Features of using didactic games in the training process



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix08.04.2023
ölçüsü0,66 Mb.
#104731
1   ...   4   5   6   7   8   9   10   11   12
Shahla Hasanova

“Gəl söhbət edək”. 
Oyun üçün lazım olan yeganə resurs topdur. 
Oyunun qaydası:
müəllimin suallarını cavablandırmaq.
Məqsəd:
uşaqların ünsiyyət bacarıqlarını və məntiqi təfəkkürünü daha da in
-
kişaf etdirmək.
Oyunun gedişi.
Müəllim topu uşaqlardan birinə atır və deyir ki, gəl söhbət 
edək. Müəllim bir cümlə deyir və bu cümlə ilə bağlı sual verir. Verilmiş vaxt 
bitənə kimi uşaq bu sualı cavablandırmalıdır.
“Sınıq kamera” oyunu. 
Oyun üçün lazım olan 
resurslar
: şəkil, yazı lövhəsi 
və müxtəlif rəngli markerlər.
Oyunun qaydası
: eşidilən məlumatı düzgün şəkildə təkrar etmək.
Məqsəd:
uşaqların yaddaşını, dinləyib-anlama və verbal təsvir vərdişlərini 
möhkəmlətmək.
Oyunun gedişi
. Uşaqlar dairə formasında dayanırlar. Onlardan biri yazı löv
-
həsinin qarşısına çağırılır. Müəllim ona bir şəkil göstərir. Uşaq dairəyə qayıdaraq 
ona göstərilən şəklin adını yoldaşının qulağına deyir. Həmin uşaq da bunu yanın
-
dakı uşağa çatdırır. Proses bu şəkildə davam edir və beləliklə, dairədə olan bütün 
uşaqlar şəkil haqqında məlumat alırlar. Sonuncu uşaq isə haqqında danışılan əş
-
yanın şəklini lövhədə çəkir. Uşağın çəkdiyi şəkil verilən məlumata uyğun olarsa, 
o, qalib gəlir [http://www.tipii.edu.az/az/article/431-qaydali-oyun-numunala].
Təlim prosesinə didaktik oyunlar daxil etməklə istənilən yaş qrupundan olan 
uşaqlarla yüksək nəticələr əldə etmək mümkündür. Bu zaman yeni mövzunun 
mənimsənilməsi ilə yanaşı keçilənlərin təkrarına və möhkəmləndirilməsinə də 
nail olunur. Başqa sözlə, müəllim oyunu dərsin məqsədinə və mövzusuna uyğun 
seçməlidir
Şəhla Həsənova. 
Təlim prosesində didaktik oyunlardan istifadə


90

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə