Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   2   3   4   5   6   7   8   9   ...   12
Shahla Hasanova

“Obyekti təsvir et”. 
Bu oyunun təşkili üçün heç bir resurs tələb olunmur. 
Oyunun qaydası
: obyektin xüsusiyyətlərini sadalamaq.
Məqsəd:
uşaqlarda müşahidə etmək və sözlə təsvir etmək bacarıqlarını for
-
malaşdırmaq; obyektin əlamətlərini müəyyən etmək.
Oyunun gedişi
. Müəllim hər hansı bir obyektin adını səsləndirir və uşaqlar 
həmin obyektə xas olan xüsusiyyətləri sadalayırlar, məsələn, müəllim “alma” de
-
yir, uşaqlar isə almaya aid olan əlamətləri səsləndirirlər [Seyidli F., 2018].
“Lentləri ayır”. 
Oyunun təşkili üçün lazım olan resurslar: stul, zəngli saat, 
uşaqların sayına görə eni müxtəlif, uzunluğu isə bərabər olan sarı və yaşıl rəngli 
lentlər.
Oyunun qaydası
: lentləri ayırmaq və stulun ayağına sarımaq.
Məqsəd:
uşaqlarda əşyaları qruplaşdırmaq və əməkdaşlıq bacarıqlarını inki
-
şaf etdirmək; şifahi müqayisə aparmaq bacarığını formalaşdırmaq.
Oyunun gedişi.
Oyunun şərtləri müəllim tərəfindən izah edilir və uşaqlara üç 
dəqiqə vaxt verilir. Həmin müddətdə öz stulunun ayağına daha çox lent sarıyan 
http://ppe-journal.edu.az
MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL, 2022, №3


87
şagird qalib hesab olunur.
“Yerdəyişmə”. 
Oyunun təşkili üçün tələb olunan resurslar müxtəlif məz
-
munlu şəkillərdir. 
Oyunun qaydası
: bir neçə şəklin içindən hansının yerinin dəyişdirildiyini tap
-
maq.
Məqsəd:
uşaqların diqqətini inkişaf etdirmək.
Oyunun gedişi
. Müəllim 5–6 şəkil götürür və onları partanın üzərində müəy
-
yən ardıcıllıqla düzür. Uşaqlar 10–12 saniyə bu şəkillərə baxdıqdan sonra göz
-
lərini yumaraq geriyə dönürlər. Bu vaxt müəllim şəkillərdən birinin yerini də
-
yişdirir. Sonra uşaqlar gözlərini açaraq şəkillərə baxır və hansı şəklin yerinin 
dəyişdirildiyini tapırlar.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə