F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

 
89
3.  Nativ eritrositlərlə yanaşı xromun hemoliz dozası seçilməklə xromlanmış 
eritrositlərdən istifadə edilməsindən. 
Xromlanmış eritrositlərdən istifadə edilərkən HALR və RHR reaksiyalarında 
titrlərin  analoji  uyğunluğu  müəyyən  edilmişdir  (Bu  uyğunluq  xromla 
stabilləşdirilməmiş antigendən istifadə etdikdə də təyin olunur). 
A  qripi  virusları  ştammları  arasında  mümkün  çarpaz  reaksiyaların  üzə 
çıxarılması  üzrə  təcrübələrdə  qeyd  edilmişdir  ki,  radial  hemoliz  reaksiyalarında 
çarpazlaşma 
yalnız 
superkapsid 
zülallarda 
(neyraminidazada 
və 
ya 
hemaqqlütinində) ümumi antigen determinantına malik olan ştammlarda müəyyən 
edilmişdir. 
Komplementin  yeni  mənbəyi  müəyyən  edilmişdir.  Bu,  toyuq  zərdablarının 
öyrənilməsində hemoliz effektini təmin edən normal at zərdabıdır (Şəkil 3). 
DHAR –dolayı (passiv) hemaqqlütinasiya reaksiyası- təbii biosenozlarda 
qripin serodiaqnostikasının ekspress metodu.
 
DHAR-nın  insan,  quş  və  heyvan  qripinin  seroloji  diaqnostikasında 
eritrositlərin  sensibilizasiyası  üçün  əsası  benzidindən  kimyəvi  “vasitəçi”  kimi 
istifadə etmək təklif olunur. 
Heyvan və insan mənşəli qrip antigenlərinə malik eritrositar diaqnostikumlar 
alınmış və istifadə edilmişdir. 
Göstərilən  modifikasiyalı  DHAR  qanın  filtr  kağızına  damızdırılması  və 
sonra elüatın qripin diaqnostikasında tədqiq edilməsində tətbiq edilmişdir. 
 
            Qan nümunələrinin kağız test-obyektlərə götürülməsi.  


 
90
Qan  nümunələrinin  filtr  kağızına  sadələşdirilmiş  yolla  götürülməsinin 
tətbiqinin  mümkünlüyünü  öyrənmək  üçün  belə  bir  eksperiment  aparılmışdır: 
zərdab sorulduqdan sonra 2x2 sm ölçüdə filtr kağızları kvadratlarını qan laxtasında 
isladırlar.  Test-kağızın  hər  nümunəsini  sentrifuqa  sınaq  şüşəsinə  qoyub  üzərinə   
0,5 ml fizioloji məhlul əlavə edib, çalxalayırlar, elüatı sorub DHAR-da titrləyirlər. 
Kağız  test-obyektlərdən  alınmış  qan  elüatını  DHAR  və  HALR-da  paralel 
tədqiq  etdikdə  qan  laxtasında  antitellərin  qalıq  miqdarını  DHAR  metodu  ilə 
müəyyən etmək imkanı üzə çıxır. 
HALR-da həmin nümunələrin tədqiqinin nəticələri mənfi idi. 
          DHAR-da  bu  zərdabların  tədqiqinin  müsbət  nəticələrində  yenə  bu  metodla 
müvafiq  antigenlərə  qarşı  antitelləri  həmin  nümunələrin  kağız  test-obyektlərində 
antitelin zərdabdakı titrinin yüksəkliyindən asılı olmadan elüatda da üzə çıxarmağa 
nail olmuşlar. 
Qan  laxtasında DHAR metodu  ilə  üzə  çıxmış antitellərin  titrinin  yüksəkliyi 
HALR-da  həmin  nümunələrin  zərdabındakı  antitellərin  titrinin  yüksəkliyi  ilə 
uyğun gəlir. 
Nümunələrin 
götürülməsini 
və 
nəqliyyatını 
əhəmiyyətli 
dərəcədə 
sadələşdirən bu metodun tətbiq edilməsinin məqsədəuyğunluğu göstərilmişdir. 
Hazır  eritrositar  diaqnostikum  olduqda  DHAR  metodundan  istifadə  etmək 
çətin  deyil.  Bu  isə  çöl  şəraitində  epidemioloji  müayinələrin  aparılmasında    
DHAR-nın tətbiq edilməsinin mümükünlüyünü göstərir. 
 
 
Qrip  viruslarının ayrılması və identifikasiyası.   


 
91
Seroloji axtarışla yanaşı insan, heyvan, o cümlədən quş qripi viruslarını 9-11 
günlük toyuq embrionlarını 3-4 dəfə yoluxdurmaqla almaq istiqamətində paralel iş 
aparılmışdır. 
Virusları  insandan  almaq  üçün  burun-udlaq  yaxantısından  və  qan 
laxtasından,  quşlardan  almaq  üçün  –traxeya    və  kloaka  yaxmalarından;  daxili 
orqanlardan:  ağ  ciyərlərdən,  bronxlardan,  qara  ciyərdən,  dalaqdan  və  qan 
laxtasından istifadə edilirdi. 
Virusları  ayırmaq  üçün  insandan  material    xəstəliyin  ilk  2-4  günündə 
götürülürdü. Boğaz yaxması 199 mühitində nəql edilirdi. 
Öldürülmüş  heyvanların  və  quşların  orqanları  qliserinin  50%-li  məhlulu  ilə 
fosfatlı  bufer  məhluluna  qoyulurdu:  kloaka  və  traxeya  yaxmaları  antibiotik  əlavə 
edilmiş  199  mühitinə  yerləşdirilirdi.  Materiallar  yoluxdurmaya  qədər  -70ºC 
saxlanırdı. 
Virusları  torpaqdan  ayırmaq  üçün  əvvəl  onlar  ət-pepton  bulyonu  istifadə 
edilməklə  qatılaşdırılırdı.  Virusların  sudan  ayrılması  AB-16  AH-2Ф  anionitində 
aparılırdı (Baqdasaryan Q.А., Lovseviç Y.А., 1972). 
Alınmış  ştammların identifikasiyası HALR reaksiyası üzrə insan  və heyvan 
qripi viruslarına qarşı antizərdab dəstindən istifadə etməklə Q.M.Musabəyov adına 
ET  Virusologiya,  Mikrobiologiya  və  Gigiyena  institutunun  respirator  viruslar 
laboratoriyasında  və  D.İ.İvanovski  adına  Virusologiya  institutunun  Ekologiya 
şöbəsində  L.Y.Zakstelskaya,  S.S.Yamnikova,  M.İ.  Yaxno,  V.A.İsaçenkonun 
rəhbərliyi və iştirakı ilə aparılırdı. 


 
92
2.3 İnsan və
 quş qripi viruslarının antigen və bioloji xüsusiyyətlərinin 
öyrənilməsi metodları. 
Qrip  viruslarının  neyraminidazasının  aktivliyini  DHAR  reaksiyasında 
Aminoff D.(1961) metodu ilə təyin edilirdi. 
Heyvan  qripi  viruslarını  insandan  izolə  edərkən  polipeptid  tərkibin 
müqayisəli  analizi,  hemaqqlütininin  ağır  (HA1)  və  yüngül  (HA2)  zəncirlərinin 
oliqopeptid  xəritələri,  öyrənilən  ştammların  RNT-si  fraqmentlərinin  miqrasiya 
xüsusiyyətlərinin poliakrilamid gelində öyrənilməsindən istifadə edilmişdir. 
Zülalların  poliakrilamid  gelində  (ZPAG)  elektroforezi  10%  ZPAG-də 
trisqlisin sistemindən istifadə etməklə aparılırdı (Laemmli U.K., 1970, Maizel.İ.V. 
1971). 
Nişanlanmış  virion  zülallarının  oliqopeptid  xəritələnməsi  Elder  İ.H.,  1977 
metodu üzrə (Hay A.X. və b, 1977 modifikasiyası ilə) aparılırdı. 
RNT-nin  yodlaşdırılması və  sonrakıanalizi  7M  sidik  cövhərli 3% ZPAG-də 
Bean W.J., 1980 metodu ili aparılırdı. 
RNT-nin  analizi  (Hay  və  b.,  1977)  RNT-RNT-hibridizasiya  metodu  ilə 
aparılırdı. 
Viruslar: 
Təcrübədə 
A/Баку/799/82, 
Ф/Кит/Т.о./19/76,A/PR/8/34  
ştammlarından istifadə olunmuşdur. 
Reaktivlər: Akrilamid, metilenbisakrilamid (“Serva” firması, AFR) və “Bio-
Rad” (ABŞ), sidik cövhəri “Bio-Rad” firması (ABŞ). 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə