Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   2   3   4   5   6   7   8   9   ...   12
Shahla Hasanova

Əsas hissə / Main part
Oyunlar 
qaydalı
və 
qaydasız
olur. Uşaqlar tərəfindən yaradılan qaydasız 
oyunlar 
yaradıcı
oyunlara aiddir. 
Qaydalı
oyunlar uşaqların öz davranışlarını idarə etmək qabiliyyətini artırır, 
onların impulsivliyini azaldır və bununla da onların xarakterinin formalaşmasına 
Şəhla Həsənova. 
Təlim prosesində didaktik oyunlardan istifadə


84
yardım edir. Qaydalı oyunlara didaktik, mütəhərrik və rollu oyunlar aid edilir. Ki
-
fayət qədər qaydalı oyunlar oynamış uşaqların məktəb intizamına uyğunlaşması 
prosesi daha rahat gedir.
Didaktik
oyunlar şərti olaraq 3 növə ayrılır: 
oyuncaqla
(yaxud müxtəlif əş
-
yalarla) oynanılan oyunlar, şifahi və ya sözlü (tapmaca) oyunlar, 
loto 
(cüt şəkilli 
kartlar) oyunları.
Dərs prosesində didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və 
təfəkkürün inkişafına kömək edir.
Didaktik oyunların istifadəsi uşaqların əqli inkişafına, onların şəxsiyyətinin 
ahəngdar tərbiyəsinə xidmət edir. Didaktik oyunların əsas məqsədi uşaqları oyun 
situasiyasına cəlb etmək və bu prosesdə onları öyrətməkdir. Bu oyunlar təlim 
fəaliyyəti ilə oyun fəaliyyətini birləşdirərək uşaqların fantaziyasını, təxəyyülünü 
inkişaf etdirir. Beləliklə, dərs uşaqlar üçün maraqlı, əyləncəli, yaddaqalan və 
cəlbedici olur. “Oyunda iştirakçılar birgə fəaliyyətdə və qarşılıqlı ünsiyyətdə 
olurlar. Bu zaman subyekt-subyekt münasibətlərinin metodoloji sxemi reallaşır, 
bu isə gələcək mütəxəssisin yaradıcı təfəkkürünü inkişaf etdirir” [Rüstəmov F., 
Dadaşova T., 2007]. 
Didaktik oyun elə təşkil ediməlidir ki, təlim prosesi rəngarəng olsun və bütün 
didaktik vəzifələr yerinə yetirilsin, oyun təlim prosesinin ayrılmaz bir hissəsinə 
çevrilsin. Didaktik oyunların tətbiqi təhsilalanların mənimsəmə qabiliyyətini 
yüksəldir, onları daha da fəallaşdırır, uşaqları düşünməyə və düşündüklərini ver
-
bal ifadə etməyə sövq edir. Bu zaman uşağın nitqi təfəkkürü ilə vəhdətdə inkişaf 
edir.
Təlim oyunlarından ilk dəfə XVII əsrdə istifadə olunmuşdur və bu üsul, əsr
-
lər keçsə də, öz əhəmiyyətini itirməmiş, əksinə, mühüm təlim strategiyalarından 
birinə çevrilmişdir. Didaktik oyunlar, uşaqları əyləndirməklə yanaşı, bir sıra di
-
daktik funksiyaları da yerinə yetirir. Faktlar göstərir ki, oyun fəaliyyətində iştirak 
etməyən və bu fəaliyyətdən səmərəli istifadə edə bilməyən uşaqlarda sosiallaşma 
prosesi uğurla getmir, onlar gələcək həyatlarında da bir sıra problemlərlə qarşı
-
laşırlar. 
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 
“1.1.Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan 
standartlarının və kurikulumlarının hazırlanması” bəndi innovativ təlim metodo
-
logiyalarının hazırlanması məsələsinin əhəmiyyətinin və aktuallığının göstərici
-
sidir. Təhsil haqqında olan digər sənədlərdə də bu mövzuya toxunulmuş, uşaqla
-
rın idrak qabiliyyətini, marağını, fərdi xüsusiyyətlərini, potensialını nəzərə alan 
metodların tətbiqi diqqət mərkəzinə çəkilmişdir. 
Didaktik oyunlardan istifadə etmək üçün müəllim oyunun təşkili metodikası
-
nı yaxşı bilməklə yanaşı, şagirdların fərdi xüsusiyyətlərini də nəzərə almalı, həm
-

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə