89
gə işləmək və qruplaşdırma bacarıqlarını formalaşdırmaq.
Oyunun gedişi
. Zərlər və saç geli plastik qabda qarışdırıldıqdan sonra üzərinə
qotazlar əlavə olunur. Uşaqlara tapşırılır ki, bu qotazları maqqaşla çıxarsınlar.
Komandalara qara rəngli kağızlar paylanır. Uşaqlar qotazları çıxararaq onların
rəngini deyir, sonra kağızlara yapışdırırlar. Uşaqların seçdiyi qotazların rəngi
fərqli olmalıdır.
“Dinozavrın boyu”.
Oyunun təşkili üçün lövhədə dinozavrların ölçüləri
qeyd edilmiş diaqram çəkilməlidir. Lazım olan digər
resurslar
: rəngli qələmlər,
ağ rəngli kağız və konstruktor.
Oyunun qaydası
: konstruktor blokları vasitəsi ilə dinozavrın boyunu ölçmək.
Məqsəd:
uşaqlara ölçü anlayışını mənimsətmək; onlara hündürlüyü müəy
-
yənləşdirmək bacarığı aşılamaq.
Oyunun gedişi
. Uşaqlara dinozavr şəkli çəkmək tapşırılır. Onlar konstruktor
blokları vasitəsi ilə çəkdikləri dinozavrların boyunu ölçürlər. Ən hündür dinozavr
şəkli çəkən şagird qalib elan olunur.
Dostları ilə paylaş: