Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

mərhələsidir»  əsərində  marksizmə  yeni  bir  təfsir  gətirmiş  və 

«...artıq  o,  ortodoks  anlamla  tarixi  materialist  deyil».104 

Marksizmə  edilən  yeni  əlavələri  Ülkən  marksizmi  dəyişdir­

mək  kimi  qiymətləndirir.  O,  Leninin  irəli  sürdüyü  imperia­

lizmin  üç  əsas  ziddiyyətlərindən  birini  (inkişaf etmiş  kapita­

list  dövlətləri  ilə  geri  qalmış  müstəmləkə  ölkələr  arasındakı 

ziddiyyəti)  ön  plana  çəkərək  göstərir  ki,  «bu  ziddiyyət105 

marksist  görüşə  uyğun  gəlmir.  Lenin  bu  sistemdə  qəbul  edi­

lən  iqtisadi  həyatın  daxili  təzadlarını  göstərmir,  yalnız 

dünyada  baş verən  siyasi  təzadları izah  etməklə kifayətlənir. 

Bu  təzadlar,  tarixi  materializm  ilə  heç  bir  əlaqəsi  olmadan 

daha  əvvəllər  tarixçilər  tərəfindən  göstərilmişdi.106  Sonra 

Ülkən  «siyasi  təzadları»  etnik,  dini,  milli  və  s.  ziddiyyətlərlə 

eyniləşdirir.  Onun  fikrincə  Lenin  «iqtisadi  həyatın  daxili 

ziddiyyətlərini  göstərmir».  Ülkən,  nədəndirsə,  Leninin  gö­

stərdiyi  ziddiyyətləri  sıra  ilə  yazanda  əhəmiyyət  vermir  ki, 

Lenin  əmək  ilə kapital  arasındakı  ziddiyyəti  ön  plana  çəkir­

di.


H.Z.Ülkən  yazır ki,  Lenin imperialist dövlətləri ilə geri 

qalmış  ölkələr  arasındakı  ziddiyyəti  göstərməklə  «yeni  bir 

imperializm  quracaq inqilab  etmək»107  istəyirdi.  Bununla  o, 

indiki dövrdə Sovet ittifaqının inkişaf etməkdə olan  ölkələrə 

yardımını müstəmləkəçilik və imperializm hesab edir.108

50-70-ci illərin  türk müəlliflərinin  bəziləri sinfi mübari­

zənin  mövcudiyyətini  qəbul  edirdilər.  Lakin  onlar  bu  müba­

rizənin  o  qədər  də  kəskin  xarakter  daşımadığını  və  burjua 

demokratiyası  çərçivəsində  sinfi  müvazinətin  təmin  edilmə­

sinin  mümkün  olduğunu  göstərirdilər.  Məsələn,  Emel  Taşöz 

«Forum» jurnalında  yazırdı:  «Bunu  əvvəlcədən  etiraf etmək 

lazımdır  ki,  cəmiyyətdə  gəlir  səviyyəsi  fərqlərinin  yaratdığı 

müxtəlif  dünyagörüşlərinə  sahib  sosial  siniflərin  mövcu­

104 Yeno orada, s.223.

105 Ülken  belə hesab edir ki,  bu  məqsəd  üçün «ziddiyyət»  sözündən  istifa­

də etmək  düzgün  deyil,  çünki  bu  ifadə yalnız  təfəkkürə  aiddir.  «Təbiətdə 

ancaq fərqlilik və ya çatışma var».

106 H.Z.Ülken. Tarihi maddeçilige reddlye, s.224.

107 Yenə orada.

108 Yenə orada.

46

diyyəti  bir  faktdır».  Göründüyü  kimi  Taşöz  ictimai  siniflər 



arasındakı  fərqi  gəlir  səviyyəsində  görür,  lakin  nədənsə  bu 

gəlir  fərqinin  səbəbini  aydınlaşdırmır.  Taşözün  fikrincə, 

burjua  demokratiyasına  xas  olan  «hürriyyət  ünsürü,  siniflə- 

rarası çəkişməni aşağı həddə endirmiş, fəqət ortadan qaldıra 

bilməmişdir».  Sistemin  zəifliyi  özünü  burada  büruzə  verir. 

Hansı  iqtisadi  inkişaf yolunun  keçilməsi  qəti  müəyyənləşdi­

rilməlidir.  Taşöz göstərir  ki,  həqiqi demokratik  idarə tərzi  o 

zaman  qurula  bilər ki,  bir  sinfin  başqa  sinfi  istismar etməsi­

nin  qarşısını  almaq  məqsədi  ilə  «ümumxalq  nəzarəti  və  inti­

zamı»  yaradılsın.  Bu  işi  həyata  keçirmədən  «sinfi  müvazi­

nət»  yaratmaq  mümkün  deyil,  bir  qrup  adamlar  daha  çox 

varlanır,  kütlə  isə  yoxsullaşır.  Belə  bir  şəraitdə  «rejim  de­

mokratiya deyil, həqiqətdə burjua oliqarxiyası olur».109

Türk  iqtisadçısı  Yüksel Ülkən  belə hesab edir ki,  «iqti­

sadi  həyatdakı  mübarizə fərdhr  arasında  və  ortaq  mənfəət­

lərin  birləşdirdiyi  qruplar  arasında  cərəyan  edir».  O,  sinfi 

mübarizə  ifadəsini  işlətmir  və  iqtisadi  mübarizəni  siyasi 

mübarizə  ilə  əlaqələndirmir.  O,  kapitalizmin  təkamülünü 

aşağıdakı  kimi  təsvir  edir:  liberal  rejimin  yaratdığı  kapita­

lizmin  ilk  çağlarında  fərdlərin  hər  cür  qruplaşma  meylləri 

qadağan  edilmişdir,  bu  fərdin  azadlığının  pozulması  hesab 

edilmişdir.  Belə  bir vəziyyət  əslində  sahibkarın  fəhlə  üzərin­

də  tam hökmranlığını  təmin  edirdi.  «İqtisadi  həyat  bərabər­

lər arasında deyil,  bərabərsizlər arasında gedən bir mübarizə 

dünyasıdır».  Yuxarıda  deyilənləri  Yüksel  Ülkən  keçmiş 

«klassik  kapitalizmə»  aid  edir.  O,  yazır:  «Zəmanəmizdə  ar­

tıq  şəxsiyyət  azadlığı  adma  fərdi  məhkum  edən  qruplaşma 

yasağı  aradan  götürülmüş,  mübarizə  qruplar  arasında  baş­

lamış  və  qüvvələrin  qarşılıqlı  vəziyyətinə  uyğun  olaraq  icti­

mai  müvazinət  yaranmışdır».110  Beləliklə,  əvvəllər  mübarizə 

fərdlər  arasında getdiyi üçün  ədalətsizlik  hökm sürürdü;  indi 

isə  kapitalizm  öz  mahiyyətini  dəyişib,  fəhlə  cəmiyyətləri, 

həmkarlar ittifaqları  yaranıb.  Mübarizə  artıq  ayrı-ayrı  fərd-

109  E.Taşöz.  Sadece  hürriyet  yeterli  degildir.  Bax:  «Forum»,  1  ağustos 

1967, s. 14.

110 Y.Ülken.  Ücret artışları ve enflasyon.  Bax:  «Yeni ufuklar»,  m art  1964, 

s.7.

47



lər  tərəfindən  deyil,  qruplar  tərəfindən  aparılır  və  ona  görə 

daha  təsirli  olur.  Artıq  fəhlələr  və  həmkarlar  ittifaqlarının 

qüvvələri  kapitalistlərin  qüvvəsindən  heç  də  zəif  olmur.  Bu 

qüvvələr  bərabərliyi  «sosial  müvazinət»  yaradır  və  beləliklə, 

sinfi mübarizə aradan qalxır.

Türkiyə  alimlərinin,  ictimai  və  siyasi  xadimlərinin, 

jurnalistlərinin  bir  hissəsi  özünü  sosialist  hesab  edir,  ciddi 

iqtisadi-siyasi islahatların  keçirilməsini  tələb  edir,  lakin  eyni 

zamanda  sinfi  mübarizəni  inkar  edirdilər.  Belələri  haqqında 

Doğan  Avçıoğlu  yazır:  «Ölkəmizdə  «sosializm  -   hə,  sinfi 

mübarizə  -   yox»  və  yenə  də  sosialist  olduğuna  inanan  xoş- 

niyyətli  adamların  sayı  az  deyil».  O,  daxildəki  mürtəce 

qüvvələrə  və imperializmə qarşı aparılan  ümumi  demokratik 

hərəkatı  sinfi  mübarizə  vasitələrindən  biri  hesab  edirdi. 

«Bütün  səylər  ağa-komprador  hökmranlığına  son  verməyə 

yönəldilmişdir.  Ancaq  bu,  eyni zamanda,  kökü  xaricdə  olan 

qeyri-milli  ünsürlərə  qarşı  aparılan  milli  bir  mübarizədir. 

Məqsəd,  hər  şeydən  əvvəl,  irəliləmənin  ilkin  və  vazkeçilməz 

şərti  olaraq  iqtisadi  və  siyasi  müstəqilliyi  gerçəkləşdirmək­

dir».111  Bu  deyilənlərə  əsaslanaraq  D.Avçıoğlu  belə  bir  nə­

ticəyə  gəlir  ki,  «bu  nöqtədə  milli  mübarizə ilə ictimai müba­

rizə  tamamilə  birləşir».  O,  belə  hesab  edir  ki,  yerli  ağa- 

kompradorlara  və  imperializmə  qarşı  yönəldilən  bu  milli 

mübarizədə  bütün  demokratik  qüvvələr,  kəndlilər,  ziyalılar, 

gənclər,  sənətkarlar,  milli  burjuaziya  birgə  çıxış  edirlər.  Bu 

mübarizə  ölkə daxidində  kapitalizmin  inkişafını  məhdudlaş­

dırır,  kütlələrin  dövlət  üzərində  təsirini  artırır,  məhsuldar 

qüvvələri  inkişaf etdirir  və  elə  buna  görə  də,  gec-tez  mütləq 

sosializmə gətirib çıxaracaqdır.112

Bir  çox  türk  müəlliflərinin  fikrincə  Türkiyədə  ziyalılar 

ilə  kompradorlar  arasında  heç  bir  saziş  ola  bilməz. 

E.Tüfəkçi yazır:  «Hərbi-mülki ziyalı zümrəsi  ilə  komprador- 

feodal ağa ittifaqı  arasında bir uzlaşma ola  bilərmi?  Belə  bir 

uzlaşmanı  mümkün  edə  biləcək  maddi  təməl Türkiyədə yox­

111  D.Avçıoğlu.  Sinif mücadelesi,  sosyalizm ve  millətçilik.  Bax:  «Yön»,  2 

eylül  1966, s.3.

112 Yenə orada.

48

dur».113  E.Tüfəkçinin  fikrincə  ziyalı  təbəqəsinin  ideolojisi 



«günümüzün  şərtlərinə  uyğunlaşdırılmış  bir  kamalizmdir». 

Kamalizmin  milliyyətçi,  antiimperialist,  ciddi  ictimai- 

iqtisadi  islahatlar  keçirmək  tələbləri  ziyalılar  arasında  öz 

aktuallığını  indi  də  itirməmişdir.  E.Tüfəkçi  «hərbi-mülki 

ziyalı zümrəsi»  dedikdə kiçik  burjuaziyanın  ən  təhsilli  hissə­

sini  nəzərdə  tutur.114  Belə  ziyalılar  arasında  əlbəttə  sosializ­

mə  meyl  göstərən  şəxslər  çoxdur.  Onların  bir  hissəsi  hətta 

tam marksist mövqeyə keçə bilər.  Lakin ziyalıları ümumi bir 

qrupda cəmləşdirmək  olmaz,  bu  olduqca rəngarəng,  mürək­

kəb  bir  təbəqədir.  Bunlar  arasında  müxtəlif  fikirli  olanlar, 

hətta  marksistlər  var.  Eyni  zamanda  iri  burjuaziyanın  və 

mülkədarların  təmsilçiləri  olan  ziyalılar  var.  Elə  ziyalılar  da 

var ki, mürtəce-dini dairələr ilə əməkdaşlıq edirlər.

Bir  çox  müəlliflər  iddia  edirdilər  ki,  sinfi  mübarizə 

qeyri-təbiidir  və  cəmiyyəti  geri  itələyir,  tərəqqini  yaradan 

mübarizə  deyil,  «ictimai  sülhdür».  Mustafa  Kəndli  «Akis» 

jurnalında yazırdı:  «Biz  türklər  müstəqil  millət  kimi  azadlıq 

və  demokratiyaya  inanırıq.  Bizim  millət  imtiyazlı  siniflərə 

malik  deyil.  Türkiyədə  sinfi  mübarizə  təcrübəsi  nəticə  ver­

mədi.  Qardaşlıq  davasını  istəyənlər,  macərapərəstlər,  dikta­

torlar,  demaqoqlar  sağlam  düşüncəli  millətin  zərbələri  al­

tında məhv ediləcəklər».115

Türk müəlliflərinin  bir çoxlarının  fikrinə görə marksist 

təlim  yalnız  XIX  əsr  üçün  doğru  ola  bilər.  Çünki  kapitaliz­

min  sinfi  strukturunda  bu  dövrdə  artıq  köklü  dəyişikliklər 

baş  vermişdi.  Həm  Qərbdə,  həm  də  Şərqdə  kapitalistlər  ilə 

proletariat  arasındakı  münasibət  cəmiyyətin  inkişafını 

müəyyənləşdirə  bilməzdi.  Şevket  Süreyya  Aydemirin  fikrinə 

görə  kapitalizm  cəmiyyətində  aşağıdakı  dəyişikliklər  baş 

vermişdi:  dövlətin  bir  sinfin  orqanı  olmaq  funksiyası  zəiflə­

mişdi;  bütün  cəmiyyətin  mənafeyi  naminə  dövlət  iqtisadi 

həyata müdaxilə edirdi;  proletariat  daha mütəşəkkil  bir sinif 

olmuş  və  həmkarlar  ittifaqının  köməkliyi  ilə  geniş  iqtisadi

113  E.T'üfekçi.  D em okratik  devrim:  kimle  beraber,  kime  karşı.  Bax: 

«Yön»,  5  ağustos  1966, s.10.

114 Yenə orada.

115 M .K entli.  En önemli problem.  Bax: «Akis», 23  temmuz  1962, s. 12.

49



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə