Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ


I.  XX əsrdə Türkiyədə sosial-siyasi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   ...   33

I.  XX əsrdə Türkiyədə sosial-siyasi 

fikir1

1.  XIX əsrin axırı -  XX əsrin əvvəllərində Türkiyədə 

sosial-siyasi fikir cərəyanları haqqında

XIX  əsrin  40-cı  illərindən  başlayaraq  Türkiyədə  tənzi- 

mat  islahatları  adı  altında  həyata  keçirilən  islahatlar  iqtisa­

di,  siyasi  və  mədəni  həyatın  bütün  sahələrində  özünü  gö­

stərməyə başlamışdı.

Hüquq  sahəsində  həyata  keçirilən  islahatlar  isə  hələ 

orta  əsr  müsəlman  ənənələrindən  azad  ola  bilmirdi,  bir  çox 

şəriət qaydaları hələ də saxlanılırdı.

İmperiyanı yenidən  qurmaq  tərəfdarları  əsasən  iki  his­

səyə  bölünürdü:  1)  konstitusiyalı  monarxiya  tərəfdarları 

(Midhət paşa,  Namik  Kamal və  b.);  2) dövlət idarəsini  zahi­

rən bir  az dəyişib  ölkənin dövlət və  siyasi quruluşunu  əsasən 

saxlamaq istəyənlər.

Tənzimat  islahatları  məhdud  şəkildə  həyata  keçirilsə 

də  ölkənin  həyatında  müəyyən  canlanmaya  səbəb  olmuşdu. 

Bu özünü sosial-siyasi fikirdə də göstərirdi.  Bu  sahədə aparı­

lan  islahatlarla  bağlı  beş  fikir  cərəyanını  xüsusi  qeyd  etmək 

lazımdır:  osmançılıq,  maarifçilik,  islamçılıq,  türkçülük, 

qərbçilik.

Osmançılar islamın  tarixdə yüksək mədəni  rolunu qeyd 

etməklə  yanaşı  göstərirdilər  ki,  ictimai  və  dövlət  müəssisələ­

rini  dinin  təsirindən müəyyən  qədər  azad  etmək  və imperiy­

ada  yaşayan  müxtəlif  millətlərdən  ümumi  osmanlı  milləti 

yaratmaq  lazımdır.  Osmançılar  öz  növbəsində  iki  hissəyə 

bölünürdülər:  birincilər  hesab edirdilər ki,  siyasi  birlik  islam 

prinsipləri  əsasında  yaradıla  bilər;  ikincilər  isə  bu  birliyi  is­

lam  prinsiplərindən  də  istifadə  etməklə  Qərbin  azadlıq,  de­

mokratiya  və  konstitusiya  ideyaları  əsasında  yaratmağın 

mümkünlüyünü irəli sürürdülər (Əli paşa, Fuad paşa,  Cevdət 

paşa və  b.).  ikincilərə yeni  osmançılar və yaxud  gənc  türklər

1  İlk  dəfə  müəllifin  «Siyasi-hüquqi  təlimlər tarixi»  (Bakı,  2000)  kitabında 

çap olunubdur.

6

deyirdilər.  Onlar  Avropadan  azadlıq  və  konstitusiya  ideya­



larını qəbul etmək tərəfdarı idilər.

XIX  əsrin  ikinci  yarısında  Türkiyədə  maarifçilik  hərə­

katı  da geniş  yayılmışdı  (Namik  Kamal,  İbrahim  Şinasi,  Əli 

Suavi,  Midhət paşa və b.).  Maarifçilər hesab edirdilər ki,  əl- 

Qəzali  və  İbn  Sinanın  yaradıcılığı  fəlsəfənin  zirvəsidir.  On­

ları  daha çox Avropanın  siyasi  təlimləri  və iqtisadiyyatı ma­

raqlandırırdı.  Onlar  imperiyanın  xilasını  maarifçilikdə 

görürdülər.



İslamçılar  isə  osmançılarla  razılaşmır  və  göstərirdilər 

ki,  yalnız islam  birliyi  əsasında  imperiyanı  xilas  etmək  olar. 

Onlar  tələb  edirdilər  ki,  Türkiyənin  başçılığı  ilə  islam  xalq­

larının  siyasi  və  mədəni  birliyini  yaratmaq  lazımdır  (Meh- 

met Akif, Əhməd Nairn və b.).

Pantürkçülər  isə  dünya  türk  xalqlarının  Türkiyənin 

rəhbərliyi  altında  birləşməsini  istəyirdilər.  Onlar  əvvəlcə 

türk  xalqlarının  mənəvi-mədəni  birliyindən  danışırdılar. 

Krımda  İsmail  Qaspıralının  rəhbərliyi  ilə  1883-1918-ci  illər­

də  çap  olunan  «Tərcüman»  qəzeti  «Dildə,  məfkurədə,  işdə 

birlik»  çağırışı  altında  çıxırdı.  Sonradan  türkçülük  siyasi 

məzmun  kəsb  edir,  turançılıq  türkçülüyün  simvoluna  çevri­

lir.  «Turan»  sözünü  siyasi  ədəbiyyata  daxil  edən  Əli  bəy 

Hüseynzadə (Turan) olmuşdur.

1911-ci  ildən  başlayaraq  məşhur  türkçü  Qazan  tatarla­

rından  olan  Yusuf Akçura  oğlunun  (1879-1935) başçılığı  ilə 

«Türk  yurdu» jurnalı  çap  olunmağa  başlayır.  Bəzi  türkçülər 

dünya  türk  xalqlarının  vahid  federasiyasını  yaratmaq  istəy­

irdilər.  Türkçülük  tədricən  islamçılıq və qərbçilik  cərəyanla­

rı  ilə  birləşməyə  cəhd  göstərir.  Osmançılıq  cərəyanı  isə  XX 

əsrin  10-cu illərində artıq öz siyasi əhəmiyyətini itirir.



Qərbçibr  ölkənin  çıxış  yolunu  Avropanın  elmini,  tex­

nikasını, siyasi quruluşunu qəbul etməkdə görürdülər.



2.  Ziya Gökalpın sosial-siyasi görüşləri

Türkçülüyü  nəzəri  cəhətdən əsaslandırıb  müstəqil  ideo­

loji  cərəyana  çevirən,  pantürkist  sosioloq  Ziya  Gökalp 

(1876-1924)  olmuşdur.  Onun  fikrincə  türkçülüyün  baş­

lanğıcını  Rusiyada  yaşayan  türk  ziyalıları  qoymuşlar.  Gö-

7



kalp  yazırdı  ki,  Türkiyədə  sultan  Əbdülhəmid  «bu  müqəd­

dəs  axımı  dayandırmağa  çalışarkən  Rusiyada  iki  böyük 

türkçü  yetişirdi.  Bunlardan  biri  Mirzə  Fətəli  Axundzadədir 

ki,  azəri  türkcəsində  yazdığı  orijinal  komediyaları  Avropa 

dillərinə  çevrilmişdir.  İkincisi isə  Krımda  «Tərcüman»  qəze­

tini  buraxan  Qaspıralı  İsmaildir.  Onun  türkçülükdəki  şüarı 

«dildə, fikirdə və işdə birlik» idi».2

Gökalp  yazırdı  ki,  Azərbaycan  türkü  Əli  bəy  Hüseyn­

zadə  hələ  XIX  əsrin  90-cı  illərində  İstanbulda  ali  hərbi  tibb 

məktəbində  oxuyarkən,  onun  «Turan»  adlı  şeri  «turançılıq 

ideyasının  ilk  ortaya  qoyuluşu  idi».  «Əli  bəy  Rusiyadakı 

millətçilik axımlarının  təsiri ilə türkçü olmuşdur».3

Gökalp  türkçülüyü  türk  xalqlarının  tərəqqisi  yolunda 

ən  böyük  bir  qüvvə  hesab  edirdi.  O,  yazırdı:  «Türkçülük 

türk  millətini  yüksəltmək  deməkdir».4 Türkçülüyün  əsasları­

nı  tədqiq  edən  Gökalp ümumiyyətlə  millət  anlayışına  da  tə­

rif verir:  «...Millət  nə irqə, nə qövmə  (tayfaya),  nə  coğrafiy­

aya,  nə  siyasətə,  nə  də  iradəyə  bağlı  bir  topluluq  deyildir. 

Millət  dil,  din,  əxlaq  və  bütün  gözəl  sənətlər  -   estetika  ba­

xımından  ortaq  olan,  yəni  eyni  tərbiyəni  görmüş  fərdlərdən 

ibarət  bir  zümrədir».  O,  sonra  yazırdı:  «İnsan  üçün  mənə­

viyyat  -   mənəvi  quruluş  maddiyyatından  -   maddi  qurulu­

şundan  öncə  gəlir.  Buna  görə milliyyətdə  şəcərə (soykötüyü) 

axtarılmaz.  Yalnız  tərbiyənin və  ülkünün -  məfkurənin  milli 

olması aranır».5

Gökalp  türkçülük  idealım  üç  qrupa  ayırırdı:  türkiyəçi- 

lik,  oğuzçuluq,  turançılıq.  Onun  fikrincə  kültür  (hars)  cə­

hətdən  «birləşməsi  asan  olan  türklər  oğuz  türkləridir» 

(Türkiyə  türkləri,  Azərbaycan  türkləri,  türkmənlər  və  b.). 

Gökalp  göstərirdi  ki,  bu  birliyin  məqsədi  hələ  siyasi  birlik 

ola  bilməz,  «...bu  günkü  ülkümüz  (idealımız)  oğuzların  yal­

nız  kültürcə-harsca  birləşməsidir».6  «Türkçülüyün  uzaq 

ülküsü  Turan  adı  altında  birləşən  oğuzları,  tatarları,  qırğız-

2 Z.Gökalp. Türkçülüyün əsaslan. Bakı,  1991, s.27.

3 Yenə orada, s.28.

4 Yenə orada, s.31.

5 Yenə orada, s.35.

6 Yenə orada, s.37.

8

lari,  özbəkləri,  yakutları  dildə,  ədəbiyyatda  və  kültürdə 



(harsda)  birləşdirməkdir».  «Turan  məfkurəsi  olmasaydı, 

türkçülük  bu  qədər  sürətlə  yayılmazdı.  Bununla  bərabər, 

kim  bilir,  bəlkə,  gələcəkdə  Turan  ülküçülüyünün  gerçəkləş­

məsi  də  mümkün  olacaqdır.  Ülkü  gələcəyin  yaradıcısıdır. 

Dünən  türklər  üçün  xəyali  bir  məfkurə  durumunda  olan 

Milli dövlət,  bu  gün Türkiyədə bir həqiqət olmuşdur».7 «Tu­

ran  bütün  türklərin  keçmişdə  və  bəlkə  də  gələcəkdə  bir  ger­

çək  olan  böyük  vətəndir»;  «turanlar  yalnız  türkcə  danışan 

millətlərdir».8

Milli  kültür  (hars)  ilə  mədəniyyəti  (sivilizasiyanı)  Gö­

kalp  bir-birindən  ayırır.  «Kültür  milli  olduğu  halda,  mədə­

niyyət  uluslararasıdır  (beynəlmiləldir).  Kültür  yalnız  bir 

millətin din,  əxlaq,  hüquq,  ağıl,  estetika,  dil,  iqtisadiyyat  və 

texnika  ilə  bağlı  yaşayışlarına  uyumlu  (ahəngdar)  bir 

bütündür.  Mədəniyyət  isə  eyni  inkişaf səviyyəsində  olan  bir 

çox  millətlərin  toplumsal  (sosial)  həyatlarının  ortaq  bir 

bütünüdür.  Məsələn,  Avropa  və  Amerika  mədəniyyət  dairə­

sində  bütün  avropalı  millətlərin  ortaq  bir  Qərb  mədəniyyəti 

vardır».9

Gökalpın  fikrincə  bir  qrup  seçkin  adamlar  -   ziyalılar 

xalqdan  aralı  düşmüşlər.  İndi  onlar  «xalqa  doğru»  getməli­

dirlər;  türkçülüyün  əsaslarından  biri  budur.  Onun  dediyinə 

görə  «seçkinlər  mədəniyyətə  malikdir.  Xalqda  isə  kültür 

vardır.  Belə  olduqda,  seçkinlərin  xalqa  doğru  getməsi  iki 

məqsəd  üçün  ola  bilər:  1)  xalqdan  milli  kültür  tərbiyəsi  al­

maq  üçün  xalqa  doğru  getmək;  2)  xalqa  mədəniyyət  apar­

maq üçün xalqa doğru getmək».10

Gökalp  və  onun  həmfikirləri  o  dövrdə  Türkiyədə  fəa­

liyyət  göstərən  əsas  ideoloji  cərəyanları  barışdırmağa  çalı­

şırdılar.  O,  «türkləşmək,  islamlaşmaq,  avropalaşmaq»  şüa­

rını  müdafiə edir və  bu cərəyanlar arasında heç  bir ziddiyyət 

olmadığını göstərirdi.

7 Yenə orada, s.38.

8 Yenə orada, s.39.

9 Yenə orada, s.40.

10 Yenə orada, s.50.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə