Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   2   3   4   5   6   7   8   9   ...   12
Shahla Hasanova

OYUNLARDAN İSTİFADƏ 
Şəhla Həsənova
ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktorantı,
Füzuli rayonu, 30 №-li tam orta məktəbin ibtidai sinif müəllimi
E-mail

sahla.hasanova@bk.ru
https://orcid.org/0000-0002-8744-9614
Annotasiya.
Məqalədə məktəbəqədər və ibtidai təhsildə tətbiq olunan 
didaktik oyunlardan və onların xüsusiyyətlərindən söhbət gedir. Məktə
-
bəqədər yaşlı uşaqlarda və kiçikyaşlı məktəblilərdə idrak prosesinin inki
-
şafı, onların təlimə maraqlarının artırılması, fəallıqlarının təmin edilməsi 
baxımından didaktik oyunların tətbiqinin səmərəliliyi diqqətə çatdırılır. 
Müəllif qaydalı oyunların təsnifatı haqqında məlumat verir, didaktik 
oyunlardan istifadənin strukturunu açıqlayır, bura daxil olan müxtəlif 
komponentlərin izahını verir. Məqalədə vurğulanır ki, didaktik oyunla
-
rın təşkili zamanı bütün struktur elementlərə diqqətlə yanaşılmalı, hər bir 
element hesaba alınmalıdır. Həmçinin didaktik oyunların uşağın şəxsiy
-
yət kimi formalaşmasında böyük rol oynadığı nəzərə çatdırılır. 
Açar
sözlər
: təlim prosesi, didaktik oyunlar, müəllim, kiçikyaşlı məktəb
-
li, qaydalı oyunlar, oyun elementləri.
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2022, №3
Məqaləyə istinad:
Həsənova Ş. (2022). Təlim prosesində didaktik oyun
-
lardan istifadə. 
«Məktəbəqədər və ibtidai təhsil»
, № 3 (240), səh. 81-91.
Məqalə tarixçəsi: 
göndərilib – 28.07.2022; qəbul edilib – 01.09.2022.


83
Giriş / Introduction
Müasir dövrdə təlim prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 
müxtəlif strategiyalardan istifadə olunur. Tədris prosesində nəzərdə tutulan stra
-
teji hədəflərdən biri dərslərin səmərəliliyini artıran metod və üsulların tətbiqidir. 
Didaktik (öyrədici) oyunlar da təlimin səmərəli təşkilini təmin edən metodlar
-
dandır. “Mənimsəmə prosesində anlama həlledici rol oynayır. Psixoloqlar sübut 
edirlər ki, yaxşı anlaşılan, başa düşülən şey çox asan mənimsənilir və yadda sax
-
lanılır” [Paşayev Ə., Rüstəmov F., 2010].
Oyun vasitəsi ilə verilmiş bilikləri uşaqlar daha tez, möhkəm və asan mə
-
nimsəyirlər. Oyun elə bir təlim növüdür ki, bu zaman şagird aktiv və yaradıcı 
şəkildə cəmiyyətdə davranış qaydalarını və normalarını, insanların əməyə, icti
-
mai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, 
elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, həyata, bir-birinə olan 
münasibətlərinin formalaşmasına əsaslı şəkildə təsir edir.
Uşaqları oyun zamanı müşahidə edən P.F.Lesgaft “Uşaq oyunu əyləncə de
-
yil” ifadəsini təkrar etməyi çox sevərdi. Oyun uşaqların ən sevimli və təbii iş 
fəaliyyətidir [Lesgaft P.F., 1990].
K.D.Uşinski qeyd edirdi ki, uşaqların ümumi və psixi sağlamlığının səviyyə
-
sini müəyyən etmək üçün onların oyununu müşahidə etmək lazımdır. Əgər uşaq 
oyunlara maraq göstərmirsə, yaxud öz yaşına görə bəsit və ya passiv oynayırsa, 
bu, böyüklər üçün ciddi siqnal olmalıdır – belə uşaq xüsusi diqqət tələb edir. Bu 
“xüsusi” uşaq ya çox istedadlıdır, ya da əqli geriliyə malikdir. “Oyun həm uşa
-
ğın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq 
üçün bir vasitədir, həm də uşağın inkişafında olan ləngiməni və qüsurları aradan 
qaldırmaq üçün gozəl metoddur” [Ağayev M., 2011].
A.S.Makarenko uşaqların həyatında oyunların rolunu belə xarakterizə edirdi: 
“Uşaqlar üçün oyun böyüklər üçün iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda 
özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə 
aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır...” [Ağayev M., 
2011].

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə