrəsinin spesifikliyinin təyinində qripp virusunun mümkün əsas faktorudur. 
NP-nin  klivicə  rezistentliyi  stabil  virus  xarakteristikasıdır.  Bu,  qripp 
viruslarının  mənşəyini  aydınlaşdırmaqda  istifadə  oluna  bilər  (Zhirnov  O., 
Bukrinskaya A.(1984). 
Masurel N., Heijtink R.A. (1983) 1908-1918-ci illərdə H1N1 ilə H3N2 –nin 
100 birgə sirkulyasiyasını qeyd edirlər. 
Neron  R.,  Yoshioka  V.et.al.  (1984)  tədqiqatlarında  ördəklərdən    A/duck 
Macchen/19/79  və  insanlardan  alınmış  və  1957-ci  ildə  üstünlük  təşkil  edən  -
A/H2N2/  qripp  viruslarının  genomunu  analiz  edərkən  məlum  olmuşdur  ki, 


 
186
ördəklərdən  alınmış  H2N2  viruslarının  oliqopeptid  xəritələri  1957-1967-ci  illərdə 
insandan  alınmış  H2N2  insan  virusunun  xəritələrindən  tamamilə  fərqlənir.  Bu 
tədqiqatların  nəticələrini  analoji  antigen  formuluna  malik  2  ştammın  bir-birindən 
asılı  olmayaraq  əmələ  gəlməsi  və  ya  təbiətdə  sirkulyasiya  prosesində  baş  verən 
dəyişikliklər kimi qiymətləndirmək lazımdır.  
Qızılağac  qoruğu  ərazisində  qaşqaldaqlarda,  ördəklərdə,  tısbağalarda, 
qarğalarda və Gil adasında qoruğun üstündən uçan və su məkanı ilə kontaktda olan 
gümüşü qağayılarda А/лошадь/Майами/1/63 qrip virusu antigeninə qarşı antitellər 
tapılmışdır.  Bu,  həmin  quş  və  heyvanlara  infeksiyanın  ötürülməsi  zəncirində  bir 
manqa  kimi  baxmağa  imkan  verir.  А/буревестник/Австралия/1/72  qripi  virusu 
antigeninə qarşı antitellər su kompleksi quşlarında: ördəklərdə, qaşqaldaqlarda, sarı 
vağlarda və paralel olaraq həmin zonada qurbağalarda müəyyən edilmişdir.  
Qrip viruslarının növspesifikliyinə gəldikdə quş və heyvan populyasiyasının 
yoluxmuş nümayəndələrinin geniş spektrini qeyd etmək lazımdır. 
Belə ki, 9 müayinə edilən quş növündən 6-nın zərdabında A/tern/S.Africa/61 
antigeninə 
qarşı; 
A/Turkey/Ontario/68-ə 
qarşı 

növ 
quşda; 
A/Turkey/Wiskonsini/66-a  qarşı  6  növ quşda;  A/chicken/Germany/”N”/49-a  qarşı 
6 növ quşda; A/duck/Ukraine/63-ə qarşı 5 növ quşda; A/Shear  water/Austr/1/72-ə 
qarşı 6 növ quşda identik antitellərin tapıldığını qeyd etmək lazımdır. 
Beləliklə,  aparılmış  ekoloji  tədqiqatların  nəticələri  Qızılağac  qoruğu  və  Gil 
adası regionlarının qripp infeksiyasının təbii ocağı kimi əhəmiyyətinin təyin etdi. 
Ev  quşları  və  heyvanlarının  –  toyuqlar,  inəklər,  donuzlar,  quzular-
zərdablında  identik  antitellərin  olması  diqqəti  cəlb  edir.  Bu  isə  qripp  viruslarının 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə