Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

qüvvəsi  hesab edir  və onu  mədh edirdilər.  G.Sorelin fikirləri 

o  dövrdə  bu  təmayülün  əsas  göstəricilərindən  biri  hesab  edi­

lirdi.  C.Meriç  fikrini  əsaslandırmaq  üçün  başqa  müəlliflərə 

də  müraciət  edir.  «Bu  yolla  ihtilalların  təhlilini  verərkən 

öncə  əsas  fəaliyyəti,  sonra  isə  fərd  və  qrupları  tədqiq  etmək 

lazımdır»  (Artur  Bauer).  C.Meriç  yazır:  «Onun  Beynəlxalq 

Sosiologiya  İnstitutunun  mükafatına  layiq  görülən  əsəri 

burjua  ənənələrini  davam  etdirir,  nə  iqtisadi  siniflərdən,  nə 

də  mülkiyyət  düzənindən  söz  açmır»  (s.118-119).  C.Meriçin 

bu tənqidi o dövrdəki marksistlərin fikrinə çox yaxındır.

1912-ci ildə  çap olunan  «Sosialist  Ensiklopediyasında 

inqilaba  verilən  tərif  C.Meriçə  görə  XIX  əsr  anlayışlarına 

çox  yaxındır:  «İhtilal  köklü  və  dibdən  zirvəyə  qədər  bir 

düzən,  bir  idarə  etmə,  bir  ruh  dəyişikliyidir,  bəşəri  və  sosial 

bir  qurtuluş  hərəkatıdır.  İhtilal  ömrünü  tamamlamış  sosial 

və  siyasi  bir  düzənin  təməldən  yox  edilməsi,  topyekun  bir 

dəyişmədir,  yıxır  və  yenidən  qurur.  İhtilal  mütləq  bir  fəlsə­

fəyə,  bir  dünyagörüşünə  dayanmaq  məcburiyyətindədir» 

(12-ci cild) (s. 119).

C.Meriç  belə  bir  fikri  əsaslandırmağa  çalışır  ki,  istər 

XIX  əsr,  istərsə  də  XX  əsrdə  inqilaba  verilən  təriflərin  ha­

mısı  üçün  əsas  örnək  -  1789-cu  il  Fransa  inqilabıdır.  Onun 

fikrincə  «1917-ci  il  rus  inqilabı  əslində  gerçəkləşmədi.  Deyə 

bilərik  ki,  1917-ci  ilə qədər Avropada hakim  olan  ihtilal  an­

layışı  XIX  əsrdən  gələnlərin  bir  qədər  inkişaf etdirilmiş  tə­

krarından  ibarətdir».  Müəllifin  bu  fikrini  bütövlükdə  doğru 

hesab  etsək  də,  göstərməyi  lazım  bilirik  ki,  XIX  və  XX  əsr­

lərdəki  inqilab  anlayışları  arasında  qırılmaz  varislik  əlaqəsi 

olsa  da,  XX  əsrdə  bu  anlayış  keyfiyyətcə  yeniləşdi.  Təkrarı 

isə yeniləşdirmək  olmaz,  yalnız onun  formasını  dəyişdirmək 

olar,  məzmun  isə  qalmalıdır.  Leninin  «Dövlət  və  inqilab» 

əsərinə  müraciət  edən  C.Meriç  demək  olar  ki,  göstərdiyimiz 

fikir  ilə  razılaşır.  O,  Leninin  bu  əsərini  yaxşı  bildiyini 

nümayiş  etdirərək  yazır:  «...Lenin  ihtilalın  daha  çox  siyasi 

tərəfi  üzərində  durur.  Başqa  sözlə,  Marks  və  Engels  ihtilala 

tərif verərkən uzun illər təhlil aparmış və bu sosial hadisənin 

mücərrəd  (abstrakt)  bir  formulunu  verməyə  çalışmışdılar. 

Lenində  isə  ihtilal  hakimiyyət  məsələsi  kimi  görülməkdədir. 

Yəni  Lenin  ihtilalın  qısa  müddəti  əhatə  edən  bir  analizini

78

aparır və üstqurumu  önə  çəkir»  (s. 119).  Doğrudan  da  Lenin 



dəfələrlə  təkrar  etmişdir  ki,  bütün  inqilabların  əsas  tələbi 

hakimiyyət  məsələsidir.  O,  öz  məqsədinə  çatmaq  üçün  daha 

konkret tələblər irəli sürürdü.

Fikrini davam etdirən C.Meriç  burjua və sosialist inqi­

labları  arasındakı  əsas  fərqlərdən  bəhs  edir  və  onları  mar­

ksistlərin  daha  çox  müraciət  etdikləri  «bazis»  və  «üstqu­

rum»  anlayışlarının  yardımı  ilə  izah  etməyə çalışır.  «Burjua 

devrimləriylə  sosialist  devrimi  arasındakı  başlıca  fərq  bu­

dur:  Burjua  devrimində  bazisdəki  (alt  yapıdakı)  dəyişiklik­

lər  dövlət  quruluşunda  öz  əksini  sonradan  tapır.  Sosialist 

devrimi üçün öncədən iqtidarın  ələ keçirilməsi  lazımdır.

Hər  iki  devrimdə  də  iqtidar  başlanğıcda  müəyyən  bir 

ittifaqın əlində  olur.  Burjuaziyanın  dövlət  işindəki müttəfiqi 

aristokratiyadır,  lakin  bu  düşmən  birliyi  çox  çəkmir,  bur­

juaziya  güclənəndə  aristokratiyanı  dövlətdən  uzaqlaşdırır. 

Fəhlə  sinfi  isə  kəndlilərlə  ittifaq  quraraq  hakimiyyətə  gəlir. 

Yəni,  bu iki sinif ümumi  düşmənə qarşı hakimiyyətə birlikdə 

gəlirlər.  Beləliklə,  Leninə  görə «bu  halda  devrim  iqtisadi  sa­

hədə  baş  verən  çəkişmələrin  yardımı  ilə  siyasi  sahədə  ger­

çəkləşir.  Əvvəlcə  siyasi  hakimiyyəti  ələ  keçirmək  lazımdır» 

(s. 120).

Göründüyü kimi C.Meriç  inqilab,  ihtilal və devrim  an­

layışlarım eyni mənada işlədir.  Bu  anlayışlar arasındakı  fərq 

və  ümumi  cəhətlər  haqqında  bir  qədər  aşağıda  bəhs  edi­

ləcək.

C.Meriç  tez-tez  tanınmış  Avropa  alimlərinə  müraciət 



edir,  onların  fikirlərini  təhlil  edir.  Məsələn,  sosioloq  Aron 

inqilabın o vaxta qədər məlum  olan bütün  təriflərini yetərsiz 

sayır.  Sosioloji  dildə  «inqilab  bir  hakimiyyətin  yerinə  qəflə­

tən,  zor  işlədərək  başqa  iqtidarın  keçməsidir.  Nasional- 

sosialistlərin  hakimiyyətə  gəlməsi,  qanun  çərçivəsində  ol­

muşdu,  zorakılıq  yeni  hakimiyyətin  əmri  ilə  olmuşdu.  Bəs 

onda  hitlerçilərin  hakimiyyətə  gəlməsini  inqilab  adlandır­

maq olarmı? C.Meriç qətiyyətlə yox deyir.  O, yazır ki,  bəzən 

bu  və  ya  digər  dərəcədə  baş  verən  sərt  dəyişiklikləri  də 

(məsələn, 

hakimiyyətdə 

olan 


siyasi 

qüvvələrin 

dəyişdirilməsi)  ihtilal  (inqilab)  adlandırılır  ki,  bu  da  yanlış 

fikirdir.  Çünki,  ictimai  quruluşa  toxunmadan  hər  hansı  bir 

dəyişiklik, hətta çox dərin  olsa da,  ihtilal  adlandırıla bilməz.

79



çox  dərin  olsa  da,  ihtilal  adlandırıla  bilməz.  Məsələn,  dini 

hərəkatlar.  Onun  fikrincə  buna islahat (reform)  demək  daha 

doğru  olar.  Mədəniyyət  sahəsində baş  verən  yeniliklər  də  bu 

qəbildəndir.

C.Meriç  daha  bir  tərifi  nümunə  göstərir.  ABŞ-da  çap 

olunmuş  «Sosial  elmlər  ensiklopediyası»nda  (1949)  deyilir: 

«İhtilal  həmişə  bir  çəkişmənin  nəticəsidir.  Çəkişmə  milli  gə­

lirdən  aslan payı alan hakim sinif ilə istehsal edən və yoxsul­

luq  içində  yaşayan  aşağı  sinif  arasında  olur.  İhtilal  sosial 

quruluşun  ciddi  və  dərin  dəyişikliyə  uğramasından  ibarət 

deyil.  Siniflər  arasında  əsaslı  bir  yer  dəyişməsidir.  Bu  dəyi­

şiklik  sayəsində  firavan  yaşayan  azlığın  hakimiyyətinə  son 

qoyulur  və  əzilən  sinif siyasi  təzyiq  göstərərək  iqtisadi  istis­

mardan  azad  olur.  Burjuaziya  ihtilalları  (ən  mükəmməl  ör­

nək  1789-cu  il  inqilabı  olmaqla)  burjuaziyanın  sosial  quru­

luşu,  feodal  korporativ  düzənin  ləğvi  və  yerinə  kapitalist 

ictimai  quruluşunun  yaranmasıdır.  Sosialist  inqilabında 

proletariat  aparıcı  sinif mövqeyinə  yüksəlir  və  istehsal  vasi­

tələrini  sosialistləşdirmə yolu ilə kapitalizmi yıxır» (s. 122).

C.Meriç  yuxarıda  göstərilən  təriflərin  heç  birini  yetərli 

hesab  etmir,  ona  görə  ki,  bu  təriflər  həqiqəti  əks  etdirmir. 

Onun  fikrincə bu  təriflərin  bəziləri  çox  donuq,  hərəkətsiz  və 

məhduddur;  bəziləri  isə  «həyatın  özü  kimi  çılğın  və  çevik­

dir».  Hər sosial sinfin özünəməxsus ihtilal anlayışı var.  H ök­

mranlıq  edən  sinif  üçün  ihtilal  fəlakətdir,  çünki  onun 

hökmranlığını  təmin edən  quruluş  ləğv edilir.  Mövcud  sosial 

quruluşu  ləğv  etməyə  qalxan  sinif  üçün  ihtilal  qurtuluş  və 

azadlıqdır.  Elə  buradaca  C.Meriç  sual  qoyur:  «...İslahat 

(reform)  ilə ihtilalı  necə ayıra bilərik? İhtilal  keyfiyyət  (qua- 

litatif),  reform  isə  kəmiyyət  (quantitatif)  dəyişməsidir.  Bi­

rincisi  sıçrayış,  ikincisi  dövr  etməkdir.  Reform  -  düzəltmə, 

təmir,  sağlamlaşdırmadır»  (s. 123).



İhtilal  (inqilab)  anlayışı  Türkiyədə.  Böyük  Fransız  in­

qilabı  ərəfəsində  Osmanlı  İmperiyası  hələ  də  qüdrətini  sax­

laya  bilsə də  bəzi sahələrdə gerilik özünü qabarıq şəkildə gö­

stərirdi.  İnqilab  İmperiyanın  Avropa  hissəsindəki  əyalətlər­

də  öz  təsirini  daha  çox  hiss  etdirirdi.  Həmin  dövr  haqqında 

bəhs  edən  C.Meriç  haqlı  olaraq  yazır:  «Nizama  pərəstiş 

edən  bir  ölkə  nizamı  dağıdan  ihtilalı  anlaya  bilərdimi?  Bəli,

80

Fransa  ihtilal  qasırğasında  çalxalanarkən  biz  də  uçurumun 



kənarında idik.  İctimai  quruluş  bəzi  yerlərdə  çatlamış,  köh­

nə  qanunlar  unudulurdu,  amma  sütunları  hələ  dayanırdı, 

təməl hələ sarsıntılara dözəcək dərəcədə sağlam idi.  Səltənəti 

yıxmaq  heç  kimin  ağlına  gəlmirdi.  Üsyanları  dost  kimi  qə­

bul  etmişdi.  Salnamələrimiz  zaman-zaman  qanımızla  yazıl­

mışdı.  Lakin fitnə və fəsad da saman alovu kimi tez parlayıb 

və  tez  sönən  yanğının  başlanğıcı  idi.  «Revolution»  cahan- 

şümul  bir  hərcmərclikdir.  Hüdudları  bəlli  olmayan  bu  faciə 

hüdudları  bəlli  olmayan  bir  söz  ilə  ifadə  edilə  bilərdi,  sevil­

məyən,  xain, musiqisiz bir  kəlmə:  ihtilal.  Bu  məşum ifadənin 

dilimizə nə zaman  gəldiyini bilmirik» (s. 123).

Türkcənin  ilk  lüğəti  olan  «Müntehabat-i  Lügat-i  Os- 

maniye»də  (Redhouse,  1853)  «ihtilal»  sözü  yoxdur.  «Ka- 

mus-i  Osmani»də  (Salahi,  1879)  bu  barədə  izahat  var: 

«pozğunluq,  intizamsızlıq.  İhtilal-i umur:  işlərin  pozulması» 

(s. 123-124).  «Büyük  Türk  Lügati»  (Hüseyin  Kazım  Kadri, 

1928)  sözün  ərəbcədəki  mənalarını  təkrarlayır:  «İhtilal:  ziy­

an  vermək,  çürümək,  pozuqluq,  qarışıqlıq,  intizamsızlıq, 

fəsad,  fitnə,  üsyan.  İhtilal-i  şüur:  dəlilik.  Burada  anarxiya 

da  ihtilal  ilə  eyniləşdirilir.  «Yeni  Lügat»in  (A.Yeğin,  1968) 

bu izahatlara əlavəsi budur:  qiyam,  dövlətə qarşı  üsyan,  şərə 

qulluq  etmək»,  (s.124).



Osmanlı  ziyalıları  və  1789-cu il Fransa inqilabı.  Əhməd 

Əfəndi  özünün  «Ruzname»sində  (1792)  belə  yazır:  «Həmən 

Həzrət-i  Haqq  Fransa ihtihalını  misali  mərəz-i  frənk,  Xain-i 

Dövlət-i  aliyə  olanlara  dahi  sirayət  etdirib  və  çox  zaman 

bir-birilərini  düşürüb  Dövləti-i  aliyeye  xeyirli  nəticələr 

müyəssər  eyləyə.  Amin!»  (s. 125).  C.Meriç  göstərir  ki,  bura­

da da  ihtilalın ilk xatırlatdığı yenə  fransız mənşəli  frəng xəs­

təliyi.  Bu  bənzətməni  sonrakı  osmanlı  yazarları  da  təkrar 

edir.

Reis-ül  kuttab  Atif  Əfəndi  ihtilal  haqqında  Əhməd 



Əfəndidən  altı  il  sonra  (1798)  bir  layihə  hazırlayır.  Osmanlı 

dövlət  adamına  görə  ihtilal  bir  fəna  və  fəsad  atəşidir,  Fran­

sada  partlamış,  dörd  yana  pislik  qığılcımı  səpmişdi.  O,  ya­

zırdı  ki,  bu  yanğın  çoxdandı  kürəklənirdi.  «Volter  və  Russo 

kimi  maarifçi  və məşhur  zındıqların  (allahsızların)»  və  «on­

lar  kimi  materialistlərin...  Allaha  və  Peyğəmbələrə  dil

81



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə