Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

Göstərilən  illərdə  Türkiyədə  fəhlə  hərəkatı  təşkilat­

lanmağa  başlayır,  siyasi  və  iqtisadi  tələblərlə  çıxış  edirdi. 

Türk  müəllifi  Fəthi  Naci  göstərirdi  ki,  fəhlə  hərəkatının 

müvəffəqiyyətlə  inkişaf etməsi  üçün  aşağıdakı  şərtlər  vacib­

dir:  iqtisadi,  siyasi  və  ideoloji  mübarizələr  birləşdirilməli, 

fəhlə  sinfi  müstəqil  siyasi  qüvvəyə  çevrilməli  və  bütün  de­

mokratik qüvvələr birgə çıxış etməlidirlər.92

Həmkarlar  ittifaqlarının  yaranması  və  geniş  fəaliyyəti 

bu  illərdə  başlayır.  Həmkarlar  ittifaqı  təşkilatlarının  açıq 

fəaliyyət  göstərməsi  faktı  Türkiyənin  sosial-siyasi  fikrində 

müsbət bir hadisə kimi qiymətləndirilirdi.

Professor  Cahid  Talas  göstərir  ki,  «həmkarlar  ittifaqı 

hərəkatı  bir  sinif  hərəkatıdır.  Sinifsiz  bir  cəmiyyət  yalnız 

marksist  sistem  və  fəlsəfədə var.  Sinifsiz  bir  cəmiyyət  yalnız 

kommunizmin  son  mərhələsində  qurulur.  Siniflərin  varlığı 

başqa,  marksizmin irəli sürdüyü sinfi mübarizə başqadır.  Bir 

sinif  məhsulu  olan  həmkarlar  ittifaqı  sinif  bilgisinə  malik 

olmadan  və  bir  sinfin  mənafeyini  müdafiə  etmədən  inkişaf 

edə  bilməz.  Kapitalist  və  kommunist  olmayan  sosialist  cə­

miyyətində  sinifsizlik  iddiası  nə  qədər  az  gerçəksə,  sinif an­

layışını  bilən  yoxdur  demək  də  o  qədər  az  gerçəkdir».93 De­

məli,  Cahid  Talasa  görə  əsl  sosializm  kommunizmdən  ayrı 

mövcud  ola bilər.  O,  sosializm  dedikdə  burjua demokratiya­

sına əsaslanan dövlət kapitalizmini nəzərdə tutur.

Göstərildiyi  kimi  1960-cı  illərin  Türkiyəsində  nisbətən 

məhdud  olsa  da  sosialist  ideologiyası  təbliğ  edilirdi.  Buna 

misal  olaraq  marksizm-leninizm  klassiklərinin  və  görkəmli 

sosialistlərin  əsərlərinin  türk  dilində  çap  olunmasını,  türk 

müəlliflərinin  bu  sahədə  yazdığı  kitabları  və  məqalələri  gö­

stərmək  olar.  Məsələn,  Başar  Erdoğan  tərəfindən  tərtib 

edilmiş  «Sosializm  sözlüyü»ndə  bütün  sosial-siyasi  məsələ­

lər,  o  cümlədən sinif,  sinfi  mübarizə və sosial  inqilablar  pro­

blemləri marksist mövqedən şərh edilir.94

Qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  Türkiyənin  hakim 

siyasi  dairələri  sol  qüvvələrə,  xüsusən  kommunistlərə  qarşı

92 F.Naci.  Kom prodorsuz Türkiye.  İstanbul,  1967, s.65.

93 C.Talas. Türk-lş və D İSK  kavgası.  Bax: «Forum»,  15 nisan  1967, s.20.

94 E.Başar.  Sosyalizm sözlüyü. A nkara,  1965.

42

ciddi  tədbirlər  görürdülər.  Məsələn,  Türkiyə  Cəza  qanunu­



nun  142-ci  maddəsində  deyilir:  «İctimai  bir  sinfin  digər 

ictimai  siniflər  üzərində  öz  hökmranlığını  yaratması  və  ya­

xud  ictimai  bir  sinfi  ortadan  qaldırmaq,  ölkədə  yaradılmış 

əsas  iqtisadi  və  ictimai  qaydalardan  hər  hansını  aradan  göt­

ürmək,  dövlətin  siyasi  və  hüquqi  idarə  üsulunu  bütövlükdə 

yox  etmək  üçün  hər  hansı  formada  olursa-olsun  təbliğat 

aparan  hər  bir  şəxs  beş  ildən  on  ilə qədər ağır həbs  cəzasına 

məhkum  edilir».95 Əlbəttə  bir  sinfin  başqa  bir  sinif üzərində 

hökmranlığını  qadağan  edən  bu  qanunun  yaradıcıları  bunu 

ölkədə milli həmrəylik üçün etdiklərini deyirdilər.

Türkiyənin  hakim  siyasi  dairələri  və  onların  təmsilçisi 

olan  alimlər  göstərirdilər ki,  müasir  türk  cəmiyyətində  anta­

qonist  siniflər  yoxdur  və  sinfi  mübarizə  müasir  kapitalizm 

cəmiyyəti  üçün  əsas  hadisə  deyil.  «Sosial  strafikasiya»,  «so­

sial mobillik» və s.  kimi  anlayışlarla onlar marksizmin  sinif­

lər  və  sinfi  mübarizə  nəzəriyyəsinin  köhnəldiyini  sübut  et­

məyə  çalışırdılar.  Məsələn,  türk  sosioloqu,  professor  Nürət- 

tin  Şazi  Kösemihal  yazır:  «Marksizmin  sinfi mübarizə  nəzə­

riyyəsi  bir çox cəhətdən  qüsurludur».  O,  göstərir ki,  bu  vax­

ta  qədər  mövcud  olan  cəmiyyətlərin  tarixini  sinfi  mübarizə 

tarixi  hesab  etmək  səhvdir.96  Əgər  bu  nəzəriyyə  tərəfdarları 

ictimai  siniflər  arasında  heç  bir  vaxt  əməkdaşlıq  olmadığını 

sübut  etmək  istəyirlərsə,  bu  fikir  əsassızdır,  çünki  siniflər 

arasındakı əməkdaşlıq onlar arasındakı mübarizəyə nisbətən 

daha  ümumi  hadisədir.  Kösemihal sözünə davam edərək  gö­

stərir  ki,  sinfi  mübarizə  nəzəriyyəsinə  əsaslanaraq  cəmiyyə­

tin  hərəkətverici  qüvvəsi  kimi  sinfi  mübarizəni  irəli  sürmək 

yalandır,  çünki  faktlara  uyğun  gəlmir.97  N.Ş.Kösemihal  ya­

zır:  «Özünün  sinfi  mübarizə  nəzəriyyəsi  ilə  Marks  iqtisadi 

siniflər arasında gedən mübarizəni izah etmək və mübarizəni 

ən  əhəmiyyətli  hadisə  kimi  irəli  sürmək  istəyirsə,  o  yenə  də 

yanılır.  Çünki  mübarizə  yalnız  siniflər  arasında  deyil,  həm­

çinin  etnik,  milli,  dini,  siyasi qruplar arasında  da  gedir.  Çox 

hallarda  bu  qruplar  arasındakı  mübarizə  birinci  dərəcəli

95 Kommunizmle mücadelede türk düşünürleri.  İstanbul,  1968, s.173.

96 N.Ş.Kösemihal.  Sosyoloji tarihi.  İstanbul,  1956, s.234.

97 Yenə orada.

43



əhəmiyyət  kəsb  edir».98  Kösemihal  burada  Qərb  sosioloqla­

rının  fikirlərini təkrar edir.

N.Ş.Kösemihal  nəzərə  almır  ki,  marksizm  sinfi  m üba­

rizə  ilə  yanaşı  etnik,  dini,  siyasi  qruplar,  millətlər  arasında 

mövcud  olan  mübarizəni  inkar  etmir.  Lakin  marksizmə  gö­

rə,  sinfi  xarakter  daşımayan  hər bir mübarizə mövcud  q u ru ­

luşu dəyişdirmir,  sinfi  mübarizə isə  cəmiyyətin  ictimai  q u ru ­

luşunu  dəyişdirməyə  doğru  yönəldilir.  Kösemihal  haqlı  ola­

raq  göstərir  ki,  marksizm  sinfi  mübarizəni  mütləqləşdirir. 

Bu  mübarizə  nəticədə  daha  mütərəqqi  ictimai  quruluş  y a ra ­

daraq  tarixi  tərəqqinin  əsas  qüvvəsi  kimi  çıxış  edir.  İstis­

marçı  siniflərin  inqilabi  hərəkatı  köhnəni  məhv  edir,  daha 

mütərəqqi yeni quruluş yaradır.

Məşhur türk  filosofu  Hilmi  Ziya Ülkən özünün  «Tarixi 

materializmi  rədd  etmək»  adlı  kitabının  əhəmiyyətli  bir  his­

səsini  marksizmin  sinfi  mübarizə  nəzəriyyəsinin  tənqidinə 

həsr  etmişdir.  H.Z.Ülkən  müasir  türk  filosoflarının  ən  gör­

kəmlisidir,  onun  fikirləri  türk  ideologiyası  üçün  çox  x arak ­

terikdir.  Odur  ki,  H.Z.Ülkənin  sinfi  mübarizə  haqqında  fi­

kirləri  üzərində  daha  ətraflı  dayanmaq  məqsədəuyğundur. 

Göstərilən  kitabında  Ülkən  əsasən  Qərbin  aparıcı  alimləri­

nin fikirlərini  təkrar  edir,  nəticələrini türk həyatından gətiri­

lən konkret misallarla  təsdiq etməyə çalışır.  O,  əsas  diqqəti­

ni marksizmin tənqidinə yönəldir.

H.Z.Ülkən  yazır:  «Tarixi  materializm  sinfi  mübarizə 

fikrini  böyük  işlətmələrə  (monopoliyalara)  bağlayır.  Halbu­

ki:  1)  «böyük  işlətmə  hadisəsi  əsla  ümumi  deyil,  iqtisadi 

həyatın  bir  çox  vacib  sahələrində,  məsələn,  əkinçilikdə 

mövcud  deyil»;  2)  «böyük  təşəbbüsün  üstünlüyü  mütləq  dey­

il,  izafidir»;  3)  «kapitalizmin  həqiqi  təkamülü  bütün  tə­

şəbbüslərin  mərkəzləşməsinə  səbəb  ola  bilməz.  Məsələn, 

kənd  təsərrüfatında  təşəbbüslər  birləşə  bilməzlər»;  4)  «tə­

şəbbüslərin  birləşməsi  və  kapitalist  mülkiyyətlərinin  birləş­

məsi  məsələləri  bir-birinə  qarışdırılmamalıdır.  Bu  halda  ka­

pital  sahiblərinin  sayı  azalır.  Çünki  səhmdar  şirkətlər  kapi­

talı  parçalamağa  doğru  aparırlar»;  5)  «mərkəzləşmiş  sahə­

lərdə,  məsələn,  kartellərdə,  əsas  rolu  maliyyə  siyasəti  oy-

98  Yenə orada, s.235.

44

nayır;  6) «mərkəzləşmənin rasional olduğu yerdə belə,  o mil­



li  iqtisadiyyat  baxımından  təşəbbüsün  üstünlüyünü  isbat  edə 

bilməz,  çünki  rentabellik  prinsipinin  milli  iqtisadiyyatın 

mənfəətli olması ilə əlaqəsi yoxdur».99

Göründüyü  kimi  H.Z.Ülkən  səhv  nəzəriyyə  hesab  et­

diyi  marksizmi  inkar  edir  və  kapitalizmin  müdafiəçisi  kimi 

çıxış  edir.  O,  sübut  etməyə  çalışır  ki,  sinfi  mübarizə  yalnız 

böyük  inhisarlarla  bağlıdır və inhisarlar aradan  qalxan  kimi 

sinfi  mübarizə  də  yox  olur.  O,  yazır:  «Sinfi  mübarizə  nəzə­

riyyəsinə  gəlincə,  «böyük  işlətmə»  nəzəriyyəsi  ortadan  qal­

xan kimi  o  da  tamamilə havada  qalır».100 Göstərilən dəlilləri 

kifayət  hesab  edən  Ülkən  belə  bir  nəticəyə  gəlir:  «İki  sinfin 

mübarizəsi  nəzəriyyəsi  hər  yerdə  bir  əfsanə  şəkli  almış­

dır».101

Marksizmin  Qərbdə  olan  tənqidçiləri  ilə  həmrəy  olan 

H.Z.Ülkən  yazır  ki,  kapitalizm  Marksın  göstərdiyi  yol  ilə 

inkişaf  etmədi,  kütlələrin  dilənçiləşməsi  prosesi  getmədi, 

«kapitalizmin  həqiqətən  də  inkişaf etdiyi  ölkələrdə  problem 

tamamilə  əksinə  cərəyan  etmişdi»,102  beləliklə,  sinfi  mübari­

zə nəzəriyyəsi də boş bir xəyala çevrildi.

İnkişaf  etmiş  kapitalist  ölkələrində  sinfi  mübarizənin 

varlığını  inkar edən  H.Z.Ülkən,  bu  halın  geridə qalmış  ölkə­

lər  üçün  daha  xarakterik  olduğunu  göstərir.  O,  yazır: 

«...Sənayesi  çox  zəif,  mədəni  və  texniki  cəhətdən  geridə 

qalmış  bəzi  cəmiyyətlərdə  bu  inqilabçı  fikir  xalqın  zehnini 

bulandırmış  və  siyasətçilər  əlində  təhlükəli  silah  olmuş­

dur».103 Ülkən  istəyir  ki,  inkişaf etməkdə olan  gənc  dövlətlər 

kapitalist  inkişaf  yolunu  seçsinlər.  Odur  ki,  o,  həmin  ölkə­

lərdə sosialist ideyalarının yayılmasını  böyük  təhlükə sayır.

H.Z.Ülkən  bir  çox  başqa  Qərb  ideoloqları  kimi 

K.Marks  ilə V.İ.Leninin  fikirləri  arasında  ziddiyyət olduğu­

nu  göstərir.  Onun  fikrincə  V.İ.Lenin  özündən  əvvəlki  mar­

ksistlərdən  fərqli  olaraq  «İmperializm  kapitalizmin  son

"Ü .H .Z iy a. Tarihi maddeçilige reddiye.  İstanbul,  1963, s.134-135.

100 Yenə orada, s. 135.

101 Yenə orada.

102 Yenə orada.

103 Yenə orada, s.204.

45



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə