Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   ...   33

Bundan  başqa  müasir  müəssisələr,  yüksək  dərəcədə  ixtisas­

laşırlar,  kütləvi  mal  istehsal  edirlər.  Onlar  geniş  bazara ma­

lik  olmalı  və  müntəzəm  olaraq  xammalla  təchiz  edilməlidir­

lər.  Bir sahənin inkişafı eyni vaxtda bir çox  qarışıq sahələrin 

inkişafından  asılıdır.  Ona görə  də xalq  təsərrüfatının  müxtə­

lif  sahələri  əlaqələndirilməli  və  bu  sahələrin  inkişafı  arasın­

da  müəyyən  mütənasiblik  yaradılmalıdır.  Bu  vəzifəni  də 

yalnız  dövlət  həyata  keçirə  bilər.  Nəhayət,  iqtisadi  geriliyin 

aradan  götürülməsi  prosesi  xarici  inhisarlar  ilə  kəskin 

mübarizə şəraitində  baş  verir.  Odur ki,  təbii  olaraq,  yeni  ya­

radılan  müəssisələr  ilk  vaxtlar  xüsusi  müdafiə  olunmalıdır­

lar.  Belə  bir  şəraitdə  müvəffəqiyyətlə  yeni  müəssisələr  ya­

ratmaq  və  onları  inkişaf  etdirmək  vəzifəsinin  öhdəsindən 

şübhəsiz ki,  yalnız dövlət gələ  bilər.

Qərbin  bir  çox  nəzəriyyəçiləri  zəif  inkişaf  etmiş  ölkə­

lərdə  dövlət kapitalizminin  qüvvətlənməsi  zərurəti  haqqında 

yazırlar.  Lakin onlar qətiyyətlə tələb edirlər ki,  dövlətin fəa­

liyyət  dairəsi  məhdudlaşdırılsın  və  xüsusi  təşəbbüs  üçün  ge­

niş  imkanlar  yaradılsın.  Bu  sahədə  onlar  az  inkişaf  etmiş 

ölkələrin  daxilində  iri  milli  burjuaziyanın  bəzi  təbəqələri 

arasında özlərinə müttəfiq tapa bilirlər.

İnkişaf etmiş  Qərb  dövlətləri zəif inkişaf etmiş  ölkələr­

də  öz  mövqelərini  saxlamaq  və  möhkəmləndirmək  üçün 

bütün  vasitələrdən  istifadə  edirlər.  Onlar  həmin  ölkələrdə 

gələcəkdə  də  öz  mövqelərini  itirməmək  üçün  orada  sənaye­

ləşmənin  qarşısını  almağa  çalışırlar.  Bunun  üçün  əlverişli 

şəraiti  məhz  xüsusi  kapitalın  hökmranlığı  yaradır.  Xüsusi 

xarici  inhisarların  zəif  inkişaf  etmiş  ölkələrə  öz  hazır  məh­

sullarım  ixrac  etməsi  və  xammal  mənbələri  ələ  keçirməsi 

üçün  geniş  imkanlar  yaranır.  Böyük  inhisarlar  belə  ölkələrə 

özləri üçün  əlverişli şərtlərlə kapital ixrac edirlər.

Xüsusi  təşəbbüsün  inkişaf  etdirilməsini  istəyən  xarici 

kapitalistlər,  əlbəttə,  ilk  növbədə  geri  qalmış  ölkələrin  iqti­

sadiyyatına  müdaxilə  etməklə  öz  mənafeləri 

barədə 

düşünürlər.  Odur ki,  onlar geri qalmış ölkələrdə yeni istehsal 



sahələrinin  yaradılmasını  və  bu  işdə  yerli  kapitalın  geniş  iş­

tirak etməsi  meylini  millətçilik  adlandırırlar.  Guya  belə mil­

lətçilik  azad  rəqabətə  mane  olur.  Onların  fikrincə  azad  rə­

18

qabət olmayan yerdə isə məhsuldar qüvvələrin rasional inki­



şafı mümkün deyil.

Əlbəttə,  nəhəng  Amerika  və  Qərbi  Avropa  inhisarları 

ilə  «azad»  rəqabət  şəraitində  geri  qalmış  ölkələrdə  milli  sə­

nayenin  inkişafından  danışmaq  əslində  bu  ölkələrdə  xalq 

təsərrüfatının inkişafı əleyhinə çıxmaqdır.

Amerika alimi U.Rostou  «İqtisadi inkişafın mərhələlə­

ri»  kitabında  yazır:  «Biz  göstərməliyik  və  nümayiş  etdirmə­

liyik  ki,  zəif inkişaf etmiş  ölkələr demokratik dünya  orbitin­

də  qalaraq,  kommunizmin  hədələrinə  və  şirnikdirilmələrinə 

müqavimət  göstərərək...  əvvəlcədən  müəyyən  edilmiş  şərtlər 

daxilində  açıq  irəliləyişə  doğru  hərəkət  edə  bilərlər.  Qərbin 

ən  vacib vəzifələri siyahısında bu, mən belə  hesab edirəm  ki, 

bütün  punktların ən əhəmiyyətlisidir».24

Türkiyənin  iqtisadi  inkişafında  kapitalist  istehsal  üsu­

lunun  bir  forması  kimi  dövlət  kapitalizmi  siyasətinin  böyük 

əhəmiyyəti olmuşdur.  Etatizm adlanan  bu siyasət xalq təsər­

rüfatını  inkişaf etdirmək  və  onu  xarici  rəqabətdən  qorumaq 

üçün  ölkədə  dövlətin  rəhbərliyi  ilə  sənaye  müəssisələrinin 

tikilməsini  tələb  edirdi.  İri milli kapitalın nümayəndələri  xa­

rici  inhisarçılarla  birgə  hərəkət  edərək  xüsusi  təşəbbüs  üçün 

geniş fəaliyyət  sahəsi  yaradılmasını  və dövlət  sənaye müəssi­

sələrinin xüsusi əllərə verilməsini tələb edirdilər.

Türk  alimi  Ahmet  Hamdi  Başar  «Demokratiya  böh­

ranları»25  kitabında  dövlətin  iqtisadiyyata  müdaxilə  etməsi 

əleyhinə  çıxır,  bütün  dövlət  müəssisələrini  kapitalistlərə 

verməyi  tələb  edirdi.  A.H.Başar  təklif  edirdi  ki,  «iqtisadi 

dövlət»  adı  altında  sənayeçilərin  xüsusi  ittifaqı  yaradılsın. 

Bu  ittifaq  onun  fikrincə,  ölkənin  təsərrüfat  həyatına  təkba­

şına  rəhbərlik  etməli  və  xüsusi  təşəbbüsün  inkişafına  şərait 

yaratmalıdır.  O,  belə  hesab  edir  ki,  dövlət yalnız  siyasi  pro­

blemlərlə  məşğul  olmalıdır.  A.H.Başar  liberal  iqtisadiyyat 

tərəfdarı  kimi çıxış  edirdi.

Dövlət  sektorunun  ləğv edilməsi  əleyhinə  çıxış  edənlər 

də  az  deyildi.  Milli  kapitalı  möhkəmləndirmək  və  xarici  ka­

pitalın  ölkəyə  daxil  olmasının  qarşısını  almaq  istəyən  milli

24 Bax: Журн.  «Проблемы мира и социализма», №1,  1968, с.50.

25 А .Н .Başar.  Demokrasi buhranları. İstanbul,  1956.

19



burjuaziyanın  bəzi  nümayəndələri  də  bu  mövqedən  çıxış 

edirdilər.

Türk alimi  İsmail  Hakkı  Baltacıoğlu  və  başqaları  məş­

hur  türk  pantürkist  sosioloqu  Ziya  Gökalpı  Türkiyədə  döv­

lət  kapitalizmi  -  etatizm  ideyasının  banisi  hesab  edirlər.26 

Z.Gökalp  «İqtisadi  möcüzə»  məqaləsində  yazırdı  ki,  xüsusi 

təşəbbüs  Türkiyədə  çox  zəifdir,  ona  görə  də  istehsalın  qa­

baqcıl sahələrinə dövlət rəhbərlik etməlidir.27

Türk alimi  Özcan  Kaya  yazırdı  ki,  Türkiyə zəif inkişaf 

etmiş  keçmiş  müstəmləkə ölkələrindən  o  qədər də  irəli  deyil, 

«olsa-olsa dərəcə fərqi görünməkdədir».28

Özcan  Kaya  yazırdı:  «Bu  gün  iqtisadi  cəhətdən  irəli 

getmiş  ölkələrin inkişafını  tədqiq  edərkən  görürük  ki,  iqtisa­

di  inkişafın  başlanğıcında bu  ölkələrdə  çox  qüvvətli  rejimlər 

qurulmuşdur.  Feodalizmin  yıxılması  ilə  qurulan  modern 

dövlətlər  iqtisadi  inkişafın  siyasi  şərtlərini  hazırlamışlar. 

Siyasi  quruluşun  dəyişməsini  təmin  edən  hadisələr  eyni  za­

manda  cəmiyyətin  ictimai  quruluşunda  da  öz  təsirini  gö­

stərmiş,  xalqın  düşüncə  tərzində,  əxlaq  qaydalarında  və  hə­

rəkət  tərzində  əhəmiyyətli  dəyişikliklər  yaratmışdır.  Ancaq 

belə  böyük  ölçüdə  olan  siyasi  və  ictimai  dəyişikliklərdən  so­

nra  sənayenin  inkişafının  şahidi  oluruq.  Böyük  əksəriyyəti 

müstəmləkə  zülmündən  yeni  azad  olmuş  bu  günün  geri  qal­

mış məmləkətləri  sağlam  bir dövlət mexanizmindən  məhrum 

olan  kimi  cəmiyyətdə  hakim  olan  ictimai  sərvətlər  və  qəbul 

olunmuş  istehsal  metodları  da  müasir  texnikanın  tətbiqinə 

böyük ölçüdə əngəl törədirlər».29

Göründüyü  kimi  Özcan  Kaya  iqtisadi  inkişafda  dövlə­

tin rolunu  həlledici sayırdı.

Türkiyənin  iqtisadiyyatında  kənd  təsərrüfatı  əsas  yer 

tutur.  Ölkənin milli gəlirinin yarıdan çoxunu kənd təsərrüfa­

tı  verir.  Odur  ki,  əkinçiliyin  inkişaf etdirilməsi  həmişə siyasi 

xadimlərin və alimlərin diqqət mərkəzində olmuşdur.

26  Bax:  «Ziya Gökalp». A nkara,  1959, s. 18.



11 Yenə orada,  s.68-70.

28  Ö.Kaya.  Iktisaden  geri  kalmış  memleketlerde  planlama.  Bax:  Ankara 

Üniversitesi Siyasal Bilgiler fakültesi dergisi, №  1, m art  1961, s.55.

9 Yenə orada, s.51.

20

Türkiyədə  torpaq  islahatı  problemi  hələ  son  vaxtlara 



qədər həll  edilməmiş qalırdı.  Bu məsələ ətrafında daima türk 

alimləri  və  ictimai  xadimləri  arasında  qızğın  mübahisə  get­

mişdir.  Bəziləri  deyirdilər  ki,  torpağı  kiçik  sahələrə  bölüb 

kəndlilər  arasında  paylamaq  lazımdır.  Digər  ideoloqlar  isə 

torpaq  islahatının  keçirilməsini  hər  şeydən  əvvəl  iri  təsərrü­

fatların  yaradılması  kimi  başa  düşürdülər.  Onların  fikrincə, 

kəndlilər  iri  təsərrüfatda  birgə  işləməklə  kənd  təsərrüfatı 

məhsullarının  istehsalını  artıra  bilərlər.  Filosof  H.Z.Ülkən 

yazır  ki,  yeni  aqrar rejim  kənd  təsərrüfatı istehsalının  tənəz­

zülə  uğraması  ilə  yaranır.  Qəflətən  kiçik  təsərrüfatdan  iri 

təsərrüfata  keçmək  böyük  sarsıntılara  səbəb  olur.  Tələsik 

keçirilən  böyük  torpaq  islahatları  göstərir  ki,  iqtisadi  fəla­

kətlərə  uğramadan  böyük  torpaq  mülkiyyətini  xırda  hissələ­

rə  bölmək  olmur.  Bəzi  iri  torpaq  mülkiyyətləri  «hormonik 

bütöv»  təşkil  edirlər.  Onlar  sənaye  ilə  sıx  əlaqə  saxlayır  və 

istehsalı  yaxşı  təşkil  edirlər.  Odur  ki,  bu  iri  torpaq 

mülkiyyəti yalnız kooperativlərlə əvəz edilə bilərlər.30

Sosioloq  İsmail  Beşikçi  göstərir  ki,  «ağalıq  sosial  bir 

müəssisədir».31  Onu  bir  dövlət  dekreti  ilə  aradan  götürmək 

olmaz.  Bunun  üçün  mülkiyyət  və  əmək  bölgüsü  sahəsində 

köklü islahatlar keçirmək  lazımdır.  Əks halda bir mülkədar­

ları başqa mülkədarlar əvəz edirlər.32

Hasan  Reşit  Tankut  «Kənd  və  qalxınma»  kitabında 

yazır  ki,  kiçik  kəndlər  birləşib  iri  təsərrüfat  yaratmalıdırlar. 

Kiçik  kəndlərin  mədəni  səviyyəsi  çox  aşağı  olur,  orada  na­

tural  təsərrüfat  mövcuddur,  hər  kəs  yalnız  özü üçün  istehsal 

edir.  Bu  kəndlər  ölkənin  milli  gəlirinin  artmasında  heç  bir 

rol oynamırlar.33 H.R.Tankut  belə hesab  edir ki,  kənd  əhali­

si  ölkənin  bütün  əhalisinin  ən  azı  yarısını  təşkil  etməlidir. 

Kəndlilərin  öz  yerlərini  tərk  edib  getməməsi  üçün  onların 

torpaq  mülkiyyəti  olmalıdır.  Bu  hər  bir  kəndlinin  arzusu­

dur.  «İnsan  ölür,  ancaq  mülkiyyət  yaşayır».  Torpaq 

mülkiyyəti kəndin yaşaması üçün əsas şərtdir.

30 H.Z.Ülken.  Siyasi partiler ve sosyalizm.  İstanbul,  1963, s. 125.

311.Beşikçi. Doğu şorunu ağalık.  Bax: «Forum»,  15 şubat  1968, s. 12.

 Yenə orada, s. 13.

33 H .R.Tankut.  Köy ve kalkınma. Ankara,  1960, s.l 1-13.

21



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə