Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   2   3   4   5   6   7   8   9   ...   33

Beləliklə,  H.R.Tankutun  fikrincə,  əgər  bütün  kəndlilə­

rin  torpaq mülkiyyəti  olsa onlar  öz kəndlərini  tərk  etməzlər. 

Bu  iki  tərəfdən  xeyirlidir.  Əvvəla,  milli  gəlir  artar,  ikincisi, 

insanlar gələcəyə ümid bəsləyə bilərlər.34

XX  əsrin  50-70-ci  illərində  Türkiyədə  sosializm  haq­

qında  çox  yazırdılar,  hətta  sosialistlər  öz  cəmiyyətlərini  ya­

ratmışdılar.  Ancaq  bu  cəmiyyətin  üzvləri  sağ  sosialist  və  is­

lahatçılıq  mövqeyində  dururdular.  Onların  sosializminin 

«elmi  sosializm»  adlanan  marksist  təlim  ilə  çox  az  uyğun­

luğu  vardı.  Lakin  onların  imperializmə,  xarici  kapitala  q ar­

şı,  ölkənin  müstəqil  ictimai-iqtisadi  inkişafı  uğrunda  açıq 

mübarizəsi öz-özlüyündə mütərəqqi hadisə idi.

Göstərilən  dövrdə  Türkiyədə  dövri  mətbuatda  (məsə­

lən,  «Yön»,  «Aydınlıq»,  «Türk  solu»  və  s.  qəzet  və  jurnal­

larda)  sosializmə  aid  çoxlu yazılar  dərc edilirdi.  60-cı  illərdə 

sosializm  haqqında  kitablar  yazılır,  bəzi  Qərb  sosialistləri­

nin  və marksizm-leninizm klassiklərinin  bir  çox əsərləri  türk 

dilinə  tərcümə  edilərək  böyük  tirajlarla  nəşr  olunurdu. 

Ümumiyyətlə  Türkiyədə  sosializmə  qarşı  böyük  maraq  ya­

ranmışdı.

Bəzi  türk  filosoflarının  fikrinə  görə,  bütün  qabaqcıl 

kapitalist  ölkələri  sosializm tərəfdarı  idilər.  Onlar  deyirdilər 

ki,  sosializm  və  kommunizm  iki  müxtəlif  sistemdir.  Sosia­

lizmdə  dövlət  mülkiyyəti  ilə  yanaşı  xüsusi  sahibkarlıq  da 

mövcuddur.  Belə  müəlliflər  iddia  edirlər  ki,  dövlət  iqtisa­

diyyatda  rəhbər  mövqe  tutmaqla  xüsusi  təşəbbüsün  inkişafı 

üçün  yaxşı  şərait  yaradır.  Ağır  sənaye,  kredit  təşkilatları, 

xarici  ticarət  bütünlüklə  dövlətin  əlində  olmalıdır.  Beləliklə, 

bəzi  nəzəriyyəçilər  Türkiyədə  dövlət  kapitalizminin  qüvvət­

lənməsini  tədricən  sosializmə  keçid  kimi  qiymətləndirir  və 

etatizmi  sosializmin  xüsusi  forması  hesab  edirdilər. 

H.Z.Ülkən  yazırdı  ki,  etatizmin  ən  parlaq  forması  «dövlət 

sosializmidir».  Bu  sosializm  başqa  sosializmlərdən  özünün 

iki  xüsusiyyətinə  görə  fərqlənir:  1)  ictimai  gəliri  cəmiyyət 

üzvləri  arasında  bərabər  bölmək  istəyən  başqa  sosializmlər­

dən  fərqli  olaraq  «dövlət  sosializmi» gəliri insanlar  arasında 

«onların  ləyaqətinə  görə»  bölmək  tərəfdarıdır.  Lakin  bu

34 Yenə orada, s.23-29.

22

prinsip  Ülkənin  fikrincə  təcrübədə  özünü  doğrultmur;  2) 



«dövlət  sosializmi»  mövcud  siyasi  quruluşu  məhv  etmir.  İri 

müəssisələr,  banklar  milliləşdirilir.  Bütün  torpaq  və  kiçik 

müəssisələr xüsusi əllərdə qalır.35

Dövlət  kapitalizmi  sosializm  üçün  maddi  hazırlıq  ro­

lunu  oynaya  bilir.  Dövlət  kapitalizmi  olan  yerdə  milliləşdi- 

rilmə  yolu  ilə  istehsalın  müəyyən  ölçüdə  ictimailəşdirilməsi 

başlanır.  Lakin  bu yol ilə yeni  sosialist istehsal münasibətlə­

ri  yaradılmır.  Həm  xüsusi  kapitalist  bölməsində,  həm  də  iq­

tisadiyyatın  dövlət  bölməsində  istehsalın  əsas  məqsədi,  hə­

rəkətverici qüvvəsi yüksək gəlir götürməkdir.

Bəzi  türk  müəllifləri  nümunə  olaraq  İngiltərəni 

götürürdülər.  Məlumdur  ki,  burada  sənayenin  təxminən  20 

faizi  dövlət  mülkiyyətindədir.  Lakin  türk  nəzəriyyəçiləri  nə­

zərə  almalıdırlar  ki,  milliləşdirilmiş  müəssisələrin  sahibləri 

aldıqları  kompensasiyanın  bir  hissəsini  kapitala,  yeni  kapi­

talist müəssisələrinə çevirirlər.

Onu da qeyd  etmək  lazımdır ki,  türk  müəlliflərinin  heç 

də  hamısı  dövlət  kapitalizmi  ilə  sosializmi  eyniləşdirmirdi­

lər.  Məsələn,  Cəmil  Sait  Barlas  «Sosialistlik  yolları  və 

Türkiyə  gerçəkləri»  adlı  kitabında  yazırdı:  «...Dövlətçiliklə 

(və ya yeni dövlətçiliklə)  sosialistlik eyni şey  deyil.  Dövlətçi­

lik sosialistlikdə bir parçadır».36 *

Türkiyədəki  sol qüvvələrin bəzi nümayəndələri  belə he­

sab  edirdilər  ki,  sosializmə  birdən-birə  keçmək  olmaz,  bu­

nun  üçün  müəyyən  hazırlıq  dövrü  olmalıdır.  Onlar  sosializ­

mə  keçmək  üçün  çox  uzun  yol  təklif  edirdilər.  1971-ci  il 

mart  çevrilişindən  sonra  qadağan  edilmiş  Türkiyə  İşçi  Par­

tiyasının liderlərindən  olan  Behicə Boran  «Millət» qəzetində 

yazırdı:  «Türkiyə  və  ümumiyyətlə  az  inkişaf  etmiş  ölkələr 

kapitalizm  yolu  ilə  irəliləyə  bilməzlər,  amma  doğrudan- 

doğruya sosialist  bir  düzənə  də  keçə  bilməzlər.  Çünki  sosia­

lizm cəmiyyəti  qurmaq  üçün tələb olunan  şərtlər yoxdur.  Bu 

ölkələr elə bir inkişaf yoluna keçmək məcburiyyətindədir  ki, 

əvvəla, Qərbdə kapitalizmin həyata keçirdiyi  tarixi vəzifənin

35 H.Z.Ülken. Siyasi partiler ve sosyalizm, s.38-39.

36  C.S.Barlas.  Sosyalistlik  yolları  ve  Türkiye  gerçekleri.  İstanbul,  1962,

s.6.

23



öhdəsindən  gələ  bilsin,  yerli  kapital  yığımını  təmin  edə  bil­

sin,  sürətlə  sənayeləşməni  həyata keçirə  bilsin,  müasir  texni­

kanı  cəmiyyətin  malı  edə  bilsin;  ikincisi,  bu  həmin  ölkələrin 

xüsusiyyətlərinə,  şərtlərinə,  imkanlarına uyğun olmalıdır».37

Bəzi  ideoloqlar  sosializmin  müxtəlif  modellərini  yara­

dır,  sosializmi  mücərrəd  bir  məvhuma  çevirir,  sosializm  adı 

altında  əslində  kapitalizmi  müdafiə  edir,  sinfi  mübarizəni 

inkar  edirdilər.  Belə  ideoloqlardan  biri  də  Şevket  Süreyya 

Aydemir  idi.  O,  «Kim» jurnalında  çap  etdirdiyi  bir  məqalə­

də  «türk  sosializminin»  dörd  zəif tərəfini  göstərərək,  birinci 

növbədə  Türkiyədə  mütəfəkkir  sosialistlərin  olmadığım  gö­

stərir.  Ş.S.Aydemir  yazır:  «Çağdaş  anlamda  sosializm  bir 

fikir və  bir hərəkət axımıdır.  Bu  axımda  fikir,  yəni  ideya  hə­

rəkatın  təməlini  təşkil  edir»  «Bu  hərəkatın  qayəsi  ictimai 

quruluşun  yenidən  və  sosialist  bir  şəkildə  dəyişdirilməsidir. 

Bu dəyişiklik ya inqilab yolu ilə olur və inqilabçı sosializmin 

(kommunizmin)  mövzusunu  təşkil  edir,  ya  da  Qərb  yolu  ilə 

olur».  Ş.S.Aydemir  bu  ikinci  yolun  tərəfdarıdır.  O,  Türkiyə 

üçün  tövsiyyə etdiyi  «sosializmə»  cürbəcür  adlar qoyur:  «tə- 

kamülçü  sosializm»,  «demokratik  sosializm»,  «məmləkətçi 

sosializm»,  «xalqçı  sosializm».38  Məsələnin  sinfi  tərəfi  inkar 

edilir.  Ş.S.Aydemir  göstərir  ki,  sosializm  ideologiyası  ilə 

əsasən  mütəfəkkirlər  məşğul  olmalıdırlar,  çünki  sosializm 

prinsipləri  təfəkkür  kateqoriyalarıdır.  Odur  ki,  sosializmi 

ideoloqsuz  təsəvvür  etmək  olmaz.  Türkiyədə  isə  sosialist 

mütəfəkkirlər  yoxdur.39  Sosializmin  Türkiyədə  ikinci  zəif 

tərəfi  odur  ki,  burada  rəhbərlik  edəcək  təşkilat  yoxdur. 

Alimin  yaratdığı  ideyanı  həyata  keçirə  biləcək  təşkilat  la­

zımdır.  Aydemir antikommunizm  mövqeyindən  çıxış  edərək 

sübut  etməyə  çalışır  ki,  Türkiyədə  kommunizm  ola  bilməz. 

O,  göstərir  ki,  əgər ölkədə  güclü  «milli  və  demokratik  sosia­

lizm»  varsa,  orada  «inqilabçı  sosializm»,  yəni  kommunizm

37  B.Boran.  Sosyalizm  bir  tercih  meselesi  değildir.  Bax:  «Milliyet»,  28 

nisan  1967, s.2.

38  Ş.S.Aydemir.  Türk sosyalizmin  dört  zaafı.  Bax:  «Kim»,  22  eylül  1967, 

s.6.


39 Yenə orada, s.7.

24

ola  bilməz.40  Sosializmin  Türkiyədə  üçüncü  zəif  tərəfi  Ay- 



demirə  görə  odur  ki,  burada  sosializmin məlum  şüarı,  aydın 

məqsədi  yoxdur.  Dördüncü  zəif tərəf kimi,  Türkiyədə  sosia­

lizmin xalq  kütlələri  ilə birləşib onun malı  ola  bilməməsi  gö­

stərilir.  Ş.S.Aydemir  yazır  ki,  «klassik  sosialist  hərəkatı» 

hər  şeydən  əvvəl  sinfi  hərəkat  idi.  Lakin  «islahatçı  sosializ­

min»  qüvvətlənməsilə  bu  hərəkat  tədricən  xalq  hərəkatına 

çevrilir.  Məsələn,  bəzi kapitalist ölkələrində kommunist  par­

tiyaları  dinin  köməyi  ilə  sosializm  qurmaq  istəyirlər.  Bun­

dan  başqa,  milli-azadlıq  hərəkatı  vaxtı  ümumi  milli vəzifələr 

kölgədə  qalır.  Antiimperialist  milli-azadlıq  hərəkatı  nəticə­

sində  bəzən  kommunist  rejimi  yarana  bilər  (Çin),  bəzən 

Qərb  tipli  liberal-demokratik  quruluş  yarana bilər.  Məsələn, 

Türkiyədə olduğu kimi.41

Göründüyü  kimi  Ş.S.Aydemir  hər  vəchlə  sübut  etməyə 

çalışır  ki,  Türkiyədə  «inqilabçı  sosializm»  ola  bilməz. 

Doğrudur,  o,  sosializm  haqqında  çox  yazır,  ona  tərəfdar 

çıxır.  Lakin  onun  təbliğ  etdiyi  sosializm  əslində  Qərb  tipli 

sosial-demokratiyadan başqa  bir şey deyil.

Bəzi  Avropa  alimləri  yazırlar  ki,  zəif inkişaf etmiş  öl­

kələrdə  əhali  əsasən  bir-birindən  fərqlənən  iki  qrupa 

bölünür:  keçmiş  feodal  ənənələrinə  bağlı  olan  xalq  kütlələri 

və  Qərbin  təfəkkür  tərzini  mənimsəmiş  qabaqcıl  adamlar. 

Bu  qabaqcıllar  ölkəni  inkişaf  etdirmək  istəyir,  xalq  kütləsi 

isə  buna  mane  olur.  Türk  alimi  Ünsel  Oksay  bu  fikir  ilə  qə­

tiyyən  razılaşmır.  O,  göstərir  ki,  belə  fikir  kökündən  yanlış­

dır.  Çünki,  bu  iki  qrup  insanlar  bir-birindən  asılıdırlar,  biri 

olmasa  o  birisi  yaşaya  bilməz.  Biri  xarici  kapital  ilə  birlikdə 

o  birisini  istismar  edir.  Müasirləşmək  üçün  mövcud  qurulu­

şun  dəyişməsi  zəruridir.  Bu  dəyişiklik  «Avropa  mədəniyyə­

t i n i  mənimsəmiş  varlılar üçün əlverişli deyil.  Belə dəyişiklik 

yalnız istismar olunan  kütlə üçün lazımdır.42

XX  əsrin  50-60-cı  illərində Türkiyədə  təsərrüfatın  plan 

üzrə  inkişaf  etdirilməsi  zərurəti  haqqında  çoxlu  kitab  və

40 Yenə orada, 29 eylül  1967.

41 Yenə orada,  13 ekim  1967.

42  Ü.Oksay.  Azgelişmiş  ülkelerde  aydınlar,  gendik  ve  yedi  yanlış  görüş. 

Bax:  «Kim»,  17 kasım  1967, s.9.

25



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə