Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

C.Meriç  özünün  təfəkkür  tərzinə  və  polemika  üsulları­

na  uyğun  olaraq  bu  fikirlə  də  razılaşmır.  O,  özünün  fikirlə­

rini aşağıdakı qaydada qruplaşdırır.  (Bax:  s. 140-142).

1.  Bu günə  qədər heç  bir yazar  devrimçiliyi  konkret və 

abstrakt deyərək ikiyə ayırmamışdır.

2.  «Qurtuluş  devrimi  isə  hörmətli  Ecevitin  dünya  ihti- 

lal  ədəbiyyatına  ən  parlaq  hədiyyəsidir».  Türkiyəni  «sosial 

və iqtisadi müstəqilliyə»  qovuşduran  qurtuluş  devrimi  deyil, 

qurtuluş müharibəsidir, xarici düşmənlərə qarşı  savaşdır.

3.  Atatürk  devrimi  dünyadakı  bütün  devrimlər  kimi 

təkdir,  özünəməxsusdur.  Siyasi  quruluşu  dəyişdirən,  xilafət 

və  sultanatı  ləğv  edən,  laik  cümhuriyyət  quran  devrim.  Əl­

bəttə,  heç  bir  devrim  bir  gündə  başa  çatmır,  əsas  məqsəd 

həyata  keçiriləndən  sonra  gerçəkləşdirilən  bütün  yeniliklər 

devrim  deyil,  onun  davamıdır.  Başqa  sözlə,  devrim  reform- 

larla  möhkəmlənir,  güclənir.  Geyim  və  s.  kimi  təfərrüatlara 

aid islahatları devrim adlandırmaq yanlışdır.

4.  Abstrakt devrim isə utopiyadır.  Atatürk  və tərəfdar­

ları  müəyyən  bir  devrimi  gerçəkləşdirdilər.  Bu  devrim  1923- 

1928-ci  illərdə  sona  yetdi.  Əlbəttə  devrimi  müəyyən  zaman 

çərçivəsində saxlamaq  doğru deyil.  Lakin  sonradan  da yeni­

ləşmə  davam  edir,  çünki  heç  bir  cəmiyyət  yeniləşmələrə  qa­

palı  qalmır.  Lakin  bu  yeniləşmələr  təməldə  deyil,  ayrı-ayrı 

tək sahələrdə olur, zorakılıqla deyil,  qanunlarla həyata keçi­

rilir,  yəni  devrim  deyil,  tənzimləmə  söhbət  mövzusu  olur. 

Bir sözlə,  eyni vaxt kəsiyində devrimlər deyil,  tək  halda dev­

rim var.  Devrimi  edənlər  öz devriminə qarşımı  devrimçi  ola­

caqlar?


5.  Heç  bir  devrimçi  sürəkli  devrim  istəməz.  Devrim, 

təməldən  doğan  bir  düzən  dəyişikliyi  olduğuna  görə,  uğurla 

nəticələnən  hər  bir  devrimin  təşkilatçıları  yeni  devrimə  gi­

rişməyi  deyil,  gerçəkləşdirdikləri  devrimin  kök  salmasını, 

yaşamasını,  inkişafını  istəyirlər.  Bircə  Atatürkün  məcbu­

riyyət  qarşısında  qalaraq  etdikləri  «sürəkli  devrimçiliyi» 

deyil,  qərbləşmənin,  laikləşmənin  zəruriliyini  qəbul  etmək, 

yəni  qurduğu  düzəni  inkişaf  etdirməkdir.  Bu  da  devrimlə 

deyil, bir sıra düzənləmə ilə (yəni reformlarla)  həyata keçiri­

lir.


90

6.  «Yaşayan  bir  cəmiyyəti  polad  kəmərlə  qurşamaq 

çılğınlıqdır».  Atatürkün  başladığı  yeniləşmə  hərəkatı,  yəni 

devrimləri  onun  ölümündən  sonra  yerində  dayanmamış, 

cəmiyyətdə xeyli  yeniliklər baş vermiş,  «konkret devrimlər» 

geniş  ölçüdə zənginləşmişdi.  Lakin  bütün  bünlar  devrimlərlə 

deyil, reformlarla həyata keçirilirdi.

7.  «Geyim  devrimi  deyil,  geyim  reformu  olubdur.  Bu 

reform da başqa reformlar kimi qanunla həyata keçirilirdi».

C.Meriç  bütün  dediklərini  belə  yekunlaşdırır:  «Xülasə 

edək:  lüğət  tərtibçilərinin,  sosioloqların,  siyasətçilərin  ca­

vabları  boş  şeylərdir.  Ihtilal,  inqilab  və  devrim  sözlərinin 

hamısı  eyni  məvhumun,  yəni  «revolution»un  tərcüməsidir. 

Qərb dillərində  sosial  dəyişiklikləri  ifadə edən  iki  söz,  yalnız 

iki  söz  var:  «revolution»  və  reform.  İhtilal  məvhumu  isə  ih- 

tilalçılığın deyil,  ihtilal-i  şüurun əlamətləridir» (s. 142-143).



IV.  Azərbaycan və türk mütəfəkkiri və ictimai 

xadimi  Əhməd  bəy Ağaoğlunun fikir təkamülü

Əhməd  bəy  Ağaoğlu  1868-ci  ildə  Şuşada  anadan  ol­

muşdur.  Orta  təhsilini  orada  və  Tiflisdə  aldıqdan  sonra 

Fransanın  Paris  şəhərində  hüquq  məktəbini  və  Sarbonna 

universitetini  bitirmişdir.  O,  1894-cü  ildə  Bakıya  gəlmiş,  bir 

çox  qəzet  və jurnallarda  öz  yazıları  ilə  çıxış  etmişdir.  1910- 

cu  ildə  Əhməd  bəy  İstanbula  köçmüş,  «İttihad  və  Tərəqqi» 

Partiyasının  mərkəzi  komitəsinin  üzvü,  «Türk  ocaqları»  cə­

miyyətinin  və  «Türk yurdu» jurnalının  yaradıcılarından  biri 

olmuşdur.  O,  jurnalist,  maarif  müfəttişi,  İmperatorluq  və 

Cümhuriyyət  parlamentlərində  millət  vəkili,  istanbul  Uni­

versiteti  ədəbiyyat  fakültəsinin  dekanı  və  burada  yeni  yara­

dılan  bir  sıra  kafedraların  müdiri  vəzifəsində  çalışmışdır.

1918-ci  ildə Azərbaycana  gələn  Osmanlı  Qafqaz Ordusunun 

müşaviri  kimi  Bakının  bolşevik  və  daşnaqlardan  azad  edil­

məsinin  bilavasitə  iştirakçısı  olmuş,  1919-cu  ildə  türk  ordu­

su  ilə  birlikdə  yenidən  Türkiyəyə  qayıtmışdır.  Həmin  ildə 

başqa  ittihadçılar  ilə  bir  yerdə  Malta  adasına  sürgün  edil­

91



mişdir.  1921-ci  ilin  baharında  Ağaoğlu  İstanbula  qayıdır, 

Mətbuat və  İnformasiya  Baş  İdarəsinin  müdiri  və  yeni  kon­

stitusiya  hazırlayan  qrupun  üzvü  seçilir,  «Hakimiyyeti  Mil- 

liyye»  qəzetinə  rəhbərlik  etməyə  başlayır.  Bu  müddət  ərzin­

də  o,  eyni  zamanda  yeni  yaradılan  Ankara  Universitetində 

konstitusiya  hüququ  fənnindən  dərs  deməklə  də  məşğul 

olur.  1930-cu  ildən  başlayaraq  Ağaoğlu  müxalifətə  keçir, 

yeni  partiya  yaradır,  parlamentdə  təmsil  olunur.  Lakin  tez­

liklə  onun  partiyası  bağlanır,  bütün  vəzifələrdən  xaric  edilir 

və  yenidən  İstanbula  qayıdaraq  hüquq  fakültəsində  özünün 

müəllimlik  fəaliyyətini  davam  etdirir.  Lakin  1933-cü  ildə 

universitet islahatları  ilə  əlaqədar  olaraq  öz yerini  Almaniy­

adan  dəvət  olunan  professora verməli  olur.  Əhməd  bəy  qısa 

bir müddət ərzində  «Axın»  qəzetini  buraxır,  lakin  qəzet  tez­

liklə  hökumət  orqanları  tərəfindən  bağlanır.  Buna  baxmay­

araq  o,  jurnalistlik  fəaliyyətini  yenə  də  davam  etdirir.  Əh­

məd  bəy  Ağaoğlu  17  may  1939-cu  ildə  İstanbulda  vəfat  et­

mişdir.


Ağaoğlunun  həyat  və  yaradıcılığını  üç  dövrə  bölmək 

olar:  1)  Fransa  və  Azərbaycan  dövrü;  2)  Osmanlı  İmpera- 

torluğu dövrü;  3) Türkiyə Cümhuriyyəti dövrü.

1.  Fransa  və  Azərbaycan  dövrü.  Fransada  oxuduğu  il­

lərdə  Ağaoğlu  hələ  türkçülük  məfkurəsindən  çox  uzaq  idi. 

«Bu  illərdə  yazdığı  məqalələrdə  Ağaoğlu  Şərq  toplumların­

da fərdin  inkişaf etmədiyini  öndə gələn  bir çöküş  səbəbi  ola­

raq  göstərmişdir.  İran  və  Türkiyədə  despotik  rejimlərin 

hökm  sürdüyünü,  fərdin  gücsüz  buraxıldığı  fikrində  idi».183 

Hələ  tələbəlik  illərində  o,  məqalələr  yazır,  elmi  konfranslar­

da  çıxış  edirdi.  Məsələn,  Əhməd  bəy  1892-ci  ildə  Londonda 

toplanan  IX  Beynəlxalq  Şərqşünaslıq  Konqresində  «Şiəlik 

dinində  məzdəkçi  inanclar»  mövzusunda  məruzə  etmişdir. 

Bu  dövrdə  Ağaoğlu  İran  fars  mədəniyyətinin  üstünlüyünü 

göstərirdi.

Əhməd  bəy  Bakıda  yaşadığı  illərdə  əsasən jurnalistlik, 

daha  geniş  mənada  maarifçilik  fəaliyyəti  ilə  məşğul  olmuş­

dur.  Ağaoğlu  insanlar  arasındakı  münasibəti,  hətta  beynəl-

183  Ufuk  Özcan.  Ahmet  Ağaoğlu ve rol  deyişikliyi.  İstanbul,  «Akademi», 

2003, s.28-29.

92

xalq  münasibəti  də  dini  münasibətlər  əsasında  izah  edirdi. 



«Haraya  vurnuxsan  da,  dini  emansipasiya  haqqında  nə  qə­

dər qışqır-bağır  salsan  da  indiki  zamanda  da  beynəlxalq  hə­

rəkatın  və  insan  münasibətlərinin  əsas  mayası  dindir. 

Türkiyə xristian  ölkəsi  olsaydı  heç bir  hərb məsələsi  olmazdı 

və  Avropa  da  uzun  zaman  bu  məsələ  üzərində  öz  başını 

ağrıtmazdı».184

Əhməd  bəyin  fikrincə  Qərb  sivilizasiyasını  qəbul  et­

mək  Türkiyədə  nə  millətçiliyə,  nə  də  dinə  ziyan  vurmadı. 

Bəzi  Avropa  müəllifləri  deyirlər  ki,  müsəlman  dünyasının 

geri  qalmasına  səbəb  İslamdır.  Bir  çox  Şərq  alimləri  isə  he­

sab  edirlər  ki,  Qərbin  irəli  getməsinə  səbəb  onun  texnikası­

dır.  Ağaoğlu  hər  iki  fikri  yanlış  sayır  və  göstərirdi  ki,  Avro­

pa  texnikasının  üstünlüyü  azadlığa  əsaslanan  Qərb  siviliza­

siyasının  nəticəsidir.  Avropada  dövlət,  şəxsiyyət  və  s.  haq­

qında  təsəvvürləri  kökündən  dəyişən  fikir  azadlığı  İntibah 

dövründən  başlayır,  elə  bu  vaxtdan  da  Qərb  sivilizasiyası 

çiçəklənmə  dövrünə  qədəm  qoyur.  Şərqdə  isə  ətalət,  tənbəl­

lik  hökm  sürürdü,  bu  isə  fikir  azadlığını  buxovlayırdı.  Əh­

məd  bəy  təəssüf hissi  ilə  xatırlayırdı  ki,  Bakıda  yeni  məktəb 

açıb  orada  türk  dilini  tədris  edərkən,  molla  buna  etiraz  edir 

və  deyir  ki,  əsl  mükəmməl  dil  ərəb  dilidir.  O,  göstərirdi  ki, 

türklər  Qərb  sivilizasiyasını  qəbul  etməyə  razıdır  və  bu  pro­

ses  artıq  başlamışdır.  Türklər  azad  millətdir,  başqa  müsəl­

man  xalqlarının  hamısı  hələ  azad  ola  bilməyiblər.  O,  belə 

nəticəyə  gəlir  ki,  əgər  türklər  də  köhnə  fikir  tərzinə əməl  et­

səydilər,  onda  «din  də,  şəriət  də,  və  bizim  hamımız  məhv 

olardıq».185

Ağaoğlu  panislamizmə  və  millətçiliyə  xidməti  barədə 

fəxrlə  yazırdı:  «Kamali  əhəmiyyət  və  iftixar  ilə  deyə  bilərik: 

Rusiya müsəlmanları  arasında milliyyət  və  ittihadi  islam  (is­

lam  birliyi  -   Y.R.)  məsələlərini  qaldıranlardan  biri  də  biz 

özümüzük».186  O,  belə  bir  fikir  irəli  sürürdü  ki,  müsəlman 

aləmində  elm  və  mədəniyyətin  inkişafına  əsas  səbəb  islam 

olmuşdur,  islam  həmişə  tərəqqiyə  kömək  etmiş,  onu  sürət­

184 Bax:  «Kaspi» qəzeti, 25 sentyabr  1903-cü il.

185 Bax:  В.А.Гордлевский.  Изб.  Соч.  T.3.  M.,  1962, с.493-494.

186 Вах:  «Tərəqqi» qəzeti», №  22,  1909.

93



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə