Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

uzatmaq,  hər  cür  müqəddasatı  yox  etmək,  müsavat  və 

cümhuriyyəti  elan  etmək  üçün  cizma-qara  etdikləri  əsərlər 

çoluq-çocuqlar  arasında  rəğbət  qazanmışdı;  dinsizlik  və  fə­

sad  firəngi  illəti  kimi  yayılmışdı...».  Atif Əfəndi  bu  məşum 

atəşi  körükləyənləri  «guruh-i  məkruh»,  «mulhid  məlunlar», 

«fəsad  ərbabı»  adlandırırdı.  «İnsan  Haqları  Bəyannaməsi» 

isə bir «bəyanname-i tuğyan-meal»dır (s. 125).

Cevdət  Paşa  da  ihtilallara  şübhə  ilə  baxırdı  və  deyirdi 

ki,  «ihtilal  çıxarmaq  selin  önünü  açmaq  kimidir.  Bir  kərə 

açıldımı  təbii  axar  sürəti  kəsilənə  qədər  dayanmaz,  sədd  və 

bəndləri qırar.  Yalnız ona qarşı olanları deyil,  ona yol açan­

ları  da  hamı  ilə  birlikdə  qərq  və  tələf edər»...  «Qəribədir  ki, 

fransızların  ihtilal  çıkarmaqda  məramları  istiqlal  və 

hürriyyət,  müsavat  və  sərbəstiyət  yaratmaq  olsa  da,  onun 

yerinə  əhl-i  irz  üzərinə  ərazilin  (qara,  aşağı  təbəqənin) 

hükumət-i  mutlakası  və suçsuz  adamları  qətl  etmək kimi  ci­

nayətlərin icrası kaidə olmuşdur»,  (s.126).

C.Meriçin  fikrincə,  Fransa  ihtilalının  kamil  və  az-çox 

tərəfsiz  izahını  «Tarih-i  Cevdet»də  tapmaq  olar.  «Paşa  Av­

ropanı  əhatə  edən  bu  böyük  sarsıntının  ictimai  səbəblərini 

dərin  bir intuisiya ilə anlayan və anladan ilk və bəlkə də son 

tarixçimizdir» (cilt VI, s.126).



«Revolution»  sözünün  yeni  bir  qarşılığı  kimi  «ihti- 

lal»dan başqa «inqilab» sözü də meydana gəlir və türk siyasi 

leksikonunda  özünə  möhkəm  yer  tutur.  Bu  münasibətlə 

C.Meriç  yazır:  «Zamanla  «revolution»  ziyalılarımız  üçün 

sevimli  bir  məvhum  olur.  Məchulun,  təhlükənin  cazibəsi. 

Həm  də  ihtilal  sözü  bəzi  yazarları  narahat  etməyə  başlayır, 

yarı  şüurlu  bir  narahatlıq,  thtilalın  yeni  bir qarşılığı meyda­

na  gəlir:  inqilab.  İhtilal  ilə  inqilab  yaxın  zamanlara  qədər 

Siam əkizləri kimi birlikdə yaşayırlar»,  (s.126).

Daha sonra  C.Meriç  «inqilab»  sözünün mənasını  araş­

dırmaq məqsədi ilə Türkiyədə müxtəlif illərdə çıxan lüğətlərə 

müraciət edir.  Məsələn,  «Büyük Türk  Lügat» inqilaba başqa 

şəklə  və  tərzə  girmək,  dəyişmək  kimi  tərif verir.  «Kökü  bir 

nəsnəyi  (obyekti,  əşyanı)  geri  döndərmək.  Taqlib  (çevir­

mək): bir nəsnəyi cəhətindən geri döndərmək».

«Yeni  Lügat»  göstərilən  mənalara  bunları  da  əlavə 

edir:  «Başqa  cür  olmaq,  alt-üst olmaq».  Hançeridə  «revolu-

82

tion»a  uyğun  olan  «inqilab»  sözü  işlədilir.  Faktiki  olaraq 



«inqilab»  sözünü  geniş  oxucu  kütləsinə  tanıdan  Əhməd 

Midhət  Əfəndi  olmuşdur.  Əfəndiyə  görə  Əbdülhəmid  dövrü 

bir  inqilablar  dövrü  olmuşdur.  «Tarix  mədəniyyətin  tərc- 

ümeyi  halıdır».  Bu  inqilab  dövrü  isə  «tarih-i  Osmaninin  ən 

mühüm və əzəmətli  bir  səhifəsidir».  O,  Əbdülhəmid dövrünə 

həsr  etdiyi  əsərini  də  «Üssi  inqilab»  adlandırmışdı. 

«Əbdülhəmidi  göylərə  qaldıran  bir  kitabın  Əbdülhəmid 

düşmənləri  tərəfindən  rəğbətlə  qarşılanmasını  gözləmək  ol­

mazdı.  «Üssi  inqilab»  hürriyyətçi  ziyalıların  hücumuna 

uğradı;  amma  inqilab  Əbdülhəmid  dövrünü  sənədləşdirən 

bir  söz  olmaqdan  çıxaraq,  hürriyyətçi  ziyalıların  bayrağı  ol­

du»  (s. 127).

Bütün  türk  müəllifləri  -   Mizançı  Muratdan  başlamış 

Necip  Fazıla  qədər  «revolution»  sözünün  qarşılığı  olaraq 

bəzən  «ihtilal»,  bəzən  də  «inqilab»  sözlərini  hərə  öz  bildiyi 

kimi, çox hallarda isə fərqli olaraq işlədirdilər.

C.Meriçin  dediyinə  görə  Murat  bəy  (1853-1914)  İkinci 

Məşrutiyyət  ziyalılarına  ihtilal  sevgisini  aşılayan  ilk  türk 

yazıçısıdır.  Özünün  «Tarihi  Umumi»  (1889)  kitabının  127 

səhifəsini  o,  Fransa  İnqilabının  yüz  illiyinə  həsr  etmişdi  və 

həmin  inqilabı  «inqilabi  Kəbir»  adlandırmışdı.  Mülkiyyə 

məktəbindəki  dərsləri  haqqında  Riza  Tevfiq  deyirdi:  «Bizə 

Murat  bəy  tarix  dərsi verir,  heç  kimdən çəkinmədən  Fransız 

Ihtilalını  kamal-i  bəlağətlə  anladırdı».  Başqa  mülkiyyə  tələ­

bəsi  Mehmet  Ali  Ayni  isə  belə  deyirdi:  «Bu  təqdirlər  tələbə­

lər  üzərində  elə təsirli  olurdu  ki,  fasilələrdə  ihtilal  səhnələri­

ni,  ihtilalçıların  rollarını  mənimsəyərək,  canlı  tablolar  halı­

na gətirirdi» (s.127).

Murat  bəyin  təsiri  altında  olanlardan  Ali  Kamal  «Ik- 

dam»ın  baş  yazarı  kimi  1913-cü  ildə  yazdığı  ciddi  bir  araş­

dırmanı  «Rical-i  İhtilal»  adı  altında  çap  etdirmiş  və  oxucu­

ların  rəğbətini  qazanmışdı.  1940-cı  ildə  çap  olunan  «Tənzi- 

mat»  adlı  iri  həcmli  kitabda  «Revolution  Française»  həm 

«Fransız  İhtilalı»,  həm  də  «Böyük  İnqilab»  adlandırılır. 

Deməli,  «revolution»,  «ihtilal»,  «inqilab»  sözləri  eyni  mə­

nada işlədilir.

Peyami  Safanın  «Türk  inqilabı»nda  Mustafa  Kamal 

paşanın  yeniləşmə  hərəkatı  «islahat»  adlandırılır.  Səbahəd-

83



din  Selek  üçün  isə  bu  «Anadolu  ihtilalı»dır.  Bu  fikrin  tərəf­

darları  daha  çox  idi.  Məsələn,  Mədəni  Qanun  layihəsində 

«türk  ihtilalı»ndan  söz  açılır.  Mustafa  Kamal  isə  «inqilab» 

sözünü  işlədir,  lakin  o  da  bu  sözü  ihtilal  mənasında  deyirdi. 

Onun  fikrincə  inqilab  mövcud  köhnə  təşkilatları  zorla  dəy­

işdirmək  və  millətin  tələblərinə  uyğun  gələn  yeniləri  ilə  əvəz 

etməkdir.  Kamal  paşa  «qan  ilə  edilən  inqilablar  daha  möh­

kəm olur» deyirdi.  Deməli,  zorakılıq  ön  plana çəkilirdi.

İkinci  Məşrutiyyətdən  sonra  inqilab  məvhumu  tanın­

mış  türk  yazarlarının  diqqətini daha  çox  cəlb edirdi.  Əli Rə­

şad  «Türkiyə və Tənzimat»da ihtilal  deyil,  inqilaba  üstünlük 

verirdi.  Cəlal  Nurinin  1926-cı  ildə yazdığı  kitab  «Türk  inqi­

labı»  adlanır.  Ümumiyyətlə  Türkiyə  Cümhuriyyətinin  rəsmi 

nəşrlərində qəbul  edilən  söz inqilab  sözüdür.  Lakin o  dövrdə 

bəzən  işlədilən  ihtilal  sözü  də inqilab  mənası  daşıyırdı.  İnqi­

lab  aşiqləri  isə  bilərəkdən  ihtilal  sözünü  işlətmir  və  inqilab 

sözünə  daha  təəssübkeşlik  ilə  bağlı  idilər.  Amma  elə  tanın­

mış  yazarlar  (az  da  olsa)  vardı  ki,  o  dövrdə  baş  verən  yeni­

ləşmə  prosesini  inadkarlıqla ihtilal  adlandırırdılar.  Məsələn, 

keçmiş  ədliyyə  naziri  Mahmud  Əsəd  Bozqurd  Prezidentin 

əmrilə yaradılan  «Türk İnqilabı Tarixi  İnstitutu»ndakı  dərs­

lərində  bu  inqilabı  Atatürk  ihtilalı  adlandırır.  Çünki  o,  inqi­

lab  sözünü  bu  hərəkata  şamil  etməyi  yanlış  hesab  edirdi. 

Bozqurd  deyirdi:  «İhtilal bir  şeyi əsasından  dəyişərək  yerinə 

tamamilə  yenisinin  qurulmasıdır...  İnqilab  isə  bir  şeyin  əsli­

ni  mühafizə  edərək  başqa  bir  qəlibə  girməsi,  başqa  bir  hala 

keçməsidir».  «Türk  ihtilalı  min  ildən  çox  bir  dövrü  bütün 

təsisatları  ilə,  dünyagörüşü  ilə  yerə  vuraraq  yerinə  tamamilə 

yenilərini  qoymuşdur.  Bu  halda  biz  inqilab  deyil,  bir  ihtilal 

qarşısındayıq».  Bu çıxışı  C.Meriç  o  dövr  üçün  böyük  cəsarət 

hesab  edirdi.  Çünki  bu  rəsmi  doktrina  qarşı  çıxmaq  kimi 

dəyərləndirilir.

O  dövrdə  inqilabı  xeyli  fərqli  izah  edənlər  də  vardı. 

Məsələn,  Osman Turan Avropadakı sosial  sarsıntılara səbəb 

olan  hərəkatları  ihtilal  adlandırırdı.  Onun  fikrincə  Qərbdə 

iki  böyük  ihtilal  olmuşdur:  1789-cu  il  Fransa  ihtilalı  və

1917-ci  il  Rus  ihtilalı.  Birincidə  şəhərli  sinif krallara  və  za­

dəganlara  qarşı,  ikincidə  -  fəhlə  sinfi  mövcud  quruluşun

84

təmsilçisi  burjuaziyaya  və  onun  hakimiyyətinə  qarşı  müba­



rizə aparırdı.  Belə izahat marksizmə çox yaxındır.

Osman  Turanın  fikrincə,  Türkiyədə  yuxarıda  göstəri­

lən  «iki  böyük  ihtilal»dan  fərqli  hadisələr  baş  verir.  O,  ya­

zırdı:  «Türkiyədə  isə  Avropa mədəniyyətinə  keçid üçün  baş­

lanan  yeni  nizam təşəbbüsləri məhz padişah  və dövlət  adam­

larından gəlmişdir».  Bunun üçün «Avropada xalq tərəfindən 

həyata  keçirilən  ihtilallar,  Türkiyədə  isə  yalnız  hakimiyyət 

tərəfindən edilən inqilablar var» (s. 130).

Deməli,  C.Meriçin  fikrincə,  O.Turan:  1)  «inqilab» 

deyəndə  islahatı  (reformu)  nəzərdə  tuturdu.  Halbuki,  re- 

formun  ihtilal  ilə heç  bir  əlaqəsi yoxdur.  «2)  Hörmətli  tarix­

çinin  Şərqə məxsus  saydığı  və  Qərbdəki  ihtilallardan  təkidlə 

ayırdığı  reformlar  (öz  təbiri  ilə  inqilablar)  dünya  tarixinin 

əzəldən  bəri  tədqiq  etdiyi  bir  prosesdir.  İnqilabları  fərqlən­

dirən  cəhət  onların  hakimiyyət  tərəfindən  həyata  keçirilmə­

sidir.  Bəs  bunu  kim  etməlidir?  İqtidarda  olmayanların  isla­

hat  keçirməsini  dünyanın  harasında  görmüşşünüz?  3) 

O.Turanın  bizdəki  islahat  hərəkatlarım  qeyd  etmək  üçün 

«inqilab»  sözünü  təklif etməsinə  gəlincə:  a)  Türkiyəyə  Avro­

pa  mədəniyyətini  gətirmək  üçün  görülən  yeni  nizam  tə­

şəbbüsləri  tamamilə  eyni  mahiyyətmi  daşıyır?  Tənzimatla 

İkinci  Məşrutiyyət,  İkinci  Məşrutiyyət  ilə  Atatürk  devrimi 

eyni  şeylərdimi?  Mustafa  Kamalın  inqilaba  necə  tərif  ver­

diyini  bir  az  əvvəl  demişik.  İhtilalı  fərqləndirən  cəhət  zora­

kılıq  deyilmi?  b)  Tənzimatdan  əvvəl  başlayan  islahat  hərə­

katlarına əskidən  olduğu  kimi  islahat  demək,  dövlət  qurulu­

şunu  bütün  təşkilatlan  ilə  birlikdə  dəyişdirən  «Kamalist 

Devrim»ə  ihtilal  adını  vermək  daha  yerində  olmazmı?» 

(s. 131).

Respublika  dövründə  də  ihtilalla  inqilabı  bir-birindən 

ayıranlar  olmuşdu.  Onlara  artıq  ilk  Millət  Məclisində  də 

rast  gəlmək  olur.  Yunis  Nadi  inqilabı  gerçəkləşdirmək  üçün 

«baş  qoparmaq»dan  çəkinməyəcəyini  haykırarkən,  Hüseyin 

Avni  Ulaş  deyirdi  ki,  «fikirlərdə  inqilab  edəcəyik». 

C.Meriçin  dediyinə  görə  bununla  da  Mustafa  Kamal  və  tə­

rəfdarları  inqilab  deyəndə  ihtilal  nəzərdə  tuturdular.  Ulaş 

isə  inqilab  deyərkən  köklü  bir  dəyişikliyi  deyil,  ayrı-ayrı  sa­

hələrdə  bir  sıra  nizamlamaları,  yəni  islahatı  nəzərdə  tutur.

85



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə