F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

 
81
Bütün  bunlar  güman  etməyə  imkan  verir  ki,  pandemiya  doğuran  qrip 
viruslarının  təkamülündə  insan  viruslarının  heyvan  və  quş  virusları  ilə  genetik 
əlaqəsi müəyyən rol oynaya bilər (Webster, 1969). Schild, Webster (1977) insan və 
heyvan  mənşəli  qrip  virusları  arasında  hemaqqlyutininə  görə  qrup  şəkilli  antigen 
əlaqələrinə  aid  məlumatlar  verirlər:  insanın  H0  və  H1  hemaqqlütininli  bütün 
məlum qripp viruslarının tərkibinə antigen cəhətdən qohum donuz (Hsw1) və quş 
(Hav5) virusları daxildir. 
İkinci qrup insanın Asiya viruslarından (H2) ibarətdir. 
Üçüncü  qrup  Honkonq  kompleksi  (H3)  viruslarından  ,  ikinci  tip  at  qripi 
viruslarından (Heq2) və 7 – I tip quş qripi (Hav7) virusundan ibarətdir. 
Beləliklə,  tək  neyraminidazaya  görə  deyil,  (o,  əvvəllər  də  məlum  idi), 
hemaqqlütininə  görə  insanın  bütün  qrip  viruslarının  heyvan  virusları  ilə,  xüsusən 
quş virusları ilə əlaqəsi var. 
Laver  (1977)  1977-ci  ildə  qrip  viruslarının  ekologiyası  üzrə  konsultativ 
iclasında  biokimyəvi  məlumatlar  verir.  Bunlar  H3N2  Honkonq  tipi  virusunun  at 
qripinin II tipinə və quş qripinin 7-ci tipinə yaxın virusların rekombinasiya prosesi 
nəticəsində meydana çıxdığına əlavə sübutlardır. 
70-ci illərdə Asiya qripi virusu ilə oxşar olan virusların sirkulyasiyası haqda 
məlumatlar  meydana  çıxdı:  viruslar  Avropada  və  Uzaq  Şərqdə  ev  ördəkləri  və 
vəhşi ördəklərdən izolə edilmişdi. 
Ayrılan  ştammlar  Asiya  virusu  qripində  olduğu  kimi  hemaqqlütininə  (H2) 
malik  idilər.  A/утка/ГДР/72  virusunun  neyraminidazası  6-cı  quş  tipinə  Nav6, 


 
82
A/утка/ФРГ/1215/73  və  А/утка/Приморье/695/76  viruslarının  neyraminidazası 
isə 2-ci quş tipinə (Nav2) aid idi. 
Jdanov  V.М.  və  həmmüəlliflər  (1982)  onları  təbii  rekombinantlar  kimi 
qiymətləndirir:  ya  bu  viruslar  insan  virusunun  A/H2N2/  iştirakı  ilə  əmələ  gəlirdi, 
ya da A/H2N2/ virusu vaxtilə quş viruslarının iştirakından yaranmışdı. 
Bu  fərziyyələr  laboratoriya  şəraitində  H2Nav2  və  Hav6N2  quşların  qrip 
viruslarından  H2N2  rekombinantların  alınması  zamanı  sübut  edildi.  H2N2  Asiya 
virusu  ştammlarının  Hav7Nav2  quş  virusu  ilə  çarpazlaşmasından  isə  hazırda 
sirkulə edən H2Nav2 quş qripi virusları ilə analoji olan rekombinant alındı (Lvov 
D.К. və b., 1979).       
Kanadada  antigen  cəhətdən  Hav1N1  virusu  ilə  (insan  və  donuzlardan 
alınmış)  sıx  əlaqədar  olan  Hav1N1  donuz  qripi  virusunun  vəhşi  ördəklərdən 
alınması populyasiyaların qarşılıqlı əlaqəsindən xəbər verir (Webster R.G., 1978). 
Qeyd  etmək  lazımdır  ki,  Çindən  gələn  ev  quşlarını  Honkonqda  müayinə 
edən  K.Şortridcin  məlumatlarına  görə  (1977),  bu  quşların  demək  olar  ki,  bütün 
məlum qrip virusları ilə fövqəladə dərəcədə yüksək yoluxması göstərilmişdir. 
Honkonqda  sağlam  ördək,  cücə  və  qazlardan  A  qripi  viruslarının 
hemaqqlütinin  və  neyraminidaza  subvahidlərinin  müxtəlif  kombinasiyasına  malik 
yeni növ müxtəlifliklərinin alınması və 2 müxtəlif A qripi viruslarının bir ördəkdən 
izolə edilməsi nəticəsində müəlliflər təbiətdə rekombinasiyaların mümükünlüyünü 
güman edirlər (Şortric К., 1978).  
Beləliklə,  təbii  biosenozlarda  epidemik  və  başqa  virusların  eyni  vaxtda 
sirkulyasiyası  və  onların  genetik  əlaqəsinin  müəyyən  edilməsi  müxtəlif  sahiblərə 


 
83
adaptasiya  edən  və  təbii  biosenozlarda  on  illərlə  qorunub  saxlanan 
rekombinantların meydana çıxmasının mümkünlüyünü güman etməyə əsas verir. 
Daha  sonra,  törədicinin  su  hövzələrinə  düşməsi  və  orada  su  kompleksi 
heyvanlarının orqanizmində qalması, onun sonrakı yayılması mümkündür. 
Biosferdə insan və heyvan qripi viruslarının sirkulyasiyasına aid əldə olunan 
məlumatları  yekunlaşdıraraq  qrip  infeksiyasının  və  onun  törədicisinin  spesifikası 
probleminə dair çox saylı sualların meydana çıxmasını qeyd etmək lazımdır. 
Bununla  əlaqədar  olaraq  qripin  təbii  ocağı  olan  Cənub-Şərqi  Asiya 
biosenozuna  identik  olan  biosenozlarda  ekoloji  tədqiqatların  qrip  viruslarının 
sirkulyasiyasının  xüsusiyyətlərinin  aydınlaşdırmaq,  xüsusən  A  qripi  viruslarının 
təbiətdə dəyişkənlik tendensiyasını və epidemik və epizootik proseslərin qarşılıqlı 
əlaqəsini öyrənmək məqsədilə aparılması maraq doğurur. 
 
 
II Fəsil.   İnsan populyasiyasında və heyvanlar aləmində qrip 
infeksiyası üzə
rində epidnəzarətin materialları və metodları haqda 
ümumi məlumat. 
Bu  işdə  qrip  virusları  ekologiyasının  öyrənilməsinə  və  Azərbaycan 
zonasında  qrip  infeksiyasına  epidnəzarətə  dair  kompleks  tədqiqatların  nəticələri 
təqdim olunur. 
Tədqiqatın  obyekti:  Qrip,  paraqrip  və  başqa  respirator  virusların  insanın 
infeksion  patologiyasında  etioloji  əhəmiyyətinin  müəyyən  edilməsi  məqsədilə 


 
84
KRX, qrip, pnevmoniya və b. klinik diaqnozlu insan kontingenti müntəzəm surətdə 
müayinə olunmuşdur. 
Əhalinin  qrip  və  paraqrip  viruslarına  qarşı  immun  strukturunun  müəyyən 
edilməsi donorların qan zərdabının hər ay seroloji tədqiq edilməsilə aparılmışdır. 
Qrip  və  başqa  KRX  infeksiyalarına  epidnəzarət  Bakı  şəhəri  şəraitində 
aparılmışdır. 
Qrip  imfeksiyası  üzərində  müntəzəm  epidnəzarət  Azərbaycanın  müxtəlif 
zonalarında  ekoloji  tədqiqatlarla  uzlaşırdı.  Bu  isə  qrip  viruslarının  biosferdə 
sirkulyasiyasında  qarşılıqlı  əlaqəyə  və  A  qripi  virusları  ştammlarının  təbii 
rekombinantlarının  əmələ  gəlməsi  mümkünlüyünə    aid  məlumatların  alınmasını 
nəzərdə tuturdu. 
Ekoloji tədqiqatlar Qızılağac qoruğunda (subtropik zona), Bakı arxipelaqının 
Gil  adasında  gümüşü qağayıların yuvalarında, Bakı  şəhəri  və  şəhər  ətrafı  zonanın 
bir sıra quşçuluq fermalarında və heyvandarlıq təsərrüfatlarında aparılmışdı. 
Tədqiqatın  obyekti  biosenozun  müxtəlif  nümayəndələri  idi:  quşlar  –  vəhşi, 
köçəri, oturaq və ev; ev heyvanları və xarici mühitin obyektləri: su, torpaq, quano.   
Bakı  şəhəri  insan  populyasiyasında qrip  virusu  infeksiyasına  KRX operativ 
analizi,  KRX-nin  etiologiyasının  öyrənilməsini,  əhalinin  immun  strukturunun 
öyrənilməsini  özündə  cəmləşdirən  epidnəzarət  ÜST  tərəfindən  qriplə  mübarizə 
üçün qəbul və tövsiyyə edilmiş ümumi tədqiqat metodları ilə (HALR, МFА və qrip 
viruslarının  toyuq  embrionları  və  toxuma  kulturasını  yoluxdurmaqla  alınması) 
aparılmışdır.  Bu  zaman  “Qrip  və  KRX  üzrə  Ümumittifaq  mərkəzinin  dayaq 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə