Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


) İntibah dövrünün ideal cəmiyyət konsepsiyaları



Yüklə 1,08 Mb.
səhifə41/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   37   38   39   40   41   42   43   44   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

3) İntibah dövrünün ideal cəmiyyət konsepsiyaları.
İntibah dövrünün nəhəng fikir insanları həmçinin ictimai həyata yeni baxışları formalaşdırılar. Artıq onları cəmiyyət və hakimiyyət haqqında dini-sxolastik baxışlar, o cümlədən Müqəddəs Avqustinin İlahi səltənət kimi təsvir etdiyi kilsə haqqında təlimi qane etmirdi. Onlar üçün cəmiyyət ilk növbədə insan həyatı üçün zəruri mühitdir. Bu səbəbdən cəmiyyət insan təbiəti nəzərə alınmaqla və hər bir insan üçün qurulmalıdır. Fəlsəfi fikir tarixinə və Avropa xalqlarının tarixi taleyinə İntibah xadimlərinin dövlət haqqında nəzəriyyələri böyük təsir göstərmişdir. Bu əsasən onların monarxiya və kommunist quruluşu haqqında təlimləridir. Monarxiya haqqında təlimlər sonralar Avropada Mütləqiyyətçiliyin bərqərarına, kommunizm ideyaları isə müxtəlif növ kommunist nəzəriyyələrin, o cümlədən marksist kommunizminin yaranmasına yardımçı olmuşdur.
Nikkolo Makiavelli. Dövrün ictimai-siyasi fikrinə böyük töhfə vermiş mütəfəkkirlərdən biri, italyan şairi, tarixçi və dövlət xadimi Nikkolo Makiavelli (1469-1527) olmuşdur. O, hesab edirdi ki: “xristianlıq öz təlimi ilə dünyanı zəiflətmiş və cəmiyyəti mənfur insanların əlinə vermişdir”. Ona görə də, ayrı-ayrı insanların marağı dövlətə, dövlətin marağı isə monarxa tabe etdirilməlidir. Monarxın vəzifəsi hamını cəmiyyət üçün işləməyə məcbur etməli, heç kim elitanın nazı ilə oynamağa imkan verməməlidir. O, elitanı: zadəgan, kilsə xadimləri və dövlət məmurlarını “vətəndaş hakimiyyətinin qəddar düşmənləri” adlandırmışdır. “Çoxsaylı elitanın olduğu ölkədə respublika qurmaq istəyən kəslər ilk növbədə bu elitanı məhv etməlidir”. Monarx cəmiyyətin maraqları üçün öz dövləti fəaliyyətində əxlaq prinsiplərinə məhəl qoymamalı, yalançılıq, satqınlıq, xəyanətkarlıq, hiyləgərlik və buna bənzər naqis insani keyfiyyətlərdən istifadə etməlidir. Makiavellinin irəli sürdüyü bu prinsip “Məqsəd vasitəyə haqq qazandırır” tezisi kimi məşhur olmuşdur.
Tomas Mor. İntibah humanizminin sosial ideallarını öz yaradıcılığında əks etdirmiş filosoflardan biri də Tomas Mor olmuşdur (1478-1535). Londonda hüquqşünaslar ailəsində anadan olmuş, ilk təhsilini dini məktəbdə alsa da, sonralar Oksford Universitetində təhsilini davam etdirmişdir. İlk gənclik yaşlarından peşəkar siyasətlə məşğul olmuşdur: 1504-cü ildən parlamentin üzvü, 1523-29-cu illərdə icmalar palatasının sədri, 1529-cu ildə isə Böyük Britaniyanın lord-kansleri (kraldan sonra dövlətin ali vəzifəsi) olmuşdur. Katolisizmin qatı tərəfdarı olan T.Mor 1535-ci ildə kralı Roma Papasından asılı olmayan Anqlikan kilsəsinin başçısı kimi tanımaqdan imtina etdiyi üçün edam edilmişdir.
Peşəkar siyasətlə məşğul olduğundan dövlətin problemlərinə yaxından bələd olmuş, cəmiyyətdəki uğursuzluq və narazılıqların səbəbini xüsusi mülkiyyətdə görmüşdür. Əsas sosial-siyasi baxışları yazdığı “Utopiya” (yun. utopos –olmayan yer) əsərində ideal dövlət modelini şərh etmişdir. O, iddia edirdi ki: “Harada ki, xüsusi mülkiyyət var, harada ki, hər şey pulla ölçülür, orada dövlət işlərinin uğurlu gerçəkləşməsi çətin ki, mümkün olsun”. Onun “Utopiya”da təsvir etdiyi ölkədə hamı öz bacarığı və zövqünə görə çalışır, tələbatına görə alır. Ölkədə nə varlı var, nə də kasıb, çünki bu ölkə əhalisinin birgə əməyinin ümumi məhsulu hamıya məxsusdur. Hamının əməklə məşğul olması, bütün əhalinin bolluq içərisində yaşamağa imkan verir, ona görə də altı saatlıq iş günü müəyyənləşdirilir. Qadın və kişilər bərabər hüquqlara malikdir. Elmi qabiliyyətləri olanlar əməkdən azad edilir. Bu ölkədə bütün vəzifəli şəxslər seçkilərdə müəyyənləşir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə