Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

1789-cu  ildən  sonra  Avropada  «revolution»  sözü yalnız  ida­

rə  edənlərin  həyata  keçirdiyi  kiçik  və  əhəmiyyətsiz  dəyişik­

liklər deyil,  bütün cəmiyyətin  təməlini  alt-üst  edən ciddi  sar­

sıntılar  kimi  dəyərləndirilir.  C.Meriç  bu  fikri  ciddi  dəlillər, 

məntiqi  vasitələrlə əsaslandıra  bilir.  O,  göstərir  ki,  inqilabın 

cəmiyyətdə  baş  verən  köklü  dəyişiklik  olması  fikri  Avropa­

da  da  birdən-birə  yaranmadı,  uzun  təkamül  yolu  keçdi, 

müxtəlif nöqteyi-nəzərlər yarandı.

C.Meriç  maraqlı  sual  irəli  sürür:  «Necə  olur  ki,  təbiət 

elmlərində  «revolution»  təkrar  olunmanı,  yerində  saymağı, 

yəni  dairəvi  hərəkəti  ifadə  edən  söz  olduğu  halda,  sosial  sa­

hədə  yerindən  qopmağı,  irəliləyişi,  bir  məchula  doğru  can 

atmağı  bildirir?  (s.113).  Hətta  yeni  aristotelçilər  də  sübut 

etməyə çalışırdılar ki, siyasi həyatda da  baş verən dəyişiklik­

lər  dairəvi  hərəkət  kimi  gerçəkləşir.  Ölkələr  həmişə  eyni  ha­

kimiyyət  formalarını  təkrar  edirlər.  Başqa  sözlə,  şəhər  döv­

lətlərinin  vaxtaşırı  üstünlük  verdiyi  idarəçilik  tərzi  var,  yeni 

bir  hakimiyyət  forması  icad  etmirlər.  Monarxiya  krallığı 

doğurur,  krallığın  pozulması  tiraniya  yaradır,  tiraniya  sona 

çatandan  sonra  səhnəyə  aristokratiya  gəlir  və  oliqarxiyaya 

qarşı  çıxır.  Sonra  qurulan  demokratiya  pozulandan  sonra 

oxlokratiya  üçün  zəmin  hazırlanır.  C.Meriçin  fikrincə,  yeni 

aristotelçilər  hökumətlərin  yaratdığı  bu  «revolutiomnı dövri 

hərəkət  adlandırırlar.  Belə  ki,  ölkələr  eyni  yol  keçir,  daim 

hərəkətin başlanğıc nöqtəsinə dönürlər.

Burada  C.Meriç  yeni  aristotelçilərin  mövqeyini  şərh 

edərkən  bəzi  dəqiqsizliyə  yol  verir.  Lakin  onun  fikri  aydın­

dır:  inqilab  dövri  hərəkət  deyil.  O,  yazırdı:  «Göründüyü  ki­

mi  «revolution»  sözünü  ilk  işlədənlər  onu  dövri  bir  hərəkət 

hesab  etmişlər.  Onlar  üçün  təməldən  qopmaq,  yeniləşmə 

söhbət  mövzusu  deyil.  Kondorsyönün180  tənqidləri  əsrlərcə 

hökm  sürən  bu  anlayışa  son  qoydu.  Cəmiyyət,  onun  fik­

rincə,  yerində  saymır,  saya da bilməz,  sosial  həyatın  qarşısı 

alınmaz  qanunu  irəliləmədir.  Heç  bir  ölkə  tərk  etdiyi  haki­

miyyət  formasına  qayıtmaq  istəmir.  Amma  şüarlarda  kök 

salan  bu  yeni  inam  «revolution»  sözünün də mənasını  dəyiş­

180  Kondorsyö  Jan  A ntuan  (1743-1794)  -   fransız  filosofu,  «Ensiklope- 

diya»nın əməkdaşı, Fransız Akademiyasının katibi.

74

dirdi.  Lakin  sözün  belə  dəyişməsi  filosofların  beynində  ger­



çəkləşmədən  öncə  ictimai  həyatda  özünü  göstərmişdi.  Fran­

sa  inqilabında  məlum  hakimiyyət  formalarından  heç  birinə 

üstünlük  verilməmişdi.  Bu  inqilab  yeni  bir  azadlıq  anlayışı, 

yeni  bir  şüur  tərzi  gətirdi.  Odur  ki,  1815-ci  ildə  Fransa  tə­

krarən  krallığa  qayıtmaq  məcburiyyəti  qarşısında  qalanda, 

bu  dəyişikliyə «revolution» deyil,  «restavration» deyilmişdi» 

(s.113).

Bu  fikir  Böyük  Fransa  inqilabının  təsiri  altında  olan 

Avropa ziyalıları  arasında  geniş  yayılmışdır.  C.Meriç  doğru 

olaraq  yazır:  «Deməli  XIX  əsrdə  ihtilal  deyiləndə  ağıla 

Fransa  inqilabı  gəlir.  Məvhum  ümumiləşdirilməmiş,  mücər- 

rədləşdirilməmişdi,  əslində  ya  sevgi,  ya  da  nifrətlə  qarşıla­

nır.  Liberallar  üçün  qələbə,  kralçılar  üçün  fəlakət  idi» 

(s.115).


C.Meriçin  dediklərinə  aydınlıq  gətirmək  üçün  aşağı­

dakıları əlavə etməyi lazım  bilirik.  «İnqilab»  anlayışı  müasir 

anlamda  «demokratiya»  termini  ilə  eyni  vaxtda  meydana 

gəlmişdir.  Şimali  Amerika  və  Fransada  XVIII  əsrin  axırla­

rında  aparılan  mübarizənin  müvəffəqiyyəti  tam  aydınlığı  ilə 

dünyanın  tamamilə  yeni  bir  vəziyyətə  keçdiyini  göstərənə 

qədər  bu  termin  o  qədər  də  çox  işlədilmirdi.  O  dövrə  qədər 

«inqilab»  («revolution»)  termini  əsasən  öz  əvvəlki  mənasını 

saxlamışdı:  «dairəvi  hərəkət»  (ingiliscə  «revolve»  fırlama 

deməkdir).  Amerikan və  fransız  liderləri  həqiqətən  inanırdı­

lar  ki,  onlar təbii vəziyyətə qayıdırlar.  Onlar bəyan  edirdilər 

ki,  bütün  insanlar  azad  və  bərabər  doğulurlar,  lakin  sonra- 

lar  kral  və  başqa  hökmdarların  zülmü  altına  düşürlər;  inqi­

lab xoşbəxt təbii vəziyyəti bərpa etmək vasitəsi olmalıdır.

C.Meriç  belə  hesab  edir  ki,  inqilab  haqqında  danışar­

kən  anarxistlərin  də  fikirlərini  bilmək  lazımdır.  O,  yazır: 

«...Anarxizmə  görə  ihtilal  xalqın  qəlbindən  fışqırır.  Amma 

kütləni  şüurlandırmaq  üçün  kiçik  bir  azlığa  da  ehtiyac  var. 

Kütlə  tənbəldir,  uşaq  aləmindədir.  Yetişdirilməsi,  döyülməsi 

lazımdır.  Kütləni  canlandıran  düşüncə  həmişə  seçilmiş  az­

lığın beynində yaranmışdır.  İhtilal öz-özünə deyil, yuxarıdan 

istiqamətləndirilməlidir.  Liderlər  ihtilal  qasırğası  içində 

görünməyən  pilotlara  bənzəməlidir»  (s.115).  C.Meriçin  fik­

rincə  anarxistlər  inqilaba  düzgün  tərif verə  bilmirlər.  Biz  də

75



onun  fikri  ilə  razılaşaraq  əlavə  etmək  istəyirik  ki,  anarxizm 

cəmiyyət  haqqında  elə  təlimdir  ki,  rəhbər  başlanğıc  kimi 

yalnız  fərdin  iradəsini  qəbul  edir.  Hər  hansı  avtoriteti  və 

dövlət  quruluşunu  inkar  edir.  Anarxizm  cərəyanının  içəri­

sində  də  fərqli  fikirlər  olmuşdur.  Lakin  anarxizm  növlərinin 

hamısı  yıxıcı  və  inkaredici  xüsusiyyətlərinə  görə  eyni olmuş­

lar.

Sosializmdə ihtilal anlayışı.  C.Meriç  belə hesab edir ki, 

XIX  əsrin  Avropa  burjua  müəllifləri  üçün  ihtilalın  iqtisa­

diyyat  ilə  heç  bir  əlaqəsi  yoxdur.  1789-cu  il  ihtilalı irsən ke­

çən  zadəgan  imtiyazlarını  ləğv  etmişdi  (əlbəttə,  həmin  inqi­

labın  əhəmiyyəti  bununla  məhdudlaşmır).  XX  əsrin  ihtilal 

anlayışı  isə  C.Meriçə  görə  əsasən  iqtisadi  faktorlar üzərində 

qurulur.  Bu  iki  mövqe  arasındakı  fərqi  qabarıq  şəkildə  önə 

çəkmək  sosializm  nəzəriyyəsinin  məhsuludur.  Ona  görə  də 

ihtilal  anlayışının  inkişafını  araşdırarkən  C.Meriç  sosialist­

lərin  bu  mövzu  ilə  əlaqədar  dediklərini  nəzərə  alır  və  qısa 

şəkildə bəzi sosialistlərin fikirlərini  təhlil etməyə çalışır.

C.Meriç, öz təbirincə,  «kommunizmin piri»  və «coşğun 

ihtilalçı»  sayılan  fransız  filosofu  Babefin  (1760-1797)  belə 

bir  fikrini  misal  göstərir:  «1789-cu  il  patrisilər  ilə  plebeylər, 

zənginlər  ilə yoxsullar  arasında bir savaşdır,  rəhbərlik edən­

lər  sinfi  mübarizə  aparmaq  məqsədində  idilər.  Sosial  ihtilal 

ilə tamamlanmayan siyasi ihtilal yəqin  ki,  olmayıbdır. Fran­

sız ihtilalı  sadəcə  olaraq  daha böyük,  daha dərin və ihtilalla- 

rın  sonuncusu  olacaq  başqa  bir  ihtilalın  mücdəçisidir» 

(s.116-117).  Deməli,  Babefə  görə,  Fransız  ihtilalı  tamam­

lanmayıb, yeni əsl ihtilal olmalıdır.

Fransız  mütəfəkkiri  Sen-Simon  (1760-1825)  Fransız 

ihtilalını həm  sosioloq,  həm  də  tarixçi  kimi  tədqiq  etmişdir. 

Qeyd  edək  ki,  C.Meriç  bu  sosialist  haqqında  xüsusi  araş­

dırmalar  aparmış  və  onun  fikir  dünyasına  xüsusi  kitab  həsr 

etmişdir:  «Sen-Simon.  İlk  sosioloq,  ilk  sosialist»,  onu ustad 

adlandırmışdı.  Sen-Simonun  belə  bir  fikri  vurğulanır  ki, 

«XIX  əsr  Avropa  cəmiyyətinin  taleyində  dönüş  nöqtəsi,  o 

dövrdə  kommunaların  yaranması  və  azad  fəaliyyət  göstər­

məsi  ola  bilər.  Xalq  artıq  feodal  təzyiqindən  azad  olmaq  və 

öz  məqsədlərini  gerçəkləşdirmək  istəyirdi.  Üçüncü  sinif tarix 

səhnəsinə  çıxmışdı.  Çəkişmə  əsrlərcə  davam  edir,  lakin  mə­

76

nəvi  nüfuz  uğrunda  səhnə  arxasındakı  savaş  qələbə  çalan­



dan sonra yeni  bir savaş başlayır...» (s. 117).

İnqilab  haqqında  danışarkən  yəqin  ki,  Marksı  yada 

salmamaq  mümkün  deyil.  C.Meriç  də  belə  edir  və  Marksın 

inqilabın  səbəbi  haqqındakı  məşhur  sözlərini  misal  gətirir: 

«Öz  inkişafının  məlum  mərhələsində  maddi  məhsuldar 

qüvvələr mövcud  istehsal  münasibətləri  ilə ziddiyyətə girir... 

Bu  münasibətlər  məhsuldar  qüvvələrin  inkişaf formasından 

onların  buxovuna  çevrilir.  Bu  vaxt  sosial  inqilab  dövrü  baş­

layır».181

C.Meriç  Marksın  sosial  inqilab  haqqındakı  fikirlərini 

təhrif etmədən  düzgün  şərh  edir.  O,  deyir  ki,  Marksa  görə 

əsas  bazisdir  və  buradakı  dəyişikliklər  istər-istəməz  üstqu­

ruma həlledici təsir göstərir.  Bütün inqilablar sosial  xarakter 

daşıyır,  çünki  onlar  cəmiyyətdə  hökm sürən  əsas  münasibət­

ləri  dəyişmək üçün  başlayır.  Lakin  tarixdəki  inqilabların  bə­

ziləri  natamamdır və insanların  sosial  münasibətlərini  kökü­

ndən  dəyişdirmir,  yəni  bir  sinfin  hakimiyyəti  yerinə  başqa 

sinfin  hakimiyyəti  qurulur,  sosial-siyasi  təməl  dəyişdirilmir. 

Burjua inqilabları  məhz  belə olur.  Cəmiyyəti  kökündən  dəy­

işən  isə  yalnız  proletar  inqilabı  ola  bilər.  C.Meriçin  bu  iza­

hını  tamamlamaq  üçün  Marksın  aşağıdakı  sözlərinə 

müraciət  etməyi  məqsədəuyğun  sayırıq:  «Hər  bir  inqilab 



köhnə  cəmiyyəti  dağıdır,  elə  buna  görə  də  sosialdır.  Hər  bir 

inqilab köhnə hakimiyyəti devirir,  elə buna görə  də siyasi xa­

rakter daşıyır».182

XX  əsrin  əvvəllərində  də  sosialistlərin  inqilab  haqqın­

dakı  fikirləri  əsasən  XIX  əsr  ənənələrinin  davam  etdirilməsi 

ilə  xarakterizə  oluna  bilər.  Ümumiyyətlə  inqilab  nəzəriyyəsi 

tək  marksistlər  arasında  deyil,  onlara  əks  olan  siyasi  dok- 

trinlərdə  də  geniş  yer  alır.  Məsələn,  II  Beynəlmiləldə  birlə­

şən  partiyalar  inqilabdan  çox  təkamülə  meyl  göstərirdilər. 

C.Meriç  Bernşteynin  məşhur  fikrini  misal  göstərir.  Bern- 

şteynə  görə  sosializmin  qələbəsi  üçün  proletariat  diktatura­

sına  ehtiyac  yoxdur.  Buna  baxmayaraq  bəziləri  Birinci 

Dünya  müharibəsi  ərəfəsində  zorakılığı  tarixin  hərəkətverici

181  К.Маркс и Ф.Энгельс. Сочинения, Т.13, с.7.

182 Yenə orada, C.l,  s.448.

77



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə