Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   ...   4   5   6   7   8   9   10   11   12
Shahla Hasanova

“Xoşbəxt əşyalar”. 
Lazım olan resurslar: əşya şəkilləri və zəngli saat.
Oyunun qaydası
: müəyyən əşyalar haqqında fikir söyləmək.
Məqsəd
: uşaqlara müşahidə, verilmiş şəkillərdəki əşyanın adını tapmaq və 
şifahi nitq bacarıqlarını aşılamaq. 
Oyunun gedişi.
Uşaqlar qruplara bölünürlər. Hər qrupa müxtəlif əşya şəkilləri 
verilir. Qruplar bir dəqiqə ərzində onlara düşən əşyanı necə xoşbəxt edə bilə
-
cəkləri haqqında düşünürlər. Vaxt bitdikdə hər qrup öz cavabı haqqında digər 
qruplara danışmalıdır. (Məsələn, ağacı xoşbəxt etmək üçün onun dibini belləmək, 
sulamaq lazımdır).
“Rəngli qotazlar”. 
Oyun üçün lazım olan 
resurslar
: qab, saç geli, zərlər, 
plastik konteyner, maqqaş və qara karton.
Oyunun qaydası
: qotazları maqqaşla çıxararaq kağıza yapışdırmaq. Oyun 
cütlərlə oynanılır.
Məqsəd:
uşaqlarda kiçik motorikanı inkişaf etdirmək; onlarda oturaqlıq, bir
-
http://ppe-journal.edu.az
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2022, №3


89
gə işləmək və qruplaşdırma bacarıqlarını formalaşdırmaq.
Oyunun gedişi
. Zərlər və saç geli plastik qabda qarışdırıldıqdan sonra üzərinə 
qotazlar əlavə olunur. Uşaqlara tapşırılır ki, bu qotazları maqqaşla çıxarsınlar. 
Komandalara qara rəngli kağızlar paylanır. Uşaqlar qotazları çıxararaq onların 
rəngini deyir, sonra kağızlara yapışdırırlar. Uşaqların seçdiyi qotazların rəngi 
fərqli olmalıdır.
“Dinozavrın boyu”. 
Oyunun təşkili üçün lövhədə dinozavrların ölçüləri 
qeyd edilmiş diaqram çəkilməlidir. Lazım olan digər 
resurslar
: rəngli qələmlər, 
ağ rəngli kağız və konstruktor.
Oyunun qaydası
: konstruktor blokları vasitəsi ilə dinozavrın boyunu ölçmək. 
Məqsəd:
uşaqlara ölçü anlayışını mənimsətmək; onlara hündürlüyü müəy
-
yənləşdirmək bacarığı aşılamaq.
Oyunun gedişi
. Uşaqlara dinozavr şəkli çəkmək tapşırılır. Onlar konstruktor 
blokları vasitəsi ilə çəkdikləri dinozavrların boyunu ölçürlər. Ən hündür dinozavr 
şəkli çəkən şagird qalib elan olunur. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə