qidalanır. Xoşbəxt o kəsdir ki, öz mənliyini yox edib İlahi
varlığa qovuşur:
Əzəldən mənim fikrim, «Ənəl Haqq» idi zikrim
Hənuz daha doğulmadan ol Mənsuri Bağdadi223
Şair inanırdı ki, saf qəlbli bir mürşidin, həyatını Haqq
yolunda puç edən bir dərvişin yanına getmək hər şeydən
qiymətlidir. «Yüz Kəbədən yekrəkdir (daha yaxşıdır) bir
könül ziyarəti».224
Yunusun dediyinə görə gerçəkliyin əsl dəyəri onun
yoxluğundadır. Bunu hiss üzvləri qavraya bilməz, bunu heç
bir xarici kömək olmadan qəlb başa düşür:
Dinləmədən anladın anlamadan dinlədin
Gerçəklərin bu yolda yoxluqdur sərmayəsi225
Allah bir olduğu üçün Kainat da birdir. Yalnız bir
varlıq mövcuddur, hər şey onun içər isindədir. Çünki maddi
olan hər mövcudat fanidir. Deməli nə varsa hamısı bir
vücudda vəhdətdədir:
Vücud şəhrini gəzdik
Cümlə vücudda bulduq
Tahtessera (yerin altı) hep yerleri
Cümlə vücudda bulduq
Dağları dənizləri
Cümlə vücudda bulduq
Göydə yeddi ulduzu
Cümlə vücudda bulduq
Göydə Beytül mamuru (Mələklərin qibləsini)
223 Yenə orada, s.155.
224 Yenə orada, s. 186.
225 Yenə orada, s 187.
126
Cümlə vücudda bulduq
Furkaan (Quran) ilə Zəburu
Cümlə vücudda bulduq
Cümləmiz dedik sadak
Cümlə vücudda qaldı226
Başqa sufilər kimi Yunus da «Allahdan başqa İlahi
yoxdur» həqiqətini qeyd-şərtsiz qəbul edir. Lakin bu ifadə
nin səndən başqa Allah yoxdur mənası ilə bərabər, səndən
başqa ümumiyyətlə heç nə yoxdur mənası da var. Deməli,
hər şey bir bütünə daxildir. «Kimsə yox birdən artıq, söylə
nir bir içində».
Bir təsəvvüf təmsilçisi kimi Yunus Emrə də bədənin
fani, ruhun isə əbədi olduğuna inanırdı. Dünyada ruhdan
başqa nə varsa yox olur. Ona görə də bu dünyada surətə
uyub mənanı yaddan çıxarma, çünki həqiqət ondadır:
Məna axtar bu yolda
Məna duyan könüllər
Tən (bədən) fanidir can ölməz
Ölürsə təklər ölür
Çeşmələrdə bardağın
Bir anda durur isən
Yaratdı Haqq dünyayı
Dünyaya gələn gedər.227
Öz şəxsi mənliyini ilahi varlığa qurban verib heç edən,
Ənəlhaqq deyən şair, bütün varlığı ilə inanırdı ki, yerdə,
göydə, maddi dünyada, mənəvi dünyada nə varsa, hamısı
Mənəm, Mən vahidəm, təkəm, şərikim yoxdur:
226 Yeııə orada, s. 197-198.
227 Yenə orada, s. 200.
127
Mənim canım oyanıqdır dost üzünə baxan mənəm
Həm dənizə qarışmağa irmaq olub axan mənəm
trmaq kimi mən çağlaram gah gülərəm gah ağlaram
Nəfsin ciyərin dağlaram kibrü kini yaxan mənəm
Bu çarx mənim əlimdədir üstündə mən oturmuşam
Mülk mənimdir hökm edərəm yanan mənəm yaxan mənəm
Ol Həllaci Mənsur ilə söylər idim ənəlhaqqı
Yenə onun boynuna dar urqanmı (kəndirini) taxan mənəm
Əvvəl adım Yunus idi şimdi tsmail o kodu
Ol dost üçün Ərəfatda qoçu qurban alan mənəm228
Yunus Emrə inanırdı ki, bütün bunları deyən o özü
deyil, Allahdır. Çünki o, özü artıq yoxdur, çoxdan özünü
fəda edib İlahiyə qovuşub. Yunusun eşq atəşi sönməzdir.
«Dənizə qərq olur isəm odum daha sönməz mənim» deyir.
Yunus deyil bunu deyən qüdrət dilidir söyləyən
Kafir olur inanmayan əvvəl-axır həmən mənəm229
Üzünü Allaha tərəf çevirərək, Yunus deyirdi ki, mənə
nə istəyirsən et - zülm et, cəfa gətir, iztirab ver - yenə də
Səndən üz döndərmərəm. Çünki mən əsl aşiqəm, çünki bir
həqiqət var: Ənəlhaqq.
Yüz min cəfa qılsam mən səndən üzüm döndərməzəm
Canım dahi alır isən səndən üzüm döndərməzəm
Səni sevirəm can ilə qul olmuşam qurban ilə
Qanım töküb qurban eylə səndən üzüm döndərməzəm230
Yunusun bütün yaradıcılığı vəhdət ideyası üzərində
qurulub. Mən, sən, o - yoxdur, hamı birdir, Yer, Göy,
228 Yenə orada, s. 209-210.
229 Yenə orada, s. 216.
230 Yenə orada, s. 219.
128
ümumiyyətlə Kainat ayrı deyil, birdir. Dünyada müstəqil
yaşamağa qadir heç nə yoxdur. Hamısı Allahda birləşir.
Ondan başqa hər şey, hər kəs fanidir. Yunus öz adından heç
nə deyə bilmir, onu danışdıran Odur. Mən varlıq kimi yo
xam, heçəm deyir:
Mən mənim dediyim əgər mən isəm
Niçin bu mənliyə əlim erişməz (çatmaz)231
Mən deyəndə, Yunus özünü deyil Tanrını nəzərdə tu
tur. «Mənəm» deməyə yalnız Onun haqqı var:
Həm batinəm həm zahirəm həm əvvələm həm axıram
Həm mən Oyam, həm O mənəm, həm ol Kərim sübhan mə
nəm
Yoxdur orda tərcüman ondakı iş mənə əyan
Oldur mənə verən lisan, ol dənizi ümman mənəm
Bu yeri göyü yaradan, bu Ərşi Kürsü durduran
Min bir adı vardır Yunus ol sahibi Quran mənəm232
Yunus Emrəyə görə İlahi məhəbbətdən başqa Yerdəki
bütün sevgilər yalandır, çünki Haqdan başqa hər şey fani
dir. Ona görə də könlünü dünyaya vermə, ona könül verən
mütləq bir gün zülmə düçar olacaq. Sənə heç bu bədən də
lazım deyil, «o əbədi cənnətə iman gərəkdir». Ona görə də
nə Mənsur Həllac, nə də Məcnun məşuqdan ayrılmır, onun
yolunda canlarından keçirlər.
Sənsən bizə bizdən yaxın görünməzsən hisab nədir
Çün eybin yox, göyçək isən üzündəki niqab nədir233
Aşiq məşuqunun üzünü görməsə də, onun gözəl ol
duğunu bilir, ona doğru can atır, həyatını fəda etmək istəy
ir, ona qovuşmaq istəyir.
231 Yenə orada, s. 350.
232 Yenə orada, s. 230.
233 Yenə orada, s. 310.
129