F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

 
73
Honkonq  virusunun  rekombinasiya  yolu  ilə  meydana  çıxması  haqda  əlavə 
biokimyəvi  sübutlar  Laver  W.C.  və  b.,  1977  tərəfindən  alınmışdır.  Müəlliflər 
müəyyən  etdilər  ki,  H3-Hav7  hemaqqlütininin  ağır  zəncirinin  sonunda  asparagin 
turşusu  yoxdur,  Asiya  virusu  daxil  olmaqla  digər  tədqiq  edilən  viruslarda  isə  o 
mövcuddur. 
1979-cu  ildə  Belçikada  donuzlar  arasında  epidemiya  qeydə  alınmışdı.  Bu 
zaman  Şimali  Amerika  və  AFR-də  ördəklərdən  alınmış  ştamma  Hsw1N1  antigen 
tərkibcə  yaxın  qohum  olan  A/Hsw1N1/  qripi  virusu  üzə  çıxmışdır.  Bu,  quşların     
A  qripi  virusunun  məməlilərə  ötürülə  bilməsini  inandırıcı  surətdə  təsdiq  edən  ilk 
məlumatlar kimi qiymətləndirilir  (Pensaert М. və həmmüəlliflər., 1981). Hinshaw 
V.S. və b. (1984) ölmüş suitinin ağ ciyərlərindən A/утка/Алб/686/82/H4N6/ qripi 
virusuna bənzər A qripi virusu almışlar. 
Amerika  qu  quşları  və  qaraquyruq  qağayılardan,  kəkilli  ördəklərdən 
Yaponiyada antigen formulu Hav6Nav3 olan qu qripi virusları alınmışdır. Onların 
cücələr üçün patogenliyi müəyyən edilmişdir(Otsuki Koichi və b., 1983; Romvary 
J.G. və b., 1962). 
Eksperimental  tədqiqatlarla  Macaca  radiate  meymunların  A/Honkonq/68 
qripi  virusları  ilə  intranazal  və  yoluxmuş  heyvanlarla  kontakt  yolu  ilə 
xəstələnməsinin mümkünlüyü göstərilmişdir. 
Eləcə  də  müəyyən  edilmişdir  ki,  ev  pişikləri  həm  A/Honkonq/68  və 
A/Сингапур/57/H2N2  qripi  viruslarına,  həm  də  B  qripi  virusuna  həssasdırlar 
(K.Paniker, К. Nair, 1973). 


 
74
L.Y.  Zakstelskaya  və  b.  (1973)  tədqiqatlarında  ev  quşları  arasında 
A/chicken/Scotland/59 
(Hav5N1), 
A/утка/Украина/63 
(Hav7Nav2) 
və 
A/Duck/England/56 
(Hav3Nav1) 
qrip 
viruslarının 
sirkulyasiyasını 
müəyyənləşdirmişlər. Amma onlar həm də göstərmişlər ki, 1969-cu ilin payızında 
vəhşi  dəniz  quşlarından  (əsasən  gümüşü  qağayılardan,  dəniz  ördəklərindən  qara 
zoblu qaqarlardan) alınmış zərdabların çox böyük hissəsi tək quş qripi viruslarına 
qarşı deyil, həm də A/equine/Miami 1/1/63-Heq2Neq2/ və A/Honkonq/1/68/H3N2 
viruslarına qarşı antihemaqqlütinasiya aktivliyinə malikdir. 
Alınan  məlumatlar  insan  və  at  qripi  viruslarının  quşlar  üçün  patogen 
olduğunu güman etməyə əsas verir. 
Müxtəlif  sahiblərin  qripi  viruslarının  qarşılıqlı  əlaqəsinin  üzə  çıxarılması 
müəyyən maraq doğurur. Ördəkdən alınmış qrip virusunun yeni yarımtipi (ştamm 
A/утка/Украина/1/60)  tədqiqatlar  göstərdiyi  kimi  A/утка/Украина/3/60  və 
A/утка/Украина/1/63  ştammları  ilə  qohum  deyil  (baxmayaraq  ki,  bu  ştammlar 
eyni  məkanda  yaşayan  eyni  heyvan  növündən  alınmışdır)  (Tumova  və 
həmmüəlliflər 1973). 
Yeni  ştamm digər 2 ördək  ştammından fərqli  olaraq  A/equine/Miami/63  və 
A/Honkonq/68 ilə antigen qohumluğuna malik deyildi. 
Qrip  viruslarının  patogenliyinin  xarakteristikası  baxımından  yoluxmuş 
orqanizmin  orqanlarının  morfoloji  dəyişiklikləri  maraq  doğurur.  A.S.Qorbunova, 
T.V.Pısina  tərəfindən  heyvan  qripi  viruslarının  7  ştammın  siçanlar  üçün 
patogenliyi müqayisəli öyrənilmişdir (1973). 


 
75
Virusoloji  tədqiqat  nəticəsində  aşkar  və  ya  gizli  infeksiya  müəyyən 
edilmişdir (virusun toyuq embrionlarında alınması, siçanların ağ ciyər toxumasında 
görünən zədələrin mövcudluğu). 
Həmin  siçanların  patomorfoloji  tədqiqi  zamanı  qrip  infeksiyası  üçün 
xarakterik olan tənəffüs orqanlarındakı dəyişikliklər müəyyən edilmişdir. 
Dəyişikliklər  traxeya,  bronx  və  bronxiolların  epitelisinin  distrofik 
zədələnməsindən 
(kiprikciklərin 
yapışması 
və 
ya 
itməsi, 
hüceyrələrin 
sitoplazmasının  hemogenləşməsi,  kobudlaşması  və  fraqmentləşməsi,  xromatinin 
nüvələrdə  yenidən  paylanması),  eləcə  də  onun  ocaqlı  proliferasiyasından  və 
deksvamasiyasından ibarət idi. 
Tənəffüs  orqanlarındakı  mikroskopik  dəyişikliklərdən  bronxial  epitelisinin 
nəzərə çarpan dərəcədə proliferasiyası və  deksvamasiyasını, qeyd etmək lazımdır. 
Eləcə  də  bütün  siçanlarda  hər  passajda  alveolların  içində  sərbəst  eritrositlərin 
olması  ilə  müşaiyət  edilən  hemorragiyalar,  perivaskulyar  və  peribronxial 
infiltratların olmasını xüsusilə qeyd etmək lazımdır. 
 
1.12 A tipli heyvan qripi viruslarının yayılması və xarici mühitə qarşı 
davamlılığı.
 
  Qrip  infeksiyasının  quşlarda  və  məməlililərdə  klinik  xarakteristikası 
infeksiyasının sağlam fərdlərə keçməsini göstərir. 
Quşların A qripi virusu ilə xəstələnməsi bu və ya digər lokal simptomların, o 
cümlədən enteritin olması ilə septik xəstələnmə tipi üzrə baş verir. 


 
76
Enterit  vəhşi  quşların  yuva  qurduğu  və  yaşadığı  yerlərdə  qrip  viruslarının 
quşların fekalisi ilə külli miqdarda ifraz edilməsinə, torpaq və suyun çirklənməsinə 
səbəb olur. 
Ətraf  mühitin  çirklənməsi  virusların  biosferdə  eliminasiyasının  əlavə 
faktorudur. 
A  tipli  qrip  viruslarının  ördəklər  yaşayan  kiçik  göllərin  suyunda  tapılması 
faktı  məlumdur.  Müəlliflər  vurğulayırlar  ki,  qrip  virusları  ştammları  bağırsaq 
traktını örtən hüceyrələrdə replikasiya edirlər və bağırsaq möhtəviyyatından böyük 
miqdarda alınırlar (Webster R.G.,1978). 
Vəhşi quşların kloakasından izolə edilmiş virusların ağ ciyər parenximasında 
və  bağırsağın  epiteli  toxumasında  çoxalma  və  fekali  vasitəsi  ilə  külli  miqdarda 
ifraz edilmə qabiliyyəti  eksperimental tədqiqatlarla göstərilmişdir (Webster R.G., 
Laver W.A., 1978).  
Virusların bağırsaq və kloakada simptomsuz daşıyıcı kimi yayılması A qripi 
viruslarının quşlar vasitəsilə geniş disseminasiyasına səbəb olur. 
Məməlilərdə  A  qripi  respirator  infeksiya  tipi  üzrə  ümumi  intoksikasiya, 
gözün  sulanması,  zökəm  və  öskürəklə  gedir.  Kiçik  yaşlılarda  ölümlə  nəticələnən 
pnevmoniyalar mümkündür. 
Virusa  yuxarı  tənəffüs  yollarında  təsadüf  edilir,  bu  da  onu  göstərir  ki, 
infeksiya respirator yolla ötürülür. 
Güman  edilir  ki,  donuz  qripi  viruslarının  yayılması  virusun  ağ  ciyər 
nematodları  və  onların  yumurtalarını  udan  torpaq  qurdları  vasitəsilə  dolayı 
ötürülməsi ilə də mümkün ola bilər. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə