ittifaqlarının apardığı iqtisadi mübarizə fəhlə sinfinin həyat
səviyyəsində nisbi bir yüksəlmə yarada bilsə də, kapitalist
quruluşunu sosialist bir quruluş ilə əvəz edə bilməmişdir».158
Behicə Boran: Sosialist qüvvələr dinc yol ilə haki
miyyətə gələ bilərlər. Demokratik yol ilə parlamentdə çox
luğu ələ alaraq öz hökumətini quran sosialist partiyası ölkə
də sosializm quruculuğu işini müvəffəqiyyətlə həyata keçirə
bilər.
İlhan Səlcuk: İnqilabçı partiyalar yalnız silahlı müba
rizə yolu ilə hakimiyyətə gələ bilərlər. Daxili irtica qüvvələ
ri, kompradorlar və imperializm heç vaxt imkan verməzlər
ki, sosialistlər dinc yol ilə hakimiyyəti ələ alsınlar.
Mihri Belli: Türkiyədə hələ milli-demokratik inqilab
qələbə çalmamışdır. Ona görə indiki dövrdə vəzifə bu inqi
labı həyata keçirməkdir. Bunun üçün ölkənin istiqlaliyyətini
möhkəmləndirmək, feodal qalıqlarını ləğv etmək, xalqa so
sialist biliyi vermək lazımdır. Bu inqilabın əsas qüvvələri
aşağıdakılardır: şəhər və kənd proletariatı, şəhər və kəndin
yarım proletariatı, kiçik burjuaziya, inqilabçı ziyalılar.159
Bütün türk müəllifləri siyasi mövqelərindən asılı ol
mayaraq inqilabı hakimiyyət problemi ilə bağlayırdılar. La
kin onlar öz siyasi mənafelərinə uyğun olaraq inqilaba tərif
verirdilər. Məsələn, E.Tüfəkçi yazırdı: «Devrim, yəni sosial
inqilab, mahiyyət etibarilə, bir ölkədə hakimiyyətin, tor
pağın və istehsal vasitələrinin bir sinifdən, ya da bir çox si
nifdən, tarixi inkişaf prosesində daha mütərəqqi bir rolu ye
rinə yetirən başqa bir sinfin ya da siniflərin əlinə keçməsi
deməkdir».160
İnqilab nəticəsində yeni dövlət formasının yaranmasını
burjua ideoloqları da inkar etmirlər. Bu işdə sinfi mövqe ön
plana keçir. Əsas məsələ burada odur ki, inqilab hansı döv
lət formasını - sosialist, yoxsa burjua hakimiyyət formasını
yaradır.
158 A.Aşçıoğlu. Türkiyede sosyalizm ve işçi hareketi. Bax: «Yön», 17 ha-
ziran 1966, s. 12.
159 Bax: «Ant», 2 ocak 1968, s.10.
160 E.Tüfekçi. Doğuda olmak nedir? Bax: «Yön», 21 ocak 1966, s.9.
66
Müasir türk müəlliflərinin bəziləri dövlətin sinfi ma
hiyyətini ümumiyyətlə inkar edirdilər. Onların fikrincə döv
lət bütün xalqın mənafeyini ifadə edir. Bu cəhətdən Tələt
Köseoğlunun dövlət haqqındakı fikirləri xarakterikdir. O,
yazırdı: «...Dövlətin tərifini bu cümlələrlə ifadə etmək
mümkündür. Dövlət müəyyən bir torpaq üzərində yaşayan
millət dediyimiz insan topluluğunun öz əsas mənfəətlərini və
ehtiyaclarını təmin etmək üçün həyata keçirilməsi zəruri
olan tədbirləri təşkilatlandırmasıdır. Monarxiya və ya dik-
tatorluq idarələrində də dövləti bir fərdin və ya zümrənin
mənfəətlərini təmin etmək üçün millətin təşkilatlanması şək
lində göstərmək səhvdir. Fərdin və ya bir zümrənin mənfəət
və ya ehtiyaclarını təmin etmək üçün heç bir vaxt, heç bir
dövrdə insanlar bir araya gəlib dövlət dediyimiz təşkilatı
meydana gətirməmişlər». T.Köseoğlu dövlətin sinfi təbiətini
inkar edir və göstərir ki, dövlət bir zümrənin mənafeyini
deyil, hamının rifahını təmin etməlidir. O, yazır: «Demokra
tik idarələrdə də vəziyyət eynidir. Rəhbərlik edən orqanlar
öz hakimiyyətlərini ümumiyyətin mənafe və ehtiyaclarına
uyğun bir şəkildə həyata keçirə bilməsələr kənar edilir
lər».161
Mürtəce türk ideoloqları arasında Türkiyənin tərəqqisi
üçün yeganə yolu diktatorluq rejiminin yaranmasında gö
rənlər də vardı. Onlar deyirdilər ki, iqtisadi cəhətdən geri
qalmış bir ölkə demokratiya yolu ilə inkişaf edə bilməz. Belə
müəlliflər Türkiyədə parlamentarizm mövcudluğundan na
razıdırlar. Məsələn, Nurettin Topçu təklif edirdi ki, Türkiy
ədə diktatorluq qurulsun. Onun fikrinə görə demokratiya
«mənəvi sərvətləri aşağı təbəqələrin arzusuna qurban verir».
N.Topçu başda bir şəxs olmaq üzrə bir qrup adamın hök
mranlıq edə biləcəyi «ziyalılar respublikasının» qurulmasını
arzu edirdi. O, belə hesab edirdi ki, «yeni qayda», yəni «ziy
alılar respublikası» qurmaq üçün kamalist inqilabın əldə et
diyi nailiyyətləri ləğv etmək lazımdır, çünki kamalizm ideya
ları «bizim ölkə üçün yabançıdır və milli deyil».162 Beləliklə,
161 T.Köseoğlu. Demokrasida davalarımız. İstanbul, 1962, s.494.
162 Bax: «Forum», 15 mayıs 1961, s. 12.
67
Nurettin Topçu mürtəce, millətçi, diktator rejimin, yəni fa
şizmin qurulmasını arzulayırdı.
Lakin türk müəlliflərinin əksəriyyəti Türkiyədə parla-
mentar respublikanın yaşamasını istəyirdilər.
Məsələn, İsmet Giritli «Demokratiya yolunda» kita
bında göstərir ki, parlament seçkiləri demokratiyanın əsas
xarakter xüsusiyyətlərindən biridir. Onun fikrincə demokra
tiya qurmaq üçün bu hələ kifayət deyil. Ona görə ki, parla
mentdə çoxluğu əldə edən partiya müxalifətçi partiyaların
fikrilə razılaşmadan ölkəni diktatorluq üsullarilə idarə edə
bilər.163
İsmet Giritli doğru deyir ki, tənqid diktatorun təbiəti
nə yaddır. Diktator bütün vasitələrdən istifadə edərək çalışır
ki, öz düşmənlərini hər cür siyasi fəaliyyətdən kənar etsin.
O, xalqın tələblərilə hesablaşmır. Elə buna görə də belə re
jim uzun müddət yaşaya bilmir və öz yerini demokratiyaya
verir.164 Beləliklə, bir çox türk müəlliflərinə görə azad par
lament seçkiləri demokratiyanın ən əsas əlamətlərindən olsa
da, diktatorluq rejiminin yaranmasının qarşısını tamamilə
ala bilmir. İsmet Giritli yazır ki, demokratiyanın ən əsas
xüsusiyyəti seçki yolu ilə qurulmuş hökumət ilə yanaşı
mövcud olan, heç bir təzyiqə məruz qalmayan, siyasi fəa
liyyətdə olan sərbəst müxalifətin olmasıdır. Sonra o, yazır
ki, müxalifət siyasi quruluşun zəruri ünsürüdür. Müxalifət
hökumətin fəaliyyətində olan nöqsanları üzə çıxardır. Hö
kumət tənqid edilməyən yerdə əsl demokratiya ola bilməz.165
Türk alimlərinin əksəriyyəti demokratiyanın ayrılmaz
əlaməti kimi çoxpartiyalı sistemi təbliğ edirdilər. Onlar tək
partiyanın mövcud olduğu bütün dövlətləri antidemokratik
dövlət adlandırırdılar. Professor Turxan Feyzioğlu yazır ki,
əsl demokratiya «azad seçki yolu ilə hakimiyyətə gəlmiş»
hökumət qarşısında sərbəst müxalifətin olduğu yerdə ola
bilər. Müxalifəti siyasi quruluşun əsas və zəruri ünsürü he
sab etməyən hakimiyyət demokratik ola bilməz.166
1631.Giritli. Demokrasi yolunda, s.15.
164 Yenə orada, s.75-76.
165 Yenə orada, s. 16.
166 T.Feyzioğlu. Demokrasiye ve diktatörlüğe dair. İstanbul, 1957, s.l.
68
Bununla birlikdə, türk müəlliflərinin bir hissəsi xəbər
darlıq edirdi ki, bəzi hallarda müxalifət partiyaları hakim
partiyanı tənqid etməklə milli tərəqqinin qarşısını ala bilər
lər. H.Z.Ülkən yazırdı: «Demokratiyanın hökm sürdüyü
yerdə görüş fərqi olması zəruridir. Doğrudan da düşüncə
azadlığı olan yerdə görüş fərqi olar. Bu görüş fərqləri təşki
latlanıb siyasi partiyalar halını alırlar. Fəqət siyasi partiya
ların ifrat dərəcədə qütbləşməsi, siyasi ehtirasın hər şeydən
üstün görülməsi milli birliyi təhlükə altına alır».167
Bir çox türk alimləri çoxpartiyalı sistemə və ümu
miyyətlə Türkiyədəki parlamentarizmə qarşı çıxırdılar. Əh
məd Həmdi Bəşər belə hesab edirdi ki, çoxpartiyalı parla
ment rejimi Türkiyədə gələcəkdə mümkün ola bilər. O, ya
zırdı ki, hal-hazırda müxalifətdə olan şəxs dünənki diktator
olsa da indi azadlıq tərəfdarıdır, hakimiyyətdə olan şəxs isə
dünənki azadlıq qəhrəmanı olsa da indi azadlıq düşmənidir.
Sonra o yazır ki, çoxpartiyalı sistem yaratmaqla, Türkiyədə
demokratiya qurmaq olmaz.168
Əhməd Həmdi Bəşər dövlətin iqtisadi həyata müdaxilə
etməsinin qəti əleyhinə idi. Onun fikrinə görə, azadlıq - şəx
siyyətin dövlət üzərində qələbəsidir, Qərbdə şəxsiyyət xüsusi
mülkiyyətin hökmranlığına əsaslanaraq azadlığa çıxmışdır.
Qərbdə siyasi hakimiyyət xalqın iradəsinə tabedir, çünki
dövlətin mülkiyyəti yoxdur, o fəhlələrə iş vermir. Türkiyədə
isə vəziyyət tamamilə başqadır, odur ki, xalq dövlətin zülmü
altındadır.169
Türk ideoloqları özlərinin Qərbdəki həmkarları kimi
marksizmin proletar diktaturası nəzəriyyəsinə qarşı çıxırdı
lar. Adnan Güriz yazır ki, fəhlə sinfi öz diktaturasını yara
daraq bütün sinifləri əzir.170 Türk ideoloqlarının əksəriyyəti
bu fikirdə idilər.
Qərb ideoloqları bu dövrdə sosializmin məhv olacağı
və kapitalizmin yenidən bərpa olunacağı haqda az yazırdı
lar. Onlar daha çox sovet quruluşunu və «Xalq demokratiy-
167 H.Z.Ülken. Siyasi partiler ve sosyalizm, s.85.
168 A.H.Başar. Demokrasi buhranları, s.40-50.
169 Yenə orada, s.35.
170 Yenə orada.
69