Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu Azərbaycanda Atatürk Mərkəzi Yusif Rüstəmov TÜrk fiKİr tariXİ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix11.07.2018
ölçüsü3,02 Mb.
#55156
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

mübarizə  aparırdı;  xalqın  alıcılıq  qabiliyyəti  artmış,  iqtisadi 

böhranlar  keçmişdə  olduğu  kimi  artıq  böyük  təhlükə  yarat­

mır,  sosialist  kateqoriyası olaraq planlaşdırma  «demokratik 

(yəni  kapitalist  -   Y.R.)  ölkələr  tərəfindən  mənimsənilib», 

məhdud  şəkildə  olsa  da  təsərrüfatın  kooperativləşməsi  pro­

sesi gedir.116

Professor  Cahid  Talas  «ictimai  iqtisad»  adlı  kitabında 

yazırdı ki, inkişaf etmiş sənaye ölkələrində fəhlələrin iqtisadi 

və ictimai mənafeyini qorumaq  üçün qurulan  təşkilatlar fəh­

lələr  tərəfindən  çox  çətinliklə  yaradılmışdır.  Fəhlələr  öz  təş­

kilatlarını  yaratmaq  hüququnu  gərgin  mübarizə  nəticəsində 

əldə  etmişlər.  Cahid  Talas  sözünə  davam  edərək  yazır  ki, 

fəhlələrdə  sinfi  şüur  yaranandan  və  siniflər  bir-birindən  ta­

mamilə  ayrıldıqdan  sonra  ictimai  sülh  pozulur.  İndiki  vax­

tda  kapitalist  sistemi  köklü  surətdə  dəyişmişdir.117  Sonra 

Cahid  Talas  yazır  ki,  kapitalist  sistemi  öz  inkişafının  ilk 

mərhələsində qeyri-mütəşəkkil,  biliksiz  fəhlə kütləsinə  malik 

idi.  O  vaxt  fəhlələr  kapitalistlərin  irəli  sürdükləri  bütün  tə­

ləbləri  qəbul  edirdilər.  Sənaye inqilabı  vaxtı  bütün ölkələrdə 

belə  olmuşdur.  Tədricən  müxtəlif  fəhlə  təşkilatları  yaranır, 

əmək  ilə  kapital  arasındakı  qarşılıqlı  əlaqə  formaları  dəyi­

şir.118


Qərbdə  olduğu  kimi  Türkiyədə  də  əmək  ilə  kapital 

arasında  əməkdaşlıq  və  ahəngdarlıq  nəzəriyyəsi  əhəmiyyətli 

yer  tuturdu.  Bu  nəzəriyyənin  təmsilçiləri  sübut  etmək  istəy­

irdilər  ki,  əmək  ilə kapital,  proletariat  ilə  burjuaziya  arasın­

da  «mənafe  birliyi»  mövcuddur.  Belə  bir  birlik  isə  sinfi  sülh 

və  əməkdaşlıq  siyasətinin  həyata  keçirilməsini  tələb  edir. 

Cahid  Talas  yazırdı:  fəhlə  həmkarlar  ittifaqlarına  cavab 

olaraq  sənayeçilər  də  fəhlə  təşkilatlarına  oxşayan  müxtəlif 

cəmiyyətlər  yaradırlar.  Əmək  ilə  kapitalın  mənafeyini  ifadə 

edən  bu  təşkilatlar,  yəni  fəhlə  və  sənayeçilərin  həmkarlar 

ittifaqları  arasında  əmək  şəraitini  müəyyənləşdirmək  üçün 

ümumi  qarşılıqlı  anlaşma mümkün  olur.  Başqa  sözlə kollek-

116  Ş.Süreyya  Aydemir.  M arksizm,  memleketçi  sosyalizm  ve  ihtilal.  Bax: 

Yön»,  30 ocak  1963, s. 16.

117 C.Talas.  ictimai iktisad. A nkara,  1961, s.20.

118 Yenə orada, s. 141.

50

tiv  əmək  müqavilələri  bağlamaq  mümkün  olur.  Cahid  Talas 



sözünə  davam  edərək  yazır  ki,  bu  kollektiv  əmək  müqavilə­

ləri  fəhlələr  ilə  sənayeçilər  arasındakı  münasibətlərdə  tam 

ahəngdarlıq  yaratmaq  üçün  yeganə  vasitədir.  Belə  sistemin 

qurulması  həmkarlar ittifaqlarının  azad  surətdə yaradılması 

əsasında mümkün  olmuşdur.119

Bəzi  türk  müəllifləri  sinfi  mübarizənin mövcud  olması­

nı  hətta  fikirdə  belə  qəbul  etmirdilər.  Onlar  tələb  edirdilər 

ki,  həmkarlar  ittifaqları  heç  bir  vaxt  fəhlələri  sənayeçilərə 

qarşı  mübarizəyə  çağırmamalıdırlar.  İsmet  Giritli  yazır: 

«Türkiyədə  hətta  sinfi  mübarizə  anlayışı  mövcud  deyil»,120 

ona  görə  də  həmkarlar  ittifaqları  fəhlələrin  iqtisadi,  ictimai 

və  başqa  mənafelərini  qoruyur.  Onlar  siyasi  fəaliyyət  gö­

stərmirlər.

Kapitalizmin  müdafiəçiləri  olan  sosioloqlar  bu  cə­

miyyətdə  istismarın  olmasını  ümumiyyətlə  inkar  edirdilər. 

N.Ş.Kösemihal  yazır:  «...Çox  hallarda  günəmuzd  fəhlə  ilə 

kapitalist  və  yaxud  sahibkar  ilə  qul  arasındakı  münasibət 

düşmənçilik  xarakteri  daşımır.  Hər  şeydən  əvvəl  bu  elə  bir 

münasibətdir  ki,  istismar  haqqında  fikirləşmədən  qüvvətli 

zəifi qoruyur».121

Bir  çox  müəlliflərə  görə  ölkənin  sənayeləşdirilməsi 

dövründə  ictimai  sülhü  təmin  etmək,  Türkiyədə  ədalətsizliyi 

ləğv  etmək  bütövlükdə  rəhbər  xadimlərin  və  hökumətin  ira­

dəsindən  asılıdır.  Bununla  bağlı  professor  Orhan  Tuna  ya­

zır:  sənayeləşmə  ilə  əlaqədar  olaraq  inqilabi  hökumətlərin 

ictimai  həyatda  əsas  məqsədi  ölkədə ictimai  sülhü  yaratmaq 

və  müdafiə  etmək  olmuşdur.  Sənayeləşmə  sahəsində  atılan 

ilk  addımların  Türkiyə  üçün  böyük  əhəmiyyəti  var.  Lakin 

sənayeləşmə  vaxtı  başqa  ölkələrdə  buraxılan  səhvləri  təkrar 

etmək  olmaz,  istismara,  siniflərin  toqquşmasına,  bir  sinfin 

başqaları  üzərində  iqtisadi  və  siyasi  hökmranlığının  qurul­

masına  yol  vermək  olmaz.  Türkiyədə  ictimai  ziddiyyətlər 

hələ  təhlükəli  bir  problemə  çevrilməmiş  həll  edilirlər.  Bun­

dan  sonra  da  çalışmaq  lazımdır  ki,  ictimai  siniflər  və  qrup­

119 Yenə orada, s .l43.

1201.Giritli.  Demokrasi yolunda.  İstanbul,  1960, s.63.

121 H.Ş.Kösemihal.  Sosyoloji tarihi, s.220.

51



lar  arasındakı  münasibətlərdə  ciddi  səhvlərə  yol  verilməsin. 

Çünki  bundan sonra yaranan ziddiyyətləri  aradan  götürmək 

çox çətin olur.122

Xalq  Cümhuriyyət Partiyasının  baş  katibi  Bülend  Ece- 

vit siniflər və sinfi  mübarizə  haqqında  marksist  təlimin əley­

hinə  çıxaraq  yazırdı:  «Marks  özü  skeptik  olmuşdur.  Ancaq 

marksistlər  skeptik  deyillər.  Marksm  burjuaziya  və proleta­

riat  sinfi  haqqında  sözləri  və  cəmiyyət  tarixinin  sinfi  müba­

rizə  tarixi  olması  haqqında  fikri  o  zaman  üçün  doğru  idi. 

Marksdan  sonra  onun  davamçıları  həmin  təlimi  təcrübədə 

həyata  keçirdilər  və  elə  buna  görə  də  səhv  etdilər.  Yüksək 

sənayeləşmə  nəticəsində  ictimai  qruplar  arasında  daha  çox 

yaxınlaşma baş verir».123

Bülent Ecevit Marksın  sinfi mübarizə təlimi ilə razı idi. 

Bu  təlim isə Marksm yaşadığı dövr üçün doğru idi.  O,  yalnız 

öz  müəlliminin  nəzəriyyəsinin  mahiyyətini  düzgün  başa 

düşməyən  müasir  marksistlərə  qarşı  çıxırdı.  Burada  yeganə 

məqsəd mövcud kapitalizm quruluşunu müdafiə etməkdir.

Cəmil  Sait  Barlas  «Sosialistlik  yollan  və  Türkiyə  ger­

çəkliyi»  adlı  kitabında  özünü  sosialist  adlandırsa  da  Mar- 

ksda  səhvlər  axtarır,  onun  yanıldığını  göstərirdi.  O,  göstərir 

ki,  kapitalizm  öz  təbiətini  tamamilə  dəyişdiyi  üçün  inqilab, 

Marksın  dediyi  kimi,  inkişaf etmiş  ölkələrdə  yox,  Rusiyada 

qələbə  çaldı.  Qərbdə  isə  ictimai  islahatlar  və  yüksək  inkişaf 

nəticəsində fəhlələrin  həyat  şəraiti yaxşılaşdı.124 Barlasın fik­

rincə  sosializm  qurmaq  üçün  heç  də  sinfi  mübarizə  lazım 

deyil,  müasir  kapitalizm  özü  inkişaf  edib  sosializmə  ke­

çəcəkdir.  Bu  prosesə  rəhbərlik  etmək  üçün  heç  də  fəhlə par­

tiyalarının  yaradılması  lazım  deyil,  çünki  bu  partiya  bir 

zümrənin  mənafeyini  müdafiə  edir.  Mövcud  partiyalardan 

biri  bu  qanunauyğun  prosesə  rəhbərlik  edə  bilər.125  Barlas 

belə  bir  nəticəyə  gəlir  ki,  inkişaf etmiş  kapitalist  ölkələrində 

artıq  kapitalist  və  fəhlə  sinifləri  yoxdur.  Bu  iki  sinfin  bir­

122 Bax:  Yeni Türkiye.  İstanbul,  1959, s.297.

123 B.Ecevit.  M arksistler yanılmışlardır.  Bax: «Kim»,  1  şubat  1967, s.8.

124  C.S.Barlas.  Sosyalistlik  yollan  ve  Türkiye  gercekleri.  İstanbul,  1962, 

s.23.

125 Yenə orada, s. 112.



52

ləşməsi  nəticəsində  kapitalizmdən  fərqli  yeni  bir  cəmiyyət 

yaranmışdır.126

Barlas  Marks  ilə Hegeli  müqayisə  edərək  yazır:  «Mar­

ksizm  tarixi bir determinizmdir və  nikbin bir  anlayış  fəlsəfə­

sidir.  Marks  da  Elegel  kimi  kollektivizmi  fərdiyyətçilikdən 

üstün  tutur.  Hegeldə  əsas  olan dövlət,  marksizmdə əsas  olan 

sinifdir».127  Lakin  məlumdur  ki,  Marksm  özünün  dediyi  ki­

mi  sinfi  mübarizə  nəzəriyyəsini  bu  sahədəki  əvvəlki  nəzə­

riyyələrdən  fərqləndirən  əsas cəhət  budur  ki,  marksizmə  gö­

rə  sinfi  mübarizə  nəticədə  yeni  tipli  dövlətin  -   proletar  dik­

taturasının yaranmasına gətirib çıxarır.

Türk  müəllifləri  «köhnə»  kapitalizmi  tənqid  edir,  so­

sialistlər  isə  məhz  həmin  kapitalizmi  yıxmaq  istəyirdilər. 

Lakin  kapitalizmin  liderləri  cəmiyyətdə  köklü  islahatlar  ke­

çirməyin  zəruriliyini  vaxtında  başa  düşmüşlər,  ümumiliyin 

xeyrinə  olan  dəyişikliklər  etmişlər.  Kapitalizmin  və  sosia­

lizmin  ən  yaxşı  tərəfləri  birləşərək  müasir  «rifah  dövlətini» 

yaratmışlar.  «Bu  günün  Qərb  sosializmi  elə  budur.  Gerçək 

sosializm,  yəni  gerçək  toplumçuluk  məhz  budur».128  Türk 

antikommunisti  Əkrəm  Alican  müasir  kapitalizmi  «gerçək 

sosializm» hesab  edir.  Onun  fikrincə,  kapitalizm  heç  bir  sin­

fi  sarsıntılara  məruz  qalmadan  inkişaf edib  indiki  vəziyyəti­

ni  almışdır.  Əkrəm  Alican  iddia  edir  ki,  inkişaf etmiş  kapi­

talist  ölkələrində  artıq  burjuaziya  zəhmətkeş  kütlələri  istis­

mar  etmir,  cəmiyyətin  bütün  üzvləri  arasında  tam  qarşılıqlı 

anlaşma və əməkdaşlıq mövcuddur.129

Marksizmin  tənqidçiləri  sinfi  mübarizə  təlimini  inkar 

etmək  üçün  ən  çox  «orta  siniflər»  haqqında  yazırdılar.  On­

ların  fikrinə  görə  orta  təbəqələrin  varlığı  cəmiyyətdə  sinfi 

müvazinəti  təmin  edir.  H.Z.Ülkən  yazır:  «Yeni  ictimai  sinif­

lər  silsiləsində  üstün  siniflər  daim  müxtəlif  dərəcədə  başqa 

sinifləri  himayə  etmək  və  qüvvətləndirmək  yolu  ilə  öz  möv­

qelərini  qoruyurlar.  Patronlar  texniki  mütəxəssisləri,  mə-

126 Yenə orada, s.113.

127 Yenə orada, s.74.

128  E.Alican.  Gerçek  sosyalizm  ve  komünizm.  Bax:  «Komünizmle  müca- 

delede türk düşünürleri», İstanbul,  1968, s.26.

129 Yenə orada, s.33.

53



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə