- 115 -
yaddaşından keçərək yazıya çevrilmiş müqəddəs kitabın
ayələrini ancaq rasionallıq çərçivəsində anladıqlarından başqa
heç nə anlamır, heç nə görmürlər. Lakin bu rasionallığın həqi-
qəti ifadə etmək üçün yetərli olub-olmaması bir problem kimi
qoyulmur… Bu, onların heç ağlına da gəlmir.
XIV əsrin tanınmış sufi filosofu, Bədrəddin Təbrizinin
tələbəsi Əhməd Əflaki “Ariflerin menkibeleri” əsərində Möv-
lana Şəmsəddinə iqtibasla yazır: “Şamda Şihabəddin Makbula
açıkca kafir deyirlərdi. Mən isə deyirəm: Haşa, o Şihab, kafir
nasıl olur? Çünki nura aiddir. Bəli, Günəşin (Şəmsin) yanında
Şihab (ulduz) kafir (örtülən, qeyb olan) olur. Şihab içəri girib
tam bir doğruluqla Şəmsə (Günəşə) xidmət edirsə bədr halına
gəlir, yetkin olur. Mən doğruluqla niyazda bulunanlara qarşı
çox alçaq könüllü, başqalarına qarşı isə çox qürurlu oluram.
Şihabəddinin elmi ağlına qalibdir. Halbuki, ağlın elmə qalib və
hakim olması lazımdır. Ağıl yeri olan dimağ zəifləmişdir. Bir
tayfa, ruh aləmində zövq buldu, oraya qonub yerləşdi və ilahi
aləmdən bəhs etdi. Halbuki onlar orasını ruh aləmi olduğu halda
ilahi bir aləm sanırlar”.
1
Burada ulduz Günəşlə qarşılaşdırılır.
Şihabəddin kafir ola bilməz, çünki o, nurludur. Lakin digər
tərəfdən, onun nuru günəş nuru ilə müqayisədə ikincidir (o
dövrdə Günəşin ulduzlardan biri olduğu qəbul edilmədiyi kimi,
adi insanların peyğəmbərlik əlaməti sayılan vəhy səlahiyyəti də
inkar olunurdu).
Bəli, ehkamçılar üçün əzbərlənmiş mətnlərdən, ənənəvi
fikirdən kənara çıxan, yeni olan hər bir fikir küfrdür. Çünki
onlar bir dəfə ilahi nurdan gəlmiş və insan yaddaşından keçərək
yazıya çevrilmiş müqəddəs kitabın ayələrini ancaq rasionallıq
çərçivəsində öyrəndiklərindən, başqa heç nə anlamır, heç nə
görmürlər. Lakin bu rasionallığın həqiqəti ifadə etmək üçün yetərli
olub-olmaması bir problem kimi qoyulmur… Bu, onların heç ağ-
lına da gəlmir.
Həqiqi böyük dindarların, Allah dərgahından nur alan-
ların, ilahidən vergi verilənlərin yarımdindarlar, din xadimləri,
üləmalar – oxumaqla alim olanlar tərəfindən təqib olunması tə-
sadüfi hal deyil. Ruhani dünyanın ülviyyətinə qovuşanların
1
Ahmet Eflaki. Ariflərin menkibeleri. İstanbul, 1989, səh. 93.
- 116 -
bəxti cismani dünyada gətirmir. Hikmət ziyasına qovuşanlar,
haqqa çatanlar fani dünyadakı haqsızlıqların qurbanı olurlar. Bu
hətta bir qanunauyğunluq həddinə gəlib çatmışdır. Şeyx
Şihabəddinin də taleyi məhz bütün “əzabkeşlər” kimi əqidənin
cismani həyat üzərində qələbəsi ilə nəticələndi. C.Brunolar, Qa-
lileylər hələ sonra gələcəkdilər. İndi isə Şərq renessansının
“əzabkeşləri” öz tale yazısını bəşər tarixinə həkk edirdilər.
Dərisi soyulan Mənsur Həllac və Nəsimi kimi, daha doğrusu,
onlar arasında bir mənəvi körpü olaraq Ş.Sührəvərdi də özünün
tərənnüm etdiyi nurlar dünyasına əbədi qovuşmaq üçün maddi
həyatdan məhrum edildi. Bu, bir qanunauyğunluqdur. Dahilərin
tale yüküdür. Kiçiklər ideya mərtəbəsindən qat-qat aşağıda
dayandığından böyükləri sevmirlər. Ruhani dünyada, nurani
dünyada məğlub olduqlarından fani dünyada qalib gəlməyə ça-
lışırlar.
Bəli, kiçiklərin böyüklərə nifrəti təbiidir. Ən böyük faciə
isə böyüklər böyüklərin yolunu kəsəndə yaranır. Ş.Süh-
rəvərdinin də taleyində qisməti faciəyə çevirən bir məqam,
ağrılı bir görüntü var. Məhz bu görüntüyə təəssüflənməyə
bilmirəm. Qismətə bax ki, ideyası ilə qürrələndiyim, böyüklərin
böyüyü hesab etdiyim Şeyx Şihabəddin şücaəti ilə tarix yazmış,
böyük ideyanın böyük qoruyucusu olmuş, adını daşıdığım və
adı ilə fəxr etdiyim dünyaca məşhur Sultan Səlahəddinin
göstərişi ilə qətlə yetirilmişdi.
Bu necə ola bilərdi? Necə olardı ki, sadəcə bir sərkərdə
olmayıb, həm də bir ideya mücahidi olan böyük Səlahəddin
Əyyubi filosoflar filosofu Şeyx əl-İşraqini dəyərləndirə bilmə-
sin. Necə olmuşdu ki, filosoflarla oturub-duran, sarayında hətta
Moisey Maymonitlərə yer verən Səlahəddin hələ 37 yaşında,
təzə-təzə zühur edən bir ulduzun işığını sezməmişdi. Axı,
Səlahəddin özü nurlu adam idi və nura biganə qala bilməzdi.
Bunu Səlahəddinin oğlu Hələb hakimi əl-Məlik əz-Zahirin
Şeyxə olan böyük məhəbbəti də bir daha sübut edir. Lakin gənc
hakim böyük hörmət və məhəbbətini açıq-aşkar büruzə verirkən
əslində Şeyxin düşmənlərini artırdığının fərqinə varmamışdır.
Hələb hakimi…
Kiçiklər, miskinlər öz sıralarında hansı isə bir dahinin
mövcudluğuna ancaq o zaman dözə bilərlər ki, onun dahiliyi,
- 117 -
böyüklüyü məharətlə gizlədilsin, büruzə verilməsin. Lakin
Hələb hakimi özü də unamadan Şeyx Şihabəddinin bö-
yüklüyünü təsdiq etmək və ona xüsusi münasibət göstərməklə
əslində onu üləmaların qəzəbinə düçar etmişdir. Sonra isə onu
qorumağa çalışsa da, buna gücü çatmamışdır. Siyasətdə daha
təcrübəli olan atası ehkamçı mollaların qəzəbinə qarşı durmağın
nə kimi ziyanlar törədə biləcəyini daha yaxşı təsəvvür edirdi.
Və o, öz oğlunun hakimiyyətini zərbə altında qoymamaq üçün
qurban verməyi üstün tutmuşdu. Alim olmazdan öncə hökmdar
olan Səlahəddin hakimiyyətin mənafeyini üstün tutmuşdu.
Lakin kimi qurban ver-diyini, əlbəttə, bilmirdi. Onu şəxsən
tanıyanlar, təliminə bələd olanlar, hikmətli söhbətlərini
dinləyənlər isə bəşər fikrinin necə böyük bir itkiyə məruz
qaldığının fərqində idilər. “Filosofun məzarı üzərində yazılmış
iki beyt onun böyüklüyünü obrazlı şəkildə ifadə edir: “Bu qəb-
rin sahibi gizli gövhər idi. Allah onu şərəfdən yaratmışdı.
Zəmanə o gövhərin qədr-qiymətini bilməmiş, buna görə də
Allah onu qeyrətlə sədəfə salmışdır.”
1
Əslində həqiqi böyük inam sahiblərinin ömrü boyu
Haqqa qovuşmağa can atan “Ənəlhaqq” zirvəsinə yüksələn
şəxslər üçün cismani ölüm elə böyük bir faciə deyil. Sağlığında
tərki-dünya olanlar dünyanı tərk etməklə heç nə itirmirlər. İtirən
yerdə qalanlardır ki, onların nəfslərinin işıqlanması naminə
yazıla biləcək yeni-yeni əsərlərdən məhrum olurlar. Allah
dərgahına gedənlər, əbədi Haqqa qovuşanlar ölüm şərbətini bir
mey kimi başlarına çəkirlər. C.Rumi Peyğəmbərə istinadən
deyir: “Ölməzdən əvvəl ölmək lazımdır”. Başqa bir beytdə
Rumi M.Həllacın “Mənim həyatım – ölümümdə, ölümüm
həyatımdadır” sözlərini misal gətirir.
2
Təsadüfi deyildir ki,
Mənsur Həllac “mənəm Həqq” dediyi gündən fani dünyanı tərk
etməyə özü səy göstərmişdir. M.Bayat və Mohəmməd Əli
Camniyyənin yazdıqlarına görə, Mənsur Həllac hələ 913-cü
ildən – özündə Haqqı bulduqdan sonra Bağdad əhlinə müraciət
1
Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994,
səh.149.
2
У.Читтик. Духовное учение Руми – В поисках скрытого
смысла. М. 1995, с.205.
Dostları ilə paylaş: |