F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

 
97
1977-1984 illər dövründə Bakı ş. qrip və başqa kəskin respirator                         
xəstəliklər (KRX) üzrə epidemik situasiyanın xarakteristikası. 
 
3.1. KRX, o cümlədən qriplə xəstələnmənin analizi. Sirkulə edən virusların 
spektri. 
1977-1984-cü  illər  ərzində  qripin  insan  populyasiyasında  epidsituasiyasının 
öyrənilməsi  A  qripi  virusunun  müxtəlif  antigen  formuluna  malik  ştammlarının 
(H1N1  və  H2N2)  və  B  qripi  viruslarının  eyni  vaxtda  sirkulyasiyasını  müəyyən 
etdi.  
Bu  zaman  bu  və  ya  digər  dövrdə  bir  və  ya  başqa  yarımtip  üstünlük  təşkil 
edirdi. 
Yuxarıda  göstərilən  dövr  ərzində  Bakıda  qrip  və  KRX  xəstələnmənin  9 
epidemik yüksəlişi qeyd olunmuşdur. 
Bunlar A qripi virusları ilə (onlardan 5-i A/H3N2 ilə, 1-i A/H1N1/ və 3-ü B 
qripi virusları ilə) əlaqədardır. 
Göstərilən müddət ərzində A/H3N2/ qrip virusunun A/ГК/68,         A/Порт- 
Чaлмерс/73,  A/Виктория/3/75  (1976-1977-ci  illər),  A/Texac/1/77  (1979-1980-cı 
illər)  etalonları  ilə  identik  və  ya  yaxın  qohum  olan  4  müxtəlif  variantı,  A/H1N1/ 
virusunun  –  A/Хабаровск/77,  A/СССР/090/77,  A/Бразилия/11/78  3  variantı,  B 
qripi  virusunun:  B/Ленинград/369/75,  B/  Япония/73,  B/400/73,  B/CССР/69  4 
variantı sirkulə edirdi. 
Bütünlüklə,  qeyd  etmək  lazımdır  ki,  KRX  və  qriplə  xəstələnmənin 
dinamikası  və  etioloji  strukturu  Bakı  şəhəri  şəraitində  keçmiş  ittifaqın  başqa 


 
98
rayonları  ilə  analoji  xarakter  daşıyırdı  (“Обзоры  регионального  Центра  по 
гриппу”). 
HALR  və  МFА  ilə  üzə  çıxan  qarışıq  infeksiyanın  əhəmiyyətli  faizi                
(1,4-3,9%) xarakterikdir. 
Azərbaycan  şəraitində  A  qripinin  epidemik  prosesinin  xüsusiyyəti  ondan 
ibarət idi ki, A, B qripi viruslarının insan populyasiyası üçün tipik olan ştammları 
ilə  yanaşı,  müşahidə  dövründə  insanlardan  A/цыпленок/Германия/N49/H10N7/ 
və A/H1N3/ qripi virusunun rekombinant ştammı alınmışdır.  
Onlardan  birincisi  (H10N7  antigen  formulu)  əvvəllər  quşlardan  izolə 
edilmişdir. 

birinin 
isə(H1N3)hemaqqlütinini 
insan 
qripi 
virusuna, 
neyraminidazası  quş  qripi  virusuna  xasdır.  Əvvəllər  ancaq  balinalarda  tapılmışdı 
və heyvandan alınmış A qripi viruslarının təbii rekombinantıdır (bax 3.3 və 3.3.1). 
İnsan  populyasiyasında  epidnəzarətin  həyata  keçirilməsi  qripin  etioloji 
strukturunun  təyini  ilə  yanaşı  insan  qripi  virusları  populyasiyasının  genetik 
strukturunun  dəyişmə  istiqamətini  təyin  etmək  üçün  istifadə  edilən  əhalinin 
immunitetinin vəziyyətinin də müntəzəm təyini vacibdir. 
 
3.2. Tədqiqat dövründə qrip  viruslarına qarşı populyasiya immuniteti.    
Populyasiya  immunitetinin  öyrənilməsi  zamanı  hər  ay  HALR–da  donor 
qanının zərdabları tədqiq olunurdu. 
A/H1N1/,  /H3N2/  və  B  qripi  viruslarının  laborator  yolla  təsdiqi  hallarının 
tezliyinin  qeyd  olunan  ştammlara  qarşı  immunitetin  vəziyyəti  ilə  müqayisəsi  bir 
sıra hallarda onlar arasında müəyyən məlum qanunauyğunluqları üzə çıxardı, yəni 


 
99
bir  tərəfdən  bir  sıra  dövrlərdə  immunitetin  yüksəlməsi  ilə  xəstəliyin  səviyyəsinin 
aşağı  düşməsini  və  əksinə  müşahidə  edirik.  Məsələn,  A/H3N2/  qripi  viruslarına 
qarşı  seroloji  immunitetin  yüksək  səviyyəsi  1978-ci  ilin  iyununda  xəstələnmənin 
aşağı  səviyyəsi  ilə  uzlaşırdı.  1978-ci  ilin  fevral,  mart  aylarında  xəstələnmənin 
yüksək  səviyyəsi  A/H3N2/  qripi  viruslarının  sirkulyasiyasının  başlanğıcı  və 
xəstələnmənin yüksəlişi immunitetin səviyyəsinin qalxması ilə uzlaşırdı. Bunlar B 
qripinə də aiddir. 
B  qripi  viruslarına  qarşı  immunitetin  epidemiya  qabağı  vəziyyətinin 
müqayisəsi  xəstələnmənin  səviyyəsinin  qanunauyğun  surətdə  qalxması  ilə 
immunitetin səviyyəsinin azalmasını üzə çıxardı. 
Beləliklə,  1976-cı  ilin  dekabrında  B  qripinin  yüksəlişi  1976-cı  ilin 
noyabrının  sonunda  B  qripi  viruslarına  qarşı  seroloji  immunitetinin  səviyyəsinin 
aşağı düşməsi ilə uzlaşırdı, digər tərəfdən–xəstələnmənin səviyyəsinin qalxmasına 
səbəb olurdu. 1978-ci ilin may, iyun aylarında B qripi virusuna qarşı  immunitetin 
yüksək səviyyəsi həmin dövrdə xəstələnmənin aşağı səviyyəsi ilə uzlaşırdı.      
Ancaq qripin laborator yolla təsdiq olunmuş hallarının immunitetin vəziyyəti 
ilə  müqayisə  edilməsi  çox  hallarda  xəstəliyə  qarşı  kollektiv  immunitetin 
göstəriciləri  arasında  korreksiyanı  müəyyənləşdirmirdi.  Məsələn,  1978-ci  ilin 
sentyabrından 1978-ci ilin dekabrına qədər A/H3N2 qripi virusu ilə xəstələnmənin 
demək  olar  ki,  eyni  səviyyəsi  və  ya  1983-cü  ilin  fevralından  aprelinə  qədər  və 
1984-cü  ilin  yanvarından  aprelinə  qədər  A/H3N2  qripi  ilə  xəstələnmənin  aşağı 
səviyyəsi  yuxarıda  qeyd  olunan  qanunauyğunluğu  əks  etdirməyən  seroloji 
immunitetin əhəmiyyətli  dəyişiklikləri  ilə  müqayisə  edilirdi.  A/H1N1 qripi  virusu 


 
100
ilə  xəstələnmənin  1980-cı  ilin  yanvarından iyununa  qədər  aşağı  səviyyəsi  seroloji 
immunitetin  dəyişiklikləri  ilə  uzlaşırdı,  bu  isə  ola  bilər  ki,  yeni  dreyf-variantların 
formalaşması və sirkulyasiyasının başlanğıcı ilə izah edilir. 
Bu dreyf-variantlar KRX-li xəstələrin diaqnostikasında qrip viruslarının artıq 
qeyri-epidemik  ştammlarında  HATR-da  kommersiya  antigenləri  ilə  üzə  çıxmır. 
Yəni  immunitetin  yüksək  səviyyəsi  göstərilən  zaman  kəsiyində  xarakterikdir  və 
əvvəllər  sirkulə  etmiş  ştamma  aiddir,  epidemiyanın  əvvəlində,  xəstələnmə  isə, 
qeyd  edilən  dövrdə  dreyf-variantlar  vasitəsilə  baş  verir.  Donorların  materialında 
HATR  ilə  təyin  edilən  immunitetin  yüksək  səviyyəsi  dreyf-variantların 
sirkulyasiyasını əks etdirmir. 
Yuxarıda  qeyd  olunanlara  tədqiqat  zonasında  epidemik  cəhətdən  qeyri-
aktual  olan  A/Нью  Джерси/76  və  А/Шклявер/48  qripi  virusları  ştammlarının 
mikrosirkulyasiya  faktını  əlavə  etmək  lazımdır.  Bu  ştammlara  qarşı,  məsələn, 
1984-cü  ilin  aprel  və  may  aylarında  immunitetin  aşağı  səviyyəsi  infeksiyanın 
səviyyəsinin yüksəlməsinə gətirib çıxarmırdı.     
А/Нью-Джерси/76  ştammının  0,8%-dən  3,8%-ə  qədər  və  A/Шклявер/48 
ştammının  1983-cü  ilin  yanvarında  3,2%-dən  1984-cü  ilin  noyabrında  3,0%-ə 
qədər çox da böyük olmayan sirkulyasiya səviyyəsini qeyd etmək lazımdır. 
KRX-li  35  yaşa  qədər  xəstələrdən  6  halda  (2,2%)  А/Нью-Джерси/76  və 
A/Шклявер/48  ştammlarına  qarşı  270  müayinə  edilmiş  insanlarda  20  halda  isə 
(7,4%)    A/Шклявер/48  və ya    А/Нью-Джерси/76 qripi virusu  A/H3N2/, /H1N1/ 
və B və ya  paraqrip virusları ilə uzlaşan qarışıq infeksiyaya qarşı antitellərin 4 qat 
artması HATR-da qeydə alınmışdır. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə