1. Təlimin prinsipləri haqqında anlayış



Yüklə 16,09 Kb.
tarix23.12.2023
ölçüsü16,09 Kb.
#155039
muhazire 9


TƏLİMİN PRİNSİPLƏRİ
PLAN
1. Təlimin prinsipləri haqqında anlayış
2. Təlimin prinsipləri təlimin qanunauyğunluqlarının inikası kimi
3. Təlimin prinsiplərinin təsrifatına yanaşmalar

ƏDƏBİYYAT


1. F.Sadıqov. Pedaqogika. B., 2009
2. Ə.Ağayev və b. Pedaqogika. B., 2003
3. Ə.Həşimov., F.Sadıqov. Pedaqogika. B., 1994
4. N.Kazımov. Ali məktəb pedaqogikası. B., 1999
5. Y.Talıbov və b. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. B., 2000

Təlim prinsipləri təlim prosesinin istiqamətini, müəllimin fəaliyyətini və təlim prosesi üçün səciyyəvi olan obyektiv qanunauyğunluqları əks etdirir. Təliminin prinsipləri dedikdə müəllimin təlimin obyektiv qanunlarını dərk etməsi və şagirdlərə həyatı dərk etdirmək prosesində həmin qanunların tələblərini əldə rəhbər tutması başa düşülməlidir. Təlim prosesində prinsiplərlə yanaşı didaktik qaydalardan da istifadə edilir. Didaktik qaydalar prinsiplərdən irəli gəlir, onları konkretləşdirir. Bəhs edəcəyimiz prinsipləri yaxşı bilmək, bunları bütün fənlərin tədrisinə tətbiq etməyə çalışmaq hər bir müəllimin mühüm vəzifəsi olmalıdır.


Təlimin prinsipləri aşağıdakılardan ibarətdir:
1. Təlimin əməklə və həyatla əlaqələndirilməsi
2. Təlimin tərbiyəedici və inkişafetdirici prinsipi
3. Təlimin şüurluluq və fəallılıq prinsipi
4. Təlimdə müvafiqlik prinsipi
5. Təlimin humanistləşdirilməsi prinsipi
6. Sistematiklik və ya ardıcıllıq prinsipi
7. Əyanilik prinsipi
8. Biliklərin möhkəmləndirilməsi prinsipi
9. Fərdi yanaşma prinsipi
1. Təlimin əməklə və həyatla əlaqələndirilməsi - təlimin məhsuldar əməklə, təbiətin mühafizəsi ilə, məktəblilərin müxtəlif ictimai-praktik fəaliyyəti ilə əlaqələndirilməsi kimi mühüm ünsürləri özündə birləşdirir. Bu zaman şagirdlər qənaitçilliyə dair biliklərə yi-yələnir, rayonun, respublikanın həyatı ilə, habelə dünya iqsadi prosesi ilə də tanış olur. Şagirdlər Azərbaycanda yeni həyat tərzinin yarandığını, adamların azadlıq, müstəqillik uğrunda mübarizəsinin mahiyyətini dərk edirlər. Əgər öyrədilən bilik müasir həyatla, cəmiyyətin inkişafı ilə əlaqələndirilmirsə, həmin bilik şagird üçün mənasız yükə çevrilir. Belə olduqda şagirdlərin elmi biliyə marağı azalır, şüurluluq və fəallılıq səviyyəsi aşağı düşür. Ona görə də müəllim istər fənnin, istərsə də ayrı-ayrı mövzuların öyrədilməsi za-manı keçirilən materialın həyati əhəmiyyətini şagirdlərə başa salmalıdır.
2. Təlimin tərbiyəedici və inkişafetdirici prinsipi - şəxsiyyətin ahəngdar inkişafına, onun vətəndaşlıq tərbiyəsinə xidmət edir və təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrini həyata keçirir, əqli, mənəvi, əmək, estetik, hüquq, iqtisadi, ekoloji və fiziki tərbiyəni özündə birləşdirir, elmi dünyagörüşünün və şəxsiyyətin milli şüurunun formalaşmasına ciddi təsir göstərir. Təlimin tərbiyəedici və inkişafetdirici prinsipi təlimin məzmunu, metodları, təşkili formaları, müəllimin şəxsi nümunəsi, onun öz işinə məhəbbəti, pedaqoji ustalığı, əxlaqi keyfiyyətləri, təlimə yaradıcı baxışları vasitəsilə həyata keçirilir. Müəllim tədris prosesində bunların hər birindən səmərəli istifadə etməli, şagirdlərin inkişafına nail olmalıdır
3. Təlimin şüurluluq və fəallılıq prinsipi - Şüurlu surətdə əldə edilən fəal təlim əməyi müstəqil olaraq qavranılmalı və möhkəmləndirilməlidir. Ona görə ki, şagirdlərin bilikləri mənimsəməsi onların fəal təhsil əməyi prosesində baş verir. Müəllimin verdiyi bilik, şagird tərəfindən şüurlu surətdə dərk olunmalı, möhkəmləndirilməlidir. Qazanılmış elmi məlumatlar şagirdlərin daxili dünyasına, mənəviyyatına hopmalı, zehnini, yaddaşını, dünyagörüşünü inkişaf etdirməlidir. Şagirdlərdə şüurluluq, dəqiqlik, fəallıq, təşəbbüskarlıq, işgüzarlıq, yerinə yetirilən işə yaradıcı münasibət vərdişinə çevrilməli dir. Bunun üçün isə müəllim ən optimal üsullardan istifadə etməlidir. Təcrübə və müşahidələr göstərir ki, elmlərin əsaslarının şüurlu surətdə mənimsənilməsi və onların həyatda fəal tətbiqi şagirdləri yaradıcılıq prosesinə alışdırır.
Şüurluluq və fəallılıq prinsipi üzrə işləyərkən həm də bir sıra tələblərə əməl etmək lazımdır:
1. Şagird dediyini sübut edə bilməli, dəlillər gətirməyi bacarmalıdır.
2.Şagird materialı öz sözləri ilə ifadə etməyi bacarmalıdır.
3.Şagird öyrəndiyi bilikdən müstəqil istifadə etməyi bilməlidir.
Bu şərtlərə əməl olunarsa deməli, şagirdə verilən biliyi o, şüurlu və fəal mənimsə-məyi bacaracaqdır
4. Təlimdə müvafiqlik prinsipi - tək uşağın yaşına yox, həm də anlama səviyyəsinə uyğunlaşdırmağı nəzərdə tutur. Yaş səviyyəsi, adətən anlamaq səviyyəsi ilə bərabər gəlir, lakin bu bərabərlik pozula da bilər. Belə ki, eyni yaşlı uşaqlar bəzən müxtəlif səviyyəsinə malik ola bilərlər. Məsələn, bir uşaq IV sinifə qədər oxumuşdur, başqa bir uşaq isə heç oxumamışdır. Bunların ikisinin də yaşı 10, anlamaq səviyyəsi isə müxtəlifdir. Müvafiqlik prinsipi təlimdə həm uşağın yaş xüsusiyyətlərini, həm də anlama səviyyəsini, gücünü, bilik dərəcəsini nəzərə almağı tələb edir.
5. Təlimin humanistləşdirilməsi prinsipi - pedaqogikaya son zamanlar gətirilmişdir. Lakin humanist ideyaların tarixi qədim dövrlərə gedib çıxır. Q.Təbrizinin, N.Tusinin, S.Təbrizinin, Nizaminin əsərləri ilə tanış olduqda orada humanist ideyalara dair çox dəyərli nümunələrin şahidi oluruq.
Yüklə 16,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə