Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

Mövlanamn  fikrincə,  ziddiyyətlər  həmişə  mübarizə  şə­

raitində  olmuşlar,  onlar  bir  çox  hallarda  barışırlar.  Belə  ol­

masa  əks  tərəflərdən  biri  və  yaxud  hər  ikisi  məhv  olar. 

«Həyat  ziddiyyətlərin  ixtilafı  və  razılaşmasıdır.  Aralarında 

vuruşma  olması  isə  ölümdür»  (M.  I  -   1292).  Onun  fikrincə, 

hər  bir  müsbətdə  mənfi,  hər  bir  mənfidə  bir  müsbət  cəhət 

var.  Əksliklər  həm  mübarizə  edir,  həm  də  barışırlar,  onlar 

müəyyən  hallarda  vəhdətdə  olmalıdırlar.  Çünki  Allahın 

hökmü belədir.

VI.  Yunus Emrənin sufizmi213

Yunus  Emrə  (ölümü  1320-21)  əslən  Eskişəhir  yaxın­

lığındakı  Sarıköydəndir.  Onun  qəbrinin  həmin  qəsəbədə  ol­

duğu  artıq  dəqiq  müəyyənləşdirilib.  Yunus  bektaşı  təriqə­

tindən  olan  Tapdıq  Emrənin  müridi  olmuşdur.  Onun  fəlsə­

fəsi  vəhdəti-vücud  təliminə  əsaslanır  və  öz  varlığını  Allah 

varlığının  bir  zərrəsi  hesab  edirdi.  Yunusun  fikrincə,  zərrə 

bütünə  doğru  can  atır.  Hələ  maddi  dünyanın  yaradılmasın­

dan əvvəl mənəvi  aləmdə,  yəni İlahi varlıqda ruhlar yaşayıb, 

sonralar  Kainatın  yaradılmasından  sonra  ruh  insan  bədəni­

nə daxil olub.  Deməli, ruh əbədi mövcud olub.

Yunus  Emrəyə  görə,  əsl  məhəbbət  İlahi  məhəbbətdir. 

Yalnız  öz  varlığından,  maddi  dünyadan  imtina  edib  Allaha 

qovuşmaq  istəyənlər  eşqin  mənasını  başa  düşə  bilərlər.  Eşq 

vəhdəti-vücud  nəzəriyyəsi  çərçivəsində  məhdudlaşır.  İnsan 

Allahın  bir  zərrəciyi  olduğu  üçün  eşqin  ən  mükəmməlini 

İlahi  birlikdə  tapır  və  «bir  zərrəcə  Haqdan  başqa  gözüm 

nəsnə görməz mənim» deyirdi.

Yunus  Emrə  Mənsur  Həllacın  Ənəlhəqq  fəlsəfəsini 

bütövlüklə  qəbul  edir,  öz  yaradıcılığında  əsasən  ona 

müraciət edirdi.

Yunus  Cəlaləddin  Rumi  ilə  görüşərkən,  «Məsnəvi»nin 

çox uzun yazıldığını  bildirir və mən olsaydım:

213  İlk dəfə «Sosial bilgilər» jurnalında (2002, №   1) çap olunub. 



122

Ətə kəmigə büründüm 

Yunus deyə göründüm

deyib,  məsələni  daha  qısa  həll  edərdim  söyləmişdi.  O,  Möv- 

lananı  sevdiyini  və  pirinin  Hunkar,  yəni  Hacı  Bektaş  Vəli 

olduğunu bildirirdi.

Yunus  Emrənin  görüş  dairəsi  çox  geniş  olmuşdur: 

Kainat, Allah, İnsan,  Kamal, dərvişlik,  ölüm, axirət və s.

Emrənin  fikrincə,  dörd  ünsür -   torpaq,  su,  hava  və  od 

Tanrının  hikməti  sayəsində  yaranıb  və  Kainatın əsasını  təş­

kil  edir.  İnsanın  xarakteri,  ədəb  və  həya  hissi,  onların  vəh­

dəti  də  həmin  dörd  ünsür  sayəsində  yaranıb.  Dörd  ünsürün 

hamısı Tanrıdan gələn parlaqlıqdan (pertevindən) yaranıb:

Torpaq Tanrınm qaniliyi pertevindəndir 

Su Tanrının nuri pertevindəndir 

Yel Tanrının heybəti (böyüklüyü) pertevindəndir 

Od Tanrının haşimi (qəzəb) pertevindəndir.214

Yunus  məkansızlıq  idrakını  və  hər  tərəfə  yayılma 

gücünü ifadə edirdi.  Bütün  mövcudat  bir varlıqda -  Allahda 

birləşir.  Onun  isə məkanı  yoxdur,  nə  əvvəli,  nə  də  axırı  var. 

O,  yeganə əbədi varlıqdır.

Yunus  Emrə  şerlərində  maddi  dünyanın  müvəqqəti  , 

keçici  (fəna)  olduğunu  dönə-dönə  təkrar  edir,  dünya  nemət­

lərinə aldanmamağı məsləhət görür:



Beş günlük ömür üçün geri qayıtma 

Bu dünyanın fəna naxşına baxma215

Şair  səbrli  olmağı  Allahın  göstəricisi  hesab  edir.  Səbr 

insani  irəli,  Allaha  doğru  aparır,  ona  müvəffəqiyyət  gətirir, 

çətinliyi  aradan  qaldırmağa  kömək  edir.  Səbr  edən  həmişə 

udur:

214 Y unus Emre Divanı.  İstanbul,  1990, s.48.



215 Yenə orada, s.  66.

123



Səbr səadəti əbədi qalır 

Səbr kimdə isə o nəsib alır216

Yunusun  dediyinə  görə  axirətdə  əbədi  səadətə  qovuş­

maq  insanın  bu  fani  dünyadakı  davranışından,  şeytana  uy- 

mamağından,  nəfsini  saxlamaqdan,  bir  sözlə  Allahın  buyur­

duğu yolla getməkdən asılıdır:

Dirliyin nə isə oldur ömürün 

Bu günkü gündür sabahkı günün

Haqqı dünyalara bu gün sabah yox 

İşin bundan bitər uzatma ayruk217

İman insanın  çıraq  kimi yolunu işıqlandırır,  düzgün is­

tiqamətləndirir,  Şeytan  isə  hər  an  insanın  qəlbinə  girir,  onu 

aldatmağa  çalışır,  çox  vaxt  buna  nail  olur.  Şair  xəbərdarlıq 

edir:

Yunus  səni din ediniz din ilə iman ediniz 



Eşqə bu gün sabah nədir, işim budur ondan sona218

Daha sonra:



Oxuduğu Quran ola 

Könlü dolu iman ola 

Allah ona rəhmət qılır 

Qoltuğunda fərman ola219

Yunus  Emrə  dost  yolunda  canını  verməyə  hazır  ol­

duğunu  deyir.  O,  dosta  aşiqdir,  çünki  onun  ən  yaxın  dostu 

Tanrıdır.  Tanrıya aşiq olanlar onun dostudur:

6 Yenə orada, s.77.

217 Yenə orada, s.  83.

218 Yenə orada, s.  102.

219 Yenə orada, s.  106-107.

124

Mən dost ilə dost olmuşam 

Münkirlər baxar gülüşür

Mən dost ilə dost olayım 

Canımı qurban verəyim 

Mən aşiqi biçarəyəm 

Mən bir dəli divanəyəm

Sanırlar ki, mən dəliyəm 

Mövlanın (Allahın) kəmtər (ən əskik) quluyam 

Dərviş Yunus necə diyəm 

Yana-yana dosta gedəm220

Yunus  qəzəllərinin  birində  göstərir  ki,  vüsala  çatmaq, 

yəni  Haqqa  qovuşmaq  üçün  yeddi  cür  nişan  lazımdır:  1) 

səbr;  2)  nəfsə  tabe  olmamaq;  3)  bütün  həvəslərdən  imtina 

etmək;  4)  maddi  dünyadan  azad  olmaq.  Bu  dörd  nişanı  gö­

stərəndən sonra şair fikrinə yekun vurmaq üçün deyir:



Yunus yeddi nişan dedi həm üçünü gizlədi 

Onu dahi eydiverəm gəlib xəlvət edənlərə221

Emrə  aşiq  olduğuna  şükr  edir,  fəxr  edir  ki,  onu  bu 

yoldan  heç  kim  döndərə  bilməz.  O,  bu  yolda  yanıb  kül  ol­

mağa razıdır.  Çünki onun sevgilisi Tanrıdır:



Eşq oduna yanar isəm daha şirin gəlir mənə 

Canım  fəda olsun məni bu eşq oduna atana

Məşuqunun üzün görən gerçək ki, yana kül ola 

Görüncə can fəda qılar şamı görüncə pərvanə222

Yunus  Emrənin  bütün  dünyagörüşünün  əsasını  «Ənəl- 

haqq»  ideyası  təşkil  edir.  Onun  bütün  şerləri  bu  ideyadan

220 Yenə orada, s.109.

221  Yenə orada, s. 141.

222 Yenə orada, s. 141.

125



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə