Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   25   26   27   28   29   30   31   32   33

İdrak,  Rumiyə  görə,  yalnız Allahın  verdiyi  ağıl  və  ka­

mal  ilə  baş  verir.  Bir  şəxsin  cüzi  ağlı  da  ağıl  hesab  olunur, 

lakin  o  çox  vaxt  zəif  olur.  İdrak,  anlamaq,  hafizə  və  xatır­

lama  ağıl  vasitəsi  ilə  olur.  «Ağıllı  adam  nəticəni  lap  əvvəl­

dən  ürəyi  vasitəsi  ilə  görür;  kimin  də  biliyi  yoxdursa,  onu 

axırda  görür»  (M.  III  -   520),  yəni  nəticə  artıq  üzə  çıxandan 

sonra.

Mövlana  hesab  edirdi  ki,  müxtəlif bilik  sahələri,  məsə­



lən,  fiqh  (hüquq),  hikmət  (fəlsəfə),  astronomiya,  təbabət  və 

s.  ilə  məşğul  olan  şəxs  birinci  növbədə  öz  şəxsi  mənafeyini 

düşünür,  bəzən isə öz marağını təmin edir.

Rumiyə  görə,  «zahiri  elmlər»  yalnız  zahiri  aləm,  yəni 

maddi  dünya  ilə  məşğul  olur.  Ona  görə  də  İlahi  mahiyyət­

dən  məhrumdur,  ruha  deyil,  bədənə  xidmət  edir.  Maddi 

dünyanın  mənası  (mahiyyəti)  deyil,  onun  təzahürləri  öyrəni­

lir.  «Toxum  torpaqda  qalır;  bir  müddət  keçəndən  sonra 

onun sirri bostanın yetişməsi olur» (M.  I -   177).

Mövlanaya görə,  surəti  öyrənən  «zahiri  elm»dən  köklü 

surətdə fərqli olaraq əsli, mənam öyrənən ruhani elmlərin öz 

xüsusiyyətləri  var.  Burada  hiss  üzvlərinin  heç  bir  rolu  yox­

dur,  çünki öyrənilən  obyekt maddi  olmadığı üçün  onları  hiss 

üzvləri  vasitəsi  ilə  duymaq  mümkün  deyil,  onun  əsli  yerdə 

deyil,  göydədir.  Rumiyə  görə,  əsl  alimlər  mənanı  öyrənməyə 

çalışırlar,  onu  tam  dərk  edə  bilməsələr  də  yenə  öyrənirlər. 

İdrakın  sonu  yoxdur,  elm  heç  vaxt  hər  şeyi  öyrənib  sona 

çatdıra  bilməz.  Bundan  başqa  Tanrının  elə sirləri  var ki,  in­

san  ağılı  onları dərk eləməyə qadir deyil.  Rumi belə nəticəyə 

gəlir ki,  din elmi,  başqa  sözlə,  İlahi  elm  bütün  başqa elmlər­

dən  üstündür.  Yalnız  mənanı  açan  İlahi  elm  insana  fayda 

gətirir,  başqa elmlər mənanı deyil, surəti izah edir.

Təsəvvüf tamamilə  islam  zəminində  yaranmış  dünyag­

örüşüdür,  onun  iki  əsas  mənbəyi  var:  Qurani-Kərim  və 

sünnət.  Başqa  kənar  təsirlərin  o  qədər  də  böyük  əhəmiyyəti 

yoxdur.  Cəlaləddin  Rumi  də  öz  fikirlərini  əsaslandırmaq 

üçün  tez-tez  Qurana  və  hədislərə  müraciət  edirdi.  Odur  ki, 

Cami  Mövlananın  şah  əsəri  «Məsnəvi»ni  fars  dilində  yazıl­

mış  Quran  hesab  edirdi.  Rumi  islamı  quru  fəlsəfə və məntiq 

dini deyil, eşq dini kimi qəbul edirdi.

110

Mövlanaya  görə,  surət  imkan  vermir  ki,  insan  vəhdəti 



görsün.  Bütün varlıqlar  fani olaraq  Allahın varlığında birlə­

şir  (vəhdəti-vücüd).  Rumi  möminlərə  məsləhət  görürdü  ki, 

namussuz  adamların  surəti  və  adı  nə  qədər  yaxşı  olsa  da, 

ona  əhəmiyyət  vermə,  ad  və ləqəbi  atıb  mənanı  axtar.  Sənin 

xaricin  əzab-əziyyətdən,  işgəncədən,  qaranlıqdan  nə  qədər 

fəryad  edir  etsin,  daxilin  gülüstan  içində  gülüstandır  və  xa­

ricdən  gələn fəryad  onu poza bilmir.  Bu  deyilənlər möminlə­

rə  aiddir.  Lakin  daxili də çirkli adamlar çoxdur.  Belə  adam­

ların  zahiri  çirkini  su  ilə  təmizləmək  olar,  daxildəki  əxlaq 

çirki isə daim artır.

Məna  surətdən  və  yaxud  ruh  bədəndən  deyil,  əksinə, 

surət  mənadan  və  yaxud  bədən  ruhdan  daha  çox  fayda 

görür.  Bu  fayda  təmənnasız  olur.  Mövlana  deyirdi  ki,  surəti 

verən də,  alan da,  dəyişdirən  də Allahdır.  Mənanın təzahürü 

kimi surət də lazımdır.  Belə olmasa o, yaradılmazdı.

Nə üçün  gözəl üz güzgüyə aşiqdir? Çünki  həmişə  özünü 

görüb  həzz  almaq  istəyir.  Güzgü  isə  Mövlanaya  görə,  ruh­

dan  gələn  işıqdır  və  qəlbi  qüvvətləndirir.  Deməli,  surət  mə­

nada  öz  gözəlliyini  axtarır.  O,  soruşurdu  ki,  məna  qarşısın­

da  surət nədir?  Cavab verirdi ki,  çox aciz,  gücsüz bir şey.  Bu 

qədər  böyük  kainatı  başıaşağı  saxlayan  mənadır.  Hətta  sə­

mimi deyilməyən söz nə qədər gözəl deyilsə də mənasızdır.

Mövlanaya  görə  hər  bir  kəs  məna  aləminə  gedə  bilər. 

Bunun  üçün  çox  dözümlü  olmaq,  Allaha  ümid  etmək  lazım­

dır.  Məna  gözləyənlərin  qibləsi  səbrdir,  surətə  baş  əyənlərin 

qibləsi  isə  daşdan  düzəldilmiş  bütdür.  Surət  xaricdə  olduğu 

üçün  daxildəki  mənanın  üstünü  örtür.  Candan  sevilən  sevgi­

linin  mahiyyəti  qan  kimi  damarların  içindədir.  Belə  bir  və­

ziyyətdə əsl qibləni  tapmaq zərurəti yaranır.  Səbrli, dözümlü 

olmaq,  ümid  etmək  və  s.  nəhayət,  əsl  qibləyə,  yəni  Allaha 

gətirib çıxarır.

Rumi  dəfələrlə  demişdir  ki,  surətin  mənadan  xəbəri 

olmasa  da,  mənanın  surətdən  xəbəri  var.  Çünki  surətə  ən 

düzgün  qiyməti  məna  verə  bilər,  ruh  bədəni  daha  yaxşı  ta­

nıyır,  nəinki bədən ruhu.

Bəzi  tədqiqatçılar  yeni platonçuluq  ilə  təsəvvüf arasın­

da  uyğunluq,  bəzi  hallarda isə  eynilik  axtarırlar.  Lakin  on­

lar  arasındakı  əsas  fərq  odur ki,  təsəvvüf dini  mistisizm,  ye­

l l i



ni platonçuluq isə fəlsəfi  mistisizmdir;  yeni platonçuluq  əsa­

sında  ağil,  təsəvvüfün  əsasında  isə  inam  dayanır.  Odur  ki, 

Rumi  antik  fəlsəfə  ənənələrini,  yuxarıda  deyildiyi  kimi,  in­

kar  edirdi.  Onun  fikrincə,  ağil  nə  qədər  ucada  dayansa  da, 

Allaha  çatdıra  bilməz.  Ağil  maddi  gerçəkliyin  yalnız  ayrı- 

ayrı  sahələrini  anlaya  bilir.  Allaha  aparan  yol  İlahi  eşqdir, 

Onu yalnız qəlbin  gözü ilə görmək mümkündür.

«Könül  nuru  ilahidən  olduğu  üçün  çirklənmir.  Həmişə 

təmiz  və  pak  qalır.  Günəşin  nuru  m urdar  bir  şey  üzərində 

əks  edərsə iyrənc  şeyi  qəbul  etmir,  çiklənmir.  O,  həmin  nur­

dur».  (M.II -  3411).  Günəşin nuru  istər  natəmiz yerə,  istərsə 

də  gözəl  gülüstana  düşsün,  onun  mənası  dəyişmir.  Pak  və 

ilahi  nur  şölələnəndə  ona  qovuşanlar  üçün  nur,  uzaqda  qa­

lanlar  üçün  atəşdir.  Çünki  ondan  uzaqda  olanlar  bu  nurun 

yalnız işığını görə bilərlər.  Belə halda da ilahi nur atəş  deyil, 

onun  əksi  olan  bir  şeydir.  Atəş  kimi  görünsə  də,  o,  nur  ola­

raq qalır,  ona qovuşmaq kimə qismət olursa xoşbəxt olur.

Rumi  inanırdı  ki,  Allahın nuru  gizlidir,  lakin qəlb  onu 

axtarır,  ona doğru  can  atır.  Çünki  onun varlığı  gerçəkdir və 

könül  heç  vaxt  olmayan  şeyi  arzu  etməz.  İlahi  nur  nə  qədər 

gizlin  olsa  da,  onun üstünü  örtüb  aradan  götürmək mümkün 

deyil.  Əgər  nurun  üstünə  torpaq  və  kül  töksən  də  nur  yox 

olmaz,  üzə çıxar,  kül və torpaq üstündə parlayar.

Mövlana  maraqlı  bir  müqayisə  aparır.  Bir  otaqda  iki 

çıraq-işıqlar  bir-birinə qarışıb  birləşir.  «Lakin  eşq  şamı  dig­

ər  şamlar  kimi  deyildir.  Eşq  işıqlar  içindəki  işıqlar  işığıdır» 

(M.  III  -   3920).  Bu  işıq  heç  vaxt  başqa  işıqlar  içində  yox 

olub  onlara  qarışmaz,  əksinə,  başqa  işıqları  da  işıqlandırar. 

Bu işığın qarşısını heç nə ilə kəsmək mümkün deyil.

Rumi  «Məsnəvi»nin  ilk  18  beytini  öz  əli  ilə yazmışdır. 

O,  burada  deyir  ki,  qamışlıqda kəsilib  düzəldilən  ney fəryad 

edir,  ayrılıq  dərdindən  əzab  çəkir,  əslinə  qayıtmaq  istəyir. 

Neyin  həsrəti  ilahi  eşqin  simvoludur.  Neyin  səsi  yandırır. 

«Bu  neyin  səsi  atəşdir,  hava  deyil.  Kimdə  bu  atəş yoxdursa, 

yox  olsun»(M.I  -   9).  Ağil,  hiss  eşq  atəşini  görə  bilməz. 

Çünki  eşqi  ancaq  eşqin  nuru  görür.  Mövlana  göstərirdi  ki, 

xaricdən  gələn  nur  günəşdən,  ulduzlardandır.  Daxildəki  isə 

məna aləminin əksidir.

112

Beləliklə,  qısa  girişdən  sonra  Ruminin  dünyagörüşünü 



aşağıdakı kimi qruplaşdırmaq olar:

1.  Allah.  İslam.  İnsan.  Mövlanaya  görə,  yeganə  varlıq 

Allahdır,  ondan  başqa  dünyada  nə varsa  hamısı fanidir,  ke­

çicidir,  sözün  həqiqi  mənasında  varlıq  deyil.  Deməli,  dünya­

da  yalnız  yaradan  və  yaradılanlar  var.  Kainatda  mövcud 

olanların hamısı  bir-birini  tamamlayır,  tarazlayır,  şərtləndi­

rir.  Rumiyə  görə,  bu  gözəl  nizamın  səbəbini  yalnız  Allahda 

axtarmaq  lazımdır.  Allah  dünyanı  öz  mənfəəti  üçün  deyil, 

insanlar  üçün  yaratmışdır.  Allah  dünyanı  yaradarkən  onu 

nəyəsə  oxşadıb  yaratmamışdır.  Mövlana  deyirdi:  «Cənabi- 

Haqq  elə  ixtiraçıdır  ki,  yaratdıqlarını  hər  hansı  bir  nümu­

nəyə baxaraq xəlq etməmişdir».

Ruminin  fikrincə,  Allaha  dua  edən,  Ondan  kömək 

uman  insan  səmimi  qəlbdən  öz  varlığını  Onun  varlığında 

yox  edə bilirsə,  deməli,  kömək  alıb.  Maddi  rifah ummaq  in­

sanı  Tanrıdan  ayırır.  «Duamız  qəbul  olunmayanda  Allah 

səmasından sükut ilə cavab verilir».

Rumi  göstərirdi  ki,  bu  dünyanı  məkansız  Allah  yarat­

mışdır,  deməli,  bu  dünya  laməkan  aləminin  daxilində  keçici 

bir  yer  tutur.  Cəhətlər  (tərəflər)  yalnız  cisimlərdən  olur,  cə- 

hətsizlik  isə  ruhun  təbiətidir.  Sevən  aşiqin  ruhu  isə  məkana 

sığmır.  Eşq  atəş,  könül  isə  atəşin  ocağıdır.  Ruhun  sayı  yox­

dur,  ölçülmür,  kəmiyyət  və  keyfiyyət  olmayan  həqiqət 

dünyasına qərq olub.

Mövlana  təkidlə  deyirdi  ki,  ilahi  nurun  olduğu  lamə­

kan  aləmində  zaman  yoxdur.  Zaman  yalnız  yaradılana  aid­

dir.  Yəni  məkanı  olanın  zamanı  da  var.  Rumi  indiki  zama­

nın  mövcudluğunu  qəbul  etmirdi:  «Keçmiş  və  gələcək  sənə 

nisbətdə var.  Sənin iki sandığın - keçmiş  və gələcək -  ikisi  də 

birdir»  (M.III  -   1152).  Zaman  dayanmır,  axır,  keçir.  O, 

məsləhət  görürdü  ki,  keçib  getmiş  şeyə  qəm  eləmə.  Keçmişə 

həsəd aparmaq xətadır.

Rumi  göstərirdi  ki,  səbəbsiz  insana  ucalıq  gəlmir.  Sə­

bəbi  yaradan  Allah  bizim  bu  dünyadakı  əməllərimizi  nəzərə 

alır.  «Səbəbsiz  olaraq  bizə  ucalıq  gəlməz.  Ancaq  qüdrət  sə­

bəbi  qaldırmaqda  aciz  deyil.  Ey  səbəbə  qapılan,  səbəbdən 

kənara  çıxma.  Fəqət  səbəbi  yaradanı  da  əbəs  yerə  sınağa 

çəkmə.  Səbəbi  yaradan  Tanrı  nə  istəsə  edə  bilər.  Mütləq

113



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə