murları, fəhlələr kəndliləri və s. qoruyurlar. Bu himayə orta
təbəqələrin qüvvətlənməsini təmin edir».130
Ülkən etiraf edir ki, «üstün siniflər» öz mövqelərini qo
rumaq xatirinə başqa sinifləri «himayə» edir. Ülkən və onun
Qərb həmkarları kapitalistlərin məcburiyyət qarşısında qa
lıb müəyyən güzəştə getmələrini «üstün sinfin» «aşağı sinfi»
himayə etməsi kimi qiymətləndirirdilər.
Türk alimləri sinfi mübarizənin əsl səbəbini açmağa
çalışır, bəzən öz fikirlərini mücərrəd şəkildə şərh edirdilər.
Ülkən yazır: «Sinfi gərginlik ifrat istehsaldan çox alıcılıq
qabiliyyətinin aşağı düşməsindən irəli gəldiyi üçün üstün si
niflər zəif siniflərin alıcılıq qüdrətini artırmaq yolu ilə özlə
rinə məcburi müştəri təmin edirlər». Bu da öz növbəsində
orta təbəqələrin sayını artırır. «...Bəzi siniflər arasındakı
həmrəylik və əlaqə də yeni ictimai düzənin (müasir kapita
lizm quruluşunun - Y.R.) zəruri nəticəsidir».131
H.Z.Ülkən Qərb sosioloqları ilə həmrəy olaraq göstə
rirdi ki, artıq Qərb ölkələri o dərəcədə inkişaf ediblər ki,
bütün siniflər, ictimai təbəqələr arasında tam mənafe birliyi
yaranıb, «ziddiyyət doğuran problemlər» getdikcə aradan
qalxır. «Bu da onu göstərir ki, Qərb ağır bir şəkil dəyişdir
məsi keçirir. Mövcud cəmiyyətləri təməlindən dəyişdirmək
dən deyil, onları formaca dəyişmək və düzəltməkdən söhbət
gedir».132
H.Z.Ülkən göründüyü kimi «şəkil dəyişməsindən» da
nışır, lakin etiraf etmək istəmirdi ki, əhalinin həyat şəraitini
əsaslı surətdə yaxşılaşdırmaq üçün bu kifayət deyil, bunun
üçün cəmiyyətdə köklü ictimai-siyasi dəyişikliklər etmək la
zımdır. Ülkən həm kapitalistləri, həm də sosialistləri tənqid
edirdi. O, müasir Qərb cəmiyyətini kapitalizm adlandırmır,
adətən «klassik kapitalizmdən» söhbət gedəndə bu termin
dən istifadə edirdi. Deməli o, «köhnə kapitalizmi» və
bütövlükdə sosializmi tənqid edirdi. Ülkən yazır: «İctimai
gərginliyi son həddinə gətirmək istəyənlər bu gərginliyin bir
ucuna kapitalı, o biri ucuna «əməyi» qoyurlar. Onlara görə
130 H.Z.Ülken. Tarihi Maddeciliğe reddiye, s. 133.
131 Yenə orada, s. 133.
132 Yenə orada, s.216.
54
bu iki qütb arasındakı ziddiyyət həlledilməz bir savaş halma
gəlmişdir. Kapitalistlər bu gərginliyi sərmayə (kapital) lehi
nə, sosialistlər əmək lehinə həll etmək istəyirlər. Onlar
düşünmürlər ki, bu iki həddin arasında daima bir çox də
rəcələr mövcud olmuş və olacaqdır; bunların qaldırılmasına
imkan yoxdur. Çünki bu dərəcələr yalnız əmək bölgüsünün
yaratdığı kiçik burjuaziya siniflərindən ibarət deyil. Bunlar
hər şeydən əvvəl insanın özünə aid olan ləyaqət və qabiliyyət
dərəcələridir. İş bölgüsü və orta siniflər bu ləyaqət dərəcələ
rinin nəticəsidir».133
Beləliklə, Ülkən sinfi ziddiyyətləri insanların təbii qa
biliyyətləri arasındakı fərq ilə əvəz edir. Deməli, birinin zə
ngin, digərinin yoxsul olmasının ictimai quruluş ilə heç bir
əlaqəsi yoxdur. O, yazır: «Kapital ilə əmək arasındakı
müvazinətin pozulmasından doğan ictimai və iqtisadi böh
ranların qarşısını almaq üçün, hər şeydən əvvəl bu iki ucu
bir-birinə bağlayan insan qabiliyyətlərinin təbii dərəcələrini
yaxşı tədqiq etmək lazımdır. İnsanlar nə zəka, nə bədən qa
biliyyəti, nə duyğu və iradə yetginliyi, nə yaratma gücləri, nə
əxlaqi məziyyətləri baxımından eyni dərəcədə deyil».134
H.Z.Ülkənin yuxarıda dediklərini belə ümumiləşdir
mək olar: müasir kapitalizm cəmiyyətində sinfi mübarizə
yox, fərdlər arasında təbii-bioloji fərqlər var.
Yuxarıda yazılanlardan aydın olur ki, Qərbdə olduğu
kimi Türkiyədə də müəlliflərin bir qismi Marksı açıq tənqid
etməkdən çəkinir, onun nəzəriyyəsinin indiki dövr üçün ar
tıq köhnəldiyini iddia edərək əslində marksizm təliminə qar
şı çıxırdılar. Onlar deyirdilər ki, Marks kapitalizmin məhv
olacağını əvvəlcədən xəbər verməklə, əslində burjuaziyaya
kömək etmiş və kapitalizm cəmiyyətini xilas etmişdir. Qalip
Kardam «Akis» jurnalında yazırdı ki, Marks tamamilə haq
lı olaraq xəbərdarlıq edirdi ki, sənaye inqilabı nəticəsində
yaranmış mövcud ictimai şərait dəyişdirilməsə əmək ilə ka
pital arasındakı barışmaz ziddiyyətlər proletar inqilabını
doğuracaq və fəhlə sinfi kapitalizm quruluşunu məhv edib
öz dövlətini yaradacaqdır. Qərbin qabaqcıl adamları və
133 Yenə orada, s.216.
134 Yenə orada, s.216-217.
55
Marksm həmkarları onun təlimini diqqətlə təhlil edərək belə
bir nəticəyə gəldilər ki, Marks doğru deyir, əgər təcili təd
birlər görülməsə kapitalizm məhv olacaq. Alimlər və işgüzar
dairələr başa düşürdülər ki, əgər Marksın irəlicədən gördüyü
hadisə baş versə onların özü üçün, zəhmətkeşlər üçün və
ümumiyyətlə bütün cəmiyyət üçün fəlakət baş verə bilər.
Odur ki, onlar fəhlələr üçün daha yüksək həyat səviyyəsi ya
ratdılar, onların hüquqlarım genişləndirdilər. Bu təsirli təd
birlərin nəticəsində Marksın daha çox gözlədiyi yerlərdə
əmək ilə kapital arasında ziddiyyət azaldı.135 Qalip Kardam
təklif edir ki, Türkiyə qabaqcıl kapitalist ölkələrinin təcrü
bəsindən istifadə etməli və onların yolu ilə getməlidir.
Beləliklə, «Türk ensiklopediya»sında göstərildiyi kimi,
burjuaziya ilk inqilabçı sinif olmuş, lakin öz məqsədinə nail
olandan sonra - hakimiyyəti ələ keçirəndən sonra kapita
lizmin əsas qoruyucusu olmuş və mühafizəkar bir qüvvəyə
çevrilmişdir. Odur ki, sosialistlər ilk gündən burjuaziyanı
istismarçı hakim sinif hesab etmiş və fəhlələri ona qarşı
qoymuşlar. Sonra «Ensiklopediya»nm müəllifləri burjuaziy
anın müdafiəsinə qalxaraq göstərirdilər ki, artıq burjuaziya
əvvəlki sinif deyil. «Burjuaziya bu gün artıq kapitalizmin
yeganə təməli olmaqdan çıxdığına baxmayaraq, sosialist və
kommunist demaqogiyası onu proletariatın düşməni, kapi
talist sinif olaraq xarakterizə edir». Müəlliflər təəssüflə bil
dirirdilər ki, burjuaziyanın «ən parlaq çağı olaraq XIX yüzil
göstərilə bilər». Onların fikrincə burjuaziyanın bundan so
nra «necə bir şəkil alacağı» «nə kimi dəyişmələrdən keçəcəy
ini» qəti olaraq söyləmək olmaz.136 Ancaq burjua ideoloqla
rı qəti olaraq söyləyirdilər ki, burjuaziya istismarçı sinif
deyil, əmək ilə kapital arasında mübarizə getmir.
Lakin elmi sosializm adlanan marksist nəzəriyyəni
mənimsəməmiş türk müəllifləri belə hesab edirdilər ki,
«Türkiyədəki mürtəce dairələr, hakim siniflər öz güclərini
müstəmləkəçi imperialistlərdən alırlar. Müstəqil inkişafdan
məhrumdurlar». Milli azadlıq hərəkatından sonra (1919-
1922) Türkiyə kiçik burjuaziya sinfinin daha qabaqcıl hissə-
135 Q .Kardam . İki örnek. Bax: «Akis», 1967, s.16.
136 Türk ansiklopedisi. C.VIII, A nkara, 1956, s.439.
56
sinin rəhbərliyilə «qismən iqtisadi və siyasi istiqlaliyyət əldə
edə bilmişdir». Mustafa Kamalın şəxsində kiçik burjuaziya
özünün ən böyük liderini tapmışdır. Lakin Atatürkün
ölümündən sonra kamalist kiçik burjuaziya getdikcə passiv
ləşmiş, xalq kütlələrilə əlaqəsini itirmiş, varlanmış və xarici
kapital ilə sıx əlaqə yaradaraq komprador burjuaziyaya çev
rilmişdir. İndi xarici kapital, xüsusən Amerika kapitalı yerli
komprador burjuaziyanın əli ilə türk əməkçilərini və ölkənin
təbii sərvətlərini istismar edir.137
Türkiyənin sol qüvvələri imperializmə qarşı mübarizə
apararkən ölkənin müstəqil inkişaf etməsi üçün ən böyük
əngəl xarici kapital ilə əməkdaşlıq edən iri burjuaziya və iri
torpaq sahiblərini hesab edirdilər. Yurdakul Fincançı
«Kim» jurnalında yazırdı ki, imperialist qüvvələr Türkiyə
kimi az inkişaf etmiş ölkələrdə sosializmə və demokratiyaya
qarşı olan qüvvələri müdafiə edir, onları hakimiyyətə gətirir
və özləri üçün satış bazarı əldə edirlər. Beləliklə, bu ölkələr
həm iqtisadi, həm də siyasi cəhətdən imperializmdən asılı
vəziyyətə düşürlər. «Bu halda, geri qalmış bir ölkəni inkişaf
etdirmək üçün ...imperialist güclərin təsirini qırmaq tək çı
xış yoludur».138
Türkiyənin sol qüvvələri hesab edirdilər ki, milli bur
juaziya artıq öz rolunu oynamış və mürtəce qüvvəyə çevril
mişdir. Artıq xarici kapital Türkiyəyə yerli kapital ilə əmək
daşlıq yolu ilə daxil olur. «Belə bir şəraitdə milli burjuaziy
anı imperializmə qarşı mübarizəyə qaldırmaq asan iş deyil.
İmperializm və xarici kapitala qarşı aparılan mübarizədə
sosialist hərəkatının qarşısını kəsən ilk əngəl milli burjua
ziyadır». Odur ki, imperializmə qarşı mübarizədə sosialistlər
bir müttəfiq sifətilə milli burjuaziyaya ümid bəsləyə bilməz
lər. Bəzi türk müəllifləri göstərirdilər ki, imperialist ölkələrlə
yeni iqtisadi əlaqələr yaradıldıqdan və xarici kapitalın
Türkiyədə mövqeyi zəiflədikdən sonra milli burjuaziya anti
imperialist mübarizədə iştirak etməsə də onun heç olmasa
137 S.özkol. Geri bırakılmış Türkiye. İstanbul, 1969, s.69-70.
138 Y.Fincançı. Solçular özgurlüğü korumak zorundadır. Bax: «Kim», 31
ağustos - 7 eylül 1966, s.5.
57