Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

ləndirmişdir.  Əhməd  bəy  öz  müəllimi,  məşhur  fransız 

şərqşünası  və  din  tarixçisi  E.Renanın  (1823-1892)  islam 

haqqında  etdiyi  tənqidi  çıxışlarına  qarşı  yazırdı  ki,  islam 

«tarixi tərəqqinin böyük amilidir».

Ağaoğlu  Şərq  xalqları  üçün  inqilab  yolunu  deyil,  isla­

hat  yolunu,  cəmiyyətdəki  ziddiyyətləri  sinfi  mübarizə  və  in­

qilab  vasitəsilə  deyil,  «milli  sülh»,  islam  birliyi  yolu  ilə  həll 

etməyi  məsləhət  görürdü.  Əhməd  bəy  onu  sosialist  adlandı- 

ranlara  etiraz  edərək  1909-cu  ildə  yazırdı:  «...Bizi  sosialist 

kimi  qələmə  vermək...  səhvdir!  ...Bizi  hələ  bu  təriqəti  xəva- 

lidən,  rəvayətdən,  xəyal  aləmindən  olan  iddia  edirsiz.  Bunu 

yüz  il  deyil,  yüzlərcə  illər  müddətinə  islaqma  inanmayı- 

rız».187  O,  daha  çox  marksizmə  və  onun  Azərbaycanda 

yayılmasına qarşı çıxırdı.

Ağaoğlu  yazırdı:  «Avropanın  təzyiqi  ilə  sarsılmış  və 

heyrətə  gəlmiş  müsəlman  dünyası  öz  fəlakətinin  səbəblərini 

axtarmağa  başladı və bu özünütəhlil də  müsəlmanlar  arasın­

da üç  meyli meydana çıxardı:  1)  ifrat mütərəqqiçilər;  2) ifrat 

köhnəpərəstlər;  3) yeni panislamistlər».

Əhməd  bəy  göstərirdi  ki,  ifrat  mütərəqqiçilərin  fik­

rincə,  «bütün  həyat  tərzi  Avropadan  götürülməli  və  ona 

uyğun  dəyişdirilməlidir».  O,  hesab  edirdi  ki,  Avropada  təh­

sil  almış  bu  ziyalıların -  «yeni müsəlmanların»  səhvi onların 

ilkin  olaraq  «siyasətdən  başlamaları  oldu».  Lakin  Ağaoğlu- 

na  görə  müsəlman  aləmi  avropasayağı  demokratiya  üçün 

yetişməmişdir.  Onun  fikrincə  siyasi  partiyalarda  birləşib, 

mütləqiyyət  üsul-idarəsinə  qarşı  mübarizə  aparmaq,  «hələ 

yetişməmiş»  xalq  üçün  demokratik  konstitusiyaları  vermək 

«sadəlövhcəsinə  sehirli  formulun  qüvvəsinə  inanmaq»  de­

mək  olardı.  «Xalq  islam həyat tərzi»  baxımından  siyasi çax­

naşmalara hazırlanmalıdır.188

Ağaoğlu  yazırdı  ki,  ifrat köhnəpərəstlərə  görə  «köhnə­

likdən  sərfinəzər  etmək,  qədimi  vəsiyyətlərin  zəifləməsi,  əx­

laqsızlıq,  dinin  göstərişinə  şübhə  ilə  yanaşmaq  müsəlmanla­

rın  bütün  fəlakətinin  yeganə  səbəbidir».  Avropa  və  onun

187 Bax:  «Tərəqqi» qəzeti, №  16,  1909.

188 Bax:  «Kaspi» qəzeti, 21  noyabr  1903.

94

mədəniyyətinin  təsirinə  ikrah  hissi  ilə  yanaşmaq  bu  meylin 



səciyyəvi cəhətidir.

Yeni  panislamizm  haqqında  danışan  Ağaoğlu  üçüncü 

meyl  kimi  onu  xüsusi  təqdir edirdi.  O,  yazırdı:  «İslam  nica­

tının  yeganə  yolu  Avropaya  üstünlük  verən  bütün  həyat 

ünsürlərini,  onun  universitet  və  məktəblərini,  siyasi  və  inzi­

bati  həyatını  ağıla  uyğun  və  ehtiyatlı  surətdə  müsəlman  zə­

mininə  keçmək,  əkməkdir...  Ağıllı  ünsürlər  hər  iki  ifrat  cə­

rəyanı  birləşdirəcək  və  hər  iki  tərəfi  razı  sala  biləcək  elə  bir 

yol  -   ideya  yaratmaq  istəyirlər  ki,  ifrat  mütərəqqiçilərin 

xəyal  etdiyi  kimi  nə  mücərrəd  -   zəminəsiz  olsun,  nə  də  ki, 

köhnəpərəstlik  kimi  zəmanənin  ruhuna  və  dövrün  tələbinə 

yad  olsun...  Bu  panislamizmdir».189  Ağaoğlunun  fikrincə 

müsəlmanlar  arasında  həlledici  təsir  göstərə  biləcək  meyl 

məhz panislamizmdir.

Əhməd  bəy  yazırdı  ki,  o  dövrdə  Azərbaycanda  ifrat 

mütərəqqiçilərin  tərəfdarları  müsəlmanların  1  faizini,  ifrat 

köhnəpərəstlərin  tərəfdarları  80  faizə  yaxınını,  yeni  panis­

lamistlərin tərəfdarları isə 20 faizə yaxınını  təşkil edirdi.

Əhməd  bəy  tez-tez  din  xadimlərinə  müraciət  edirdi. 

Qatı  dindar  təəssübkeşliyini  tənqid  edən  Ağaoğlu  sünni-şiə 

davaları  aparmaqla  milli  varlığa qovuşmağın  imkansızlığını 

anlatmağa  çalışır,  elə buna  görə  də  onların  nifrət  və  qəzəbi­

nə düçar olurdu.

1905-ci  ilin  sonlarında  Ağaoğlunun  başçılığı  ilə  Azər­

baycan-erməni  qırğınına  qarşı  çıxan  «Difai»  (müdafiə  təşki­

latı)  yaradılmışdı.  Bu  barədə  o,  yazırdı:  «Qafqazda yaşayan 

xalqları  hər  zaman  bir-biri  ilə  vuruşdurmaq,  sönməyən 

ocağa  başlarını  qatıb,  azadlıq  mübarizəsindən  çəkindirməy­

in,  yüksələn  milli  azadlıq  hərəkatını  boğmağın  tək  çarəsini 

dəfələrlə  təcrübədən  keçirdikləri  üçün  erməni-Azərbaycan 

qırğınında görürdülər.

İllərlə  xəstə  beyinlərə  türk  düşmənçiliyi  yeritmiş  ermə­

nilər  tarix  boyu  Rusiyanın  çaldığı  havaya  oynamış,  hər 

fürsətdə  günahsız azərbaycanlı  qanını  axıtmağı  qəhrəmanlıq 

hesab  etmişlər.  Xalqımızın  əleyhinə aparılan  bu  iş  3-5  ermə­

ninin  ağılsız  hərəkəti  deyil,  ətrafına  silahlı  dəstələr,  Qərb

189  Bax:  «Kaspi» qəzeti, 24 dekabr  1903.

95



dövlətlərindən  havadarlar  yığmış,  əslində  siyasi  strategiyası 

və  taktikası  olan  Daşnaksütunun  -   proqramlı  bir  təşkilatın 

işi idi».190

«Difai»nin  fəaliyyəti  nəticəsində düşmənin  azğınlığının 

və  qırğının  qarşısı  müəyyən  qədər  alınmışdı.  Lakin  çar  reji­

minin  təzyiqinə  məruz  qalan  Ağaoğlu  Türkiyəyə  mühacirət 

etmək məcburiyyətində qalır və başsız qalan təşkilat dağılır.

M.Ə.Rəsulzadə Ağaoğlu  haqqında  yazmışdı:  «Əhməd 

bəy  sadə  qəzetçi  deyil,  eyni zamanda  camaat  adamı,  maarif­

çi,  siyasətçi  və  inqilabçıdır».  «Onunla  əməkdaşlıq  etmiş  bir 

adam  kimi  söyləyə  bilərəm  ki,  o  zamankı  qızğın  illərdə 

Ağaoğlu  Əhməd  qədər  heç  bir  adam  milli  hərəkat  və  milli 

dava  cəbhəsinin  atəş  xəttində  durmamışdır».  Onun  1904- 

1910-cu illərdəki yazıları  «milli oyanış  hərəkatımızın ən can­

lı və qızğın dövrünü  təşkil edir».191

2.  Osmanlı  Imperatorluğu  dövrü.  Türkiyəyə  gələndən 

sonra  Ağaoğlunun  görüşlərində  türkçülüyə  doğru  meyl  art­

mışdı.  M.Ə.Rəsulzadənin  dediyinə  görə  Ağaoğlu  Z.Gökalp 

və  Yusuf Akçura  ilə  birlikdə  türkçülük  cərəyanının  başçıla­

rından  olmuşdur.192

Ağaoğlu  İstanbulda  yaşadığı  vaxt  Bakıda  çıxan  «Kas­

pi»  qəzetinə  «Türkiyədən  məktublar»  və  «Türkiyədə  milli 

məsələ»  adlı  rus  dilində  bir  sıra  məqalələr  göndərmişdi.  Ye­

nə  də  «Kaspi»də  çap  olunan  «İslam  və  despotizm»  başlıqlı 

bir  neçə  məqaləsində  rusların  və  avropalıların  islamiyyəti  - 

mədəniyyət,  elm  və  tərəqqiyə yol  verməyən  din  hesab  etdik­

lərini  vurğulayır,  həm  də  bu  baxışların  ciddi  yanlışlığa  gə­

tirdiyini  göstərərək  İslamı  müdafiə  edirdi.  O,  göstərirdi  ki, 

sənət  və  elm  kimi  din  də  bəzi  hallarda  mənfi  və  müsbət  tə­

rəfdən  dəyərləndirilə  bilər.  Məsələn,  orta  əsrlərdə xristianlıq 

inkvizisiya  dövrünü  keçmiş,  katolik  kilsəsi  elmə,  azad 

düşüncəyə  qarşı  istifadə  edilmişdir.  İslam  isə  qabaqcıl  və 

aydınlıq  gətirən  bir  din  olaraq  ortaya  çıxmış,  lakin  bəzi

190 A.Ağaoğlu. Hatıralar.  Ankara,  1940, s.29.

191  S.Ağaoğlu. Babam dan hatıralar. Ankara,  1940, s.182-183.

192 Yenə orada, s. 143.

96

xalqların  əlində  pozulmuşdu.  Əslində  isə  modern  demokra­



tik idarəçiliyə islam heç vaxt zidd olmamışdır.193

Göstərmək  lazımdır  ki,  belə  fikirlər  bir  sıra  müsəlman 

ölkələrində  qabaqcıl  ziyalılar  arasında  geniş  yayılmışdır. 

Məsələn,  XIX  əsrin  80-90-cı  illərində  azərbaycanlı  Cəmaləd- 

din Əfqani bu fikrin qızğın təbliğatçısı olmuşdur.

İstanbula  gəldikdən  bir  qədər  sonra  Ağaoğlu  Calal 

Nurinin  rəhbərliyi  altında  çap  olunan  «Les  Jeunes  Turks» 

(«Gənc  türklər»)  adlı  qəzetində  redaksiya  heyətinin  üzvü 

kimi  fəaliyyət  göstərməyə  başlayır.  Türk  tədqiqatçısı 

U.Özcan  yazır:  «Almaniyadakı  sionistlərdən  maliyyə  yar­

dımı  alan,  xüsusən  parlament  və  xarici  səfirliklərdə  yaxın­

dan  izlənən,  türkçü  hərəkat  ilə  bilavasitə  hər  hansı  əlaqəsi 

olmayan  bir  qəzetdə  Ağaoğlunun  nədən  yazdığı  soruşula 

bilər.  Öncə  onun  peşəkar  bir  qəzetçi  olduğunu  və  ittihadçı 

təlimlərə  uyğun  fəaliyyət  göstərdiyi  unudulmamalıdır. 

Ağaoğlunun  Tələt  paşanın  təmsilçisi  kimi  sionistlərlə  bir 

müsəlman-yəhudi  işbirliyi  təklifini  irəli  sürməsi,  bölgədəki 

ingilis təsirini azaltmaq  istəyən alman yönlü  ittihadçı  siyasə­

tə uyğun idi».194

Həmin  dövrdə  Ağaoğlu,  bir  ittihadçı  kimi  xilafətçilik 

siyasətini  müdafiə  edən,  Osmanlı  dövlətini  bütün  islam 

dünyasının  mənəvi  təmsilçisi  və  siyasi  lideri  olduğunu  göstə­

rən çoxsaylı məqalələr çap etdirmişdir.

Birinci  Dünya  müharibəsi  ərəfəsində  Ağaoğlu  ittihad­

çıların  fransız  dilində  çap  olunan  yarı  rəsmi  «Hilat»  qəzeti­

nin  başçısı,  müharibə  başlayandan  sonra  isə  geniş  yayılmış 

«Tərcümani  Həqiqət»  qəzetinin  baş  redaktoru  olmuşdur. 

Türkçülükdən  bəhs  edən  məqalələrini  isə əvvəlki kimi  «Türk 

yurdu» jurnalında  çap  etdirirdi.  Ağaoğlu  və  Yusuf  Akçura 

oğlu  burada daha çox ədəbiyyat,  tarix,  siyasət  haqqında ya­

zırdılar.  Sonralar  Z.Gökalp  ictimaiyyət  guşəsi  açır.  Burada 

iqtisadi məsələlər də müzakirə olunurdu.

Həmin  illərdə  Ağaoğlu  gündəlik  sosial-siyasi  problem­

lərlə bağlı polemik məqalələr də çap etdirmişdir.  Osmançılıq 

tərəfdarı  Süleyman  Mazif  və  islamçılıq  tərəfdarı  olan  Əh-

193 U.Özcan.  Göstərilən əsər,  s.101.

194 Yenə orada, s.l 10.

97



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə