33. Eskalator növbətçisi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Metrolarda, mağazada, hava, dəniz və dəmir yolu vağzallarında və başqa ictimai müəssisə və təşkilatlarda eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi. Eskalatordan istifadə qaydaları haqqında sərnişinlərə radio ilə məlumat verilməsi və müşahidə olunması. Sərnişinlərə onları maraqlandıran məsələlər barədə məlumat verilməsi. Uşaqlı sərnişinlərə, əlil və qocalara eskalatora minilə və düşərkən köməklik göstərilməsi. Bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsi. Eskalator xarab olduqda elektrik çilingərinin və yaxud qəza xidmətinin çağırılması.
Bilməlidir: eskalatorun və onun elektrik və radiotəchizat qurğusunun iş prinsipini və istismarını, tibb məntəqəsinin, təmir heyətinin və qəza xidməti işçilərinin yerini; ilkin tibbi yardımın göstərilməsi qaydalarını; növbənin qəbul və təhvil qaydalarını; metropolitenin sxemini.
3-cü dərəcə: iş zamanı eskalatorun işində meydana çıxan xırda nasazlıqları aradan qaldırdıqda.
Dostları ilə paylaş: |