Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

məd Naim ilə apardığı polemika,  ziyalıların və siyasətçilərin 

diqqətini 

cəlb 

etmişdi. 



Bu 

məqalələrində 

Ağaoğlu 

türkçülüyün islamçılıq ilə bağlılığını göstərməyə çalışırdı.

Qərbi  Avropa  ölkələrinin  sosial-siyasi  fikrini  yaxşı  b i­

lən  Ağaoğlu  hələ  Parisdə  oxuyarkən  fransız  maarifçilərinin 

fikirlərini  daha  dərindən  mənimsəmişdi.  «Almaniyaya  y a ­

xınlıq  siyasətinə  bağlı  olmasına  baxmayaraq,  Ağaoğlunun 

türkçülük anlayışının liberal fransız milliyyət nəzəriyyələrinə 

yaxınlığı  diqqəti  cəlb  edir.  Onun  türkçülük  anlayışı  m ilita­

rist,  avtoritar,  irqçi  alman  milliyyətçiliyindən  təməl  nöqtə­

lərdə ayrılır».195

Ağaoğlu,  Əli  bəy Hüseynzadənin  qızğın  müdafiə  etdiyi 

turançılıq  məfkurəsinə  əvvəlcə  biganə,  sonralar  isə  bunun 

tamamilə  əksinə  olmuşdur.  Dili  -  milliyyəti  müəyyən  edən 

amillərdən  biri  hesab  etsə  də,  Əhməd  bəy  turancıların  dili 

millət  üçün  həlledici  amil  hesab  edən  fikrini  tənqid  edirdi. 

O,  göstərirdi ki,  dil  ilə yanaşı din birliyi də millət üçün zəru­

ridir.  Türk  köklü  xristianları  (macar,  fin,  və  b.)  Ağaoğlu 

pantürkist  birliyə  daxil  etmirdi.  O,  türklərin  birliyini  pozan 

əsasən üç amilin  olduğunu göstərirdi:  din və məzhəb ayrılığı; 

cəmiyyətdəki  siyasi  təbəqələşmə;  milli  mənlik  şüurundan 

məhrum olmaq.

Göstərmək  lazımdır  ki,  Ağaoğlunun  böyük  əhəmiyyət 

verdiyi  mövzulardan  biri  də  milli  mənlik  şüuru  («mərifəti 

kavmiyyə»)  problemidir.  Əhməd  bəy  sübut  etməyə  çalışırdı 

ki,  dil,  din  və  qan  bağları  özlüyündə  bir  millətin  mövcud­

luğu  üçün  yetərli  deyil.  Çünki  eyni  dildə  danışan  və  yaxud 

eyni  dinə  mənsub  müxtəlif  millətlər  var.  Ağaoğlu  yeni  bir 

sintez  təklif edir.  Onun  fikrincə  millətin  əsasını  üç  amil  təş­

kil  edir:  1)  dil  və  dinin  müxtəlif  formalarda  maddiləşdiyi 

ədəbiyyat, incəsənət və b.;  2) din birliyi;  3) yaşanılan ümumi 

tarix.  Bu  üç  ünsürün  birləşməsindən  millət  yaranır.  Bu  me­

xaniki  olaraq  baş  vermir.  Bu  üç  ünsürün  bir-biri  ilə  qay­

nayıb  qarışması  lazımdır.  Milli  mənlik  şüuru  olmasa  belə 

sintez mümkün deyil.

Ağaoğlu  millətçiliyi  cəmiyyətin  inkişafının  zəruri  mər­

hələsi  hesab  edirdi.  Bunun  üçün  Qərbi  Avropa  ölkələrinin

195 Yenə orada, s. 110.

98

tarixindən  çoxsaylı  örnəklər  gətirir  və  belə  nəticəyə  gəlirdi 



ki,  Qərb  milliləşmə  prosesi  sayəsində  bütün  sahələrdə  ol­

duqca  böyük  müvəffəqiyyət  qazanmışdır.  O,  millətçiliyi  o 

dövr  Azərbaycan  və  Türkiyə  üçün  əsas  ideoloji  silah  hesab 

edirdi, millətçiliyi qəbilə,  tayfa,  məzhəb,  dini  icma ayrılığına 

qarşı  qoyurdu.  Əhməd  bəy son  ikiyüz  ildə müsəlman  ölkələ­

rinin Qərbdən  geri qalmasının  səbəblərini  təkcə mənəvi  dəy­

ərlərin pozulmasında deyil,  Qərbin  həm də maddi və mədəni 

cəhətdən üstünlük qazanmasında  görürdü.  O,  Qərbin  sosial- 

siyasi  qurumlarının  nümunə  kimi  götürülməsinin  İslam 

dünyasının  yenidən  qalxmasına  əngəl  olmayacağını,  əksinə, 

dəstəkləyəcəyini göstərirdi.

Türkiyə 


tədqiqatçılarının 

bir  çoxu  Ağaoğlunun 

türkçülük  və  islamçılıq  arasındakı  əlaqələr  haqqında  yazıla­

rını  «türk-islam  sintezinin  ilk  manifestlərindən»  hesab  edir­

lər.

Pantürkist  mövqedən  çıxış  edərək  türk-islam  birliyin­



dən,  bu  birliyin  Qərb  nümunələri  ilə  zənginləşdirilməsindən 

danışan  Ağaoğlu,  Türkiyə  və  Azərbaycan  türklərinin  eyni 

millət  olduğunu  sübut  etməyə  çalışırdı.  Ona  görə  də  Azər­

baycanın  siyasi  statusu  haqqında  yazarkən  onun  Türkiyəyə 

ilhaqını  zəruri  saymış,  lakin  bu  fikrin  heç  bir  gerçəkləşmə 

şansı  olmadığını  görərək,  müstəqil  respublika  tələbi  üzərin­

də israr edən müsavatçıları tənqid etmişdi.

1919-cu  ildə  Ağaoğlu  başqa  ittihadçılar  ilə  birlikdə 

M alta  adasına  sürgün  olunur.  Məhz  bu  dövrdə  onun  görü­

şlərində  ciddi  dəyişikliklər  baş  verir.  Ağaoğlu  Qərb  siviliza­

siyasını  mədh  edən  «Üç mədəniyyət»  əsərini  burada  yazır.196 

O,  bu  əsərində  sivilizasiyaların  üstün  və zəif cəhətlərini  şərh 

edir,  Qərb  sivilizasiyasının  Şərq  sivilizasiyasından  üstün  ol­

duğunu  sübut  etməyə  çalışırdı.  Bu  dövrdə  Z.Gökalp  milli 

dövlət  modelinin  solidarist  şərhini  inkişaf  etdirir,  Ağaoğlu 

isə  liberalizmi  müdafiə edir və ingilis cəmiyyətini örnək  kimi 

göstərirdi.  O,  Qərb  sivilizasiyasının  əsas  meyarı  kimi  libera­

lizmi  -   fərdin  azadlığını,  bazar  iqtisadiyyatını,  demokratiy­

anı ön plana çəkirdi.

196 Ətraflı bax:  U.Özcan. Göstərilən əsər, s.156-171.

99



Çağdaş  Qərb  fərdiyyətçiliyini  Şərq  cəmiyyətinə  örnək 

kimi  göstərən  Ağaoğlu,  Şərqdə  fərdiyyətçiliyin  ənənəvi  ola­

raq  möhkəmlənməsinin  səbəbi  kimi  burada  xarizmatik  şəx­

siyyətlərin  sayının  çoxaldığını,  onların  cəmiyyətdəki  nüfuz 

və  imtiyazlarının  olmasını  göstərirdi.  Bu  imtiyazların  dövlət 

səviyyəsində  təşkilatlandırılması  səbəbindən  fərd  inkişaf et­

məmiş  və  kütlə  içərisində  ərimişdi.  Belə  bir  şəraitdə  fərd  öz 

potensialını  üzə  çıxara  bilmir,  milli  mənlik  şüuru  despotik 

idarəçiliyin ciddi  nəzarəti  altında  olduğu  üçün  inkişaf etmir. 

Elə  buna  görə  də,  Ağaoğlunun  dediyinə  görə,  eqoizm  Şərq 

insanının  əsas  xüsusiyyəti  kimi  formalaşır  və  ictimai  həm­

rəyliyin  ən  böyük  əngəlinə  çevrilir.  Onun  fikrincə  ictimai 

həmrəyliyin  əsas  şərti  sərbəst  rəqabət  və  fərdin  azadlığıdır. 

Bunlar olmasa demokratiya da olmaz.  İctimai  tərəqqi fərdin 

ən yüksək səviyyədə müstəqilliyi  və  yetginliyi  ilə  öz ifadəsini 

tapır.  Ağaoğlu dövlətin rolunu olduqca azaldırdı.

«Üç  mədəniyyət»  kitabında  Ağaoğlu  islam  dininin 

mənəvi  zəruriliyini  göstərməklə  kifayətlənmir,  onun  bütün 

ictimai  həyatı  düzənləyən  hər  cür  konstitusiyaya,  avtoritar 

bir rejim prinsipinə sürükləməsini  müsəlman  ölkələrinin  geri 

qalmasının  əsas  səbəbi  kimi  göstərirdi.  Onun  fikrincə,  cə­

miyyət  həyatını  tənzimləyən  qanunların  din  adından  y ara­

dılması  teokratiyadır.  Qərbdə  isə  Yeni  dövrdən  başlayaraq 

din  təmsilçiləri  təhsil,  hüquq,  siyasət,  iqtisadiyyat  kimi  əsas 

ictimai  sahələrdən  çıxarılmışdır.  Əxlaq  isə  bilavasitə  təhsil 

ilə  bağlıdır  və  dinin  təsir  sahəsindən  çıxarılaraq  zamana  və 

ağıla uyğunlaşdırılmalıdır.

Ağaoğlu  Şərqdə  ədəbiyyat,  incəsənət  və  düşüncənin 

cəmiyyəti  ümumi  dəyərlər  əsasında  birləşdirmək  funksiyası­

nı  yerinə  yetirmək  qabiliyyətinə  malik  olmadığını  göstərir. 

O,  sübut  etməyə  çalışırdı  ki,  ənənəvi  Şərq  düşüncəsi  fərdlə- 

rarası  münasibətləri  nizamlaya  biləcək  prinsip  ola  bilməz. 

Dövlət  tək və gerçək  hegemondur,  ona görə də  Şərq  düşünc­

əsində  xalq  dövlətə  şərtsiz  itaət  edən  kütlə  hesab  edilmişdir. 

Ağaoğlu  belə  nəticəyə  gəlirdi  ki,  Şərqdə  ictimai  məsələlərin 

həllinin  həmişə  dövlətə  verilməsi  insan  ruhu  üzərində  yara­

dıcı deyil, yıxıcı təsir  göstərmişdir.

3.  Türkiyə  Cümhuriyyəti  dövrü.  Ağaoğlu  «Üç  mədə­

niyyət»  kitabında yazdığı fikirləri Cümhuriyyət dövründə də

100

davam  etdirmişdi.  İlk  baxışda  belə  görünə  bilər  ki, 



Ağaoğlunun  belə  ifrat  qərbçiliyi  milli  dövlət  dəyərləri  quran 

kamalçılarm  fikri  ilə  uzlaşmayacaqdır.  Lakin  bu  kamalçıla- 

rm  cəmiyyət  həyatının  bütün  sahələrində  apardığı  islahatla­

rın nəinki əleyhinə deyildi, əksinə, onlara əsasən uyğun idi.

Məlumdur 

ki, 


Cümhuriyyətin 

elanından 

sonra 

pantürkizm  və  islamçılıq  məfkurələri  əvvəlki  əhəmiyyətini 



xeyli  itirmişdi.  İmperator  Türkiyəsinin  çoxtərəfli,  xaricə 

açıq,  kosmopolit  və  dəyişgən  əlaqələrinin  əksinə  olaraq 

Cümhuriyyət  rejimi  tək  yönlü,  içəriyə  istiqamətlənən  milli 

siyasət  yürüdürdü.  Yeni  dövlətin  hüdudları  çərçivəsində 

türkçülük  ön  plana  çəkilirdi.  Belə  bir  vəziyyətdə  Ağaoğlu­

nun  türkçülüyünün əsas məqsədinin  yerli, regional mənafelə­

ri  irəli  çəkməsi,  dini  və  sinfi  mənafeləri  inkar  etməsi  zama­

nın  tələblərinə  uyğun  gəlirdi.  Bir  sözlə,  pantürkizm  deyil, 

Cümhuriyyət sərhədlərində türkçülük  təqdir edilirdi.

1930-cu  ildən  başlayaraq  Ağaoğlu  kamalizmə  müxalif 

mövqe  tutur,  türkçülük  onun  dünyagörüşündə  artıq  aparıcı 

xətt  olmur.  Liberal  fərdiyyətçilik,  çoxpartiyalılıq,  sərbəst 

rəqabət rejiminin  müdafiəsi  onun  diqqət mərkəzinə keçir.  O, 

sübut  edirdi  ki,  dövlət iqtisadiyyata  müdaxilə  etməməli,  fər­

din  şəxsi həyatına toxunmamalıdır.

Ağaoğlu  demokratik  dövlət  sistemində  siyasi  partiya­

ların  roluna  yüksək  qiymət  verirdi.  O,  göstərirdi  ki,  «dövlət 

idarəsinə gələnlər əsasən partiya üzvləridir,  onlar öz partiya­

larının  proqram  və  nizamnaməsinə  əməl  etməlidirlər,  özləri­

ni  bütün  xalqın  təmsilçisi  hesab  etsələu'  də,  bu  doğru  deyil, 

hətta  riyakarlıqdır».197  Ağaoğlu  göstərirdi  ki,  Rusiyada  da 

Kommunist Partiyası  bütün xalqın adından  çıxış edir,  ölkəni 

təkbaşına  idarə  edir.  Belə  şəraitdə  heç  bir  qüvvə  hakimiyyə­

tə  nəzarət  edə  bilmir,  deməli  ədalətdən  də  danışmaq  ol­

maz.198

Əhməd  bəy  yazırdı  ki,  1930-cu  ilin  avqust  ayında 



Atatürkün  yanına  gedib  sərbəst  partiya  qurmaq  üçün  icazə 

istəyir.  O,  razı  olur  və  deyir  ki,  hürriyyət  üçün  müxalifət  la­

zımdır.  Sonra  bu  partiyanın  Məclisdə  necə  təmsil  olunacağı

197 A.Ağaoğlu.  Sarbast fırqa hatıraları, s .l34.

198 Y enə ofada, s.17-18.

101



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə