Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

ası»  ölkələrindəki  sistemi  tənqid  edir  və  sübut  etməyə  çalı­

şırdılar  ki,  bu  ölkələrdəki  quruluş  sosializm  deyil.  Bununla 

əlaqədar  H.Z.Ülkən  yazırdı:  Sovet  sistemi  yeni  ölkələr  tut­

maqla  o  ölkələri  guya  inkişaf  etdirəcək.  Lakin  bu  rusların 

təbliğatıdır.  Əslində  isə  bu  sistem  kommunizm  ilə  əlaqəsini 

kəsibdir,  sovet  sistemi  artıq  «yorulmuş,  öz  yuvasına  çəkil­

miş» köhnə imperializmdən daha çox  təhlükəlidir.171

Türk  ideoloqlarının  bir  qismi  sosializmə  qarşı  çıxış 

etməklə  eyni zamanda  proletar  diktaturasını  da rədd  edirdi­

lər.  Lakin  onların  arasında elələri  də  vardı  ki,  sosializmi qə­

bul  edir,  lakin  proletar  diktaturasının  əleyhinə  çıxırdılar. 

Onların  fikrincə  kommunizm  və  sosializm  tamamilə  müxtə­

lif sistemlərdir.

SSRİ  və  başqa  sosialist  ölkələrindəki  quruluşa  qarşı 

çıxan  müəlliflər  öz  sosializmlərini  irəli  sürürdülər.  Onların 

fikrincə  bu  sosializmdə  təmiz,  siniflərüstü  demokratiya  var. 

Onların  bu  sosializmi  çoxpartiyalı  parlament  demokratiyası 

ilə  eyniləşdirilir.  Bu  fikirdə  olan  türk  müəllifləri  ilə  sağ  so­

sialistlər arasında ümumi  cəhətlər  çoxdur.  Cahid Talas  «Fo­

rum»  jurnalında  yazırdı:  «Bizim  zəmanəmizdə  sosializm 

demokratiyanın  zəruri  faktoru  olmuşdur.  Ancaq  bu  sosia­

lizm  «demokratik  və  yaxud  liberal  sosializmdir».  Çoxpar­

tiyalı  parlamenti  qəbul  etməklə  bərabər  bu  sosializm  xüsusi 

mülkiyyəti  də  inkar  etmir.  «Bu  sosializm  kəskin  sinfi  müba­

rizəni  inkar  etmir,  bütün  cəmiyyət  üzərində  bir  sinfin  hök­

mranlığını  qurmur,  insanın  təbii  haqlarını  və  azadlığını  in­

kar etmir...»172

Bir  sinfin  bütün cəmiyyət üzərində  hökmranlığı  dedik­

də  Cahid  Talas  proletar  diktaturasını  nəzərdə  tutur. 

H.Z.Ülkən  yazır ki,  kommunizm imperializmdən  heç  bir  şey 

ilə  fərqlənmir.  Kommunizm  bürokratik  dövlət  aparatı  ya­

ratmışdır,  bütün  cəmiyyət  «məmurların  təzyiqi  altında­

dır».173

Türk  müəlliflərinin  bəziləri  isə  yazırdılar  ki,  Marks 

proletar  inqilabını  irəli  sürməklə  hamı  üçün  azad,  xoşbəxt

171  H.Z.Ülken. Siyasi partiler ve sosyalizm, s.l 12.

172 Bax:  «Forum»,  1  eylül  1962, s .ll.

173 H.Z.Ülken.  Siyasi partiler ve sosyalizm, s.l 11.

70

həyat  arzu  edirdi.  Lakin  belə  olmadı.  Rusiyadakı  proletar 



inqilabı  nəticəsində  diktatorluq  rejimi  yarandı.  Lakin  son 

vaxtlarda  Sovet  İttifaqında  başa  düşüblər  ki,  düzgün  yol 

tutmayıblar.  Odur  ki,  burada  diktatorluqdan  əl  çəkib  daha 

çox  demokratiyaya  meyl  göstərirlər.  Sovet  İttifaqındakı  bu 

proses  Qərbin  burjua  demokratiyasının  təsiri  altında  gedir. 

Həmin  müəlliflər  yazırlar  ki,  Türkiyə  «geri  qalmış  Şərq  yo­

lu» ilə deyil  «qabaqcıl Qərb yolu» ilə getməlidir.174

Bir sıra  turk  alimləri,  ictimai  xadimləri Türkiyənin  ka­

pitalizm yolu  ilə yüksək  dərəcədə inkişaf edəcəyinə inanmır­

dılar.  Azad  olmuş  ölkələrin  təcrübəsi  göstərirdi  ki,  kapita­

lizm  yolu  ilə  gedərək  çoxəsrlik  geriliyi  aradan  götürmək  ol­

maz.  Onların  fikrincə  milli-azadlıq  hərəkatı  yalnız  daxili 

faktorlar  ilə  deyil,  beynəlxalq  aləmdə  sosializmlə  imperia­

lizm  arasında  gedən  mübarizə  ilə  sıx  əlaqədardır.  «Türkiyə­

nin  geri  qalmasının  günahı  xalqda  deyil,  onu  istismar  edən 

imperializmdə  və  yerli  hakim  siniflərdədir».  Ona  görə  milli- 

azadlıq hərəkatı həmin qüvvələrə qarşı yönəldilməlidir.175

Türk  alimlərinin  bəziləri  bu  fikirdə  idilər  ki,  türk  iri 

burjuaziyası  xarici  kapital  ilə  əlaqəyə  girərək  nəinki  sosia­

lizmə, hətta ölkə daxilində keçirilən  burjua-demokratik  dəy­

işikliklərin  əleyhinə  çıxır.  Çətin  Özək  yazırdı:  «Gənc  türk 

hərəkatından  başlayaraq  bütün  siyasi  inkişafımızın  «burjua 

demokratik  qaydalarını»  gerçəkləşdirməyə  yönəldiyi  və 

xüsusilə  1961-ci  il  konstitusiyasının  bu  iddia  ilə  ortaya  çıxa­

rıldığı  bir  həqiqətdir.  Bu  həqiqət  bizə  daha  bir  başqa  həqi­

qəti  də  göstərməkdədir:  burjua  demokratik  qaydaları 

müəyyən  iqtisadi  inkişafın  və  bu  əsasda  ictimai  quruluş  ya­

ratmış  cəmiyyətlərin  məhsuludur.  Geri  qalmış  və  imperia­

lizmdən  asılı  cəmiyyətlərdə  «burjua  demokratik  qaydala- 

rı»nın  gerçəkləşməsi  imkanı  yoxdur.  Bu  cür  ölkələrdə  impe­

rializm  və  ondan  asılı  siniflər  öz  hakimiyyətlərini  davam  et­

dirmək  üçün  burjua  demokratik  hüquqları  məhdudlaşdı­

racaqlar».176

174 Q.Kardam.  İki örnek. Bax: «Akis», 8 nisan  1967, s.16.

175 F.Naci. Az gelişmiş ülkeler ve sosyalizm. İstanbul,  1966, s .l6.

176 Çetin  Özəkin  aşağıdakı kitaba  yazdığı  ön  söz:  Ç.Yetkin.  Siyasi  iktidar 

sanata karşı. A nkara,  1970, s.14.

71



Solçu  türk  müəllifləri  belə  bir  ümumi  nəticəyə  gəlirdi­

lər  ki,  daxili  iri  burjuaziya  və  onun  xarici  himayəçilərinə 

qarşı  paralel  mübarizə  aparmaq  lazımdır.  Doğan  Avçıoğlu 

yazırdı:  «Demokratik  inqilab  Türkiyənin  iqtisadi  və  siyasi 

müstəqilliyini  tam   olaraq  gerçəkləşdirmək  deməkdir.  Bu in­

qilab  imperializmə  və  imperializm  ilə  ortaq  olan  yurd  için­

dəki  parazit  çevrələrə  qarşıdır.  Demokratik  inqilab  ölkə­

mizdə  feodalizmin  bütün  qalıqlarını  yox  etmək  deməkdir. 

Bu  inqilab  böyük  torpaq  sahiblərinə  qarşı  bir  inqilabdır. 

Demokratik  inqilab  ölkənin  bütün  qüvvələrini  səfərbər  edə­

rək,  xalqın  xeyrinə  planlı  bir  iqtisadi  inkişafı  gerçəkləşdirə­

rək  Türkiyədə  sosializmin  qurulmasına  əlverişli  bir  şərait 

yaratmaq deməkdir».177

Yuxanda  deyilənlərdən  göründüyü  kimi  inqilab,  ciddi 

sosial-siyasi  və  iqtisadi  islahatlar,  milli-azadlıq  hərəkatı, 

demokratik  dövlət  formaları  və  s.  haqqında  XX  əsrin  orta­

larında  Türkiyənin  ictimai-siyasi  fikrində  olduqca  müxtəlif 

fikirlər  mövcud  olmuşdur.  Qərbin  liberal  demokratiyası, 

mühafizəkar  fikir  cərəyanları,  sosial-demokrat  ideyaları, 

antikommunizm,  yerli  dini-klerikal  meylli  cəmiyyətlər, 

K.Atatürk  islahatlarına  münasibətdə  fikir  müxtəlifliyi  və s. 

və i.


3.  Cəmil Meriç Türkiyənin sosial-siyasi fikrində 

inqilab (ihtilal) və devrim (islahat) haqqında178

Cəmil  Meriç  (1916-1987)  XX  əsrin  60-70-ci  illərində 

türk  ictimai  fikir  tarixində  özünəməxsus yer  tutur.  Onun va­

lideynləri  hələ  Birinci  Dünya  müharibəsi  ərəfəsində  Balkan 

savaşı  dövründə Yunanıstandan  köçmüşdülər.  Orta məktəb­

də  oxuyarkən  fransız  dilinə  böyük  maraq  göstərən  Meric, 

Antakya  Sultanisini  bitirdikdən  sonra  bir  müddət  fransız 

dili  müəllimi  işləyir.  İstanbul  Universitetini  fransız  dili  və 

ədəbiyyatı  ixtisası  üzrə  bitirdikdən  sonra  yenidən  müəllim­

liyini  davam  etdirir.  Lakin  sosioloji  və  politoloji  problem­

lərlə  daha  çox  maraqlandığından,  1963-1974-cü  illərdə  İs­

D.Avçıoğlu.  Sosyalist  strateji  ve  prof.  S.Aren.  Bax:  «Yön»,  6  ocak 

1967, s. 16.

178 M əqalə 2004-cü ildə yazılmış və ilk dəfə olaraq çap edilir.

72

tanbul  Universitetində  sosiologiyadan  dərs  verməklə  yanaşı 



eyni  zamanda  səmərəli  elmi  araşdırmalar  aparır,  kitablar 

yazır,  dərgilərdə  məqalələr  çap  etdirir.  1955-ci  ildə  görmə 

qabiliyyətini  itirdiyinə  baxmayaraq  yaradıcılığını  davam 

etdirmişdir.  O,  «Hind  ədəbiyyatı»  (1964),  «Bir  dünyanın 

eşiğində»  (1965),  «Sen-Simon:  ilk  sosioloq  və  ilk  sosyalist» 

(1967),  «Bu  ölkə»  (1974),  «Umrandan  Uyqarlığa»  (1974), 

«Mağaradakılar»  (1978),  «Qırx  ambar»  (1980),  «Bir  faciə­

nin  hekayəsi»  (1981),  «İşıq  Şərqdən  gəlir»  (1984), 

«Kültürdən  irfana»  (1985)  kimi  kitabların  müəllifidir.  Bu 

əsərlər hələ C.Meriçin  sağlığında  artıq  çap olunmuşdu.  «So- 

syoloji  notları  və  konfranslar»  kitabı  isə  1993-cü  ildə 

ölümündən  sonra  çap  edilibdir.  O,  eyni  zamanda  tərcüməçi­

lik  ilə  də  məşğul  olmuş,  bir  çox  məşhur  Qərb  müəlliflərinin 

əsərlərini türk dilinə tərcümə etmişdir.

Göründüyü  kimi  Cəmil  Meriçin  maraq  dairəsi  olduqca 

genişdir.  Burada  isə  mövzumuza  uyğun  olaraq  onun 

«Mağaradakılar»  kitabında  inqilab  problemlərinə  həsr  olu­

nan  hissə  haqqında  danışılacaq  və  onun  bu  sahə  ilə  bağlı 

fikirləri ardıcıl şərh ediləcəkdir.

C.Meriç  kitabda  türk  sosial-siyasi  fikrində  inqilab  və 

islahat  haqqında  deyilənləri  tarixi-xronoloji  ardıcıllıqla 

icmal şəklində izah edir,  bu fikirlərə öz münasibətini  bildirə­

rək  çox  hallarda  onları  tənqid  edir.  Bu  bölmədə  biz  öz  şər­

himizdən  daha  çox  C.Meriçin  fikirlərinə  yer  verməyə  və 

oxucularda ətraflı  təəssürat yaratmağa çalışacağıq.

C.Meriç  son  fikrini  lap  əvvəldən  bəyan  edir  və  sonra 

onun  doğru  olduğunu  sübut  etməyə  çalışır.  O,  belə  hesab 

edir ki,  bütün  dünyada  inqilab haqqında fikir  Böyük  Fransa 

inqilabından  sonra  başlamışdır.  Bu  inqilab  o  dövrdə  hələ 

qüdrətli  olan  Osmanlı  İmperiyasında  da  böyük  maraq  oy­

atmışdı.  Bu  münasibətlə  C.Meriç  yazır:  «Ziyalı  iki  yüz  ildir 

yenilik  axtarır.  Bu  qara  sevdanın  «iqtisadi  ifadəsi»  ihtilal, 

inqilab  və  devrimdir.  Hər  üçü  də  eyni  məvhumun  müxtəlif 

qarşılığıdır.  Bu  məvhum:  revolution».179  Onun  fikrincə

179  C.Meriç.  M ağaradakiler.  İstanbul,  2000,  s . l l l .   Yalnız  bu  kitabdan 

iqtibas gətirildiyi üçün  bundan sonra səhifələr mətndə mötərizədə göstəri­

ləcəkdir.

73



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə