F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

 
93
Yuxarıda  qeyd  edilən  tədqiqatlar  D.İ.İvanovski  adına  Virusologiya 
institutunun  virusların  ekologiyası  şöbəsində  E.A.Vladimirtseva  tərəfindən 
aparılmışdır. 
Alınmış  ştammların  öyrənilməsində  Q.A.Safonov  və  L.İ.Volodinanın 
metodu 
tətbiq 
edilmişdir. 
(“Способ 
дифференциальной 
диагностики 
ортомиксовирусных  и  парамиксовирусных  возбудителей  болезней  птиц” 
Müəlliflik şəhadətnaməsi №539073). 
Xəstə  uşaqdan  alınmış  A/H1N3/  qripi  virusunun  rekombinant  ştammının 
patogen potensiyasını aydınlaşdırmaq məqsədilə onun toxuma kulturasına FL, RD, 
6619 hüceyrə üzərində rekombinanat ştammının-A/Bakı/7981/82 sitopatogen təsiri 
Şubladze A.K., Qaydamoviç S.Y. (1954) və siçanların ağ ciyərləri, böyrəkləri, ev 
dovşanlarının  və  dəniz  donuzlarının  ağ  ciyərləri  və  Carrasius  auratus  tipli 
balıqların  qəlsəmələrində  patomorfoloji  dəyişikliklər  ümumi  qəbul  edilmiş  
tədqiqat metodları ilə öyrənilmişdir. 
Virusun  toxuma  kulturasında  kultivasiyası  zamanı  1  ml  199  qidalı  mühitdə 
500000  hüceyrədən  ibarət  hüceyrə  monoqatına  0,1  ml  özündə  virus  saxlayan 
allontois  mayesi  əlavə  edilirdi.  Bir  saatlıq  kontaktdan  sonra  yoluxmuş  hüceyrələr 
Henks  məhlulunda  yuyulurdu,  199  qidalı  mühiti  əlavə  edilirdi.  Sonra  yoluxmuş 
hüceyrələr  37ºC-də  inkubasiya  edirdilər.  Sitopatogen  effekt  (SPE)  7  gün  ərzində 
hüceyrələrin  tam  degenerasiya  etməsi  ilə  müşahidə  edilirdi  (hüceyrə  kontrolu 
nəzərə alınmaqla). 


 
94
10-12q  siçanların  patomorfoloji  tədqiqatlarda  intranazal  yolla  hər  burun 
dəliyinə  0,1  ml  allantois  mayesi  damızdırılırdı.  Bu  maye  özündə  1:32  titrində 
A/Баку/799/82/H1N3/ qripi virusunu saxlayırdı. 
Rauş-narkoz  siçanları  fırlatmaqla əvəz olunurdu. Yoluxmadan 7  gün  sonra- 
yarılma. 
1,5-2  kq  çəkiyə  malik  ev  dovşanlarını  intranazal  yolla  hər  burun  dəliyinə     
0,2  ml  özündə  virus  saxlayan  allantois  mayesi  damızdırmaqla  yoluxdururdular 
(virusun titri 1:32). Yoluxmadan 7 gün sonra – yarılma. 
Dəniz donuzlarını yoluxdurmaq üçün inranazal yolla özündə virus  saxlayan 
(titr  1:32)  allantois  mayesini  hər  burun  dəliyinə  0,1  ml  damızdırırdılar. 
Yoluxmadan 7 gün sonra – yarılma. 
Carrasis auratus  tipli  akvarium  balıqlarını  per os  yolla  0,2  ml  özündə  virus 
saxlayan (titr 1:32) allantois mayesi ilə yoluxdururdular. 
Yoluxmadan 6 gün sonra – yarılma. 
Bütün  təcrübə  heyvanlarının  dəyişilmiş  orqanlarından  histoloji  tədqiqatlar 
üçün material götürülmüşdü. Kəsiklər hemamatoksilin- eozinlə rəngləyirdilər. 
Patomorfoloji  tədqiqatlar  virusoloji  və  patohistoloji  tədqiqatların  ümumi 
qəbul  edilmiş  metodları  ilə  Q.M.Musabəyov  adına  ET  VM  və  G  institutunun 
respirator  viruslar  və  patomorfologiya  laboratoriyaları  (t.e.d.  F.Ə.  Sadıxova  və 
S.Şaxmirova)  bazasında  və  nəticələrin  interpretasiyası  N.Nərimanov  adına 
Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  patanatomiya  kafedrasında  (t.e.n.  dosent 
Ş.S.Sultanova) aparılmışdır. 


 
95
A/Баку/900/79/H10N7/  qripi  virusu  ştammlarının  elektron  –  mikroskopik 
tədqiqi  D.İ.İvanovski  adına  Virusologiya  institutunun  elektron  mikroskopiya 
laboratoriyasında prof. Klimenko S.M. tərəfindən aparılmışdır. 
 
                   2.4.    Nəticələrin statistik işlənməsi. 
Müxtəlif  populyasiyalarda  qrip  viruslarının  müxtəlif  antigenlərinə  qarşı 
antitellərin  üzə  çıxarılması  üzrə  tədqiqatların  nəticələrinin  statistik  işlənməsi 
D.Sepetliyevin (1968) təsvir etdiyi Fisher metodu üzrə aparılmışdır. 
Antitellərin tapılmasının baş orta tezliyin qiymətləndirilməsi, müqayisəsi və 
nəticələrin interpretasiyası üçün bu orta rəqəmlərin etibarlı intervalının (Dİ 0,05%) 
sərhədləri təyin edilirdi. 
Alınan  nəticələrin  interpretasiyası  etibarlı  intervalın  həddinin  müqayisəli 
analizi ilə aparılırdı. Məsələn: 
1.
 
Başlanğıc məlumatlar. 
n- müşahidələrin sayı (=60%) 
m- müsbət tapıntıların sayı (=40%) 
Buradan nisbi pay p=m/n=0,7 (və ya 70%)   
Cədvəl  üzrə  “φ=2  arcsin  Vp”  φ  qiymətini  tapırıq  φ=1,982  (φ-Fisher  in 
düzəlmiş).    
                                                      t 
Sonra  Δ φ φ təyin edirik. Δ φ= ––––  
                                                    Vn        
Styudent  əmsalı  (t)  α=0,05  Δ=n-1  olduqda  Styudent  cədvəli  üzrə  təyin 
edilirdi.     
                      2,009 
Buradan  Δ = –––– = 0,2594  
                        V60    
φ üçün DN təyin edirik . 


 
96
φ DN: φp- Δφ÷ φp+ Δφ 
1,982-0,259+1,982+0,259 
1,723+2,241 
(φnq) (φvq) 
Sonra  Fisher  cədvəli  üzrə  etibarlı  interval  pay  üçün  φ-dan  p-yə  keçməklə 
təyin olunur, yəni: 
DN 0,05 : 57,6+ 81,1  
Axtarılanın  üzə  çıxarılması  tezliyinin  baş  qiyməti  95%  ehtimalla  bu 
intervaldadır. 
Baş  orta  qiymətlərin  fərqini  təyin  etmək  üçün  yenə    φ-  düzəlişdən  istifadə 
edilir. Hər pay üçün (p) cədvəl üzrə φ müvafiq tapılır. 
Sonra düstur üzrə t-nin hesablanması aparılır. 
      (φ1-φ2)  
t=   –––––– 
                 1       1 
           √   ––  + –– 
                n1     n2 
 
 
Sonra  t  kriterinin  hesab  qiyməti  cədvəl  qiyməti  ilə  (seçilmiş  səviyyədə)  və 
sərbəstlik səviyyələrinin rəqəmləri ilə müqayisə edilir: 
         Δ= n1+n2 – 2  
Əgər  hesablanmış  t  cədvəldəkindən  böyükdürsə,  bu,  onu  göstərir  ki,  P1  və    P2 
payları səhvin səviyyəsi α- 0,05-dən az ehtimalı ilə bir-birindən fərqlənirlər. 
 
                                               III Fəsil 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə