Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

«imperializmin  müttəfiqi  olmaqdan  çıxaraq  «tərəfsiz»  bir 

vəziyyət alması ümid edilə bilər».139

1967-ci  il  fevralın  10-da  «Yön»  jurnalında  imperializ­

mə və  yerli  irticaya  qarşı  çevrilmiş  milli-azadlıq mübarizəsi­

nin  hərəkətverici  qüvvəsi  və  xarakteri  haqqında  dərc  edilən 

məqalə  həmin  illərin  sol  fikirli  adamları  üçün  çox  xarakte­

rikdir.140 

Məqalənin 

müəllifi 

Erdoğan 


Başar 

yazır: 


«Müstəmləkə və yarımmüstəmləkə  ölkələrdə qələbə çalan bir 

milli  inqilab  olmadıqca  imperializmdən  azad olmaq  mümkün 

deyil.  Bu  milli  inqilabda  fəhlə  sinfi  bütün  xalqa  rəhbərlik 

edir  və  burjuaziyanın  imperializm  ilə  uzlaşan  qismini  təcrid 

edib  yalnız  buraxır».  Müəllif «milli  inqilabı»  başqa  inqilab­

larla  müqayisə  edərək  yazır:  «Milli  inqilab  köhnə  tipdə  bir 

burjua-demokratik  inqilabı  olmadığı  kimi,  proletar sosialist 

inqilabı  da  deyil.  Milli  inqilab  imperializmə  və  onun  ölkə 

daxilində  müdafiə  edib  saxladığı  dərəbəylik  (feodalizm  - 

Y.R.)  qalıqlarına  qarşı  yönəldilən  yeni  tipli  bir  burjua- 

demokratik inqilabdır».

Məqalədə  göstərilir  ki,  bu  inqilabın  hərəkətverici 

qüvvələri  fəhlələr,  kəndlilər  və  kiçik  burjuaziyadır,  rəhbəri 

isə fəhlə sinfidir.  Bu inqilabın məqsədi  imperializmin və yer­

li  feodalların  ağalığına  son  qoymaq  və  əməkçi  kütlələrin 

mənafeyini  müdafiə  edən  demokratik  rejim  qurmaqdır. 

«Yaxın  hədəflər:  milli  istiqlaliyyət,  torpaq  reforması,  milli 

sənayenin  və  ticarətin  inkişafı,  xalqın  yaşama  standartının 

və  haqlarının  qorunmasıdır.  Milli  iqtisadiyyatın  qurulma­

sında  xalq  hökumətinin  nəzarəti  altında  kapitalist  tə­

şəbbüslərinin  tələblərinin  yerinə  yetirilməsi  bu  hədəflərin 

xaricində  qala  bilməz».  Qarşıya  qoyduğu  planları  həyata 

keçirdikdən  sonra  milli-demokratik  inqilab  inkişaf edib  so­

sializmə  gətirməlidir.  Bu  keçid  heç  də  yalnız  qanlı  inqilab 

yolu  ilə  gerçəkləşdirilmir.  «Demokratik  inqilab  başa  çatdı­

qdan sonra rəhbər partiya sosializmə keçməyin  dinc yollarla 

baş  verməsi  üçün  əlindən  gələni  edir.  Bu,  ölkənin  milli  mə­

139 A.Avçıoğlu.  Sosyalizm ve işçiler.  Bax: «Yön», 22 temmuz  1966, s.10.

140 E.Başar.  İşçi  smıfı,  D em okratik  devrim ve Antiemperyalist mücadele.

Bax: «Yön»,  10 şubat  1967, s.12.

58

nafeyinə,  fəhlə  sinfinin  və  xalqın  mənafeyinə  ən  uyğun  yol­



dur».

Bir çox  türk müəllifləri belə hesab edirdilər  ki,  Türkiy­

ədə  ümumiyyətlə  heç  bir  vaxt  qüvvətli  milli  burjuaziya  ol­

mamışdır  ki,  milli-demokratik  inqilaba  rəhbərlik  etsin. 

E.Tüfəkçi  yazır:  «...On  səkkizinci,  on  doqquzuncu  yüzillər- 

də Qərbdə bu belə oldu deyərək, içində yaşadığımız imperia­

lizm  çağında  Türkiyə  kimi  geri  qalmış  bir  Şərq  ölkəsində 

tarixin  təkrar  olunacağını  ummaq,  burjuaziyanın  hegemon­

luğunda bir  demokratik  inqilab  gözləmək  böyük qəflət  olar. 

Çünki  imperializm çağında  Şərqin və Cənubun  əzilən  ölkələ­

rində  demokratik  inqilaba  başçılıq  edəcək  güclü,  bilikli,  tu­

tarlı inqilabçı bir xətti sonuna qədər izləyə biləcək milli  bur­

juaziya  yoxdur  və  olmayacaqdır.  Bu  xüsusilə  Türkiyə  üçün 

doğrudur.  Respublika  Türkiyəsində dövlətin  rəhbərliyilə  bir 

milli burjuaziya yaratmaq cəhdi boşa çıxmışdır».141

Göründüyü  kimi  E.Tüfəkçi  burjuaziyanın  müasir  de­

mokratik  hərəkatda  bu  və  ya  digər  şəkildə  iştirak  edə  bi­

ləcəyini  inkar  edirdi.  Milli  burjuaziyanın  inqilabi  hərəkatda 

iştirakı məsələsi  ətrafında  türk  demokratik  fikrində  həmrəy­

lik  yoxdur.  Bəzi  müəlliflər  hətta  kiçik  burjuaziyanın  demo­

kratik  hərəkatda iştirak  edə biləcəyini  qətiyyən  qəbul  etmir­

dilər.  Bir  qrup  müəlliflər  isə  məsələni  daha  geniş  planda 

götürür  və  belə  hesab  edirdilər ki,  imperializmə  və  daxili  ir­

ticaya  qarşı  ümumxalq  cəbhəsində  fəhlə  sinfi  ilə  birlikdə 

kəndlilər,  bütün  orta  təbəqələr,  qabaqcıl  zabitlər,  gənclər, 

dövlət  qulluqçuları,  demokratik  fikirli  ziyalılar,  kiçik  bur­

juaziyanın  böyük  əksəriyyəti  iştirak  etməlidir.  Müasir 

atatürkçülər bu cəbhənin fəal iştirakçıları olmalıdırlar.

Rasih  Nuri  Ileri  «Atatürk  və  kommunizm»  adlı  kita­

bında  yazırdı:  «1969-cu  il  atatürkçülərinin  artıq  fəhlə  sinfi­

nin  başçıları  ilə  əməkdaşlıq  etmək  faktlarına  rast  gəlmək 

olur.  Bu əməkdaşlığın  nəzəri əsası Türkiyənin  konkret  şərai­

tinə  uyğunlaşdırılmış  fəhlə  sinfinin  ideologiyasından  başqa 

bir  şey  ola  bilməz.  Bu  nəzəriyyə  isə  elmi  sosializmdir.  Türk 

tarixinin  ənənəvi  və  inqilabçı  zərbə  gücü  olan  kiçik  burjua 

mənşəli  hərbi ziyalılar və mülki rəhbər kadrlar artıq tədricən

141  E.Tüfekçi.  D em okratik devrim: kimle birlikde, kime karşı? s.10.

59



başa  düşürlər  ki,  iri  torpaq  sahibləri,  burjuaziya  ilə  deyil, 

fəhlə  hərəkatı  cərgələrinə  qoşulmaq,  ondan  kənara  çıxma­

maq lazımdır».142

R.N.İlerinin  belə bir fikri ilə razılaşmaq  olar ki, ziyalı­

ların,  zabitlərin,  dövlət  məmurlarının  və  orta  təbəqələrin 

bəzi  nümayəndələri,  tələbə-gənclər  milli-demokratik  hərəka­

ta  qoşula  bilərdilər.  Müasir  atatürkçülük  isə  olduqca mücər­

rəd  bir  məvhumdur,  bu  haqda  türk  ziyalıları  arasında  ümu­

mi bir fikir yoxdur.  Həm  mütərəqqi,  həm  də mürtəce  qüvvə­

lərin  böyük  əksəriyyəti  özünü  atatürkçü  adlandırır,  kama- 

lizmin  prinsiplərini  öz  mənafelərinə  uyğun  şəkildə  təfsir 

edirlər.


2.  Sosial inqilab və milli-azadlıq hərəkatı haqqında

Qərb  dünyasında  olduğu kimi  Türkiyədə də marksizmi 

tənqid etmək çox  dəbdədir.  Ona görə  biz də türk müəllifləri­

nin  marksist  təlimə  münasibətini  araşdırmaq  məcburiyyə­

tindəyik.

Marksizmə  görə  ictimai  inqilabın  səbəbini  maddi  is­

tehsalda  axtarmaq  lazımdır.  İctimai  inqilab  ictimai  münasi­

bətlərin bütün  sistemində çevriliş  deməkdir.

Türk  alimlərinin  əksəriyyəti  marksizmin  inqilab  haq­

qında  nəzəriyyəsinə  qarşı  çıxırdılar.  Onların  bəziləri  belə 

hesab  edirdilər  ki,  yeni  siyasi  qaydalar  yaratmaq  üçün  se­

çilmiş  azlıq  inqilab  edir.  Onlar  deyirdilər  ki,  inqilabın  sə­

bəbləri  əsasən  mənəvi  amillər  ola  bilər;  ictimai  amillər  də 

inqilabın  gedişinə  təsir  edə  bilər.  İctimai  amillər  adı  altında 

onlar  tamamilə  müxtəlif hadisələri  nəzərdə  tuturdular.  Pro­

fessor  Hüseyn  Nail  Kubalı  yazır  ki,  inqilablar  ümumiyyətlə 

öz  mənşəyi  və  mahiyyəti  etibarilə  daha  çox  ideoloji  və  icti­

mai  amillər  ilə  əlaqədə  olurlar,  ancaq  onların  həyata  keçi­

rilməsi  və  inkişaf etməsi  siyasi  amillər  ilə  bağlıdır.  Çox  hal­

larda  inqilabı  doğuran  ideoloji  və  ictimai  amillər  seçilmiş 

azlığın  mənafeyinə  uyğun  olaraq  inqilabın  məzmununu 

müəyyənləşdirir.  İnqilab  nəticədə  seçilmiş  adamların  əli  ilə 

yeni  şəraitə uyğun  gələn  siyasi qaydalar yaradır.143 Beləliklə,

142 R.N.  İleri. A tatürk ve komünizm.  İstanbul,  1970, s. 147.

143 Bax:  «Yeni Türkiye».  İstanbul,  1959, s. 108-109.

Kubalının  fikrincə,  cəmiyyətin  tərəqqiyə  doğru  inkişafının 

ümumi  istiqaməti  insanlar  tərəfindən  seçilir,  onların  iradə­

sindən  asılı  olur,  nəticə  etibarilə  yalnız  cəmiyyətin  maddi 

əsasını  təşkil  edən  istehsal  üsulunun  qanunauyğun  inkişafı 

ilə müəyyən edilmir.

Tarixi  materializm  isə  insan  cəmiyyətini  daim  inkişaf­

da  olan  bütöv  bir  ictimai  orqanizm  hesab edir.  Bu  o  demək­

dir  ki,  hər  bir  tədqiq  edilən  proses  bir  çox  hadisələrin  cəmi 

ilə  şərtlənir.  Nəticədə maddi istehsal  üsulu  həlledici  amil  he­

sab edilir.

Marksizmdən  fərqli  olaraq  türk  müəlliflərinin  çoxu 

ictimai-iqtisadi  və  siyasi  həyatda  baş  verən  hər  bir  az-çox 

əhəmiyyətli  hadisəni  inqilab  hesab  edirlər.  Professor  Saddık 

Sami  Oner  yazırdı  ki,  iqtisadi  amillər  inqilabda  böyük  rol 

oynayır,  «ancaq  27  may  1960-cı il inqilabı,  bizim fikrimizcə, 

iqtisadi  amildən,  yəni  maddi  səbəblərdən  deyil,  daha  çox 

ədalət,  inqilaba can  atmaq  kimi səbəblərdən  doğmuşdur».144 

İnqilabın  səbəbini  Oner  maddi  istehsalda  deyil,  mənəvi 

amillərdə axtarır.  O, yazır:  «Mədəni dünyada böyük inqilab­

lar  fikirlərdə  yaranır,  siyasi  mübarizə  fikir  ətrafında  ge­

dir».145


Tarixi  materializm  isə  sübut  etməyə  çalışır  ki,  ideyalar 

tarixin  inkişafını  müəyyənləşdirə  bilməz.  Lakin  ideyalar 

müəyyən maddi  bazaya malikdirlər,  onlar yeni  ictimai  quru­

luş  yaratmaq üçün  inqilabi  qüvvələri səfərbərliyə alır.  Marks 

deyirdi  ki,  nəzəriyyə  kütlələrə  yiyələnəndən  sonra  maddi 

qüvvəyə çevrilir.

Türk  alimləri 

X X  


əsrin  50-70-ci  illərində  inqilab  haq­

qında  çox  yazırdılar.  Onların  demək  olar  ki,  hamısı  inqilabı 

eyni  bir ictimai quruluş  daxilində baş verən iqtisadi  və siyasi 

dəyişiklik kimi başa düşürdülər.  Onların fikrinə görə bu dəy­

işikliklər  insanların  maddi  vəziyyətini  yaxşılaşdırmağa 

doğru  yönəlməlidir.  İnqilab  üçün  cəmiyyət  həyatının  istəni­

lən  hadisələrində  baş  verən  dəyişikliklər  kifayətdir.  Onlar

144 Bax:  «Milli birliğe doğru»,  1961, s.8.

145 Prof.  Reşet Kaynarın aşağıdakı kitabına giriş: Türkiyede hukuk  devle- 

ti kurm a yolundaki hareketler.  İstanbul,  1960, s.V.

60

61



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə