Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

ittifaqlarının  apardığı  iqtisadi  mübarizə  fəhlə  sinfinin  həyat 

səviyyəsində  nisbi  bir  yüksəlmə  yarada  bilsə  də,  kapitalist 

quruluşunu sosialist bir quruluş ilə əvəz edə bilməmişdir».158

Behicə  Boran:  Sosialist  qüvvələr  dinc  yol  ilə  haki­

miyyətə  gələ  bilərlər.  Demokratik  yol  ilə  parlamentdə  çox­

luğu  ələ alaraq  öz  hökumətini  quran  sosialist  partiyası  ölkə­

də  sosializm  quruculuğu  işini  müvəffəqiyyətlə  həyata  keçirə 

bilər.

İlhan  Səlcuk:  İnqilabçı  partiyalar  yalnız  silahlı  müba­

rizə  yolu  ilə  hakimiyyətə  gələ  bilərlər.  Daxili  irtica  qüvvələ­

ri,  kompradorlar  və  imperializm  heç  vaxt  imkan  verməzlər 

ki,  sosialistlər dinc yol ilə hakimiyyəti ələ alsınlar.



Mihri  Belli:  Türkiyədə  hələ  milli-demokratik  inqilab 

qələbə  çalmamışdır.  Ona  görə  indiki  dövrdə  vəzifə  bu  inqi­

labı  həyata keçirməkdir.  Bunun  üçün ölkənin  istiqlaliyyətini 

möhkəmləndirmək,  feodal  qalıqlarını  ləğv  etmək,  xalqa  so­

sialist  biliyi  vermək  lazımdır.  Bu  inqilabın  əsas  qüvvələri 

aşağıdakılardır:  şəhər  və  kənd  proletariatı,  şəhər  və  kəndin 

yarım proletariatı,  kiçik burjuaziya, inqilabçı ziyalılar.159

Bütün  türk  müəllifləri  siyasi  mövqelərindən  asılı  ol­

mayaraq  inqilabı  hakimiyyət  problemi  ilə  bağlayırdılar.  La­

kin  onlar  öz  siyasi  mənafelərinə  uyğun  olaraq  inqilaba  tərif 

verirdilər.  Məsələn,  E.Tüfəkçi  yazırdı:  «Devrim,  yəni  sosial 

inqilab,  mahiyyət  etibarilə,  bir  ölkədə  hakimiyyətin,  tor­

pağın  və  istehsal  vasitələrinin  bir  sinifdən,  ya  da  bir  çox  si­

nifdən,  tarixi inkişaf prosesində daha mütərəqqi  bir rolu  ye­

rinə  yetirən  başqa  bir  sinfin  ya  da  siniflərin  əlinə  keçməsi 

deməkdir».160

İnqilab nəticəsində yeni dövlət formasının yaranmasını 

burjua  ideoloqları  da inkar  etmirlər.  Bu  işdə  sinfi mövqe ön 

plana  keçir.  Əsas  məsələ  burada  odur ki,  inqilab  hansı  döv­

lət  formasını  -   sosialist,  yoxsa  burjua  hakimiyyət  formasını 

yaradır.

158  A.Aşçıoğlu.  Türkiyede  sosyalizm  ve işçi  hareketi.  Bax:  «Yön»,  17  ha- 

ziran  1966, s. 12.

159 Bax:  «Ant», 2 ocak  1968, s.10.

160 E.Tüfekçi.  Doğuda olmak nedir? Bax: «Yön», 21  ocak  1966, s.9.

66

Müasir  türk  müəlliflərinin  bəziləri  dövlətin  sinfi  ma­



hiyyətini ümumiyyətlə  inkar  edirdilər.  Onların  fikrincə  döv­

lət  bütün  xalqın  mənafeyini  ifadə  edir.  Bu  cəhətdən  Tələt 

Köseoğlunun  dövlət  haqqındakı  fikirləri  xarakterikdir.  O, 

yazırdı:  «...Dövlətin  tərifini  bu  cümlələrlə  ifadə  etmək 

mümkündür.  Dövlət  müəyyən  bir  torpaq  üzərində  yaşayan 

millət dediyimiz insan topluluğunun öz əsas mənfəətlərini və 

ehtiyaclarını  təmin  etmək  üçün  həyata  keçirilməsi  zəruri 

olan  tədbirləri  təşkilatlandırmasıdır.  Monarxiya  və  ya  dik- 

tatorluq  idarələrində  də  dövləti  bir  fərdin  və  ya  zümrənin 

mənfəətlərini təmin  etmək üçün millətin  təşkilatlanması  şək­

lində  göstərmək  səhvdir.  Fərdin  və  ya  bir  zümrənin  mənfəət 

və  ya  ehtiyaclarını  təmin  etmək  üçün  heç  bir  vaxt,  heç  bir 

dövrdə  insanlar  bir  araya  gəlib  dövlət  dediyimiz  təşkilatı 

meydana gətirməmişlər».  T.Köseoğlu  dövlətin  sinfi  təbiətini 

inkar  edir  və  göstərir  ki,  dövlət  bir  zümrənin  mənafeyini 

deyil,  hamının rifahını  təmin etməlidir.  O,  yazır:  «Demokra­

tik  idarələrdə  də  vəziyyət  eynidir.  Rəhbərlik  edən  orqanlar 

öz  hakimiyyətlərini  ümumiyyətin  mənafe  və  ehtiyaclarına 

uyğun  bir  şəkildə  həyata  keçirə  bilməsələr  kənar  edilir­

lər».161


Mürtəce türk  ideoloqları arasında Türkiyənin  tərəqqisi 

üçün  yeganə  yolu  diktatorluq  rejiminin  yaranmasında  gö­

rənlər  də  vardı.  Onlar  deyirdilər  ki,  iqtisadi  cəhətdən  geri 

qalmış  bir ölkə demokratiya yolu ilə inkişaf edə bilməz.  Belə 

müəlliflər  Türkiyədə  parlamentarizm  mövcudluğundan  na­

razıdırlar.  Məsələn,  Nurettin Topçu  təklif edirdi  ki,  Türkiy­

ədə  diktatorluq  qurulsun.  Onun  fikrinə  görə  demokratiya 

«mənəvi sərvətləri  aşağı  təbəqələrin  arzusuna qurban  verir». 

N.Topçu  başda  bir  şəxs  olmaq  üzrə  bir  qrup  adamın  hök­

mranlıq  edə  biləcəyi  «ziyalılar respublikasının»  qurulmasını 

arzu edirdi.  O,  belə hesab edirdi ki,  «yeni qayda»,  yəni  «ziy­

alılar  respublikası»  qurmaq  üçün  kamalist  inqilabın  əldə  et­

diyi nailiyyətləri  ləğv etmək lazımdır,  çünki kamalizm  ideya­

ları  «bizim  ölkə  üçün  yabançıdır  və  milli  deyil».162  Beləliklə,

161 T.Köseoğlu.  Demokrasida davalarımız.  İstanbul,  1962, s.494.

162 Bax: «Forum»,  15 mayıs  1961, s. 12.

67



Nurettin  Topçu  mürtəce,  millətçi,  diktator  rejimin,  yəni  fa­

şizmin qurulmasını arzulayırdı.

Lakin  türk  müəlliflərinin  əksəriyyəti  Türkiyədə  parla- 

mentar respublikanın yaşamasını istəyirdilər.

Məsələn,  İsmet  Giritli  «Demokratiya  yolunda»  kita­

bında  göstərir  ki,  parlament  seçkiləri  demokratiyanın  əsas 

xarakter  xüsusiyyətlərindən biridir.  Onun  fikrincə demokra­

tiya  qurmaq  üçün  bu  hələ  kifayət  deyil.  Ona  görə  ki,  parla­

mentdə  çoxluğu  əldə  edən  partiya  müxalifətçi  partiyaların 

fikrilə  razılaşmadan  ölkəni  diktatorluq  üsullarilə  idarə  edə 

bilər.163

İsmet  Giritli  doğru  deyir  ki,  tənqid  diktatorun  təbiəti­

nə yaddır.  Diktator bütün  vasitələrdən istifadə edərək çalışır 

ki,  öz  düşmənlərini  hər  cür  siyasi  fəaliyyətdən  kənar  etsin. 

O,  xalqın  tələblərilə  hesablaşmır.  Elə  buna  görə  də  belə  re­

jim  uzun  müddət  yaşaya  bilmir  və  öz  yerini  demokratiyaya 

verir.164  Beləliklə,  bir  çox  türk  müəlliflərinə  görə  azad  par­

lament  seçkiləri  demokratiyanın  ən əsas  əlamətlərindən  olsa 

da,  diktatorluq  rejiminin  yaranmasının  qarşısını  tamamilə 

ala  bilmir.  İsmet  Giritli  yazır  ki,  demokratiyanın  ən  əsas 

xüsusiyyəti  seçki  yolu  ilə  qurulmuş  hökumət  ilə  yanaşı 

mövcud  olan,  heç  bir  təzyiqə  məruz  qalmayan,  siyasi  fəa­

liyyətdə  olan  sərbəst  müxalifətin  olmasıdır.  Sonra  o,  yazır 

ki,  müxalifət  siyasi  quruluşun  zəruri  ünsürüdür.  Müxalifət 

hökumətin  fəaliyyətində  olan  nöqsanları  üzə  çıxardır.  Hö­

kumət  tənqid edilməyən  yerdə əsl  demokratiya ola bilməz.165

Türk  alimlərinin  əksəriyyəti  demokratiyanın  ayrılmaz 

əlaməti  kimi  çoxpartiyalı  sistemi  təbliğ  edirdilər.  Onlar  tək 

partiyanın  mövcud  olduğu  bütün  dövlətləri  antidemokratik 

dövlət  adlandırırdılar.  Professor  Turxan  Feyzioğlu  yazır  ki, 

əsl  demokratiya  «azad  seçki  yolu  ilə  hakimiyyətə  gəlmiş» 

hökumət  qarşısında  sərbəst  müxalifətin  olduğu  yerdə  ola 

bilər.  Müxalifəti  siyasi  quruluşun  əsas  və  zəruri  ünsürü  he­

sab etməyən hakimiyyət  demokratik  ola bilməz.166

1631.Giritli.  Demokrasi yolunda, s.15.

164 Yenə orada, s.75-76.

165 Yenə orada, s. 16.

166 T.Feyzioğlu. Demokrasiye ve diktatörlüğe dair.  İstanbul,  1957, s.l.

68

Bununla  birlikdə,  türk  müəlliflərinin  bir  hissəsi  xəbər­



darlıq  edirdi  ki,  bəzi  hallarda  müxalifət  partiyaları  hakim 

partiyanı  tənqid  etməklə  milli  tərəqqinin  qarşısını  ala  bilər­

lər.  H.Z.Ülkən  yazırdı:  «Demokratiyanın  hökm  sürdüyü 

yerdə  görüş  fərqi  olması  zəruridir.  Doğrudan  da  düşüncə 

azadlığı  olan  yerdə  görüş  fərqi  olar.  Bu  görüş  fərqləri  təşki­

latlanıb  siyasi  partiyalar  halını  alırlar.  Fəqət  siyasi  partiya­

ların  ifrat  dərəcədə  qütbləşməsi,  siyasi  ehtirasın  hər  şeydən 

üstün görülməsi milli birliyi təhlükə altına alır».167

Bir  çox  türk  alimləri  çoxpartiyalı  sistemə  və  ümu­

miyyətlə  Türkiyədəki  parlamentarizmə  qarşı  çıxırdılar.  Əh­

məd  Həmdi  Bəşər  belə  hesab  edirdi  ki,  çoxpartiyalı  parla­

ment  rejimi  Türkiyədə  gələcəkdə  mümkün  ola  bilər.  O,  ya­

zırdı  ki,  hal-hazırda  müxalifətdə  olan  şəxs  dünənki  diktator 

olsa  da  indi  azadlıq  tərəfdarıdır,  hakimiyyətdə olan  şəxs  isə 

dünənki  azadlıq  qəhrəmanı  olsa  da indi  azadlıq  düşmənidir. 

Sonra  o  yazır  ki,  çoxpartiyalı  sistem  yaratmaqla,  Türkiyədə 

demokratiya qurmaq olmaz.168

Əhməd  Həmdi  Bəşər dövlətin  iqtisadi  həyata müdaxilə 

etməsinin qəti əleyhinə idi.  Onun  fikrinə görə,  azadlıq  -  şəx­

siyyətin  dövlət üzərində  qələbəsidir,  Qərbdə  şəxsiyyət  xüsusi 

mülkiyyətin  hökmranlığına  əsaslanaraq  azadlığa  çıxmışdır. 

Qərbdə  siyasi  hakimiyyət  xalqın  iradəsinə  tabedir,  çünki 

dövlətin  mülkiyyəti  yoxdur,  o  fəhlələrə  iş  vermir.  Türkiyədə 

isə vəziyyət tamamilə başqadır,  odur ki,  xalq  dövlətin  zülmü 

altındadır.169

Türk  ideoloqları  özlərinin  Qərbdəki  həmkarları  kimi 

marksizmin  proletar  diktaturası  nəzəriyyəsinə  qarşı  çıxırdı­

lar.  Adnan  Güriz  yazır  ki,  fəhlə  sinfi  öz  diktaturasını  yara­

daraq  bütün  sinifləri  əzir.170 Türk  ideoloqlarının  əksəriyyəti 

bu fikirdə idilər.

Qərb  ideoloqları  bu  dövrdə  sosializmin  məhv  olacağı 

və  kapitalizmin  yenidən  bərpa  olunacağı  haqda  az  yazırdı­

lar.  Onlar daha çox  sovet  quruluşunu  və  «Xalq  demokratiy-

167 H.Z.Ülken. Siyasi partiler ve sosyalizm, s.85.

168 A.H.Başar.  Demokrasi buhranları, s.40-50.

169 Yenə orada, s.35.

170 Yenə orada.

69



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə