Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   2   3   4   5   6   7   8   9   ...   12
Shahla Hasanova

“Dəsmalları qruplaşdır”. 
Oyunun təşkili üçün lazım olan resurslar:
 
uzunlu
-
ğu bərabər, eni isə fərqli olan rəngli dəsmallar; sinifdəki uşaqların sayına uyğun 
səbətlər.
Oyunun qaydası:
ensiz və enli dəsmalları ayırmaq.
Məqsəd:
əşyaları bir-birinin üstünə qoymaqla eninə görə müqayisə etməyi 
öyrətmək. Müqayisəni “enli”, “ensiz”, “çox enli”, “çox ensiz” sözlərindən isti
-
fadə etməklə apararaq, uşaqlarda öz fikirlərini ifadə etmək bacarığını formalaş
-
dırmaq.
Oyunun gedişi.
Stolun üstünə ölçüləri müxtəlif olan bir neçə dəsmal qarışıq 
şəkildə qoyulur və uşaqlara tapşırılır ki, eyni ölçülü dəsmalları tapıb səbətlərinə 
yığsınlar. Sonrakı mərhələdə isə uşaqlar eyni ölçüdə və rəngdə olan dəsmalları 
Şəhla Həsənova. 
Təlim prosesində didaktik oyunlardan istifadə


86
seçib ayırırlar. Oyun prosesində uşaqlara müxtəlif suallar verilir. Bununla da on
-
ların diqqətinin lazımi problemə yönəldilməsinə nail olunur.
“Təsvirə görə tap”. 
Oyunun təşkili üçün lazım olan əsas resurslar əşyalar, 
meyvələr, tərəvəzlər, heyvanlar, fəsillər və s. mövzularda şəkillərdir.
Oyunun qaydası
: verilən əlamətlərə əsasən, şəkildə nəyin təsvir olunduğunu 
tapmaq.
Məqsəd
: uşaqlarda verbal təsvir etmə və dinləmə bacarıqlarını formalaşdır
-
maq; obyektləri əlamətlərinə, xüsusiyyətlərinə görə tapmaq.
Oyunun gedişi
. Uşaqlar komandalara ayrılırlar. Bir şəkil seçilir və uşaqlar
-
dan birinə göstərilir. Həmin uşaq şəkildəki obyektin xüsusiyyətlərini təsvir edir, 
sözlə izah edir, lakin onu digər uşaqlara göstərmir və obyektin adını səsləndirmir. 
Uşaqlar verilən əlamətlərə əsasən, bu obyektin adını tapıb deyirlər. 
“Sehrli lampa”. 
Oyunun təşkili üçün tələb olunan resurslar bunlardır: lampa, 
uşaqların sayına uyğun rəngli lentlər, zəngli saat. 
Oyunun qaydası
: enli və ensiz lentləri bir-birindən fərqləndirmək, bu lentləri 
lampanın üzərinə dolamaq.
Məqsəd:
uşaqlarda əməkdaşlıq etmək bacarığını formalaşdırmaq; onlara şifa
-
hi müqayisə aparmaq və qruplaşdırma bacarıqlarını aşılamaq.
Oyunun gedişi.
Uşaqlar komandalara ayrılırlar. Lentləri lampanın ətrafına 
dolamaq üçün komandalara iki dəqiqə vaxt verilir. Vaxt bitdikdən sonra müəllim 
həmin lampaları yandıraraq, hansı rəngin alındığını uşaqlarla birlikdə müşahidə 
edir. Ən az sayda lentdən istifadə etməklə lampanı tam örtən komanda qalib olur. 
Uşaqlar anlayırlar ki, enli lentlərdən istifadə etdikdə lampanın üzəri daha tez ör
-
tülür və daha az sayda lent işlədilir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə